3
-
Evdə təhsil: Azərbaycanda ev təhsilinin iki növü vardır: 1) xüsusi ev təhsili, yəni yalnız
evlərdə təhsil xidməti göstərən məktəblər. Xüsusi ev təhsilinin şərtlərinə uyğun olaraq,
evlərdə şagirdlərə dərs keçdiklərinə görə müəllimlərə əlavə məvacib ödənilir; 2) əlavə
xidmət kimi evlərdə təhsil verən adi məktəblər. Məktəb direktorları əlavə məvacib
ödəmədən evlərdə dərs keçməyi müəllimlərin öhdəsinə qoyur.
-
Xüsusi məktəb: yalnız əlilliyi olan uşaqları qəbul edən, adətən internat və ya sığınacaq kimi
fəaliyyət göstərən məktəblər.
-
İnteqrativ təhsil: ümumtəhsil məktəblərində, ayrıca siniflərdə əlilliyi
olan uşaqlara təhsil
verilməsi
3
.
-
İnkluziv təhsil: xüsusi tələbatlarından asılı olmayaraq, bütün uşaqlara təhsil verən adi
(ümumtəhsil) məktəblər. Əlilliyi olan uşaqlara köməklik göstərilir, hər uşağın tələbatını
fərdi qaydada ödəmək üçün müvafiq məktəb kurrikulumu təsdiq edilir. Məktəbdə psixoloq,
əmək gigiyenası üzrə terapevt, nitq terapevti və s. mütəxəssislər tərəfindən xüsusi xidmətlər
göstərirlər.
2.1. Məlumat toplamaq üsulları
Məlumat toplamaq üçün aşağıda göstərilən üsullardan istifadə edilmişdir:
1.
Əlilliyi olan uşaqların valideynləri arasında sorğular (821 valideyn)
Əvvəlcə əlil və tipik uşaqların valideynləri arasında sorğu keçirmək nəzərdə tutulmuşdur
(hər qrupda 400 valideyn). Lakin sonra tədqiqat qrupu belə razılığa gəldi ki, yalnız ƏU-ın
valideynləri arasında sorğu keçirmək daha məntiqi olardı; HQM isə tipik uşaqların
valideynləri üçün nəzərdə tutulmuşdur. Tipik uşaqların valideynlərinin inkluziv və inteqrativ
təhsil haqqında kifayət qədər məlumatı olmadığından, onlarla fərdi şəkildə keçiriləcək
müsahibələr səmərəsiz ola bilərdi. Bu məqsədlə HQM keçirildi.
2.
Müəllimlər arasında sorğu (300 müəllim)
Bu tədqiqat çərçivəsində ƏU-ın təhsili ilə məşğul olan 300 müəllim arasında 64 sualdan
ibarət olan sorğu vərəqəsi vasitəsilə sorğu keçirildi. Müəllimlərin əksəriyyəti şəhər
məktəblərindən olub (88,6%) əsasən evlərdə dərs keçir (33%) və inkluziv təhsillə məşğul
olurdular (30%). Sorğu iştirakçılarının 10%-i xüsusi internat məktəblərini, 10%-i xüsusi
məktəbləri, 12%-i ümumtəhsil orta məktəbləri, 2,4%-i isə inkluziv sinifləri təmsil edirdi.
Sorğuda iştirak edən müəllimlərin təxminən yarısı 20 ildən artıq tədris fəaliyyəti stajına
malik idi. Müəllimlərin 60%-dən çoxu 40 və daha yuxarı yaş həddində idi.
3.
Məktəb direktorları ilə ətraflı müsahibələr (51 direktor)
Sorğu ərazilərində (regionlarında) yerləşən 51 məktəbin direktorlarından məlumat toplamaq
üçün 61 sualdan ibarət olan sorğu vərəqəsindən istifadə edildi. Direktorların 30-u kişi, qalanı
isə qadınlar idi. Sorğuda iştirak edən direktorların 45%-dən çoxu 50 və daha yuxarı yaş
həddində idi və onların əksəriyyəti 20 ildən artıq tədris fəaliyyəti stajına malik idi. Onların
62%-dən çoxu isə məktəb idarəetməsi sahəsində təxminən 15 illik staja malik idi.
4.
Rayon təhsil şöbələrinin müdirləri ilə ətraflı müsahibələr (13 müsahibə)
5.
Hökumət nümayəndələri ilə ətraflı müsahibələr (11 müsahibə)
Müsahibə verən hökumət nümayəndələri Təhsil Nazirliyi (TN), Səhiyyə Nazirliyi (SN),
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin (ƏƏSMN), Milli Məclis (MM) və Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən idilər. İki nümayəndə, təhsil nazirinin
müavini və parlamentin insan haqları komissiyasının sədri vaxt məhdudiyyəti səbəbindən
3
Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun
4
müsahibə verə bilmədilər. Beləliklə, tədqiqat qrupu nəzərdə tutulan 13 müsahibədən yalnız
11-ni keçirə bildi.
6.
Tipik uşaqların valideynləri və müəllimləri ilə keçirilən HQM (30 nəfərdən ibarət qrup)
Tipik uşaqların cəmi 271 nəfər müəllim və valideyni hədəf qrupunun müzakirələrində iştirak
etdi. Onlardan yalnız 33 nəfəri kişi, 237-si isə qadın idi.
7.
QHT nümayəndələri ilə HQM (10 nəfərdən ibarət bir qrup)
QHT-lərin 10 nəfər nümayəndəsi HQM-də iştirak etdi. Onlardan 3 nəfəri Azərbaycanda
ƏU-ın təhsili və müalicəsi sahəsində fəaliyyət göstərən beynəlxalq QHT-ləri təmsil edirdi.
Onlardan beşi isə ƏU-ın təhsili/müalicəsi və valideynlərin cəlb edilməsi ilə birbaşa məşğul
olan təşkilatları təmsil edirdi. Qalan iki təşkilat təbliğat və digər kömək xidmətləri ilə
məşğul olurdu.
8.
Xüsusi təhsilin, ev təhsilinin, inteqrativ təhsilin (adi məktəblərdə xüsusi siniflər),
ümumtəhsil məktəblərdə tətbiq olunan inkluziv təhsil üsullarının və s. müşahidə edilməsi
MTTYM-nin mütəxəssisi tərəfindən İSSA standartları əsasında müşahidə vasitəsi
hazırlandı. İki müşahidəçidən ibarət olan tədqiqat qrupu hər rayonda iki gün qaldı və 35
sinif otağında oldu. Müşahidəçilər ümumtəhsil, xüsusi və internat məktəblərində oldular və
əlillik dərəcəsi müxtəlif olan uşaqlar üçün xüsusi məktəblər tərəfindən həyata keçirilən evdə
təhsil ilə bağlı dərsləri müşahidə etdilər. Müşahidə vasitəsi dərs prosesi zamanı mühitin və
müəllimlərin pedaqoji yanaşmalarına kömək etmək üçün nəzərdə tutulmuşdu. Həmin vasitə
dərs prosesində dörd mühüm istiqaməti əks etdirirdi:
a)
Fiziki mühit – şagirdlər üçün ayrılan iş sahəsinin, sinif otağının tərtibatının, təhsil
vasitələrindən və əyani vəsaitlərdən istifadə etmək imkanının tədqiq edilməsinə xüsusi
diqqət yetirilməsi;
b)
Təlim mühiti – bütün uşaqlar üçün öyrənmək, təlim fəaliyyətində iştirak etmək,
həmyaşıdlarla və heyətlə məqsədəuyğun qarşılıqlı ünsiyyətə girmək imkanı yaratmaq
üçün müəllimin yaratdığı mühitin tədqiq edilməsinə xüsusi diqqət yetirilməsi; bu zaman
həm də uşaqların tələbatlarının nəzərə alınması və onlara dözümlü münasibət
göstərilməsi məsələləri də tədqiq olunur;
c)
Tədris üsulları və təlim tədbirləri – dərs zamanı uşaqların təlim fəaliyyətini
genişləndirmək məqsədilə müəllimlərin həyata keçirdikləri tədris üsullarına və təlim
tədbirlərinə həsr olunan üçüncü qiymətləndirmə istiqaməti;
d)
İctimai mühit – sinif otağındakı ictimai mühitə, habelə uşaqların öyrənmək və birgə
yaşamaq bacarıqlarını inkişaf etdirən, müsbət ictimai dəyərləri təbliğ edən və
möhkəmləndirən, uşaqların davranışını qiymətləndirməyə imkan verən davranış
formalarını tərtib etmək qabiliyyətinin müəllimlərdə olub-olmadığına xüsusi diqqət
yetirilməsi.
Təklif olunurdu ki, hər dörd istiqamət üç göstərici əsasında qiymətləndirilsin: müşahidə
edilmir, nadir hallarda müşahidə edilir və ardıcıl surətdə müşahidə edilir. Hər göstəriciyə
müşahidəçinin fikrini təsdiq edən qeydlərin əlavə olunması tövsiyə olunurdu. Bundan əlavə,
məktəblərə edilən səfərlər və evdə aparılan dərslər nəticəsində ətraflı qeydlər aparılmışdır.
9.
Yerli və beynəlxalq qanunvericiliklərin təhlili
Əsasən dövlət orqanlarının internet saytlarından götürülən milli qanunlar, qərarlar və
əsasnamələr tədqiqatçılar tərəfindən təhlil edilmişdir
4
. Məlumatlar hesabat üçün lazım olan,
təhsilə aid olan və hazırda qüvvədə olan qanunvericilik sənədlərindən ibarətdir. UHK, Əlil
şəxslərin haqları konvensiyası (ƏŞHK), Salamanka bəyannaməsi və s. kimi beynəlxalq
sənədlər də təhlil edilmişdir.
4
www.edu.gov.az, www.justice.gov.az, www.preseident.az, www.meclis.gov.az, www.cabmin.gov.az, www.health.gov.az