30
Baqrat əvvəl təəccübləndi, sonra qəhqəhə çəkdi.
- Bağışla, həkim, sən ya bizi ələ salırsan, ya nağıl danışırsan.
Bu Arzo kişi
də elə bilər ki, dünyaya təzə hatəm gəlib, müftə torpaq bağışlayır.
- Düzü belədir, Baqrat ağa.
Baqrat daha da təəccübləndi.
- Eşitməmişəm, görməmişəm ki, bir adam öz torpağını başqasına peşkəş
eləsin. Acığına gəlməsin, Arakel, mahalda tanınmış bir həkim olmasaydın, sənə
dəli deyərdim.
- Dünyada çox şeylər var ki, biz nə görmüşük, nə eşitmişik.
Yunan filosofu
Sokrat deyir ki, insanın bilmədiyini ayağının altına yığsan, başı göyə toxunar.
Arakellə Baqratın arasında söhbət təzədən qızışdığı zaman, Nvard gəlib
həkimi xəstənin yanına çağırdı.
Arakel Nvardla bərabər getdi.
Baqrat:
- Arzo kişi, sən də get, - dedi, - Bjişkin sözlərini eşidəndən sonra, daha
sövdəmiz heç baş tutmaz.
Arzo yanında qoyduğu çəliyini götürdü. Ona dayanıb, ağır-ağır yerdən
qalxdı.
- Ver, Baqrat ağa,
nə qədər verirsən, ver.
- Yaxşı, sabah günorta vaxtı gəlib taxılını apararsan. Özün də gərək mənə
qol kağızı verəsən ki, bir də o yerini dəbbələməyəcəksən. Başa düşdün?..
Ürəyində həm sevinc, həm kədər aparan qoca Arzo çəliyinə dayana-dayana
pilləkənlərdən həyətə enəndə, onu ət iyi vurdu. Siranuşa qurban kəsilmiş boz
erkəyin ətindən çoban Arsen qara damda kabab bişirirdi…
…Bir neçə gün idi ki, Baqratla Nvard fərəh içində idilər. Siranuş özünü çox
yaxşı hiss edirdi.
Baqrat qızının sağalmasını həkimin diqqətli müalicəsində görürdü. Nvard isə
ürəyində deyirdi: «Siranuşu təzədən mənə qaytaran
kilsədə elədiyim dua, kasıba-
kusuba verdiyim nəzir, kəsdiyim qurban oldu; Allahın mənə yazığı gəldi…».
Arakel öz evinə qayıtdığı gün Baqratla Nvarda demişdi: «Qızınızın
sətəlcəmini sağaltdıq. Ancaq mən müşahidə etmişəm, qızınızın ikinci «xəstəliyi»
də var ki, onu sağaltmaq məndən asılı deyil. O, sizdən asılıdır. Siranuş sevir, onu
öz sevdiyinə verin. Yoxsa, qız fikirdən, qüssədən azara düşə bilər. Ürəyə zor
eləmək olmaz. Sonrakı peşmançılıq fayda verməz…».
Beşinci fəsil
Malını, pulunu özü ilə aparmağa müvəffəq olmuş dövlətlilər və bəzi
kəndlilər
istisna olunarsa, Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi.
Minlərlə insan səfalət içində idi, onların əkməyə torpaqları, yeməyə çörəkləri,
geyməyə paltarları yox idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç
bir yol və imkan tapa bilmirdilər. Yaxşı yaşamaq üçün deyil, yalnız ölməmək üçün
hər bir əzab-əziyyətə, təhqirə dözməyə məcbur idilər.
31
Dünyada həyatdan şirin şey yoxdur. İnsan can ağzından çıxana qədər
yaşamaqdan ümidini üzmür. Güzəran pisləşdikcə, insanın
yaşamağa, özü də çox
yaşamağa həvəsi, arzusu artır. Elə zənn edir ki, yaşadığı bugünkü pis, bəlalı,
kədərli günün arxasında gözəl, ehtiyacsız günlər vardır. İnsanda bu təbiət
olmasaydı, yaşayış mənasız və mübarizəsiz olardı. Məhz, buna görə də Zəngəzur
qaçqınları fəlakətli, səfalətli bir həyat içində, haradansa, xoşbəxtlik günəşinin
doğacağını gözləyirdilər. Hamı yandırılıb,
viran edilmiş də olsa, öz kəndinə, yurd-
yuvasına qayıtmaq, yenidən yaşayış qurmaq həsrətində idi.
Lakin daşnakların hökmranlıq etdikləri bir torpağa qayıtmaq mümkün
deyildi…
Deyirlər, suda boğulan əlini saman çöpünə atar. Həyat və ehtiyac başı bəlalı
insanları hər işə məcbur edirdi. Kimi başqasına majgəllik edir, kimi naxır otarır,
kimi yer suvarır, kimi cəhrə əyirir, yun darayır, kimi əlinə haradansa maya salıb
çərçiliklə məşğul olur, kimi də dilənçilik edirdi.
Qaçqınlardan bəziləri gəlib əyləndikləri kəndlərdən tərpənmir, «ölsək də
burda öləcəyik» deyir, bəziləri də heç olmasa, bir dəfə qarın dolusu çörək tapmaq
arzusu ilə kəndləri gəzib dolaşır, münasib iş axtarırdı.
O gün olmazdı ki, qaçqınlardan bu və ya digər kənddə xəstəlikdən acından
ölən olmasın. Vətənlərindən didərgin düşdükləri
on ay müddətində minlərcə
qaçqın yayda isitmənin, qarın yatalağının, qışda isə sətəlcəmin qurbanı olmuşdu.
1919-cu il, aprel ayının axırları idi… Havalar tez-tez açılıb tutulurdu. Bəzən
şiddətli yağan yağışlar iki-üç gün kəsilmirdi. Bəzən də günəş səhərdən axşamacan
hər yeri qızdırdığından, torpaq buxarlanırdı.
Yağışdan sonra günəşin şüaları altında daha da gözəlləşən, sanki cavanlaşan
ağaclar, bağ arası çəmənlər yamyaşıl olmuşdu. Bir tərəfdən müxtəlif quşların səsi,
ikinci tərəfdən sahillərini aşıb-daşan Bərgüşad çayının qıjıltısı ətrafa yayılırdı.
Kəndin yaxınlığındakı çaylaqlarda çəltik üçün yer əkən cütçülərin holavar səsi də
bir tərəfdən yüksəlirdi.
Baharın bu xoş çağında nə insan dörd divar arasında qalmaq istəyir, nə cücü,
böcək, həşərat öz yuvasında gizlənirdi. Təbiət sanki hər bir canlının qanını
damarlarında oynadır, əməyə, çalışmağa çağırırdı…
Tövlənin qapısı açıldı. Nəbi içəridən çıxıb ağır addımlarla həyətə gəldi.
Alçaq divarın üstündə oturub ayaqlarını aşağı salladı. Qışda odsuz-ocaqsız, soyuq
tövlədə buza dönmüş bədənini qızdırmaq üçün özünü günə verdi.
Yaz günəşinin isti şüaları altında qızışıb xoşlanan Nəbi gərnəşdi. Çirkdən,
bitdən qotur tutmuş canını xartaxartla qaşıdı. Sonra qəlyanını doldurub, çaxmaq-
qovla yandırdı.
Onu sinə dolusu sümürə-sümürə, Bərgüşad çayına, kəndin altından
uzanıb gedən çiçəkli meyvə bağlarına xeyli tamaşa elədi. Onu fikir-xəyal götürdü.
Doğma kəndi Şəkini, viran qalmış komasını xatırladı. Fikirləşdikcə qəhərləndi, öz-
özünə danışmağa başladı: «İndi bizim yerlərdə də yazdır. Çöl-bayır göyərib,
söyüdlər yarpaqlayıb, çayın, bulaqların qıraqlarında yarpız baş qaldırıb… Həmişə
bu zaman mən də bel götürüb kərdi-külə qayırırdım, paxla əkirdim, qızıl gül
kollarının dibini boşaldırdım, çör-çöpünü arıtlayırdım. Eh, görəsən mənim ev-
eşiyim, pal-paltarım, torpağım hansı zalimə qismət oldu? Görəsən qızıl güllərimi
qırıb tələf eləmədilər ki?.. Paxlalığımda nə əkiblər? Biz kəndə qayıtsaq, ermənilər