Əyani şöbənin IV kurs tələbəsi Həşimov Vüsal Əflatun oğlu


GİRİŞ Mövzunun aktuallığı



Yüklə 62,98 Kb.
səhifə2/5
tarix24.05.2023
ölçüsü62,98 Kb.
#112712
1   2   3   4   5
vusal

GİRİŞ
Mövzunun aktuallığı. Azərbaycanda müstəqillik illərində soraq-məlumat nəşrlərinin – uşaq ensiklopediyalarının nəşri məsələlərini öyrənməklə, müəyyən mənada ölkəmizdə kitab nəşrini, daha geniş mənada kitab tarixinin müəyyən problemlərinin həlli baxımdan zənginləşdirməyə, tamamlamağa xidmət etmiş oluruq.
Mövzunun işlənmə dərəcəsi – Soraq-məlumat nəşrlərinin tədqiqi ilə bağlı ölkəmizdə yeganə tədqiqatçı Sevda Feyruz qızı Quliyevadır. Onun “Azərbaycan soraq-məlumat ədəbiyyatı” adlı 176 səhifədən ibarət əhəmiyyətli monoqrafiyası 2006-cı ildə “Təhsil” nəşriyyatında çap edilmişdir. Bunda başqa vaxtaşırı bir sıra elmi məqalələri dövri mətbuat səhifələrində çap edilməkdədir.
Araşdırmanın yeniliyi – “Müstəqillik illərində uşaq ensiklopediyasının nəşri və redaktəsi” (“yeni uşaq nsiklopediyası” və “böyük uşaq ensiklopediyası” əsasında) adlı buraxılış işi ilk dəfə tədqiqata cəlb edilmişdir.
Araşdırmanın obyekti və predmeti – Burada əsasən ölkəmizdə müstəqillik illərində çap edilən uşaq ensiklopediyalarının nəşri vəziyyətini müəyyən etmək tədqiqatın obyektidir. Uşaqlar üçün çap edilən ensiklopediyaların bədii-texniki və redaktə məsələləri isə tədqiqatın predmetidir.
Araşdırmanın xronoloji hüdudları Müstəqillik illərində Respublika nəşriyyatları tərəfindən çap edilən uşaq ensiklopediyaları tədqiqata cəlb edilmişdir.
Tədqiqatın məqsədi və vəzifələri Araşdrmada əsas məqsəd müstəqillik illərindəki uşaq ensikopediyalarının nəşri problmelərini müyyənləşdirmək mövzud problemləri aradan qaldırmaq üçün təklif və tövsiyələrin irəli sürülməsidir.
Araşdırma metodları – Tədqiqat zamanı tarixi, müqayisəli metodlardan istifadə edilmişdir.
Araşdırmanın emprik (təcrübi) bazası – Azərbaycanda çap edilən uşaq ensiklopediyalarının nəşri vəziyyətini qiymətləndirmək, nümunələr əsasında mövcud vəziyyəti izah etmək.
Müdafiəyə çıxarılan müddəalar və nəticələr

  • Uşaq ensiklopediyalarının nəşrində bədiin redaktorun rolunu müəyyənləşdirmək;

  • Texniki redaktənin uşaq ensiklopediyalarının hazırlanmasında böyük əhəmiyyət kəsb etdiyini aşkara çıxarmaq;

  • Uşaq ensiklopediyalarının tərtibatında şrift qarniturlarının düzgün seçilməsinin vacibliyini izah etmək;

  • Uşaqlar üçün hazırlanana ensiklopediyalarda illüstrasiyaların böyük rolunu üzə çıxarmaq və s.


Yüklə 62,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə