1
1. Giriş
Bütün dünyada sağlamlıq imkanları məhdud olan uşaqlar adətən məktəb daxilində diqqətdən
kənarda qalırdılar və ya ümumiyyətlə, məktəbə getmirdilər. 1990-cı ildə keçirilən “Hamı üçün
təhsil: təlimə dair əsas tələbatların ödənilməsi” adlı dünya konfransının nəticəsində bir çox
ölkələrdə uşaqların təhsil almaq imkanından məhrum olması məsələsi gündəliyə daxil edildi. Bu
təşəbbüs təhsil almaqda aşkar surətdə çətinlik çəkdiklərinə görə təhsil almaq imkanından tamamilə
məhrum olan və ya təhsil sistemləri daxilində diqqətdən kənarda qalan uşaqlara diqqət yetirilməsinə
kömək etdi. Artıq məktəbə qəbul edilən, lakin müxtəlif səbəblərdən tam yaxşı nailiyyət əldə edə
bilməyən, məktəbə qəbul edilməyən, habelə hər hansı şəkildə əlavə yardıma ehtiyacı olan, nisbətən
azsaylı uşaqları diqqətdən kənarda qalan uşaqların sırasına aid etmək olar.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının dövlət
təhsil sistemlərində təhsil islahatı aparılmışdır. Son tədqiqatlar onu göstərir ki, təhsil amaq üçün
bərabər imkanlar, habelə təhsilin maliyyələşdirilməsi və idarəolunması sahələrində müəyyən
irəliləyiş əldə edilmişdir. Hələ də həmin ölkələrin bir çoxu Minilliyin inkişaf məqsədlərinə (MİM)
və Hamı üçün təhsilə (HÜT) dair öhdəlikləri tam yerinə yetirməmişdir. BMT-nin Uşaq Fondunun
(UNICEF) 2007-ci ildə keçirdiyi regional tədqiqat nəticəsində məlum olmuşdur ki, “sağlamlıq
imkanları məhdud olan” uşaqların evdə və ya xüsusi təhsil müəssisələrində təhsil alması hələ də
üstünlük təşkil edir. İslahatların miqyasının genişləndirilməsi bu cür uşaqların təhsil almaq
imkanından məhrum olmalarına səbəb ola bilər.”
1
MDB, Şərqi və Mərkəzi Avropanın müxtəlif
ölkələrində islahatlar zamanı sağlamlıq imkanları məhdud uşaqlar diqqətdən kənarda qalırlar.
Təhsil almaq üçün bərabər imkanlara gəldikdə isə eyni hesabatda deyilir ki, “...müəssisələrdən
kənarda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təhsil almaq imkanları məhduddur və
əlilliyi olan bir çox uşaq (ƏU) məktəblərə qəbul edilmir.” Bu hesabatdan belə nəticə çıxarılır ki,
MDB ölkələrində təhsil almaq üçün bərabər imkanları artırmaq, təhsilin idarəolunmasını və
maliyyələşdirilməsini yaxşılaşdırmaq üçün, o cümlədən əlilliyi olan uşaqlara və imkansız ailələrin
uşaqlarına təhsil xidmətlərini göstərmək üçün tədbirlər görülməlidir.
Azərbaycan Respublikasının dövlət təhsil sistemi keçmiş Sovet təhsil sistemləri əsasında
qurulmuşdur. Bu təhsil sistemi Sovet dövründə əsasən defektologiya elmi əsasında
fəaliyyət göstərir
və adətən digər uşaqlardan təcrid edilmiş şəkildə, xüsusi məktəblərdə və ev məktəblərində ƏU-a
təhsil verməkdən ibarət idi. Beləliklə, hazırda dövlətin göstərdiyi təhsil xidmətlərinin əksəriyyəti
ƏU-ın öz həmyaşıdlarından və bütövlükdə cəmiyyətdən təcrid olunmasına səbəb olur. Bundan
əlavə, Azərbaycanda xüsusi təhsil xidmətləri bəzi rayonlarda göstərilmir, buna görə də əlilliyi olan
uşaqlar xüsusi təhsilə cəlb edilmək üçün digər rayonlarda fəaliyyət göstərən xüsusi təhsil
müəssisələrinə müraciət edirlər. Buna baxmayaraq, Azərbaycan Hökuməti (AH) son zamanlar
əlilliyi olan uşaqların tipik həmyaşıdları ilə birlikdə təhsil almalarına şərait yaradılmasını nəzərdə
tutan “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud)
uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı 2005-2009-cu illər” kimi təşəbbüsləri irəli
sürmüşdür.
Tədqiqatın aparılması UNICEF-in dəstəyilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi (MTTYM)
tərəfindən həyata keçirilmişdir. Bu tədqiqatı aparmaqda məqsəd: 1) UHK, qanunvericilik,
strategiyalar, vəsaitlər və üsullar baxımından Azərbaycanda ƏU-a göstərilən təhsil xidmətlərinin
vəziyyətini qiymətləndirmək, habelə çıxarılan nəticələrin strateji islahata göstərdiyi əsas təsirləri
vurğulamaq; 2) bütün uşaqların əsas təhsilə cəlb edilməsinə mane olan iqtisadiyyat və maliyyə
məsələlərini təhlil etmək; 3) inkluziv təhsil sahəsində rast gəlinən nümunəvi üsulları müəyyən
etmək və qeydə almaqdır, habelə özünü doğrultmuş səmərəli mexanizm və strategiyaları, narahatlıq
doğuran istiqamətləri və ƏU-ın adi məktəblərdə uğurla təhsil almalarına mane olan amilləri
1
UNICEF, 2007-ci il,
Digərləri ilə müqayisədə bəziləri üçün daha çox təhsil?, Cenevrə, UNICEF-in MŞA və MDB üzrə
regional şöbəsi
2
işıqlandırmaq; nəhayət 4) strateji islahatları həyata keçirmək, lazımi miqdarda vəsaitin ayrılmasını
təmin etmək, inkluziv təhsilə yardım proqramlarının həyata keçirilməsinə kömək etmək məqsədilə
Azərbaycanda hakimiyyət orqanlarının və digər tərəfdaşların imkanlarının artırılmasına dair
tövsiyələr verməkdir.
Bu tədqiqatın hədəf qrupu 6-10 yaşlarında olan ƏU idi, məlumatlar isə valideynlərdən,
müəllimlərdən, məktəb direktorlarından, strategiya müəyyən edən şəxslərdən, nazirliyin
əməkdaşlarından və qeyri-hökumət təşkilatlarından (QHT) toplanmışdır. Məlumatın toplanması
zamanı sorğular, müsahibələr, hədəf qruplarının müzakirələri (HQM), müşahidələr və sənədlərin
nəzərdən keçirilməsi kimi tədqiqat üsullarından istifadə edilmişdir.
Tədqiqat nəticəsində aşkar edilmişdir ki, sağlamlıq imkanları məhdud olan uşaqların tələbatını
ödəyən xüsusi xidmətlər çox azdır. Bu çatışmazlıq əsasən Sovet dövrünün köhnəlmiş, dar tibbi
yanaşmaları ilə əlaqədardır. Digər tərəfdən, keçmişdə ƏU-ın digər uşaqlardan təcrid edilməsi
strategiyalarının tətbiq edilməsi nəticəsində bir çox ümumi məktəbdə xüsusi xidmət mütəxəssisləri
yoxdur, çünki sistem bunu tələb etmirdi və indi də etmir. Bundan əlavə, Azərbaycanın ali təhsil
müəssisələrində həmin çatışmazlığı aradan qaldıra biləcək kadrlar yetişdirmək üçün müvafiq sistem
yoxdur. Kadr hazırlığı ilə bağlı ixtisaslar açılmamışdır.
Müvafiq normativ hüquqi aktların təhlili göstərir ki, əlil uşaqların təhsili ilə bağlı nəzarət və
monitorinq qaydaları mövcud deyildir.
Tədqiqatın yerdə qalan hissəsinin quruluşu aşağıda göstərilmişdir. Növbəti fəsildə məlumatı
toplamaq və təhlil etmək üçün istifadə olunan metodologiya və üsullar təsvir edilir. Həmin fəsildə
həm də nümunə seçmək üsulları və tədqiqat qrupunun nümunə seçərkən rast gəldiyi çətinliklər
müzakirə edilir. 3-cü fəsildə tədqiqatın nəticələri haqqında ümumiləşdirilmiş məlumat verilir.
Həmin fəslin bölmələri təhsil imkanlarına və maneələrinə, hazırda mövcud olan ailə, dövlət və
qohumlar tərəfindən göstərilən dəstəyə; ƏU-a göstərilən münasibətə, təhsil xidmətlərinə və əlavə
xidmətlərə həsr olunmuşdur. Bundan əlavə, həmin fəsildə yerli qanunvericilik və uşaq hüquqlarına
dair əsas beynəlxalq sənədlər müqayisə edilmiş, təhsil xidmətləri və əlavə xidmətlər dərindən təhlil
edilmişdir. Sonuncu fəsildə nəticələr verilmiş, habelə hökumətin və digər maraqlı tərəflərin gələcək
fəaliyyətinə dair tövsiyələr verilmişdir.
2. Metodologiya
Bu tədqiqat keyfiyyəti və miqdari müvafiq üsullarla həyata keçirilmişdir. Tədqiqat iştirakçılarının
tədqiqatın nəticələrinə təsir göstərmələrinin qarşısını almaq üçün məhz həmin üsullar istifadə
edilmişdir. Əsas məqsəd keyfiyyət və kəmiyyət baxımından toplanan məlumatların bir-birini
tamamladığını, təsdiq etdiyini və sübuta yetirdiyini göstərməkdən ibarət idi.
Müsahiblər üçün müsahibə üsulları üzrə, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlardan
və onların valideynlərindən müsahibə götürmək və HQM keçirmək qaydaları üzrə iki günlük təlim
kursu təşkil edilmişdir. Təlim əsnasında iştirakçılara layihələr, onların təyinatları, Azərbaycanda
xüsusi və inkluziv təhsilin vəziyyəti haqqında məlumat verilmişdir. Sahə işi 2008-ci ilin aprelində
başlamış və 2008-ci ilin iyununda bitmişdir. Sonra tədqiqatçılar qrupu toplanan məlumatı təhlil
edərək hesabat tərtib etmişdir. Hesabatda aşağıda göstərilən terminlər əks olunmuşdur:
-
Əlilliyi olan uşaqlar: sağlamlıq imkanları məhdud olan, fiziki, psixoloji və əqli çətinliklər
yaşayan, müvafiq xidmətlər göstərilmədiyi təqdirdə təhsil almaqda çətinlik çəkən uşaqlar
2
2
Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun