11
dərəcəli məqsədi uşaqların riyazi əməliyyatlar barədə biliklərini, oxu və yazı bacarıqlarını
və əzbərdən şer demək bacarığını yoxlamaq idi. Bizim müşahidə etdiyimiz bəzi müəllimlər
suallar verməklə uşaqlar arasında qeyri-rəsmi söhbətə imkan yaradaraq, uşaqların
özlərinin düzəltdikləri ifadələrdən istifadə etməklə suallara cavab vermələrinə kömək edərək
şəxsiyyətyönümlü yanaşmanın tətbiq edilməsinə doğru müsbət addımlar atırdılar, lakin
həmin müəllimlər hər hansı yeni məfhumu tədris edərkən və ya hər hansı yeni mövzunu izah
edərkən yuxarıda qeyd olunan strategiyalardan istifadə etmirdilər.
… Müşahidə olunan ümumi cəhətlərdən biri ondan ibarət idi ki, müəllimlərin əksəriyyəti öz
əlil şagirdlərinin təhsilə dair tələbatlarından xəbərdar deyildilər. Onlar həmin uşaqların
ehtiyac duyduqları və ya cari qaydada aldıqları tibbi/psixoloji yardımdan da xəbərdar
deyildilər. Biz (tədqiqatçılar) əlilliyi olan uşaqların diaqnozu haqqında sual verdikdə,
müəllimlər ya uşaqların özlərindən soruşurdular, ya da çox qeyri-müəyyən cavablar
verirdilər.
…Yevlax rayonunda 3-cü sinif müəllimi arxa masada oturan qızdan onun diaqnozunu
ucadan soruşdu. Bu, tənəffüs zamanı baş verdi, lakin bütün uşaqlar, müəllim köməkçisi və
tədqiqat qrupu otaqda idilər. Qızın münasibəti maraqlı idi: o, heç bir şey demədi və müəllim
onu cavab verməyə məcbur etmədi. Müəllim bizə tərəf döndü və dedi: “Məncə onun
ürəyində qüsur var.”
…Sumqayıt məktəbində bir müəllim bizə dedi ki, onun sinfindəki qızın çox ağır diaqnozu
var, lakin həmin diaqnozun nədən ibarət olduğunu deyə bilmədi, buna baxmayaraq, o, qızın
ayrı-ayrı çətinliklərini, məsələn ədəbsiz davranışını və şübhəli ailə mənşəyinə malik
olduğunu bildirdi. Demək olar ki, bütün inkluziv təhsil siniflərində müəllimlər arxayın
olurlar ki, onların köməkçiləri sağlamlıq imkanları məhdud olan uşaqların tibbi məlumatını
və diaqnozunu bilirlər.
İnkluziv təhsil siniflərinin müşahidə edilməsi nəticəsində məlum oldu ki, müəllimlər uşaqların təlim
fəaliyyətini effektiv şəkildə təşkil etmək üçün tədris üsulu haqqında lazımi biliyə malik deyirlər.
Bəzi siniflərdə müəllimlər qrup şəklində məşğələ/müzakirələr və əqlii hücum kimi üsulları uğurla
tətbiq edirlər. Bəzi müəllimlər uşaqların tapşırığı bitirmələri üçün onların fərdi xüsusiyyətlərini
nəzərə alaraq onlara əlavə vaxt ayırırlar, lakin müəllimlərin hamısı şagirdlərdən tapşırığı eyni
formada və üslubda təqdim etməyi tələb edirlər. Bütün siniflərdə təlim tədbirləri barədə təşəbbüs
müəllimlər tərəfindən irəli sürülürdü və müəllimlərin planlarına uyğun gəlirdi; bütün göstərişlər
müəllimlər tərəfindən verilirdi və dərsliklərdə verilən məlumata, habelə həmin məlumatı əks
etdirən, əl ilə düzəldilən vərəqələrə əsaslanırdı. Nadir hallarda müəllimlər köhnə biliklərlə yeni
bilikləri əlaqələndiridilər.
İnkluziv və inteqrativ sinif otaqlarındakı qüsurlara baxmayaraq, TN tərəfindən beynəlxalq
sənədlərdə təsbit olunan məqsədlərə nail olmağa səy edir və ƏU-ın təhsilinə dair tələbatını ödəyən
daha davamlı proqramların hazırlanması sahəsində yerli və beynəlxalq QHT-lərin hər hansı
təşəbbüslərini rəğbətlə qarşılayır. TN inkluziv təhsilin təmin edilməsi sahəsində müxtəlif dövlət və
qeyri-dövlət təşkilatlarının fəaliyyətlərini əlaqələndirən orqandır Bir müsbət nəticə ondan ibarətdir
ki, nazirlik (nəticə etibarilə hökumət) səviyyəsində QHT-lərin əldə etdiyi səmərəli nəticələri qəbul
etməyə hazırdır. Lakin qeyd etmək lazımdır ki, ümumiyyətlə inkluziv təhsil ölkə üçün kifayət qədər
yeni məfhumdur və əhəmiyyətli nəticəyə nail olmaq üçün vaxt lazımdır.
3.1.3. Xüsusi təhsil
12
Toplanan məlumatlar onu göstərir ki, ƏU-ın təxminən 11%-i xüsusi və internat məktəblərə gedirlər.
TN əməkdaşının verdiyi məlumata görə, təxminən 12 internat məktəb
14
və 7 xüsusi məktəb Təhsil
Nazirliyinin tabeliyindədir.
15
“De-İnstitutlaşma və Alternativ qayğı Dövlət Proqramı” çərçivəsində
hazırlanmış və hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiyası üzrə
Baş Plana əsasən internat məktəblərinin inteqrativ və inkluziv təhsil müəssisələrinə çevrilməsi
nəzərdə tutulur.
Xüsusi məktəblər Sovet təhsil sistemindən miras qalmış, lakin xüsusi təhsil haqqında yeni qanun və
tədqiqatların nəticələrinə əsasən qismən dəyişmişdir; hal-hazırda həmin məktəblər əlilliyi olan
uşaqlara əsas bilik və bacarıqlarının öyrədilməsi sahəsində müəyyən rol oynayırlar. Bakının xüsusi
məktəblərinin müəllimləri ilə keçirilən HQM-in nəticələrinə uyğun olaraq, saylarının az olduğuna
baxmayaraq, həmin müəllimlər ƏU-ın tələbatını ödəmək iqtidarındadırlar. Bundan əlavə,
müəllimlər bildirdilər ki, onlar yaxşı təlim keçmişdirlər, ümumi məktəblərin müəllimləri ilə
müqayisədə onların məvacibləri daha yüksəkdir
16
. Xeyli sayda məktəb direktoru və müəllim hesab
edir ki, ƏU xüsusi məktəblərə qəbul olunmalıdırlar (direktorların 27,5%-i və müəllimlərin 25%-i).
Xüsusi məktəblər əlilliyi ağır formada olan uşaqları gələcəkdə qəbul etməyi planlaşdırır, lakin
məktəblərin fəaliyyətinin və binalarının həcmi bütün bu cür uşaqları əhatə etməyə imkan vermir.
Xüsusi məktəblərin mövcudluğu və inkişaf etdirilməsi həm də “De-İnstitutlaşma və Alternativ
qayğı “ və “Sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqram”larının
müddəalarına zidd ola bilər.
Müəllimlərin verdikləri məlumatlardan fərqli olaraq, xüsusi və internat məktəblərində aparılan
müşahidələr ondan xəbər verir ki, həmin məktəblər xüsusi təhsil tələbatına malik olan uşaqların
ehtiyaclarını ödəmək üçün lazımi imkanlara malik deyildir. Müşahidələr əsasında xüsusi və internat
məktəblərində işləyən müəllimlərin şəxsiyyətyönümlü metodologiya əsasında işlədiklərini müəyyən
etmək mümkün olmadı. Müşahidəçilərin bəzi qeydləri aşağıda göstərilmişdir:
…biz (tədqiqatçılar) gördük ki, bütün müəllimlərin dərs planı vardır və bəzi planları
nəzərdən keçirdik. Planlar dövlət proqramına uyğun olaraq yazılmışdı. İş planı ilə
müqayisədə bu, daha rəsmi sənəddir. Müəllimlər öz planlarına riayət etmir, uşağın səhhətni,
inkişaf və əqli çatışmazlıqlarını nəzərə almırdılar. Bunu tədris yanaşmalarını
fərdiləşdirmək, habelə təlim çətinliklərini və əsas məfhumları öyrətməyin zəruriliyini nəzərə
alaraq, tədris yanaşmalarını hər hansı uşağın fərdi ehtiyaclarına uyğunlaşdırmaq cəhdləri
kimi başa düşmək olar. Bu yanaşma, bütün müəllimlər və uşaqlara qarşı tətbiq edilir.
… biz yeni mövzunu izah etmək üçün və yeni məfhumu təqdim etmək üçün müəllimlərin çox
məhdud üsullardan istifadə etdiklərinin şahidi olduq. Dərsdə istifadə olunan yeganə üsul
şifahi surətdə sual-cavab aparmaq idi: məlumatı xatırlamağa imkan verən dəqiq sualın
verilməsi və dəqiq cavabın gözlənməsi. Şifahi təqdimat və sual-cavab yeni mövzunu izah
etmək və yadda saxlamaq üçün yeganə üsul idi.
… Təhsil xidmətinin növündən asılı olmayaraq, uşaqların iştirak etdikləri bütün təlim
tədbirləri barədə təşəbbüs yalnız müəllimlər tərəfindən irəli sürülürdü. Hər təlim tədbiri
dəqiq məlumatın xatırlanmasına və yadda saxlanmasına yönəlmiş, habelə dərsliklərdə
verilən tapşırıqlar əsasında tərtib edilmişdir.
14
Rəsmi dövlət statistikasına uyğun olaraq, 3644 ƏU bu müəssisələrdə təhsil alır.
15
Dövlət statistikasına uyğun olaraq, digər dövlət nazirliklərinin (ƏƏSMN və SN) rəhbərliyi altında fəaliyyət göstərən və 513 ƏU-a
xidmət göstərən daha 5 internat məktəb vardır. Həmin müəssisələrə dair dövlət strategiyası aydın deyildir. Lakin belə deyirlər ki, bu
müəssisələr AH-nin deinstitutlaşma proqramına daxil ediləcəklər.
16
Qeyd etmək lazımdır ki, (ƏU-ın təhsil aldıqları) bütün məktəblərdə tədrisin keyfiyyəti bu hesabatın Tədris üsulları bölməsində
ətraflı şəkildə müzakirə olunur. Tədqiqat qrupu hədəf qrupu üzvlərinin istinad etdikləri xüsusi məktəblərin keyfiyyətini, şəraitini və
infrastrukturunu müstəqil surətdə yoxlaya bilmədi.