Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə29/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
89
Su Tanrısı  məsləhətləşdilər. Su Tanrısı insanlara içmək üçün su, 
Yer Tanrısı – işıq vermək, Göy tanrısı – yağış göndərməyi qərarlaş-
dırdılar. 
Gün Tanrısı bütün tanrıların başçısıdı. Dünyanı saxlayan odur. 
Gün Tanrısı hədsiz-hüdudsuz uzaqlıqdadır. O daim qaynayır: yayda 
öz hərarətini yerə bəxş edir, qışda isə hərarətinin bir hissəsini Öy-
süzlər dünyasına bəxş edib, onları isindirir. 
Nart kişilik və  qəhrəmanlıq mücəssəməsidir. Nartlar qorxu 
nədi bilmir, ölümün üzünə dik baxır. Bu barədə dastanın «Sosuru-
kun doğulması» bölməsində ətraflı danışılır. 
Nart qəhrəmanlarının təsviri spesifikası qədim eposun qəhrə-
manlıq, epik estetikası ilə bağlıdır. Onların əksəriyyətinin idealiza-
siyası doğuluşu və uşaqlığı ilə başlayır. Qeyd edək ki, burada nartla-
rın bu hissəsini digər türk qəhrəmanlıq eposunun eyni yeri ilə müqa-
yisə etmək olar (məsələn, «Alpamış», «Koblandı-batır», «Şəryar», 
«Qırx qız» və digər qəhrəmanlıq dastanları ilə burada çoxsaylı ox-
şarlıqlar tapmaq mümkündür). 
1994-cü ildə Moskvada nəşr olunmuş  «Нартла.  Малъкар-
къарачай «Нарт эпос» kitabında nartlar on iki fəsil, 145 bölmədən 
ibarətdir. Malkar-qaraçay nartlarının fəsilləri və  hər fəslin həcmi 
heç də bir-birinə proporsional deyildir. Məsələn,  əgər dastanın bi-
rinci «Nartları yaradanlar» fəsli yeddi bölmədən ibarətdirsə, səkki-
zinci fəsil «Güyerdi» (7, 251) cəmi dörd, dördüncü fəsil isə  qırx 
yeddi bölmədən ibarətdir. Bəzi fəsillər, məsələn, dördüncü - bütün 
əsərin beşdə birini təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, səkki-
zinci «Güyerdi» fəslinin 117-ci bəndində Kubu və Qubu adlı qəhrə-
manların nartlar dövründə yaşamalarından söhbət açılır və qeyd olu-
nur ki, onlar hər ikisi «Kub» yanında yaşayırlarmış. Təxmin etmək 
olar ki, bəlkə də bu yer elə bu gün Qafqaz dağları qoynunda yerləş-
miş Azərbaycanın Quba şəhərinin əraziləridir. Buradaca bildirək ki, 
nartların yayıldığı regionlar zaman keçdikcə genişlənir, onların sıra-
sına yeniləri daxil edilir. Məsələn, nartların qumux versiyası. Bu ba-
xımdan nartların bəzi rəvayət və hekayətlərinin məhz Quba ərazilə-
rini əhatə etdiyini söyləmək ehtimalı daha da güclənir. Malkar-qara-


 Nizami Tağısoy 
 
90
çay nartlarının tədqiqatçısı T.Tolqurovun fikri də təxminən nartlara 
bizim münasibətimizlə üst-üstə düşür. O, yazır: «Şimali Qafqazın 
«Nartlar» eposu çoxsaylı tranzitiv informasiya blokları ilə  zəngin-
dir. Bu tamamilə məntiqə uyğundur. Belə ki, bu epik sistemin gene-
zisi müəyyən mənada bir informasiya məkanının digərləri ilə fasilə-
siz inteqrasiya olunma prosesini yaşayır» (9, 410).  
Malkar-qaraçay nartları «Nartları yaradanlar», «Yerüzmək və 
Satanay», «Sosuruk// Sosurka», «Debet – Alauqan - Qaraşauay», 
«Bir neçə  qəhrəmana həsr olunmuş nart nəğmələri və dastanları», 
«Byödene-Raçıkan», «Şırdan və Nöger», «Güyerdi», «Açey oğlu 
Açemez», «Dağınıq dastanlar», «Nart nəğmələri» və «Nart qəbiləsi-
nin yer üzündən silinməsi»ndən ibarətdir. 
Nartlar haqqında təsəvvürlər Qafqaz xalqlarının düşüncəsində 
gerçəklikdə mövcud olmuş insan təsiri bağışlayır. Malkar-qaraçay 
ərazilərində onların adı ilə  əlaqələndirilmiş yer adları bu gün də 
mövcuddur.  İnsanlar bu yerlərdə müxtəlif mərasimlər, rituallar hə-
yata keçirirlər. Məsələn, Çeğem dərəsində uzun böyük bir daş vardır 
ki, onu «Nart daş» adlandırırlar. Malkar-qaraçaylar bu daşın üstə tə-
zə doğulmuş körpələri gətirir, qurban kəsir, ehsan verirlər. «Nart 
daş»da uşaqları çimizdirirlər körpənin oğlan və ya qız olması ilə 
bağlı özünəməxsus nəğmələr, ainlər oxuyurlar. Bir sözlə, nart adı ilə 
malkar-qaraçaylarda xalqın mənəvi mədəniyyəti, hərbi mübarizəsi
mərdliyi, qəhrəmanlığı, xalq müdrikliyi, atalar sözü, zərb məsəlləri, 
aforizmlər assosiasiya olunur. Təsadüfi deyildir ki, malkarlar və qa-
raçaylar atalar sözünü elə «Natr sözle» (6, 104) adlandırırlar. 
«Nart» sözünün mənasına gəldəikdə isə müasir malkar-qara-
çay dilində bu söz nəinki «nart», həm də «qəhrəman», «batır», «qo-
ca», «qədim» kimi assosiasiya olunur. İxtiyar malkar-qaraçay qoca-
ları o biri dünyanı «nart dünyası» adlandırırlar. Onların təsəvvürləri-
nə görə nartlar yaşayan dövrlərdən insanlara kömək edər, yer 
üzündə sülh və  əmin-amanlığı qoruyarlarmış. Nartlar daim ölülər 
dünyasından bu fani dünyaya baxar, onları hər hansı bədbəxtlik bü-
rüyəndə gözlər, qoruyarlarmış. Hətta «Nartların diriməsi» dastanın-
da söylənilir ki, «nartların müqəddəs ruhu qartallara, qarğalara və 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
91
müxtəlif vəhşi heyvanlara dönüb aulları gəzər və insanları qarşıdan 
gələn bədbəxtlikdən xəbərdar edərlərmiş». 
Malkar-qaraçay nartları ilə yaxından tanış olduqda biz digər 
xalqların nartları ilə xeyli ümumi cəhətlərlə rastlaşırıq. Burada ən 
başlıca yaxınlıq dastanların əksəriyyətində rastlaşdığımız əsas qəh-
rəmanlar və süjet xəttindəki oxşarlıqdır. Onların spesifik cəhətlərinə 
gəldikdə isə  hər bir xalqa məxsus versiyada qəhrəmanın hansı yer 
tutduğu, hansı funksiyanı yerinə yetirdiyi, siklizasiyanın özünəməx-
susluğu, bədii ifadə vasitələrinin fərqliliyini görürük.  
Malkar-qaraçay nart qəhrəmanlarından danışan tanınmış folk-
lorşünas, maarifçi-yazıçı S.-Ə.Urusbiyev eposla bağlı XIX əsrin 80-
cı illərində yazırdı: «Nartlar çətinlik və məhrumiyyətlərdə bərkimiş 
qeyri-adi qüvvəyə və nəhəng qamətə malik xalq idi. Onlar bütün hə-
yatını qənimət əldə etmək məqsədi ilə təhlükə altda qoymaqla, sər-
güzəştlər axtarmağa, çortuullar adlanan gəzintilərə  həsr etmişdilər. 
Nartlar təhlükəsiz və çətinliksiz ələ keçirilmiş heç bir şeyi qəbul et-
mirdilər… onlar elə sərgüzəstlər axtarırdılar ki, orada bütün şücaət-
lərini və güclərini nümayiş etdirə bilsinlər. Çortuullardan asudə 
vaxtlarda isə onlar şənliklər təşkil edər, batır oyunları və nəğmələrə 
meydan verərdilər» (10, 600-601). Nartlar qəhrəmanlıq və  cənga-
vərlik simvoludur. Nar qəhrəmanlarının təsviri spesifikasında qədim 
epik qəhrəmanlıq estetikası ilə sıx bağlılığı görməmək mümkün de-
yildir. Burada idealizasiya qəhrəmanın doğulması  və onun uşaqlıq 
dövrünün təsviri ilə səciyyələnir. 
Müxtəlif milli versiyaların spesifikası özünü əsasən dastanda 
qəhrəmanın hansı aparıcı yeri, hansı funksiyasını yerinə yetirməsi, 
necə xarakterizə olunması hansı mərhələləri ilə seçilməsi və versi-
yanın hansı bədii-ifadə vasitələri ilə zənginliyi ilə bağlıdır. Malkar-
qaraçay eposunda Satanay, Yerüzmək, Sosruk, Debet, Alauqan, Qa-
raşauay, Bödən və Raçikau dastanları qəhrəmanların adları ilə bağlı 
olmaqla, daha üstün mövqedə dayanır. 
Nartlarda hər dastan müstəqil süjet xəttinə malikdir. Dastanla-
rın ayrı-ayrı hissələri arasında səbəb-məqsəd  əlaqələri mövcud de-
yildir: bu və ya digər batırın «epik biografiyası»ndan olan müxtəlif 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə