Əyani şöbənin IV kurs tələbəsi Həşimov Vüsal Əflatun oğlu


II FƏSİL “BÖYÜK UŞAQ ENSİKLOPEDİYASI”NIN BƏDİİ-TEXNİKİ TƏRTİBATI



Yüklə 62,98 Kb.
səhifə4/5
tarix24.05.2023
ölçüsü62,98 Kb.
#112712
1   2   3   4   5
vusal

II FƏSİL
BÖYÜK UŞAQ ENSİKLOPEDİYASI”NIN BƏDİİ-TEXNİKİ TƏRTİBATI

Elmin müasir inkişaf səviyyəsi ensiklopediyaları kompleks informasiya mənbəyinə çevirmişdir. Elmi dərketmənin müxtəlif proseslərinin işıqlandırılmasının daha zəruri olması ensiklopediyanın rolunu hədsiz dərəcədə artırmışdır.


Belə ensiklopediyaların tərtib edilməsini qarşısına məqsəd qoyan – anlayış, hadisə, əşya və s. haqqında məlumatları kompleks və sistemli şəkildə, dəqiq. Obyektiv, elmi formada əhatə etməyə səy göstərməlidir. Bununla əlaqədar olaraq materialların verilməsi və redaktə edilməsi zamanı ayrı-ayrı dar problemləri, mövzuları deyil, diqqət yetirilməsi zəruri olan məsələnin bütövlükdə əhatə edilməsi vacib ensiklopedik şərtdir. Nəşrə daxil edilən hər bir məqalə dörd əsas tələbə: elmiliyə, aktuallığa, yığcamlığa və əlverişli çatdırılmağa cavab verməlidir [12, s.146-147].
Yuxarıda qeyd edilən fikirləri nümunələr əsasında izah etməyə çalışaq. Belə ki, 2023-cü ildə “Qanun” nəşriyyatı tərəfindən 210x275 formatda 328 səhifə həcmində “Böyük uşaq ensiklopediya”sı çap edilmişdir. Nəşrin tərcüməçisi Elnarə Əhmədova, koorektoru Elsevər Muradov, texniki redaktoru Lələ Hüseyn, mətn dizaynı Rahilə Şamil, üz qabığınınn dizaynı Rəfael Qasıma məxsusdur.
5000 faktı özündə əks etdirən bu ensiklopediya yüksək poliqrafik tərtibatla nəşr edilərək oxuculara töhvə edilmişdir.
Cizgilərin ölçülərinin əyilmə bucağına nəzərən dəyişməsi, bəzək elementlərinin bir-birinə nisbətən hərəkəti illüziyası yaradır. Hansısa hissələrin qabardılıb, qalanlarının kölgədə qalmasına səbəb olan bu effekt, oxucuya da təsirsiz ötüşmür. Bəzək ornamentləri haqqında danışarkən, tərtibat sahǝsində ikinci dərəcəli rol oynayan forzasdan danışmamaq düz olmaz. Sərt cildli kitabın vacib elementlǝrindən biri sayılıb, kitab blokunu cildə yapışdıran vasitə kimi meydana gələn forzas, kitab blokunu hər iki tərəfdən cildə birləşdirir. Forzasın biri kitab blokunun birinci dəftərçəsini cildin ön tərəfinə, ikincisi isə, blokun son dəftərçəsini cildin arxa tərəfinə birləşdirir. Cildi bloka barkitməklə kitabın möhkəmliyini artırmağa xidmət edən forzas, ona səliqəli görkəm verməklə yanaşı, eyni zamanda məlumatverici funksiya da daşıyır. Cildi, yumşaq üz qabığından farq ləndirən əsas əlamətlərdən biri də, sərt üzlü kitabda forzasın olmasıdir. Adatan rangi ağ olan forzas, kitabın tam bitkin kompozisiyasını yaratmağa yardım etmək məqsədilə, bozon dekorativ naxış, şya, cadvol və s. bu kimi fiqurlarla da bozadilir. Belə hallarda çalışmaq la zımdır ki, ümumiləşdirmə funksiyası daşıyan tasvir mövzudan uzaqlaşıb kitabın asas tortibat elementlərinə yük olmasın. Üzərində müxtəlif qrafik elementlər yerləşdirilən forzaslardan kitabşünaslıqda geniş istifadə olunur. Hərdən heç nə ifadə etməyən bu bəzəklər (məs., ağac kötüyü və ya mərməri xatırladan) başqa vaxt kitabın ideya və məzmununu açmağa da xidmət edə bilər. Dekorativ görünüşlü və ya mövzu yüklü olmasından asılı olmayaraq, forzas istənilən halda nəşrə uyğunlaşdırılmalı, onunla vahid ansambl təşkil etməlidir. Forzasın rəngi cildin tartibatına, xarakteri isə nəşrin tayinatına uyğun olmalıdır. Dərslik, soraq-məlumat və digər bu kimi elmi-kütləvi nəşrlərin forzasında asas etibarilə məlumatverici funksiya daşıyan materiallar yerləşdirilir. Forzas kitabda cild və titul vərəqi qədər əhəmiyyətli rol oynamir. Kitab elementləri arasında keçid – bənd rolunu oynayıb nəşrin xarici tərtibatında gözə çarpan element olmayan forzasın tərtibatı da, elə buna, yəni öz təyinatına müvafiq olmalıdır. Tərtibat xarakterinə görə forzaslar ağ, saya rangli, tematik (süjetli) və ya dekorativ (ornamentli) olur. “Böyük uşaq ensiklopediyası”nınn forzası isə sarı rəngdədir. Heç bir illüstrativ materillar yerləşdirilməyib. Təbii ki, burada illüstrasiyalar olsaydı daha əhəmiyyətli olardı.
Nəşrin üz qabığı qalın kartondan ibarətdir. Cildin üzündə yazılır: “Bu möhtəşəm ensiklopediya əvəzsiz bilik mənbəyidir!” [10, s.328].
Özünəməxsus tərtibatı ilə seçilən uşaq kitablarının əsas ünsürü, məhz illüstrasiyalardır. Məktəbəqədər uşaqlar üçün nəşr olunan kitablarda aydınlaşdırma məqsədi daşıyan mətn və şəkillərin bir-birilə əlaqəli olub, birinin digərini tamamlaması əsas şərtdir. Təsvirin idraki, tərbiyəvi, estetik funksiyaları yerinə yetirdiyi bu tip nəşrlərdə, illüstrasiyalar kitabın məzmunu və dili qədər önəmlidir. Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş kitabların tərtibatında rəng xüsusi rol oynayır. Dekorativ səpkili əlvan illüstrasiyalar oxucuda kitaba marağı xeyli artırır. Bu illüstrasiyaların öz təbii rəngində uşaqlara çatdırılmasında, mətbəənin də rolu az deyil. Hansı illüstrasiyalarla müşayiət olunmasından və bu illüstrasiyanın hansı funksiyanı yerinə yetirməsindən asılı olmayaraq, bədii əsərlər elə tək bitkin məzmunu və ədəbi dəyəri ilə də oxucuya dərin təsir göstərmək iqtidarındadır. Bu səbəbdən də, illüstrasiyalardan bədii ədəbiyyatda qavranılma məqsədilə istifadə olunmasına, heç də həmişə ehtiyac duyulmur. Əsas vəzifəsi qrafik təsvirin köməyilə ədəbi əsərin ideya-məzmunununa daha dərindən nüfuz edib, onun oxucuya təsirini daha da gücləndirmək olan illüstrasiyalar bədii ədəbiyyatda, bəzən hətta müəllifin vermədiyi xırdalıqları belə açıb göstərməyə qadirdir. Dərin mənalı gözəl illüstrasiya və mükəmməl bədii təsvir, hər bir ədəbi əsərin yaraşığıdır. Kitabın xarici görünüşü ilə daxili arasında qırılmaz vəhdət yaradan qrafik şəkil, oxuculara yazıçının yaratdığı obrazları əyani vasitələrlə çatdırmış olur. Beləliklə, məzmununu ilə tanış olduğu əsərin ideyasını dəqiqləşdirən, oxucuya mövzu və süjet xəttini vahid yaradıcılıq konsepsiyasında dərk etməkdə yaxından yardım edən rəssam, qəhrəman obrazını real mühitdə, yəni hadisənin vaqe olduğu zaman və məkanda, yəni olduğu kimi təsvir edib göstərməyə çalışır [14, s.167].
Kitabın üz qabığında ensiklopediyanın müxtəlif bilikləri, məlumatları özündə əks etdirməsini bir daha sübuta yetirən müxtəlif maraqlı rəngarəng şəkillər ümumiləşdirilmiş və tərtibata daxil edilmişdir. Məsələn, kitabın üz qabığında çərpələng, gəmi, dəniz, insan, heyvan, oyuncaq, sahil, ağaclar, səma, buludlar və s. verilməsi ensiklopediyanın mövzusunu açmağa kömək edir. Yəni bu nəşrdə müxtəlif mövzularda məlumatlar əks olunur. Əlbəttə ki, belədir. Ensiklopediyada biz çox maraqlı bölmələrlə tanış oluruq.
Məlumdur ki, əsərin bölmələrinin, yarımbölmələrinin başlıqları cürbəcür olur və sahə ədəbiyyatında bu rubrika adlanır. Rubrika ümumi mətnin məntiqi cəhətdən hissələrə bölünməsi deməkdir. Onu əsərin daha aydın dərk olunması üçün istifadə olunan texniki-qrafik üsul və ya bölgüləmə kimi də başa düşmək olar [14, s.258].
Soraq-məlumat nəşrləri üzərində işləyərkən əsasən redaktor tərəfindən burada kitabın planını hazırlamaq, rubrika düzümünü dəqiq vermək mətnlər üzrə işləməyi asanlaşdırır, ən əsası isə oxucunun əsəri daha yaxşı mənimsənilməsinə kömək edir.
Ona görə də, mövzunun daha uğurlu açımı və şərhi əsərin düzgün rubrikalaşdırılmasından da çox aslıdır. Hər bir əsərin bölmələri, fəsilləri xüsusi başlıq sayılır və bu, yazı mədəniyyətində xüsusi əhəmiyyət daşıyır. Mətnin nəzəri cəhətdən öyrənilməsində belə başlıq seçmələri bir çox cəhətdən diqqəti cəlb edir. Bu ilk növbədə əsərin dərk olunmasını dərinləşdirir. Başlıqlar – həm də əsərin quruluşunu əks etdirir [14, s.258].
Rubrikalara bölgüləmə əsərdə ciddi funksiyaya malik olduğuna görə redaktə işində əhəmiyyətli yer tutur. Rubrikasiyanın əsas funskiyaları aşağıdakılardır:

  • Oxumanı asanlaşdırır;

  • Oxucuya istiqamət verir;

  • Əsərdə nədən danışılacağını öncədən bildirməklə, oxucunu sonra gələn məqam və mətləbləri qavramağa hazırlayır;

  • Mətndə nəfəsdərmələr, qırılmalar yaratmaqla mövzuya bir qədər ara verir, oxunmuş parçaları bir qədər rahat mənimsəmək üçün imkan yaradır;

  • Oxucuya bələdçilik edir, kitaba ona gərək olan hissələri tapmağı asanlaşdırır [14, s.259].

Ensiklopediyanın bütün başlıqları bu və ya başqa şəkildə bir-birinə bağlı olduqları üçün onlar bu və ya başqa dərəcədə bitkin bir sistem yaradırlar. Həmin sistem rubrikasiya adlanır. Rubrikasiya nəşrin quruluşundan aslıdır. Nəşr rubrikasiyalarla sanki özünü təqdim edir. Mətnin redaktor tərəfindən təhlilində rubrikasiya önəmli yer tutur.
Ensiklopediyada “Qəribə kiçik canlılar”, “Bədheybət canlılar”, “Möcüzəli dəniz məxluqları”, “Dünya ölkələri”, “Dünya möcüzələri”, “Təbii fəlakətlər”, “Böyük döyüşçülər”, “İxtiralar”, “Föqəltəbii hadisələr”, “Optik illüziyalar”, “Balet və rəqslər” bölmələri daxilində mətnlər sistemləşdirilmişdir.
Ensiklopediyada mətnlər yığcam və lakonik şəkildə tərtibata daxil edilmişdir.
Hər şeydən əvvəl qeyd edim ki, ensiklopediyada təqdim edilən bölmələr də, yarımbölmələr də eyni qayda üzrə (həm sayca, həm də həcmcə) bölünmüş və tərtibata daxil edilmişdir.
“Qəribə kiçik canlılar” adlı bölmədə “Natamam çevrilmə”, “Tam çevrilmə”,, “Ovçular”, “Eşələnən və qazan varlıqlar”, “Sorucular”, “Uçan varlıqlar”, “Sürünən və yeriyən unurğasızlar”, “Tullanan və suyun səthində varlıqlar”, “Sürünmək və qıvırlmaqla yerdəyişmə”, “Kamuflyaj”, “Yamsılama”, “Qoruyucu və xəbəredici rəngləmə”, “Oxuyan və işıqsaçan canlılar”, “Nəsilartırma qayğısı” adlı 13 mətn yerləşdirilmişdir.
Nəşrə diqqət edərkən görürük ki, səhifələrdə yer alan yarımbölmələr daxilində mətnlər də hissə-hissə, kiçik mətnlər şəklində tərtibata daxil edilmişdir.
Məsələn, “Natamam çevrilmə” adlı yarımbölmə nəşrin 8-ci səhifəsindən başlayır. Burada oxuyuruq: “Bəzi kiçik canlıların təzə doğulmuş balaları öz valideynlərinin kiçildilmiş surətlərini xatırladır. Onlar tədricən boy atır, yetkinləşir. Başqalarının balaları isə valideynlərinə qətiyyən oxşamır. Onlar öz inkişaflarında bir neçə mərhələdən keçirlər” [10, s.8].
Səhifədə yerləşən abzaslar arasında hər hansı bir soxulcan, tarakan və s. həşəratların rəngli rəsmi yerləşdirilmişdir ki, bu da bədii-tərtibatı bir daha gözəlləşdirir, həm də maraqlı edir. Bu həm də uşaqları yormur, əksinə abzaslar arasındakı illüstrasiyaların tərtibata daxil edilməsi mətnlərin oxunaqlığını artırır [10, s.8].
Şəkil, illüstrasiya və s. kimi təsviri materialların mühüm əhəmiyyət daşıdığı ensiklopediyalardan istifadə edən oxucu, ilkin olaraq burada yerləşdirilən illüstrasiyaları gözdən keçirir. Bu tip nəşrlər üçün eni hündürlüyünə uyğun, yəni ölçüsü kvadrata yaxın formatlar daha münasib sayılır. Kvadrat ölçülü vərəqdə hətta ən iri illüstrasiyaları da elə yeləşdirmək olar ki, kitabı mütaliə vaxtı müxtəlif istiqamətlərdə çevirmək ehtiyacı yaranmasın [14, s.83].
Əsərin məzmununu şərh edib tamamlayan, onun daha yaxşı və asan qavranılmasına kömək edən rəsm əsəri, fotoşəkil, cədvəl, sxem, çertyoj, kartoqram, diaqram və s. bu kimi qrafik təsvirlər illüstrasiya adlanır. İllüstrasiya, təsviri incəsənətin müstəqil qolu kimi təşəkkül tapan kitab tərtibatı elementidir. Bir neçə sözlə müşayiət edilən qrafik təsvir, müəyyən miqdarda mətni əvəz edə bilər. розы Kitabın bədii qrafik tərtibat planı ilə birbaşa bağlı olub məlumatverici funksiya daşıyan illüstrasiya, öz ifadəliliyi sayəsində təkcə tərtibat elementi kimi yox, həm də mətnin mənasını aydınlaşdıran vasitə kimi işlədilir.
Əksər kitab tiplərinin vacib ünsürlərindən olan kitab illüstrasi yası mətnlə əlaqəsinə, əsərdəki roluna, tərtibat üsuluna görə digərlərindən fərqlənir. Bu fərq elmi-texniki və bədii ədəbiyyat nümunələrinin müqayisəsində daha aydın görünür. Öz təyinatı ilə bağlı elmi-istehsalat, dərslik, təbliğat-təşviqat, məlumat tipli nəşrlərin, böyüklər və uşaqlar üçün nəzərdə tutulan ədəbiyyat nümunələrinin hər birində əsas mətnlə müxtəlif qaydada bağlanan illüstrasiya, bu səbəbdən də hər dəfə fərqli funksiya daşıyır.
İllüstrasiyalar nəşrin xarakterindən asılı olaraq hər dəfə müxtəlif məqsədlərə xidmət edir, məs.: bədii əsərdə nəşrin məzmununun açılmasına, elmi kitablarda qoyulan məsələnin daha dərindən mənimsənilməsinə və s. kimi... illüstrasiyalar texniki ədəbiyyatda rast gəldiyimiz əmək alətləri, maşın və detalların qavranılmasını asanlaş dırmaqla bərabər, həm də istehsalat proseslərinin xırdalıqlarını da açıb göstərir, müəllif ideyasını möhkəmlətməkdə mətnə yardım etsə də, məzmuna əlavə heç bir yenilik gətirmir.
Elmi-idrakı illüstrasiyalar mətndə təsvir olunan mövzu şəkilli çertyojlardan, sxem, diaqram, coğrafi xəritə və s. ibarətdir. Onlar, mətnin şərhini əyaniləşdirib daha da dolğunlaşdırmaqla istənilən mürəkkəb mətni qismən və ya tamamilə əvəz edə bilər. Mahiyyətcə kitabın məzmunu ilə sıx bağlı olan belə illüstrasiyalar, müəllif əsərinin ayrılmaz hissəsi sayılır. Əksər hallarda, onlarsız mətnin dərk edilməsi, sadəcə mümkün deyil. Oxucuların teoremin isbatını, dəzgahın quruluşunu çertyojsuz, sxemsiz dərk edə biləcəyinə inanmaq, doğrudan da çətindir. Hər hansı naməlum canlı və ya bitki quruluşunun geniş şərhinin illüstrasiya ilə müşaiyət olunması, həmin mövzu haqqında oxucuda daha düzgün və aydın təsəvvürün yaranmasına xidmət edir. Elmi mətnlər kimi, elmi-idraki illüstrasiyalar da oxucudan müəyyən dərrakə, bilik və diqqət tələb edir. Elmi illüstariyaların oxucunun hiss və duyğularına təsirinin təmin edilməsi, onların hamı tərəfindən başa düşülən olması demək deyil. Elmi-idraki illüstrasiyalara verilən əsas tələb, onların elmi cəhətdən dəqiqliyi, səlistliyi, məntiqliliyi və həqiqiliyidir. Elmi illüstrasiyalar mahiyyətcə eyni olan predmet, əşya, canlı qrupları və s. haqqında ümumi təsəvvür yarada bilər. Bununla belə, proses və ya hadisələri dəqiqlik və dolğunluqla təsvir edən elmi illüstrasiyalar da mövcuddur. İnandırıcılığı ilə oxucuda təsvir olunan hadisə, tarixi və ya siyasi vəziyyət haqqında canlı təsəvvür yaradan, texniki elmlərə aid kitablarda geniş istifadə olunan sənədli illüstrasiyalara qəzet və jurnal kimi nəşrlərdə də rast gəlmək mümkündür. Elmi-idraki illüstrasiyalar mahiyyət etibarilə əşyavi və şərti xarakter daşıyır, məs.: maşının fotoşəkli əşyavi xarakter, onun çertyoju isə şərti xarakter daşıyır.
Əşyavi xarakter daşıyan illüstrasiyalara fotoşəkilləri, şərti illüstrasiyalara isə sxem, diaqram, çertyoj, coğrafi xəritə və s. misal göstərmək olar. Tamamlayıcı, tərbiyəedici, izahedici, əsaslandırıcı, estetik, aydınlaşdırıcı funksiyaları yerinə yetirən illüstrasiyalar tədris edəbiyyatında, həm də başlıca tədqiqat predmetidir. Bu səbəbdən də dərsliklərdə sadə çertyojdan tutmuş teleskop çəkilişlərinin reproduksiyalarına qədər, hər cür mürəkkəb illüstrasiyalara rast gəlmək mümkündür. Bundan başqa, dərslik üçün illüstrasiya seçilərkən, mütləq oxucunun təhsil dərəcəsi də nəzərə alınmalıdır Kitab tərtibatından, mətnə illüstrasiya çəkməkdən söhbət gedəndə ilk növbədə uşaqlar üçün yazılan əsərlər yada düşür. Yaxşı tərtib olunmuş məzmunlu, gözəl illüstrasiyalarla bəzədilmiş kitabların uşaqların təlim-tərbiyəsində rolu, heç də az deyil. Çox zaman uşaqda kitaba marağı və mütaliə həvəsini kitabın məzmunundan çox, onun zahiri görünüşü, illüstrasiyalarının cazibədarlığı və rəngarəngliyi oyadır. Bu səbəbdən də, uşaqlar üçün yazılmış əsərlərin tərtibatı digərlərindən ciddi surətdə fərqlənir. Bu cür kitablar məzmunca oxucuların yaş və bilik səviyyəsinə uyğunlaşdırıldığı kim tərtibat cəhətdən də pedoqoji tələblərə cavab verməlidir. İllüstrasiyalar kiçik oxucunun qabiliyyət və bacarığının inkişaf edib formalaşmasına, fikir və fantaziyasının genişlənməsinə, bilik və məlumatını artmasına xidmət etməlidir. Bu zaman tərtibatçı rəssam rəng əlvanlığından, zahiri bəzəkdən əlavə, məna gözəlliyinə də diqqət yetirməlidir. Uşaq kitablarında, zövq və dünyagörüşü tədricən, sadədən mürəkkəbə doğru dəyişən illüstrasiyalara, xüsusilə böyük ehtiyac duyulur. Yazılanlara tez inanan uşağın saf qəlbi kimi, ətraf aləmi də xeyirxah və təmiz olmalıdır. İllüstrasiyalı hər bir kitab gənc nəsil üçün estetik zövq, tərbiyə mənbəyi olmalı, uşaqlara sevinc, fərəh bəxş etməlidir. Bu səbəbdən də, rəssamlar uşaqlar qarşısındakı məsuliyyətin böyüklüyünü yaxşı dərk etməli, onlar üçün hazırlanan əlvan illüstrasiyaların, həyat və məişətdə gördüyümüz real təsvirlərlə üst-üstə düşməsinə çalışmalıdırlar [11, s.132].
Özünəməxsus tərtibatı ilə seçilən uşaq kitablarının əsas ünsürü, məhz illüstrasiyalardır. Məktəbəqədər uşaqlar üçün nəşr olunan kitablarda aydınlaşdırma məqsədi daşıyan mətn və şəkillərin bir-birilə əlaqəli olub, birinin digərini tamamlaması əsas şərtdir. Təsvirin idraki, tərbiyəvi, estetik funksiyaları yerinə yetirdiyi bu tip nəşrlərdə, illüstrasiyalar kitabın məzmunu və dili qədər önəmlidir. Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş kitabların tərtibatında rəng xüsusi rol oynayır. Dekorativ səpkili əlvan illüstrasiyalar oxucuda kitaba marağı xeyli artırır. Bu illüstrasiyaların öz təbii rəngində uşaqlara çatdırılmasında, mətbəənin də rolu az deyil. Hansı illüstrasiyalarla müşayiət olunmasından və bu illüstrasiyanın hansı funksiyanı yerinə yetirməsindən asılı olmayaraq, bədii əsərlər elə tək bitkin məzmunu və ədəbi dəyəri ilə də oxucuya dərin təsir göstərmək iqtidarındadır. Bu səbəbdən də, illüstrasiyalardan bədii ədəbiyyatda qavranılma məqsədilə istifadə olunmasına, heç də həmişə ehtiyac duyulmur. Əsas vəzifəsi qrafik təsvirin köməyilə ədəbi əsərin ideya-məzmunununa daha dərindən nüfuz edib, onun oxucuya təsirini daha da gücləndirmək olan illüstrasiyalar bədii ədəbiyyatda, bəzən hətta müəllifin vermədiyi xırdalıqları belə açıb göstərməyə qadirdir. Dərin mənalı gözəl illüstrasiya və mükəmməl bədii təsvir, hər bir ədəbi əsərin yaraşığıdır. Kitabın xarici görünüşü ilə daxili arasında qırılmaz vəhdət yaradan qrafik şəkil, oxuculara yazıçının yaratdığı obrazları əyani vasitələrlə çatdırmış olur. Beləliklə, məzmununu ilə tanış olduğu əsərin ideyasını dəqiqləşdirən, oxucuya mövzu və süjet xəttini vahid yaradıcılıq konsepsiyasında dərk etməkdə yaxından yardım edən rəssam, qəhrəman obrazını real mühitdə, yəni hadisənin vaqe olduğu zaman və məkanda, yəni olduğu kimi təsvir edib göstərməyə çalışır [11, s.133].
“Bədheybət canlılar” adlı bölmədə “Yerüstü canlılar”, “Dəniz canlıları”, “Uçan canlılar”, “Tülkü canlılar”, “Qorxunc canlılar”, “İyrənc canlılar”, “Qəddar canlılar”, “Kök canlılar”, “Əcaib varlıqlar”, “Zəhərli yırtıcılar”, “Yırtıcı yığını”, “Nadir canlılar”, “Xəyali canlılar”, “Nəsli kəsilmiş canlılar” adlı 14 mətn yerləşdirilmişdir.
Ensiklopediyanın məzmununu təşkil edən mətn və şəkillərdən başqa bir çox sorğu elementləri var. Onlar kitab blokunun düzgün yığılmasına və oxucuya, kitabda özünə lazım olan mətn və materialı rahat tapmağa kömək edir. Bütün bu elementlərin tərtibatı kitab səhifələrinin nəşr üçün qəbul olunan ümumi kompozisiyasına uyğunlaşdırılmalıdır. Oxucu üçün xüsusi əhəmiyyət kəsb edən əlavə sorğu materiallarına səhifələrin sıra nömrəsi, mündəricat, başlıq və s. göstəricilər aiddir.
Səhifələrin sıra nömrəsi, başlıq və göstəricilər ensiklopediyadan istifadəni asanlaşdırıb istənilən materialı tapmağa yardım etdiyi üçün yaxşı görünməlidir. Bu səbəbdən də, onlar əsas mətnin yığıldığı qarniturla eyni rəngə və ölçüdə yığılır. Əsas mətn korpus və ya daha iri şriftlə yığılıbsa, bu göstəricilər üçün bir az kiçik şrift (petit) də seçilə bilər. Əsas mətnin petitlə yığıldığı hallarda isə, sıra sayını petitdən kiçik şriflə yığmaq düzgün deyil. Daha tez-tez istifadə olunan soraq-məlumat nəşrlərində bəzi səhifələrin sıra nömrəsini əsas mətndə olduğundan da iri, qara şriftlə yığmaq olar. Sıra nömrəsi, adətən səhifənin aşağısında lar mərkəzdə, ya da kitab açılan tərəfdə, yəni sağda yerləşdirilir [11, s.120].
“Böyük uşaq ensiklopediyası”nda bəzi səhiflərdə sıra nömrələri verilməyib. Buna səbəb isə bəzi səhifələrdə illüstrasiyaların daha iri həcmdə olması, səhifənin nömrələnməsi yerinə qədər davam etməsidir. Bu da nöqsanlı cəhətlərdən biridir.
“Möcüzəli dəniz məxluqları” adlı bölmədə “Mərcan rifinin sakinləri”, “Dəniz sahilinin sakinləri”, “Dərin su sakinləri”, “Soyuq iqlim sakinləri”, “Mikroskopik varlıqlar”, “Dəniz nəhəngləri”, “Sahil sakinləri”, “Ağıllı varlıqlar”, “Amansız yırıtıcılar”, “Uçmağa qadir olanlar”, “Pulcuqlular”, “Qeyri-adi varlıqlar”, “Qədim varlıqlar”, “Mifik varlıqlar” adlı 14 mətn yerləşdirilmişdir.
“Dünya ölkələri” adlı bölmədə “Avropa”, “Şimali Amerika”, “Cənubi Amerika”, “Afrika”, “Qərbi və Cənubi Asiya”, “Şərqi və Cənub-Şərqi Asiya”, “Avstraliya və Okeaniya” adlı 7 mətn daxil edilmişdir.
Əsərin uğur qazanıb əsl sənət nümunəsinə çevrilməsində müəlliflə bərabər ədəbi, bədii və texniki redaktorların şəxsi keyfiyyətləri, yəni istedad, təcrübə, bilik və bacarıqları, işə münasibətləri də həlledici rol oynayır. Təsvirin nəşrin forma və məzmununa münasibətini aydınlaşdıran rəssam, xarici tərtibat ünsürlərini yaratmağa bədii tərtibat növünü seçməkdən başlamalıdır: şrift, ornament, mövzu-süjet, əşyavi-təsvir və ya rəmz-simvol.oqat Şrift, şəkil və ya ornamentdən hər biri, oxucunun kitabla tanışlığına göstərdiyi köməyin dərəcəsindən asılı olaraq kompozisiyada əsas və ya ikinci dərəcəli rol oynaya bilər. Müəyyən ardıcıllıqla getsə də, bir az vaxt tələb edən bu tanışlıq prosesində oxucu əvvəl supercildə, cildə, sonra forzasa, ən sonda isə kitabın səhifələrinə nəzər yetirir. Bu zaman onların hər biri oxucuda konkret fikir və rəy formalaşdırır. Təsvir və mətn bir-birini əvəz etdikcə oxucunun şüurunda əsas konturların müəyyənləşməsi, nəşrin özəyi sayılan məzmunun ona tədricən, əziyyətsiz çatmasını təmin edir. Kitabda da, teatr tamaşalarında olduğu kimi, səhnələr bir-birini əvəz etdikcə obrazlar tamaşaçının beynində birləşib bütöv bir məzmun yaratmalı, tərtibatçı nəşrin ideya və mövzusundan kənara çıxıb oxucunu çaşdırmamalıdır. Beləliklə, müəllifin oxucuda konkret fikir formalaşdırmaq istəyinə yardım etməli olan hər üç redaktor (ədəbi, bədii və texniki), bu məsələdə birbaşa onun müttəfiqinə çevrilmiş olur [11, s.25].
“Dünya möcüzələri” adlı bölmədə isə “Qədim dünyanın möcüzələri”, “Heyrətamiz tikililər”, “Heyrətamiz qayalar”, “Heyranedici qüllələr”, “Heyrətamiz insan təsvirləri”, “Su möcüzələri”, “Heyrətamiz tunellər”, “Əyləncələr dünyasındakı möcüzələr”, “Heyrətamiz yeraltı mağaralar”, “Heyrətamiz dini abidələr”, “Möcüzəli rəsmlər”, “Heyrətamiz sualtı dünya, isti və soyuğun möcüzələri”, “Mühəndis sənəti möcüzələri”, “Qeyri-adi təbiət hadisələri” adlı 14 mətn yerləşdirilmişdir.

“Təbii fəlakətlər” adlı bölmədə “Zəlzələlər”, “Vulkanlar”, “Göy gurultusu və şimşək”, “Fırtına və qasırğalar”, “Daşqınlar”, “Uçqun və sürüşmələr”, “Quraqlıq”, “Meşə yanğınları”, “Buzlaşma dövrü”, “Dəniz təhlükələri”, “Taun”, “Ziyankar heyvanlar”, “Ətraf mühitin çirklənməsi”, “Kosmosdan gələn təhlükələr” adlı 14 mətn daxil edilmişdir.


Cədvəllərin formanın görünüşünə zərər vermədən yığılması, mütləq tipoqrafikanın qayda-qanunlarına uyğunlaşdırılmalıdır. Cədvəlin gözəllik baxımından xüsusi, özünəməxsus texniki estetikası mövcuddur, məs.: tərtibat vasitəsilə qatarların adi hǝrǝkǝt cədvəlinin istənilən çoxrəngli aksident işdən daha effektli görünməsini təmin etmək mümkündür. Nǝfis kitabın eyni və ya fərqli qarniturlarla yığılması vacib deyil, əsas odur ki, bu məsələyə formal yanaşılmasın. Axı, bahali materiallardan hazırlanıb rəngarəng illüstrasiyalarla bəzədilən kitab, hələ yaxşı kitab demək deyil. Şrift heç də, həmişə, eyni funksiyanı daşımır, tərtibatçının ixtiyarında şrifti təsvirə və ya əksinə təsviri şriftə çevirməyin müxtəlif yolları var. Şrift və təsvirin bir-birini tamamladığı bitkin kompozisiyanın yaranmasına nail olmaq üçün, onlar arasındakı qarşılıqlı əlaqə araşdırılmalıdır. Qədim məbədlərin giriş qapısı üzərindəki naxışlı yazılar, şriftin təsviri incəsənətin ifadəli bir elementi kimi hələ orta əsrlərdə mövcud olduğunu təsdiq edir. Əlyazmalardakı təsvirlərə baxanda, miniatürləri tamamlayıb kitabı sanki daha da gözəlləşdirən hərflərin, ancaq oxu vasitəsi olduğunu deməyə dilimiz gəlmir. Yazı və təsvir bir-birini tamamlamalı, yəni vahid məntiqə tabe olmalıdır, məs.: ciddi təsvir üçün ciddi şrift dəsti seçildiyi kimi, əyləncəli təsvir üçün də, müvafiq şrift dəsti seçilməlidir. Bəzən qaydanı pozub mətni müxtəlif qarniturlu, özü də bir-birindən xeyli fərqli şriftlərlə də vermək olar. Ancaq, bu mücərrədlik təsvirin məqsəd və məzmunu ilə uzlaşmalı, kompozisiya qanunlarına zidd olmamalıdır. Dəbdəbə, bayramsayağı əhval-ruhiyyǝi, lirik ya da kədərli emosiyalar, qəhrəmanlıq ruhu şriftdə, mütləq hiss olunmalıdır. Hazır qrafik təsvirə təsadüfi şriftin yeri gəldi-gəlmədi əlavə edilməsi "yad", yəni qondarma görünüşü ilə təsviri dəyərdən sala bilər. Bəzəklə (ornament) şriftin birgə kompozisiyasının mümkünlüyü hər ikisinin səthi xarakteri ilə yanaşı, həm də aydın duyulan ritmikliyi ilə də izah olunur. Hərf və naxışlar üçün ümumi ritm, oxşar plastika, uyğun rəng çalarları tapmağa müvəffəq olan tərtibatçı, şrifti ornamentə uyğunlaşdırmaqla həm də, orijinal kompozisiya yaratmaq şansı qazanmış olur.
Vahid kompozisiyada birləşən şrift və təsvirin ən geniş yayılmış variantı yazı və rəsmin bir-birilə yanaşı, yəni eyni müstəvi üzərində yerləşməsidir. Amma, bunun da öz çətinlikləri var, ya təsvir vərəqin bütün səthini tutduğundan haşiyə üzərinə qoyulmuş mətnə az yer qalır, ya da səthin müəyyən hissəsini tutan rəsm mətndən haşiyə ilə ayrılmalı olur və s.
Şrift və təsvirin bir-birini tamamlayıb vəhdət yaratmaması, kompozisiyanın alınmadığını göstərir. Buna, tərtibat zamanı hər bir elementin diqqətlə seçilib işləndiyi kompozisiyada nəşrin aid olduğu dövrün nəzərdən qaçırılması da səbəb ola bilər. Şriftin ifadəli, oynaq ritmi onun dekorativ kompozisiyada istifadəsini mümkün etməklə yanaşı, bəzən yarandığı dövrlə bağlı nəsə bir gizli, məlumatverici funksiya daşıya biləcəyini də göstərir. Şrift və təsvir müəyyən miqdarda müasirlik elementləri daşısa da, mütləq nəşrdə söhbət gedən zamanla səsləşməlidir. Bunu, həmin dövrə aid şriftin, sadəcə təkrar verilməsi kimi də başa düşmək lazım deyil. Səthi təsvir üzərindəki yazını daha çox qabartmaq məqsədilə bəzən həcmli (relyefli) şrift də seçilə bilər. Onların bir-biri ilə uz laşmayıb birinin digərini inkar etdiyi hallarda, təbii ki, kompozisiya da alına bilməz. Şriftin təsvirə uyğunlaşdırılması məqsə dilə, kompozisiyanın bitkinlik ölçüsü adlanan anlayışa diqqət yetirilməsi vacibdir. Bu isə, işin başlanğıcında emosional yükün bölündüyü nisbəti rəssamın özü üçün hansı səviyyədə dəqiq aydınlaşdıra bilməsindən, kompozisiyada aparıcı rolun şrift və ya təsvirə verilməsindən asılıdır. Bütün bu incəliklərə diqqət yetirilməyən hallarda isə, nəticə, sadəcə təsadüfdən asılı olacaq. Şrift və təsvir arasındakı münasibət təkcə kəmiyyətlə yox, həm də rəng çalarları ilə müəyyənləşir, məs.: təsvir üçün seçilən şriftin qalınlığı və parlaqlığı onun vacibliyi təsəvvürü yaradır. Kompozisiya təkcə şrift və təsvirin oxşarlığı ilə deyil, əksinə, yaxşı düşünülmüş şüurlu təzadı, məs.: səth və həcmin, statistika və dinamikanın, rəng və s. üz-üzə qoyulması ilə də alına bilər. Bəzən səthi şrifti həcmli foto təsvirə, elə onun öz səthində birləşdirməklə də maraqlı effekt almaq mümkündür. XX əsrin başlanğıcında yazı və təsviri bir-birinə daha sıx bağlamağa çalışan tərtibatçı rəssamlar, təsviri, mətbəə materialları yığılandan (işarə, xətt və s.) sonra çəkməyə üstünlük verirdilər. Bu, bəzən uyğunsuzluğun aradan qaldırılmasına səbəb olurdu. Kompozisiya bitkinliyi, təsvir sətirlərin hərəkətinə uyğunlaşdırılıb onların ritminə qoşulanda da yaxşı alınır. Belə təsvir dərində yox, fiqurların hərəkəti istiqamətində, onlarla yanaşı səthlərdə yerləşdirilir. Təsvirin şriftlə qarşılıqlı əlaqəsini araşdıran V.A.Favorski belə səthi "hərəkət edən" səth adlandırırdı. Müstəvi üzərində səthi şriftlə həcmli fəza təsvirinin vəhdətinə, onlar üçün təzadlı rəng seçməklə də nail olmaq olar. Şriftin təsvirlə sıx əlaqəsini təmin edən üsullardan biri-"kolliqram" adlanan qrafik oyun illüstrasiyanı yarıya ayıran mətni, öz yeri ilə təsvir çərçivəsinə daxil olmağa məcbur edir. Təsvirlə şriftin qarşılıqlı əlaqəsinin bütün variantlarını saymağın mümkün olmaması isə, əslində bu variantların çoxsaylı olub daim yeniləşməsi ilə izah olunmalıdır.
“Böyük döyüşçülər” adlı bölmədə isə “Döyüşçülər kimlərdir?”, “Makedoniyalı İsgəndər”, “Hun sərkərdəsi Atilla”, “Romalılar”, “Romanın düşmənləri”, “İrland döyüşçüləri”, “Vikinqlər”, “Çingizxan”, “Xaç yürüşləri”, “Asteklər və inklər”, “Şimali Amerika hinduları”, “Şərq ölkələrinin döyüşçüləri”, “Azadlıq uğrunda mübarizələr”, “Mif qəhrəmanları – döyüşçülər” adlı 14 mətn daxil edilmişdir.
Əsər nəşriyyata qəbul olunduqdan sonra redaksiya proseslərindən keçirildikcə hər mərhələdə ona müəyyən qeydlər edilir, iradlar tutulur, yaxud yazar qarşısında yeni tələblər qoyulur. Bu prosesin əsas ağırlığı ilkin redaktor qeydlərinin işlənməsi və rəy prosesində meydana gələn əyər-əskiklərin nəzərə alınmasıdır. Bunlar xeyli mürəkkəb, vaxt aparan və zəhmət tələb edən işlərdir. Redaksiya-nəşriyyat işində əsərin rəyə verilməsi, yaxud redaksiyada oxunması zamanı meydana çıxan müxtəlif səpkili irad və təkliflərin nəzərə alınması mühüm məsələlərdəndir. Təcrübəli redaktor mətni araşdırıb, onun haqqında (bu və ya başqa dərəcədə) mənfi fikrə gəldikdə onun üzərində Mətnlə bağlı meydana çıxan iradları, qeyd olunduğu kimi, öncə redaktor saf-çürük etməli, əsaslandırmalıdır. Redaktor rəyçi və oxucuların gözlənilən iradlarını da özününkülərlə birləşdirdikdən sonra müəllifin diqqətinə təqdim edir. Müəllif isə bu iradları tam və ya qismən qəbul edərsə, əsər üzərində təkmilləşdirmə əməliyyatına başlanır.
Mübahisələr, polemikalar zamanı çalışılmalıdır ki, redaktor tərəfindən qəbul olunmuş iradlar qarşılıqlı razılaşma əsasina aparılsın. Bu zaman elə etmək lazımdır ki, müəllif mətni öz simasını itirməsin, üslubu, fakt düzəni və pozulmasın, mətn özgələşməsin. təhkiyə sistemi Bu məsələ dərin psixoloji əhəmiyyət daşıyır. Hər kəsin düşüncə tərzi özünə məxsusdur və özünə əzizdir, habelə bir çox hallarda müstəqil estetik mahiyyət daşıyan milli dəyərdir. Müəlliflə redaktorun üslub və zövqləri də, təfəkkür tərzləri də çox vaxt bir-birindən fərqlənir. Belə bir şəraitdə redaktor öz iradəsini müəllifə diqtə etməməli, onun özünəməxsus düşüncə tərzinə hörmətlə yanaşmalı, müəllif üslubunun və düşüncəsinin dərinliklərinə varmalı, müəllif niyyətinin oxucu qarşısında ən əlverişli şəkildə açılmasına nail olmalıdır. Bu təkziblər, işləmələr əsasən ona yönəldilir ki, əsərin məzmunu təhlil olsun, informasiya tutumu zəngin və yetəri səviyyəyə çatsın, oxucu onu asanlıqla və bütövlükdə qavraya bilsin. Redaktor sənətkarlığı məhz belə yerdə özünü göstərir.
Mətnə düzəlişlər edilməsi ilə mətnin təhlilini başa çatmış hesab etmək olmaz. Bəzi hallarda edilən düzəlişlər də uğurlu və yetərli olmaya bilər və yaxud orada da səhvlərə yol verilər. Ona görə də düzəlişlər aparıldıqdan qətlə, redaktor və yazar tərəfindən yenidən yoxlanılmalıdır. Çünki dəqiq olmayan düzəlişlər mətnin mənasına və üslubuna xələl gətirə bilər. Belə hallarda bəzən bir səhvin aradan qal dırılması başqa səhvin yaranması ilə də nəticələnir. Ona görə də axırda mətni bütövlükdə bir də gözdən keçirmək, hər şeyin yerində olub-olmadığını yoxlamaq vacibdir. Düzəlişlərin yoxlanmasında aşkara çıxan nöqsanlar adətən aşağıdakı kimi olur:
1. Düzəlişlərin yetərli olmaması və uğurlu alınmaması.
2. Düzəlişlərin yerinə yetirilməsi zamanı yeni səhvlərin buraxılması [14, s.35].
Təcrübəli redaktorlar iş prosesində öz düzəlişlərinə bir qədər ara verdikdən sonra mətnə səbrlə və diqqətlə təzədən baxaraq, öz düzəlişlərinə sınayıcı baxışla yanaşaraq təhlillərinin düzgünlüyünə tam əmin olmalıdır. Düzəlişləri yerinə yetirən əməkdaşların da təkrar buraxdığı səhvləri izləməli, onların düzəldilməsi işinin tam başa çatdırıldığını yoxlamalıdır
“İxtiralar” adlı bölmədə isə “Enerji mənbələri”, “Hərəkət”, “Dəniz və dəniz üzgüçülüyü”, “Uçan maşınlar”, “Yaxından baxaq”, “Toxuculuq”, “Vaxtın təyini”, “Məktub və çap”, “Səsin yazılması və canlandırılması”, “Rabitə”, “Fotoqrafiya və televiziya”, “Elektronika”, “Evdə inqilab”, “Heyrətamiz və möcüzəli ixtiralar” adlı 14 mətn yerləşdirilmişdir.
Redaktə işi bütövlükdə məntiqi təhlil prosesidir və bu təhlillər konkret və ümumi xarakterli olur. Ayrı-ayrı məqamların, elementlərin, fakt və təsvirlərin səciyyələndirilmə yolu ilə naşı əsərin bütöv, ümumi cəhətlərinin təhlili xüsusi bir əməliyyatlar kompleksini özündə birləşdirir. Redaksiya-nəşriyyat işində mətni yalnız qiymətləndirmək deyil, həm də yaxşılaşdırmaq, təkmilləşdirmək əsas məsələ olduğuna görə bu vəzifəni həyata keçirmək üçün hansı işlərin aparılacağını bilmək də olduqca vacibdir. Bu, çoxcəhətli və mürəkkəb məsələdir. Birincisi, redaktorluq sənəti müəyyən dərəcədə başqasının fikrini daha aydın təcəssüm etdirmək və bu işi faktik materialda gerçəkləşdirmək bacarığı ilə bağlıdır. Bu isə başqa sənət sahələrində olduğu kimi deyil, yəni tam bir sistemə uyğunlaşmayan işdir, burada kənarlaşmalar, başqa sənətlərlə çulğalaşma halları olur. Redaktə işində daim subyektivlik, onu yerinə yetirənin şəxsiyyət, bilik və xarakterindən doğan çalarlar çox olur. İkincisi, redaktor təhlilində son məqsədlərə çatılması üçün bütün vəsilələri bilmək və müəyyənləşdirilmək zərurəti heç də o demək deyil ki, redaktor bunların hər birini ayrılıqda və qəti bir ardıcıllıq qaydasıyla həll etməlidir. Təcrübədə təhlilin növləri bir-birilə çulğalaşır, qovuşur, birləşirlər. Məsələn, redaktorun mətni dərindən başa düşmək üçün işlətdiyi üsullar Çox vaxt əsərdəki faktların gerçəkliyə uyğun olub-olmadığını da, mətnin praktik etibarlılıq dərəcəsini də müəyyənləşdirməyə imkan verir [14, s.220].
“Fövqəltəbii hadisələr” adlı bölmədə isə “Müxtəlif kabuslar”, “Dünyadakı kabuslar”, “Polterqeyst”, “Məzəli kabuslar”, “Kabuslu evlər”, “Kabuslardan necə qurtulmaq olar?”, “Göy sirləri”, “Sirli yoxolmalar”, “Cadugərlik”, “Falçılıq”, “Öncəgörmə”, “Heyrətamiz qabiliyyətlər”, “Qəribə və möcüzəli”, “Bir az daha kabuslar” adlı 14 mətn daxil edilmişdir.
Əsərin rəy üçün qiymətləndirilməsi yazar üçün də, nəşriyyat üçün də vacib bir mərhələdir. Redaktorun əsər üzərindəki gələcək iş fəaliyyəti də daha çox bu mərhələdə müəyyənləşdirilir. Ona görə də əsərin ətraflı təhlil edilməsi üçün bu sxem xüsusi önəm daşıyır. Sxemin əsas göstəriciləri bunlardır:
1 Əlyazmanın əsas cəhətlərinin, ümumi məzmununun prinsipial baxımdan qiymətləndirilməsi, əsas iri struktur vahidlərinin təhlil edilməsi, rubrikasiya vahidləri - paraqraf və başqalarla tanışlıq. 2. Əsərin əsas ideya daşıyıcı olan məntiq vahidlərinin müəyyənləşdirilməsi. 3. Fəsil və bölmələrin əsərin ümumi məzmununda yeri denin və önəmlərinin aydınlaşdırılması. 4. Elementar ifadəüstü vahidlərin (yəni ayrıca bir interafin, bölmənin) təhlili və qiymətləndirilməsi. paraq- 5. İfadəüstü vahidin hər bir tərkib hissəsinin (cümlənin, ifadənin) ardıcıllıqla təhlili. 6. İfadənin məzmun və formasının dərindən mənimsənilərək konkretləşdirilməsi və onun oxucuya təsirinin öyrənilməsi. tang 7. İfadənin keyfiyyət cəhətlərinə qarşı ideoloji, siyasi, elmi, faktik, funksional, məntiqi, dil-üslub, qrafik və b. tələblərin konkretləşdirilməsi. 8. Hər bir cümlənin oxucuya necə təsir edəcəyinin öncədən görülməsi və ona qarşı irəli sürülən tələbin müəyyənləşdirilməsi. 9. Redaktor qiymətinə qarşı müəllifin ola biləsi, gözlənilən iradlara cavab üçün arqumentlərin öncədən əsaslandırılması. 10.Fəsil və bölmələrin kompozisiya keyfiyyətlərinə qarşı irəli sürülən tələblərin tamamlanıb konkretləşdirilməsi və hər bir ifadənin təhlil edilib qiymətləndirilməsi. 11. Hər bir vahidin - paraqrafın bütünlüklə təhlili və qiymətləndirilməsi; kompozisiya və rubrikasiya keyfiyyətlərinə qarşı irəli sürülən tələblərin tamamlanıb konkretləşdirilməsi və qiymətləndirilməsi. 12. Əsərin bütün qalan fəsillərinin təhlil və qiymətləndirilməsi ilə bütöv mətnin dəyərləndirilməsi. Göstərilən tələblərə əməl edilməsi əsərin növbəti mərhələyə keçirilməsi və nəşrə hazırlanmasında əsas rol oynayır [14, s.227].
“Optik illüziyalar” adlı bölmədə “Göz və beyin”, “Xətlər və formalar”, “Ölçmələr”, “Müqayisələr”, “Rəng fokusları”, “Hərəkətli şəkillər”, “Stereoskopik görmə”, “Holoqram və stereoqramlar”, “Səhnə və ekran”, “Sehrli tryuklar”, “Güzgü və təhrif”, “Faydalı illüziyalar”, “Təbiət ilüziyaları”, “Virtual reallıq” adlı 14 mətn daxil edilmişdir.
Redaktəyə təqdim olunmuş əsər ədəbiyyat növünə, janrına görə nə qədər fərqli olsa da, mətn üzərində aparılan əməliyyatlar ümumi prinsiplərə əsaslanaraq həyata keçirilir. Yəni düzəliş və əməliyyatlar mətnin məzmununa və üslubuna görə nə qədər spesifik xüsusiyyətlərə malik olsa da, onların təhlili eyni sxem əsasında aparılır. Ona görə də redaktor oxumalarının ümumi sxeminin müəyyənləşdilirlməsinin redaktor təcrübəsində xüsusi əhəmiyyəti vardır. Beləliklə, bu sxemlərə ayr;ca diqqət yetirilməsi vacibdir [14, s.224].
“Balet və rəqslər” adlı bölmədə isə “Baletin tarixi”, “Məşhur baletlər”, “Unudulmaz rəqqaslar”, “Dünya baleti”, “Rəqsdə ilk addımlar”, “Balet duruşları”, “Balet hərəkətləri”, “Müasir rəqslər”, “Katyumlar və qrim”, “Musiqi və hərəkətlər”, “Tamaşa üçün hər şey”, “Əyləncə üçün rəqslər”, “Milli rəqslər”, “Balet məktəbində həyat” adlı 14 mətn daxil edilmişdir.
Əsəri tanışlıq üçün oxuma xüsusi praktiki, hüquqi və ədəbi məqsədlərlə bağıdır. Mətnin ilk tanışlıq əsasında dərki əsərin qəbul edilməsi üçün olduqca vacib bir mərhələdir. Bu mərələdə əsərə ötəri yanaşmaq, onun gərəkliyi barədə yanlışlığa yol vermək sonrakı proseslərdə də ciddi gecikmələrə və əngəllərə səbəb olur. Odur ki, bu sxemə yetərincə əməl etmək olduqca vacibdir. Sxemin əsas maddələri aşağıdakılardır:
1. Mətnin məzmun və forması ile ilk tanışlıq. Mətnin əsas struktur vahidləri arasındakı əlaqə və qarşılıqlı bağlılığın yönünün və bu əsasda mətnin bütövlüyünün fikir süzgəcindən keçirilməsi.
2. Əsərin oxucu təyinatını müəyyənləşdirmək və təsəvvürdə ümumi bir oxucu obrazı yaratmaqla onun ən önəmli əlamətlərinin müəyyən edilməsi.
3. Əsərin oxucuya təsirinin əsas qayəsinin və mətnin ümumi məqsəd və yönünün müəyyənləşdirilməsi.
4. Əsərin və yazarın ən önəmli xüsusiyyətlərinin müəyyənləşdirilməsi.
5. Əsərin yazıldığı mövzu ilə bağlı yeniliyinin, yaxud gərəkliliyinin dəqiqləşdirilməsi.
6. Əsərin qəbul edilməsi barədə rəyin formalaşdırılması [14, s.225].
Nəşrin sonunda isə “Əlifba göstəricisi” tərtib edilmişdir ki, bu da ensiklopediyanın 316-cı səhifəsindən 327-ci səhifəyə qədərdavam edir. Burada əlifba sisteminə görə ensiklopediyada hər hansı bir mövzular üzrə axtarış aparmaq, məlumatların tez tapılması üçün müvafiq səhifələr göstərilmişdir.
Buraxılmış söz və hissələrin müəyyənləşdirilməsi mətnin diqqətlə təhlili nəticəsində mümkündür. Bəzən müəllif yazısının ilkin variantında nəyisə unudur və bu redaktə prosesində üzə çıxır yada ilkin oxunuş və düzəliş zamanı ixtisar düzgün aparılmır və mətn üçün vacib olan fakt xoşa gəlməyən cümlə ilə birlikdə ixtisar olunur. Məsələn, əmək qəhrəmanına həsr olunan bir oçerkdə ilkin ixtisar zamanı qəhrəmanın iş yerini və adını özündə əks etdirən cümlə itib, ya da ixtisar olunub. Əsər də eləcə çap edilib. Oxucu qəhrəmanın həyatını, işini tam mənimsəyir, lakin onun soyadını, hansı şəhər və idarədə işlədiyini axtarıb mətndə tapa bilmir. Ona görə də müəllif əlyazmasının ilk oxunuşundan bu məsələlər göz önünə alınmalıdır. Mətn yoxlanarkən buraxılmış hissəni, yaxud unudulmuş fikri müəyyənləşdirmək müəllifin məntiqi səhvlərini ortaya çıxarır. Sillogizmdə buraxılmış mühakimənin yanlışı az gözə çarpdığına görə bu üsul daha sərfəlidir. Bununla əlaqədar bir müxbir yazısına diqqət edək: "Gərgin mübarizədə "Kəpəz" "Meteor"u, "Muğan" "Sputnik"i yendi. Hesabın özü oyunun gərginliyindən xəbər verir: 1:0". Ancaq burada da əqli nəticənin doğruluğunu yoxlamaq asan olsun deyə, ikinci cümləni oxuyarkən sillogizmin ümumi şərtini fikirdə bərpa eləmək sərfəlidir. İkinci ifadə mahiyyətcə iki cümlədən ibarətdir: "Hesabın özü oyunun gərginliyindən xəbər verir" və şərtlərdən biri "hesab 1:0 olmuşdur". Burada "hesab" sözü nəzərdə tutulur. Ancaq müəllifin irəli sürdüyü 1:0 hesabı şərtinin özündən o nəticə çıxmır. Belə nəticə - "1:0 hesabıyla qurtaran bütün oyunlar gərgin keçir" şərtindən çıxa bilər. Müəllif bunu onsuz da aydın olan bir şərt kimi yazmamağı üstün tutmuş, redaktor isə bərpa etməmişdir. Halbuki bu gərək idi. Axı sönük keçən bir qarşılaşma da bu hesabla qurtara bilər. Deməli, ümumi şərti yanlış saymaq lazım gəlir. Bu şəraitdə isə nəticə də yanlış ola bilər. Doğrudan da hesab özlüyündə hələ heç nə demir. Üzə çıxardığımız yanlışı aradan qaldırmalıyıq. Bunu necə edək? Axı bu cür yazıların əsas məqsədi oyunun hesabını oxucuya çatdırmaq və oyunu səciyyələndirməkdir. Ona görə də bu variant tamamilə yetərlidir: "Gərgin oyun 1:0 hesabı ilə qurtarmışdır".
Ümumi qayda xüsusi misallarla izah olunursa (şəkillənirsə), onların arasında uyğunluq olmalıdır. Uyğunluq yalnız qarşılaşdırma (müqayisə) ilə aşkarlanır. Müqayisələr aparmaq - redaktorun əsas iş üslubundan biridir. Redaktor bu vacib işə ötəri yanaşanda aşağıdakı kimi yanlış mətnlər alınır: "Soraqçalarda materialların quruluşu müxtəlif əlamətlər üzrə aparılır. Onlar bəzən məzmun bilgiləri əsasında birləşdirilir (ümumtexniki sahələr və ya sahənin ayrı-ayrı bölmələri üzrə soraq kitabları). Bəzən isə peşə-ixtisas əlamətləri ayrı-ayrı şəxslərin və ya bir qrup alim və mühəndislərin fəaliyyətləri əsas götürülür (bioqrafik sözlüklər). Üçüncüdə soraqçanın oxucu təyinatından asılı olaraq onlardakı informasiya həcmləri müxtəlif olur". Bu mətni, hər ifadəsi üzərində ayrıca düşünməklə oxusaq, ona qarşı elə bir iradımız olmaz. Ancaq nümunədəki ifadələri konkretləşdirib aydınlaşdırdıqda və ümumi qayda ilə qarşılaşdırdıqda mətndə gözəçarpan yanlışlıqlar olduğu görünür. Ümumi qaydada (ilk ifadədə) soraqça materiallarının müxtəlif əlamətlər üzrə qurulmasından (təşkilindən) danışılır - buradan gözlənilir ki, bundan sonra bu cür quruluşlara örnəklər göstəriləcək. Ancaq elə birinci nümunədə materialın təşkilinə görə yox, məzmuna görə tərtiblənən soraqçalardan söz açılır. (Yəni, soraqça sahənin bütün qollarınımı əhatə eləyir, birini və ya bir qolun bir bölümünü). İkincidə janr əlamətinə görə tərtibləmədən söhbət gedir. Üçüncüdə isə informasiyanın həcminə və oxucu təyinatına görə fərqlənən soraqçalardan danışılır. Beləliklə, görürük ki, üç misaldan heç biri ümumi qaydaya cavab vermir, deməli, ya misallar səhv seçilib, ya da ümumi qayda yanlışdır. Bu mətni oxuyan redaktor birinci ifadəni siqnal kimi qəbul etməlidir: "Diqqət! Bu, ümumiləşdirici ifadədir! Sonra isə konkretləşdiricilər olmalıdır". Bundan sonra mətn nizama salınmalıdır [14, s.351-352].
Redaksiya-nəşriyyat işində uzun müddət səmərəli fəaliyyət nəticəsində redaktorda müəyyən peşə vərdişləri yaranır. Onlardan biri də məntiqi təhliletmə vərdişinə nail olmaqdır. Redaktor mətn üzərində iş üsullarının hər birini vərdişə çevirməli, onların hamısını eyni gedişlə aparmağı bacarmalıdır. Əks halda o, çox zəhmət çəkib, az uğur qazanacaq. İstifadə olunan üsullar redaktorda öz-özünə və birdən-birə peşə vərdişinə çevrilmir. Bunun üçün şüurlu, məqsədyönlü, inadlı çalışmalar gərəkdir. Yalnız bütün üsulları diqqətlə öyrənib, onları ardıcıl olaraq praktikada tətbiq etdikdən sonra redaktor oxuma zamanı hər bir üsulun avtomatik olaraq işləməsinə (vərdişə çevrilməsinə) ümid bəsləyə bilər. Vərdişlərin yaranması mətnin xüsusi məqsədlərlə oxunmasını tələb edir. Bu üsullar təxminən aşağıdakı kimi qruplaşdırıla bilər: 1. Məntiqi əlaqələri sözlər və durğu işarələri vasitəsiylə açıqlamaq. 2. Sözsüz və durğu işarələri olmadan yaranmış məntiqi bağlılığı müəyyənləşdirmək. 3. Bir-biriylə bağlı məntiqi ünsürlərin növünü (cərgənin bölünmə ünsürləri və ümumiləşdirici söz, konkretləşdirici faktlar və ümumiləşdirici qaydalar, təyinin təyinedici və təyinlənən hissələri, əsas və onun törətdiyi nəticə, tezis və arqumentlər) dəqiqləşdirmək. 4. İrəli sürülən bütün əsas dəlilləri və nəticələri müqayisə etmək. 5. Unudularaq yaddan çıxarılmış bütün əqli nəticələri aşkarlamaq. 6. Tam əqli nəticələrə gələnədək bütün entumemləri (yəni, əqli nəticəyə gələnədək yaddan çıxarılmış hissələri) yerinə qoymaq və.s. Bu işin yerinə yetirilməsində bəzən çox mürəkkəb məqamlar qarşıya çıxır. Redaktorun vərdişləri qısa zamanda uyğunsuzluğu seçməyə kömək edir, lakin mürəkkəbliyi tez açıb, onu aradan qaldırmaq asanlıqla mümkün olmur. Belə halda həmin yeri işarələyib, onun işlənməsinə təkrarən bir də əsaslı surətdə qayıtmaq və incələmək tələb olunur. Bu, işin səmərəli getməsini təmin etmək üçün onun mürəkkəblikləri barədə ayrıca düşünüb yol tapmağa imkan verir. Redaktənin gedişində əngəllərə və çətinliklərə baxmayaraq, vərdişlər öz işini görəcək, mətndə məntiqi baxımdan qaranlıq yerlər qalmayacaq [14, s.361-362].
NƏTİCƏ
Müstəqillik illərində uşaq ensiklopediyasinin nəşri və redaktəsi müasir dövrdə uşaq oxucu kütləsinin maariflənməsində atılan mühüm addımlardan biri oldu. Belə ki, hər şeydən əvvəl uşaq oxucu kütləsinin öz ana dilində ensiklopedik nəşrlərinin mövcud olması onların mütailə zamanı məlumatların dərk edilməsində müsbət rol oynamışdır. Müstəqillik illərində çıxan hər iki ensiklopedik nəşr öz unikallığı ilə seçilir. Bölmələrdə bəhs edilən məlumatlar hər nə qədər ensiklopedik janrda olsa da söz cümlələrin uğurla seçilməsi mətnlərində keçirilməsinə müsbət təsir göstərmişdir. Müasir dövrümüzdə bu kimi ensklopediyaların nəşri gənc nəslin həyatı dərk etməsində , dünya və insanlıqla bağlı olan suallara cavab tapmasında müasir texnologiyalarla bilikdə müstəsna rol oynayır.
Buraxılış işinin I Fəsili “ Yeni uşaq ensiklopediyasinin bədii-texniki tərtibati” adlanırdı. 2006-cı ilə 300 tirajla “Qanun” və “Əli və Nino” nəşriyyatları tərəfindən çap edilən “yeni uşaq ensiklopediyası” mövzular üzrə hissələrə bölünür və bütün əsas mövzular 10 başlıqda oxuculara çatdırılmışdır. Başlıqların uğurla seçilməsi əsərin qarışıqlıq olmadan anlaşılmasına mühüm təhsil göstərən amillərdən biridir. Qeyd etmək lazımdır ki , bu qədər elmi dilə sahib olan ensklopedik nəşrlərin oxucu kütləsinin azyaşlı qurup üçün nəzərdə tutulması “yeni uşaq ensiklopediyası”-nın qarşısında duran ən mühüm problemlərdən biri idi. Düşünürəm ki , müəllif və yaradıcı heyətin səyi nəticəsində bu problem uğurla həll edilmişdir.
Buraxılış işinin II Fəslində “Böyük uşaq ensiklopediyasi”nin bədii-texniki tərtibati” dan bəhs olunur. 2023-cü ildə “Qanun” nəşriyyatı tərəfindən 210x275 formatda 328 səhifə həcmində çap edilən “Böyük uşaq ensiklopediya”sı mövzu və məlumat zənginliyi baxımından “yeni uşaq ensiklopediyası”-ndan daha qəliz və özünəməxsus çətinliyə malikdir. Məlumatların sayca çoxalması və qəlizləşməsi müəllif redaktor və bütün işçilərin istər məlumatların toplanması istər onların redaksiyasını ağırlaşdırmışdır. Bu problemin də öhdəsindən uğurla gələn müəllif və redaksiya işçi heyəti müasir dövrümüzün demək olar ki ən uğurlu ensiklopedik nəşrlərindən birini ərsəyə gətirmişlər.
İstər “yeni uşaq ensiklopediyası” istərsə də “böyük uşaq ensiklopediyası” bədii tərtibatı forma və məzmun vəhdəti cəhətdən ideal quruluşa sahibdir. Bu da öz növbəsində Azərbaycanda mətbəə,nəşriyyat, redaksiya sahələrinin necə uğurla inkişaf etdiyinin göstəricisidir.


Yüklə 62,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə