7
3.1. Təhsil imkanları
Bu tədqiqat nəticəsində məlum oldu ki, ölkənin qanunvericiliyində xüsusi təhsil xidmətlərinə
ehtiyac duyan uşaqlar üçün müxtəlif təhsil imkanları təklif olunur. Tədqiqatın nəticələrindən biri
ondan ibarət idi ki, hökumət nümayəndələri ƏU-a təhsil xidmətlərinin göstərilməsini dövlətin
birinci dərəcəli vəzifəsi hesab edirdilər və onların fikrincə, hökumət diqqətdən kənarda qalan
uşaqların təhsil hüquqlarını həyata keçirməyə imkan yaradan strategiyalar qəbul etməli və yerinə
yetirməli idi. Hökumət nümayəndələri bildirdilər ki, son illərdə hökumət bir neçə müvafiq qərar
qəbul etmişdir, lakin onu da etiraf etdilər ki, hələ çox iş görülməlidir.
9
Müsahibə verən hökumət
nümayəndələrinin uşaq müdafiəsinə dair beynəlxalq qanunlar və konvensiyalar haqqında geniş
təsəvvürləri vardır və onlar həmin qanun və konvensiyaların müddəalarını qəbul etdiklərini
bildirdilər.. Tədqiqat nəticəsində əldə edilən məlumatlara uyğun olaraq, sorğuda iştirak edən
valideynlərin təxminən 84%-i bildirmişdir ki, onların əlilliyi olan uşaqları bu və ya digər şəkildə
təhsilə cəlb olunublar. Bundan əlavə, valideynlər və təhsil işçiləri əlilliyi olan uşaqlara kömək
edirlər: sorğuda iştirak edən valideynlərin 96%-dən çoxu, müəllimlərin isə təxminən 95%-i bildirdi
ki, onlar əlilliyi olan uşaqların təhsil almalarına tərəfdardırlar. Belə ki, təhsil almaları ƏU-ın
gələcəkdə cəmiyyətə inteqrasiyasına və ehtiyaclarının ödənilməsinə kömək edəcəkdir. Tipik
uşaqların valideynləri də əlilliyi olan uşaqlar üçün təhsil xidmətlərinin təşkil edilməsinə tərəfdar
olduqlarını bildirdilər. Nəticələr onu göstərir ki, ki, ƏU-ın tələbatını ödəmək üçün ev təhsili,
inkluziv və inteqrativ sinif otaqları, xüsusi məktəblər kimi müxtəlif təhsil xidmətləri mövcuddur.
Lakin ƏU-ın tələbatını ödəyə bilmək üçün həmin xidmətlərin heç biri infrastruktur, müəllim
hazırlığı, tətbiqi üsullar və s. kimi imkanlara malik deyildir. Bütün xidmətlərin qeyd olunan
formaları bu hesabatın sonrakı hissələrində ətraflı şəkildə şərh ediləcəkdir.
3.1.1. Evdə təhsil
Bu tədqiqat nəticəsində məlum oldu ki, ƏU üçün ən çox göstərilən təhsil xidməti ev təhsilidir
(cədvəl 1). Ümumiyyətlə sorğuda iştirak edən valideynlərin təxminən yarısı (48.5%) bildirdi ki,
onların uşaqları evdə təhsil alır.
Bu təhsil növü şəhərlə müqayisədə kəndlərdə üstünlük təşkil edir: kəndlərdə yaşayan ƏU-ın
təxminən 64%-i evdə təhsil alır, şəhər uşaqlarının isə 44,4%-i evdə təhsil alır. Sorğuda iştirak edən
51 məktəbdən 11-i bildirdi ki, o, ya ev məktəbi, ya da ümumtəhsil məktəb olaraq ƏU-a ev təhsili
xidmətlərini göstərir. Təhsilin bu növündə nəzərdə tutulduğu kimi, müəllim ƏU-ın evinə gedir və
ona xüsusi kurrikulum əsasında dərs keçir.
9
Qanun və qaydaların tam siyahısı ilə tanış olmaq üçün lütfən bu tədqiqatın Strategiyalar, qaydalar, qanunlar bölməsinə baxın.
Qrafik
1 . Əlilliyi olan uşaqlar üçün təhsil xidmətləri (%)
48.5
15.8
3.5
7.7
24.1
0.0
10.0
20.0
30.0
40.0
50.0
60.0
Ev təhsili
Ümumtəhsil məktəbdə
İnkluzivinkluziv sinif
Xüsusi məktəb
İnternat məktəbi
Ümumtəhsil məktəb
8
Tədqiqat qrupu ev təhsili xidmətlərinin iki növünü müşahidə etmişdir: xüsusi ev təhsili məktəbləri
yalnız evlərdə təhsil xidmətləri göstərirlər və daha çox şəhərlərdə fəaliyyət
göstərirlər
10
, ümumtəhsil
orta məktəblər isə ev təhsilini əlavə xidmət kimi rayon və kəndlərdə fəaliyyət göstərirlər. Əvvəlki
qaydalara uyğun olaraq, məktəb müəllimi ev təhsili üçün əlavə məvacib alır, yeni qaydalara uyğun
olaraq isə, müəllimlər heç bir əlavə məvacib almadan, öz direktorlarının göstərişi ilə evlərdə dərs
keçirlər,
Müşahidələr göstərir ki, fərdi ev təhsilinin keyfiyyəti çox aşağıdır. Dərslər ümumi otaqda, yaşayış
otağında, nahar masasının arxasında keçilir. Tədqiqatçıların müşahidələrindən bəzi nümunələr
aşağıda göstərilmişdir:
“Uşağın anası mənə (tədqiqatçı) dedi ki, mənzil yenicə təmir edilmişdir; döşəmənin
üzərində böyük xalça, otaqda yaxşı mebel, böyük televizor var idi. Biz dərslərin keçriildiyi
masanın arxasında əyləşməyə dəvət olunduq. Televizor qoşulu idi və heç kim ona baxmırdı.
Müəllim şagirddən dərslikləri və kağızları gətirməyi xahiş etdi. Dərs keçərkən müəllim
uşağın anası ilə danışırdı və qızın əlilliyinin nədən ibarət olduğunu mənə izah etməyə
çalışırdı.”
“Biz uşağın evinə gedərkən müəllim uşağın ailəsinin çətinlikləri haqqında danışırdı və
onların evində hətta oturmaq üçün stulun belə olmadığını qeyd etdi. “Mən onlardan xahiş
etdim ki, sizin üçün qonşudan bir stul alsınlar,” deyə o, mənə müraciət etdi. Biz otağa daxil
olduq, otaq demək olar ki boş lakin təmiz idi. Döşəmədə köhnə və çox qısa xalça var idi, və
o, daş döşəməni tam örtmürdü, otaqda televizor, masa, divan, kreslo və böyük çarpayı var
idi. Mən masanın arxasında iki kiçik kürsü gördüm. Müəllim mənə stullardan birini
götürməyi təklif etdi, digərini isə özü götürdü; dərs almaq üçün masanın qarşısında üç qız
dayanmışdı.
Bakı evlərindəki müşahidələrdən qeydlər
“Biz (tədqiqatçılar) kiçik qaranlıq dərs otağına daxil olduq. Mən divan üzərində uzanan
yaşlı kişini gördüm; o, yatmışdı və ucadan xoruldayırdı. Televizor qoşulu idi və müəllim onu
söndürməyi xahiş etdi. Müəllimin səsi yaşlı kişini oyatdı, o, uşağın anasına nə isə dedi. O,
bir neçə dəfə öz narazılığını bildirdi, uşağın anası onunla xeyli danışdıqdan sonra o, otağı
tərk etdi.”
Sumqayıt evlərindəki müşahidələrdən qeydlər
“Uşağın müəllimi gözlədiyi otaq kifayət qədər işıqlı deyildi. Masanın üzərində kitablar,
kağızlar və güllər var idi. Biz işığı yandırmağı xahiş etdik; lakin elektrik lampasının da bir
xeyri olmadı.”
Yevlax evlərindəki müşahidələrdən qeydlər
Bu hallar demək olar ki, bütün kənd və rayonlarında müşahidə olunurdu. Müvafiq imkanlara malik
olan ailələr öz uşaqları üçün ayrıca və sakit dərs otağı ayırmamışdılar və bu məsələ müəllimləri də
narahat etməmişdir.
3.1.2. İnteqrativ və inkluziv təhsil
10
TN-in verdiyi məlumata
(2004) görə, ölkədə iki bu cür məktəb vardır, biri Bakıda, digəri isə Gəncədə yerləşir. TN bildirdi ki,
təxminən 8000 ƏU evdə təhsil alır (2004).