Əyani şöbənin IV kurs tələbəsi Həşimov Vüsal Əflatun oğlu



Yüklə 62,98 Kb.
səhifə3/5
tarix24.05.2023
ölçüsü62,98 Kb.
#112712
1   2   3   4   5
vusal

Tədqiqatın strukturu Tədqiqat işi giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın biblioqrafik siyashısından ibarətdir.

I FƏSİL
YENİ UŞAQ ENSİKLOPEDİYASI”NIN BƏDİİ-TEXNİKİ TƏRTİBATI

Soraq-məlumat nəşrləri elm, texnika, mədəniyyət, ədəbiyyat, incəsənət və digər sahələrdə özünü təsdiq etmiş məlumatları, bilikləri yığcam şəkildə əks etdirir. Bu cür kitabların yığcamlığı və aydınlığı bütün dövrlərdə insanların diqqətini özünə cəlb etmişdir. Soraq-məlumat nəşrləri inkişaf edərək nəşr növünə çevrilmişdir. Onların başlıca, əsas sosial funksiyası, başqa sözlə, təyinatı müxtəlif məlumatları ən əlverişli formada oxuculara, daha geniş mənada tələbatçılara çatdırmaqla şərtlənir. Başlıca olaraq ordan-burdan mütaliə üçün nəzərdə tutulur [12, s.19].


Ümumiyyətlə, soraq-məlumat nəşrləri sosial və elmi kommunikasiya üsullarından biri olduğuna görə problemin elmi və informasiya dəyri daha da artır. Bu da öz növəbsində soraq-məlumat nəşrlərinin nəşriyyat fəaliyyətinin ayrılmaz və spesifik hissəsi olduğunu göstərir. Deməli, cəmiyyətdə informasiyanın yayılması prosesinin idarəedilməsi və istifadə edilməsi soraq-məlumat nəşrlərinin spesifikası ilə əlaqədardır. Başqa sözlə, bu soraq-informasiya nəşrlərinin özünəməxsus cəhəti hesab edilir. Bu spesifik cəhət isə sistemə daxil olan bütün məlumat nəşrlərinin inkişafını və istifadə olunmasını zəruri edir [12, s.103].
Müasir dövrdə sahə və mövzu ensiklopedik nəşrlərinin buraxılması ilə məşğul olan nəşriyyatlar içərisində “Qanun” və “Əli və Nino”nun müştərək fəaliyyəti xüsusi ilə diqqəti cəlb edir. Son dövrlərdə xeyli sayda ensiklopedik nəşrlərin çapını həyata keçirdiyini də qeyd etməyi vacib bilirik. Təbii ki, bu nəşrlər içərisində xüsusilə fərqlənən, həcmcə əhatəli olan “Yeni uşaq ensiklopediyası”nın bədii-texniki tərtibatı haqqında bir qədər əhatəli bəhs etmək istəyirəm.
9000-dən artıq qeydlər, faktlar, məqalələr və 2500 tam rəngli şəkillərdən ibarət “Yeni uşaq ensiklopediyası” 2006-cı ildə 300 tirajla “Qanun” və “Əli və Nino” nəşriyyatları tərəfindən çap edilmişdir. Nəşri ingiliscədən dilimizə çevirən Könül Bayramovadır. Ensiklopediyanın nəşr edilməsində əməyi olan redaktorlar: Rövşən Ağayev, Fəxrəddin Ağazadədir. Korrektoru Günay Həsənova, rəssamı Liz Murdur.
Yeni uşaq ensiklopediyası mövzular üzrə hissələrə bölünür və bütün əsas mövzular:
“Kosmos”, “Yer planeti”, “Ətraf mühit və ekologiya”, “Canlı aləm”, “Dünyanın qitələri”, “Mədəniyyət”, “Tarix və siyasət”, “Elm”, “Texnologiya”, “İnsan bədəni” bölmələri daxilində mövzulara aid əhəmiyyətli məqalələr yerləşdirilmişdir.
Ensiklopediyanın əvvəlində təqdim edilən girişdə yazılır: “Hər bir uşağın dünya və onun yaranması, bitkilərin inkişaf səbəbləri, Günəşin niyə parlaması, insan orqanizminin necə işləməsi, keçmişdə nələrin baş verməsi və niyə digər ölkələrin onun yaşadığı ölkədən fərqli olması haqqında suallarına cavab veərəcək bir kitaba ehtiyacı var.
Düzgün istiqamətləndirildiyi zaman, bu ilkin əldə etmək istəyi həyat boyu avam edəcək kəşf və anlamaya gətirib çıxara bilər. Bu ensiklopediya – aydın və dəqiqi informasiyaları vasitəsilə uşaqların diqqətini çəkəcək və onları oxumağa cəlbedici vizual formada təqdim etməklə gənc oxucuları özləri üçün bu kəşfləri etməyə həvəsləndirmək məqsədi güdür” [13, s.4].
“Kosmos” bölməsində uşaqlara əvvəlcə kosmosun tərifi təqdim edilir: “Kosmos özündə bütün Kainatı – planetlər, ulduzlar və qalaktikaları birləşdirir. Böyük partlayışdan sonra yaranan Kainat həmin vaxtdan icə doğru genişlənməkdə davam edir” [13, s.7].
Ensiklopediyanın 6-7-ci səhiflərində “Kosmos” başlığı altında yerləşdirilən mətnlərdən:
Kainat 13,7 milyard il öncə böyük partlayışdan sonra yaranıb. Kosmos yerdən 100 km (62 mil) yuxarldan başlayır. Günəş sistemsimiz 8 öyük, 5 kiçik planetdən və 165 peykdən ibarətdir. Milyardlarla astreoidlər, kometlər və Kuiper Kəməri cisimləri Günəş ətrafında dövr edir. İlk sünü peyk (Sputnik) 1957-ci ildə Sovet İttifaqı tərəfindən kosmosa buraxılmışdır. 1961-ci ildən bu günə qədər kosmosa uçan insanların sayı 500-dən çoxdur. 1 çay qaşığı neytron ulduzlardan ibarət material yer üzündə 5 milyon ton çəkiyə bərabər olur. Qara dəlik kosmosun elə bir hissəsidir ki, orada olan güclü cazibə qüvvəsi heç bir hissəciyi buraxmır. Günəşin mərkəzində istilik 15.000.000 0C (27.000.000 0F) dərəcədir. Bir ulduzun partladığı zaman buraxdığı enerji Günəşin bütün dövrü boyu yaydığı enerji qədərdir.
Kitabın hər bir səhifəsində yazı mətnlərinə uyğun foto şəkillər də verilmişdir. “Bizə ən yaxın ulduz hansıdır?” Sualından sonra yazılır: bax səhifə 12-13-ə, “Ən böyük planet hansıdır”? bax səhifə 16-17-yə, “Habbl teleskopu orbitə nə zaman daxil olub”? bax səhifə 20-21-ə, “Hansı özühərəkətedən aparat 2004-cü ildə Marsa enib”? bax səhifə 26-27-yə [13, s.6-7].
“Kosmos” bölməsində “Kainat”, “Qalaktikalar”, “Qaz topaları”, “Günəş sistemi”, “Uçan qaya parçaları”, “Kosmosun kəşfi”, “Apollon proqramı”, “Kosmosun öyrənilməsi”, “Qırmızı planet” adlı doqquz yarımbölmələr tərtib edilmişdir. “Kosmos” bölməsi ümumilikdə 8-ci səhifədən 27-ci səhifəyə qədərdir.
Ensiklopediyada ikinci bölmə “Yer planeti” adlanır. Burada “Bizim unikal dünyamız”, “Dinamik planet”, “Vulkanlar və zəlzələlər”, “Dağların yaranması”, “Süxurlar və minerallar”, “Süxur və mineral bələdçisi”, “Yer kürrəsinin sərvətləri”, “Eroziya”, “Zamana baxış”, “Qiymətli su”, “Dünya okenları”, “Atmosfer və iqlim”, “Ekstremal hava” adlı on üç yarımbölmələr daxilində mövzu sistemləşdirilmişdir. Bu bölmə isə 28-ci səhifədən 55-ci səhifəyə qədər davam edir [13, s.28].
Burada qeyd olunur ki, Yer palaneti 4,5 milyard il əvvəl qaz və toz buludlarından yaranıb. Yerin daxili özəyi Günəşin səthi qədər istidir. O öz oxu ətrafında saatda 1600 km və ya 1000 mil sürətlə fırlanır. Yer səthinin yetmiş faizi su ilə örtülüdür və bunun böyük hissəsi duzlu sudur. Yer dünyada həyatın mövcud olduğu yeganə planetdir.
Səhifənin yuxarı hissəsində Yerin tərifi verilmişdir: Yer bizim yaşadığımız planetdir. Günəş sistemində olan digər planetlərdən fərqli olaraq, Yerin səthi maye su ilə örtülüb ki, bu da ona görünən mavi rəngi verir.
Bundan sonra isə yenə yenə Yerdə baş verən təbiət hadisələri haqqında məlumat verilir:
Yer ətrafında əsən küləklərin sürəti saatda 320 km (və ya 200 mil) ola bilir. Qeydə alınan ən hündür sunami 525 metr (1720 fut) hündürlüyündə olub. İdarə olunan sualtı aparat okeanın 11 km (və ya 7 mil) dərinliyinə qədər enib. Siciliya adasının sahillərində yerləşən Stromboli vulkanı 2000 il mütəmadi püskürüb Yer, əsasən, azot qazından ibarət qalın atmosfer təbəqəsi ilə örtülüb.
Mətnin sonunda suallar qoyulur: “Su sahil xətlərinin formalaşmasına necə təsir edir?” bax səhifə 45; “Fluoridin çəkisi nə qədərdir?” bax səhifə 41, “Külək nəhəng daş heykəllərin yaranmasına necə səbəb ola bilər” bax səhifə 44, “Yerdə fəsillərin dəyişməsinin səbəbləri nədir?” bax səhifə 53 kimi qeyd olunub [13, s.28-29].
“Ətraf mühit və ekologiya” adlanan üçüncü bölmədə “Ümumi planet”, “Yaşayış yerləri”, “Səhralar”, “Çəmənliklər”, “Meşələr”, “Dağlar”, “Qütb regionları”, “Şirin su və bataqlıqlar”, “Okean və dəniz həyatı”, “Mərcan lifləri”, “İqlim dəyişikliyi”, “Gələcəyə baxış” adlı on iki yarımbölmələr verilmişdir. Bu bölmə isə 56-cı səhifədən 81-ci səhifəyə qədər kitabda yer almışdır.
Bu bölmədə ətraf mühit, ekologiya, karbon qazının dövrəsi, dünya biomları, yaşayış yerinin parçalanması, qum fırtınası, mülayim qurşağda yerləşən çəmənliklər, rütubətli meşələr, boreal meşələr, mülayim qurşağın meşə zonası, dağ yüksəklikləri və alçaqlıqları, dağların yaranması, Arktika, Antraktika, Tundra, dünya üzərində hərəkət etmək, təhlükəsiz sığınacaq, şirin su hövzələri, qida zənciri, gölməçə həyatı, balıq sığınacaqları, üzgüçülər, qara tütünçəkənlər, sahillər, mərcanlar üçün təhlükə, dəniz ulduzu, qlobal istiləşmə, iqlim dəyişikliyinin təsiri, qazanxana qazları, enerjiyə qənaət, çirklənmənin qarşısının alınması, toxumların qorunması, konvervasiya və s. haqqında maraqlı məqalələr tərtibata daxil edilmişdir.
“Canlı aləm” adlı dördüncü bölmədə “Yer kürrəsində həyat”, “Bitkilər aləmi”, “Bitki tipləri”, “Bitkilərin çoxalması”, “Heyvanlar aləmi”, “Məməlilər”, “Məməlilər – rekordsmenlər”, “Ətyeyən yırtıcılar”, “Suda-quruda yaşayanlar”, “Sürünənlər”, “Quşlar”, “Pinqivinlər və yırtıcı quşlar”, “Balıqlar”, “Onurğasızlar”, “Əsrarəngiz buğumayaqlılar”, “İnanılmaz həşəratlar”, “Taxtabitilər və böcəklər”, “Dəniz onurğasızları”, “Burada nə edirsən?”, “Mikroorqonizmlər”, “Qədim heyvanlar” adlı iyirmi bir yarımbölmələr verilmişdir.
Burada da əsas anlayışlar, həyat dövrü, toxumsuz bitkilər, fotosintez, çiçəkli bitkilər, davamli çiçəkli bitkilər, çiçəklərin növləri, bitkilərin təkamülü, yarasa, birdəliklilər, primatlar, təhlükəli zəhər, zəhərli qızıl qurbağa, Avropa qurbağası, xallı salamandr, əyilmiş bel sümüyü, timsahlar və alliqatorlar, tısbağalar və dəniz tısbağaları, kərtənkələr, uçmaq üçün lələklər, dimdik formaları, uçmayan quşlar, yırtıcı quşlar, mavi lələkli skat, təlxək balıq, fuqu balığı, zolaqli ankvil balığı, piranya balığı, nəhəng ağ köpək balığı, kril, qarışqalar, peyin qurdu, həşəratlar, hörmüçəkkimilər, dodaqayaqlılar və ikiqoşaayaqlılar, xərçəngkimilər, dəniz hörmüçəkləri, səkkizayaqlı ilbizin anatomiyası, qırmızı dəniz ulduzu, buynuzlu kabus yengəci, sarı boruşəkilli süngər, avropa omarı, dəniz ilbizi, sığınbuynuzlu mərcan, şiryallı meduza, qaymaqçiçəyi, uçan gekkonlar, bakteriya, kiçik əjdahalar, dinozavr, dimetrodon və s. haqqında qısa, lakonik məqalələr verilmişdir.
“Dünyanın qitələri” adlanan növbəti beşinci bölmədə “Bizim dünyamız”, “Şimali Amerika”, “Şimali Amerikada həyat”, “Cənubi Amerika”, “Cənubi Amerikada həyat”, “Afrika”, “Afrikada həyat”, “Avropa”, “Avropada həyat”, “Asiya”, “Asiyada həyat”, “Avstraliya və Okeaniya”, “Avstraliya və Okeaniyada həyat”, “Dünya bayraqları” adlı on dörd yarımbölmə verilmişdir.
Antraktida materikindən başqa, bütün digər materiklərdə insan məskunlaşıb. Arktika quru qatı olmayıb, tamamilə buz təbəqəsi ilə örtüldüyündən materik hesab olunmur. Ən böyük qitə hesab olunan Asiya qitəsi Arktika dairəsindən ekvatora qədər sahəni əhatə edir. Şimali və Cənubi Amerika italyan səyyahı Ameriqo Vespuççinin şərəfinə adlandırılıb. Afrikada digər qitələrlə müqayisədə daha çox – 54 ölkə (adalar da daxil olmaqla) yerləşir. Dünyanın ən kiçik ölkəsi – İtalyada yerləşən Vatikan (44 kv.km -1/5 kv.mil) Avropa qitəsində yerləşir. Cənubi Amerikanın ən böyük ölkəsi Brazilya qitələr ərazisinin yarısından çoxunu əhatə edir. Yer kürəsi ilkin formalaşan zaman bütün qitələr böyük bir quru parçasında birləşmişdi. 6 qitənin hər birinin ərazisində səhralara rast gəlmək olar. Antraktidan başqa, Avtraliya insanların daha seyrək yaşadığı qitədir [13, s.124].
Burada Şimali Amerika haqqında ətraflı məlumatlar, əhalisinin sayı, qütb dairəsi, Şimali Amerikada sənaye, landşaft, iribuynuzlu mal-qara yetişdirilməsi, idman, musiqi, maşın sənayesi, yerli amerikalılar, Cənubi Amerika haqqında, Amazon, Amazonun meşələrində heyvanlar, təhlükədə olan ərazilər, Atakama səhrası, landşaft, məşhur cənubi amerikalılar, vəhşi təbiət, qida, turizm, sənaye, futbol, kənd təsərrüfatı, musiqi, Afrikanın əhalisinin sayı, Afrika haqqında məlumatlar, Saxara, dəyişkən landşaft, ənənəvi Afrika kəndləri, kənd təsərrüfatı, qida, sənaye, vəhşi təbiət, Avropa haqqında məlumatlar, əhalisinin sayı, Alp dağları, xilasedici it, Avropa İttifaqı, məşhur avropalılar, idman, musiqi, turizm, izdihamlı qitə, Asiya haqqında məlumatlar, Qanq, Delta, məşhur Avstraliyalılar, vəhşi təbiət və s. haqqında kiçik məqalələr verilmişdir [13, s.126-155].
Ensiklopediyanın altıncı bölməsi “Mədəniyyət” adlanır. Burada on bir yarımbölmə verilmişdir: “Dünya dinləri”, “Bayramlar”, “Dünya incəsənəti”, “Müasir incəsənət”, “Yazı və çap”, “Təhsil”, “Musiqi”, “Orkestr”, “Gəlin hərəkət edək”, “İdman”, “Memarlıq”.
“Dünya dinləri” bölməsində xristianlıq, iudaimz, səmavi dinlər, islam, quran, tövrat, siqhizm, hinduizm, buddizm, şamanizm, konfutsiçilik, aborgenlərin dini inancları və s. haqqında məqalələr verilmişdir.
Bütövlükdə bölmə daxilində ailə bayramları, şükran günü, milad bayramı, hellouin, ölülər günü, böyük pəhriz, çin yeni ili, rio karnavalı, divali, asteklərin incəsənəti, mağara qaleriyası, terrakotta ordusu, dini incəsənət, impressionizm, puantilizm, kubizm, pop incəsənəti, qədim yazılar, yazı formaları, çap, rəngli çap, məktəbdə, not yazısı, taxta nəfəsli musiqi alətləri, dirijor, simli musiqi alətləri, zərb musiqi alətləri, metal nəfəsli musiqi alətləri, simli musiqi alətləri, rəqs, teatr, kino, balet, qəbilə rəqsi, top oyunları, olimpiya oyunları, üslubların dəyişməsi, şüşə binalar və s. haqqında ətraflı, lakin kiçik həcmdə məqalələr tərtib edilmişdir.
Ensiklopediyada yeddinci bölmə “Tarix və siyasət” adlanır. Burada on yeddi yarımbölmə daxilində mövzu sistemləşdirilmişdir. Bu bölmə 182-ci səhifədə 217-ci səhifəyə qədər olan hissədə yerləşdirilmişdir.
Burada “Keçmişdən hekayələr”, “İlkin insanlar”, “Qədim Misir”, “Yunanlar və romalılar”, “Orta əsrlər dövrü”, “Çin sülalələri”, “İslamın qızıl dövrü”, “Asteklər və inklər”, “Amerika müstəmləkələri”, “Qul ticarəti”, “İmperiyanın yaşı”, “Sənaye inqilabı”, “Birinci dünya müharibəsi”, “İkinci dünya müharibəsi”, “İnqilab!”, “Xəbərlərdə”, “Hökumət nədir?” adlı yarımbölmələr verilmişdir.
Burada tərif kimi qeyd olunur: Tarix və siyasət insanların həyatını, hökümətlərin və idarəçilərin fəaliyyətlərini yazılı qaynaqlardan öyrənən elm sahəsidir [13, s.183]. Bölmə daxilində dəlillər üçün qazma, arxeoloji yerlər, mayya qalıqları, meşələrdən çıxmaq, fironların sərdabələri, Misirdə sosial təbəqələşmə, Böyük İsgəndərin imperiyası, yunan siyasəti, feodal sistemi, rəqəmlərdə güc, qapalı şəhər, orta krallıq, Məkkə, İslam mədəniyyəti, İnklər, tenoçtitlan, imperiya binası, Britaniya müstəmləkələri, satış üçün qullar, məcburi əmək, Afrika, Avstraliya, Hindistan, dəmir yolu həyəcanı, hərbi nəqliyyat və s. haqqında maraqlı məqalələr hazırlanaraq tərtibata daxil edilmişdir.
Ensiklopediyada səkkizinci bölmə “Elm” adlanır. Burada isə “Elm nədir?”, “Qüdrətli atomlar”, “Bərk, maye və qaz?”, “Kimyəvi maddələrin qarışdırılması”, “Bu çox sadədir”, “Enerji”, “Gücü hiss et”, “Cazibə qüvvəsi”, “Elektrik və maqnetizm”, “Səslərin elmi”, “Möcüzəli işıq”, “Spektr”, “Təkamül”, “Genlər və DNT”, “Məhkəmə ekspertizası” adlı yarlmbölmələr daxil edilmişdir.
Elmin tərifi belə verilir: Elm bizə Yer kürrəsini və burada baş verən bütün hadisələri dərk etməyə imkan verir. Biz biliklərimizi müşahidə etmək, təcrübə və sınaq yolu ilə artırırıq.
Burada isə elmdən öncə, elm necə yarandı, nəzəriyyələrin sınaqdan keçirilməsi, tibb, kimya, geologiya, fizika, biologiya, atomların tərkibi, qlükoza, spirt, su, bərk hal, maye halı, qaz halı və s. haqqında kiçik məqalələrlə məlumat verilir.
Ensiklopediyanın “Texnologiya” adlı bölməsində səkkiz yarımbölmə verilmişdir: “İxtiralar və kəşflər”, “Müasir tibb”, “Elektrik maşınları”, “Linzalar vasitəsilə”, “Qlobal kənd”, “Bu həqiqətdirmi?”, “Robotlar”, “Nanotexnologiya”.
Burada texnologiya belə izah olunur: Texnologiya insan həyatını daha da asanlaşdırmaq üçün praktik problemləri həll edir və adətən, elmdən istifadə etməklə səhiyyə və ya kommunikasiya kimi sahələrin inkişafını təmin etməyin yollarını müəyyən edir.
Sonuncu bölmə “İnsan bədəni” adlanır. Burada isə on yarımbölmə tərtibata daxil edilmişdir. Burada “Sənin bədənin”, “Sümüklər”, “Bacarıqlı əzələlər”, “Qan dövranı”, “Düşün! Hərəkət et!”, “Dünyanı hiss etmə”, “Tənəffüs”, “Qida axını”, “Həyatın başlanması”, “Sağlam qal” adlı yarımbölmələr daxilində mövzu sistemləşdirilmişdir.
Ensiklopediyanın bədii-texniki tərtibatı haqqında geniş və əhatəli bəhs etmək istəyirik. Ümumiyyətlə, tərtibat dedikdə bədii, iqtisadi və texniki mkanlardan asılı olan mürəkkəb bir prosesin nəticəsi nəzərdə tutulur. İki-bədii və texniki hissədən ibarət kitab tərtibatını, sadəcə mövcud mətn, qarafik material və illüstrasiyaların səhifədə bədii cəhətdən ahəngdar (harmonik) və texniki cəhətdən düzgün yerləşdirilməsi kimi də başa düşmək olar [11, s.21].
Nəfis sənət əsəri, yalnız yazıçı, redaktor və rəssamın yaradıcı, bir-birini tamamlayan işbirliyi nəticəsində yara bilir. Tərtibatçı əsərin məzmununu kitabın üz qabığında fotoqraf dəqiqliyi ilə təkrar edirsə, şəkillər nə qədər bacarıqla çəkilir-çəkilsin, bu iş müvəffəqiyyətli sayıla bilməz [11, s.21-22].
Təhlilə cəlb etdiyimiz ensiklopediyanın adı “Yeni uşaq ensiklopediyası” adlanır. Adından görünür ki, uşaqlar üçün nəzərdə tutulmuş bir ensiklopediyadır. Amma hansı yaş qrupundakı uşaqlar üçün nəzərdə tutulub o haqda heç bir məlumat yoxdur. Uşaqlar anlayışı geniş anlayışdır. Burda yaş qrupun mütləq nəzərə alınmalı idi. Çünki ensiklopediyanın mətnlərində təqdim edilən mətnlərin elmiliyi uşaqlar üçün çətin anlaşıla biləcək bir səviyyədədir. Məsələn, ensikklopediyanın 11-ci səhifəsində “Qalaktikalar haqqında məlumatlar” başlığı altında təqdim edilən yazıda deyilir:
Peyk Qalaktikası. Bir çox iri qalaktikaların orbitində kiçik peyk qalaktikaları olur. Andromeda qalaktikasının da peyk qalaktikaları var və onlardan ikisi bu şəkildə göstərilib. Süd Yolu qalaktikasının on iki ədəd peyk qalaktikası var. Burda Andromeda qalaktikası – təbii ki, uşaqların başa düşə bilməsi üçün çətindir. Bu cür nümunələri xeyli sayda göstərmək olar.
Ensiklopediyanın bədii-texniki tərtibatından bəhs edərkən qeyd etməliyik ki, kitabın çapında təbaşirli kağızdan istifadə olunmuşdur. Bu da illüstartiv materialların daha gözəl görünməsinə səbəb olmuşdur.
Məlumdur ki, rəssam oxucunun əsərdən aldığı təəsürata yeni heç nə əlavə edə bilmirsə, surət və hadisələri əsərdə olduğundan daha yüksək səviyyədə qaldırıb öz nəfəsi, hərarəti ilə isindirmirsə, oxucu xəyalında canlandırdığı obraz və mənzərələri, yalnız müəllifin yazdığı ilə müqayisə etməklə kfayətlənəcəkdir. Əsərin qayəsini bədii təsvir vasitələri ilə oxucuya çatdırmaq, obraz təsvirlərinin izinə düşüb onları təkrar etmək deyil. Tərtibatçı-rəssamın yaradıcılığı sırf sənətkarlıq xüsusiyyəti daşımalıdır [11, s.22].
Mündəricarda hər bölmənin adı fərqli rənglərdə verilmişdir ki, bu da bölmələrin bir-birindən ayrılması üçün yaxşı üsullardan biridir.
Nəşrin səhifələnməsi ilə bağlı da bir çox nöqsanlar gözə çarpır. Səhifələrin nömrəsi vərəqlərin aşağı hissəsində künc hissədə verilmşdir. Lakin bəzi səhifələrdə o qədər yazı və illüstrasiya sıxlığı var ki, səhifə nömrələri həmin səhifələrdə yoxdur. Məsələn, elə kitabın mündəricatdan sonrakı səhifəsində Girişdə səhifələrin nömrəsi olacaq yerə də mətn yerləşdirildiyindən səhifə nömrəsi yoxur. Bu ensiklopediyanı vərəqlədikcə nəşr boyu müşahidə olunan nöqsanlardan biridir. Məsələn, Kitabın ilk səhifəsində Kainat bölməsindən 8-11-ci səhifədən sonra yenə nömrələr yoxdur; 15-dən 17-ə kimi var, sonra yenə səhifə nömrəsi yoxdur 23-cü səhifəyə kimi və s.
Nəşrdə təqdim edilən mətnlərin arxa fonunda qara rəng boyasından çox istifadə edilmişdir. Uşaqlar üçün bu yazının oxunmasında çətinlik törədir. Yaxşı olardı ki, açıq, rəngarəng boyalardan istifadə olunardı.
Məlumdur ki, hər hansı bir çap məhsulunun hazırlanmasında və tərtibatında diqqət tələb edən məqamlardan biri də şrift seçimidir. Şirift mətnin yığılması üçün istifadə olunan işarələrə deyilir. Şirift dedikdə, əlifbanın yalnız böyük və kiçik hərfləri deyil, həm də durğu işarələri, rəqəm, simvol və s nəzərdə tutulur. Şrifti səciyyələndirən əsas qrafik xüsusiyyətlərə, onun qarnituru və ölçüsü (keql) aid edilir. Şrift seçimində əsas məqsəd, əsərin oxucu tərəfindən asan qavranılmasına, yəni mətnin ona anlaşıqlı şəkildə çatdırılmasına nail olmaqdır. Bu səbəbdən də, şrift seçimində nəşrin təyinatı və ünvanlandığı oxucu auditoriyasının yaş həddi mütləq nəzərə alınmalıdır [11, s.47].
Bir qədər də nəşrin şriftləri haqqında: mətnlərdə müxtəlif şrift ölçülərindən istifadə olunub. Bəzi hissələrdə 14, bəzi hissələrdə 10, bəzi hissələrdə 6-7 şrift ölçüsündən istifadə olunmuşdur. Əgər bu nəşr uşaqlar üçün nəzərdə tutulmuşsa, bu cür kiçik şriftlərdən istifadə etmək bədii-texniki tərtibat redaktorunun səriştəsizliyi kimi qiymətləndirilə bilər. Fkirmizi nümunə əsasında sübuta yetirək: məsələn 63-cü səhifənin yuxarı hissəsində qeyd olunur: BÜT – yaylanın hamar yüksəklik və dik kənarlar yaradacaq şəkildə eroziyası zamanı əmələ gəlir.
Bu yuxarıda nümunə kimi təqdim etdiyimiz mətn o qədər kiçik şriflə verilmişdir ki, oxumaq belə çətindir.
Oxucuya təsir imkanı, rəngarəngliyi ilə seçilən şrift dəstləri (qarniturları) tərtibat prosesində bütünlükdə və ya ayrı-ayrılıqda bir neçə məsələni həll etmək iqtidarındadır:

  • Sadəcə məlumatlandırmaq;

  • Haqqında təsəvvür yaratmaq;

  • Əsərin mövzusunu açıb, ideyasını aydınlaşdırmaq;

  • Əsərin süjet xəttinin açılmasına yardım etmək;

  • Təbliğat-reklam xarakterli elementlər vasitəsilə kitab satıçının artırılmasına nail olmaq [11, s.52-53].

İncəsənət qanunları çərçivəsində qarşıya qoyulan məqsəddən asılı olaraq şriftlər yaradıcılıq prosesində qısalıb uzana, sıxılıb enlənə bilər.
Nəşrin tərtibatı üzərində işləyən bədii redaktor şriftin dəsti (qarnituru), növü (tünd, açıq), ölçüsü (keql) kimi parametrlərdən istifadə edərək:

  • Oxucunun diqqətini9 kompozisiyanın əsas süjet xəttinə cəlb etmək;

  • Nəşr üçün, mətnin əhəmiyyətinə uyğun ölçülü şrift seçmək;

  • Əsərin ruhu ilə səsləşən kompozisiya sistemi yaratmaq kimi məsələləri yaradıclıq prizmasında həll etməyə çalışır [11, s.53].

Əksər səhifələrdə şriftlər qara, bəzi səhifələrdə isə şriflər ağ rəngdə tərtibata daxil edilmişdir. Ağ rəngdə olan şriftlər qara fonda, qara rəngdə olan şriflətrin əksəriyyəti isə tün göy rəng üzərində tərtib edilmişdir. Bu da yazıların rahat oxunmasına mane olur. Hansı ki, səhifələrdə bozumtul və ya ağ rəngli fonda qara şriftlərdən istifadə olunub, məhz həmin səhifələri rahat oxumaq mümkündür. Məsələn, 99-dan 159-cu səhifəyə qədər və s.
Ensiklopediyanın sonunda “Lüğət” də tərtibata daxil edilmişdir. Çətin anlaşılan sözlərin izahını özündə əks etdirən lüğətdə çox az sözün izahı verilmşdir. Halbuki, ensiklopediyada həddindən artıq elmi terminlər işlənmişdir ki, bunların da izahının verilməsi olduqca vacib idi. Məsələn, A hərfi ilə başlanan sözlərə aid 4, B hərfinə aid 8, C-yə aid 2, Ç-yə 1, D-yə aid 8, E-yə aid 3, Ə-yə aid 3, F-ya aid 3, G-ya aid 6, H-ya aid 3, İ-yə aid 8, K-ya aid 15, Q-ya aid 9, L-ya aid 2, M-ya aid 12, N-ya aid 4, O-ya aid 8, P-ya aid 9, R-ya aid 2. S-ya aid 13, Ş-ya aid 2, T-ya aid 9, Ü-yə aid 2, V-ya aid 4, X-ya aid 3, Y-ya aid 5, Z-ya aid 2 - bütövlükdə isə cəmi 151 sözün izahı verilmişdir.
Texniki tərtibatda səhifələrin sağ və sol tərəflərində yan kalontitullardan istifadə edilmişdir. Yan kalontitullarda bölmələrin adı (hər bölmə müxtəlif rəng fonunda) verilmişdir.
Ensiklopediyada xeyli sayda kartoqrafik illüstrasiyalara da yer verilmişdir. Məsələn “Bizim dünyamız” bölməsində materikləri özündə əks etdirən xəritə verilmişdir. Lakin bu uşaqlar üçün nəzərdə tutulduğu üçün bu xəritə hansı mövzuya aiddirsə başlıq verilməli idi. Bu xəritə ilə uşaqlara nəyi göstərmək istəyirlər? Materiklərimi? Okeanlarımı? və s. Uşaqlar üçün bu xəritənin məzmunu mücərrəd qalır.
Kitabın poliqrafik tərtibatı gözəldir. Nəşrin üzərində Yer kürrəsi, səma və digər illüstrasiyalar verilmişdir. Ensiklopediyanın üz qabığı qalın kartondan hazırlanmış, üzərinə super üzlükdə çəkilmişdir. Super üzlüydə də eynilə nəşrin üzərində olan llüstrasiyalar daxil edilmişdir.
Kitabın forzası sarı rəngli təbaşirli qalın kağızdan ibarətdir. Tel-tikiş maşınından istifadə olunmuşdur nəşrin dəftərçələrinin bir-birinə bərkidilməsində. İpək sapla tikilərək kitab bloku üz qabığına bərkidilmişdir.
Bütövlükdə nəşr əvvəldə qeyd etdiyimiz kimi ingilis dilindən tərcümədir. Mətnin tərcüməsi, yığcam və lakonikdir.
Lakin nəşrdə bəzi sözlərin yazılışında səhvlərə yol verilmişdir ki, bu korrektorun gözündən yayınan səhvlər kimi diqqəti cəlb edir.
Ensiklopediyada mövzuya uyğun əlavə məlumatların bir-birinə qarışmaması üçün yazı çərçivələrindən istifadə edilmişdir ki, bu da səhifələrdə səliqəli görüntü yaradır, həm də informasiyanın bir-birinə qarışmasının qarşısını alır.
“Yeni uşaq ensiklopediyası” adlı nəşrin formatı 210x275 ölçüsündədir. Bəli, materila və texnikanın inkişafı nəticəsində xarici görünüşü dəyişən kitabın əsas bədii-texniki göstəricilərindən biri də onun formatıdır. Format dedikdə təkcə ölçü deyil, həm də nisbət başa düşülür [11, s.75].
Format nəşrin tək məzmunundan deyil, həm də təyinatından asılı olaraq seçilir. Ümumiyyətlə, kitab tərtibatında mühüm yer tutan format nəşrdəki ədəbiyyat-incəsənət materialının xarakterindən, nəşrin həcmindən, əsas mətn üçün seçilən kağızın qalınlığından asılı olaraq vaxtaşırı dəyişsə də, mətn və illüstrasiyaların səhifədə məqsədəuyğun düzülüşünü təmin etməklə yanaşı, rahat istifadə üçün də yararlı olmalıdır [11, s.75].
Hazır kitabın, çap üçün istifadə edilən kağız vərəqinə nisbətdə müəyyən olunan ölçüsü, nəşrin formatı adlanır. Kitabda əsas məsələ səhifəni ölçüsü yox, yığım sahəsinin eninin və uzunluğunun bir-birinə nisbətidir. Ölçünü müəyyənləşdirən başlıca amil mətn və illüstrasiyanın, sxem, xəritə, şəkil və digər qrafik materialların yerləşdirilmə tərzidir.
Müasir kompüter texnologiyalarının imkanlarından yararlanıb istənilən illüstrasiyanın ölüçülərini istədiyimiz qədər dəyişə bilsək də, informasiyanın asan qavranılıb zövq oxşaması üçün mətn və illüstrasiya sahəsinin, məhz düzgün ölçülü nisbətinin tapılması vacibdir. Düzgün seçilməyən nisbət istənilən sənət əsərini-binanı, kitabı və s. korlaya bilər. Kitabın kompozisiya quruluşuna aid bir çox sualların cavabını, məhz kitabın formatında axtarmaq lazım gəlir: səhifə və şrift ölçüsü, cədvəl, düstur, illüstrasiya, bəzək elementləri və s.
Bütövlükdə isə qeyd edə bilərik ki, ensiklopediyanın informativliyi yüksəkdir. Kiçik həcmdə çox sahələrə toxunulmum, xeyli məlumatlar nəşrdə yer almışdır.
Bu kitab nəhəng qalaktikalardan mikroskopik bakteriyalara, insan hüceyrələrindən qədim sivilizasiyayalara qədər müxtəlif mövzuları yeni və araqlı tərzdə təqdim edir. Yüslərlə şəkillərlə zənginləşdirilmiş yeni məlumatlar oxuculara bu kitabın hər səhifəsində biliklərini artırmağa kömək edir.
Ümumiyyətlə, ensiklopediya maraqlı məlumatlar, müddət və spesifik üsusiyyətləri özündə əks etdirən heyrətamiz fotolar və şəkillər mətnlə birlikdə mövzu haqqında əhatəli məlumat əldə etməyə imkan verir. Ensiklopediyada 10 bölmə, 130 yarımbölmə daxilində mövzular tərtibata daxil edilmişdir. Kitab boyu əlaqəli mövzulara edilən istinadlar uşaqlara mövzuya daha dərin və yeni bucaqdan baxmağa yardım edir. Nəşrin elmi tutumu yüksəkdir. Öyrənməli və yadda saxlanılmalı çoxlu dəyərli məlumatlarla zəngin olan bu kitab gənc oxucuların uzun müddət xəzinə kimi saxlayacaqları dəyərli istinad mənbəyidir.

Yüklə 62,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə