32
hər
kəsin evini, torpağını özünə verəcəklərmi? Comərd deyirdi: «Darıxma, qağa,
yaman günün axırı aydınlıqdır. Yenə öz kəndimizə qayıdacayıq. O zaman nə
erməni daşnakları olacaq, nə müsəlman mülkədarları». Amma, mən buna
inanmıram. Tökülən dolmaz. Elə öz qardaşımın da əlləşib, vuruşmasından, onunla,
bununla döş-döşə durub dava-dalaş salmasından bir şey çıxmadı. Andronik
kökümüzün üstündə od qaladı. Allah baislərin evini başına uçursun… Axı, biz
ermənilərə nə eləmişdik?.. Niyə məxluqu yerindən, yurdundan elədilər?.. Görəsən
Armenakgilin dolanışığı necədir? Görəsən heç bizi yadlarına salırlarmı?
İnanmıram ki, bizdən üz döndərələr. Mən ki, Armenakı tanıyıram, vallah əlacı
olsa, yerimi bilsə, ayaqyalın gəlib məni tapar.
Yəqin ki, o da mən deyəni deyir:
Allah dostu-dostdan ayıranların ocağını qaraltsın».
Nəbi yenə canını qaşıdı, sönmüş qəlyanını təzədən yandırdı…
Növrəstə əlində yamaqlı, kirli, boz çuxa gəldi.
- Gün olsa da, sənə soyuq dəyər, ata! – deyə çuxanı Nəbinin çiyninə saldı. –
Naxoşluqdan təzə durmusan, zəifsən.
Növrəstə atası ilə yanaşı oturdu.
Nəbi qəlyanını sümürüb:
- Hə, qızım, - dedi, - əvvəlcə qızdırma-titrəmə, sonra da bu zəhrimar qotur
məni əldən saldı. Bu Bərgüşad çayının lili, isti suyu biz dağ adamlarını puça
çıxartdı. Bu yerin mığmığası canımızı qızdırmaya saldı. Görünür ki, bu əzab-
əziyyəti alnımıza Allah yazmışdır. Neynək, kərəminə şükür… - Nəbi yenə
bədənini qaşıya-qaşıya sözünə davam elədi:
- Elə bu qoturluq, qaşınma
bədənimdən çıxsa, yenə bir işdən-gücdən yapışa bilərəm. Deyirəm, ay Növrəstə, nə
yaxşı ki, Comərdlə Şahmərdan işləyib, bir az dəndən-düşdən alıb evə qoydular,
yoxsa biz necə dolanardıq?!
Növrəstə dinmədi. Atasına demədi ki, onların qazandıqları un, düyü qurtarır.
Dağarcığın dibində on-on beş yuxalıq un, iki bişirimlik düyü qalmışdır.
Növrəstə Nəbinin qolundan yapışıb:
- Canını qaşıma, ata! – dedi. – Qotur artar, bütün bədənini götürər. İndi
Yusif odun gətirər, su qızdırıb köynəyini, dizliyini yuyaram.
Özün də girərsən
suya.
- Nə deyirəm, bala. Allah səni mənə çox görməsin. Amma heç bilmirəm bu
qürbət yerdə axırımız necə olacaq?! O kənddən bu kəndə, bu kənddən o kəndə
köçmək bizi əldən saldı… Yuxarımolludan bu kəndə köçdük ki, bəlkə burda
dolanacaq tapaq… Eh, hər yer birdir. – Nəbi dərindən köksünü ötürdü. – Comərdlə
Şahmərdan da Qiyası götürüb getdilər. İki aydır ki, kağızları, soraqları yoxdur. Nə
bilim, başlarına nə gəldi. Allah canlarını barı sağ eləsin.
Amma böyük bir səhv
eləmişəm, qızım. Gərək burda qalmayaydıq. Onlar ki, bizi aparırdılar, elə gərək
hamımız bir yerdə Bakıya gedəydik. Erməni deyər ki, musurmanın sonrakı ağlı
mənim olaydı. Nə bilim, dedim, gedərik, orda yaşamağa yer-yuva tapılmaz, uşaqlar
işə girə bilməzlər, qalarıq düzlərdə. Heç olmasa, bu kənd yerində, bir töylə
bucağında oluruq.
Bir az da gözlərik, gəlib çıxmasalar, köçərik başqa kəndə.
Növrəstə köksünü ötürüb dedi:
33
- Eh ata, hara gedəcəyik ki, buradan yaxşı olsun. Vallah, elə əmim də, o da
1
,
bizi burda qoyub, nahaqca getdilər. İndi ha gözlə ki, gəlib çıxacaqlar. Sənin
naxoşluğun ürəyimi hər şeydən betər sıxır.
Ata ilə qız xeyli dərdləşdilər.
Yusif dalında odun şələsi, həyətə girdi.
Növrəstə ayağa durub:
- Bacın sənə qurban, qardaş! – deyə şələni alıb yerə qoydu. – Yoruldun?
Necə də tərləmisən, ay Yusif…
- Yox, bu nə şələdir ki, yorulam. – Yusif qolunun ağzı ilə alnının,
üzünün
tərini sildi.
Növrəstə odunu götürüb içəri apardı. Yusif atasının yanında oturdu.
- Necəsən, ata? – Yusif, bir tərəfi sürüşüb aşağı düşmüş çuxanı Nəbinin
çiyninə çəkdi və gözünü atasının avazımış üzünə zillədi.
- Sən yaxşı ol, bala. Deyəsən şələ sənə güc gəlib, yorulmusan. Eybi yoxdur,
iş adamın cövhəridir. Mən bikarçılıqdan darıxıram.
- Şələ ağır deyildi. Qaça-qaça gəlmişəm.
- Yavaş gələ bilmirdin? Dalınca atlı-zad qovmurdu ki…
- Atlı qovmurdu, qoruxçu İbadullah qovurdu.
- Ə, onun səninlə nə işi var?
- Sənə indiyə kimi deməmişəm, ata. Mən həmişə oduna gedəndə, o köpək
oğlu mənə göz verir, işıq vermir. Qoymur ki, bağların qurumuş ağaclarından
doğrayıb gətirəm.
- Bəlkə, yaş ağacları kəsirsən, onun üçün qoymur.
- Yox, vallah, uşaq deyiləm ha.
Bilirəm ki, yaş ağaca dəymək olmaz. Quru
kötükdən-zaddan doğrayıram.
- Bəs nə deyir, niyə qoymur?
- Nə bilim, ağzına gələni danışır. Hə, əvvəlcə qonşumuz Şamxal əminin
bağından bir az odun qırdım, şələm dolmadı, keçdim Baxış bəyin bağına. Çıxdım
yekə dağdağan ağacının təpəsinə. Başladım qurumuş budaqlardan kəsməyə.
Dəhrəmin səsini hardan eşitdisə, bir də gördüm söyə-söyə gəldi. Ağacın altında
dayanıb, tülkü kimi altdan-yuxarı mənə baxa-baxa dedi: «Ə, düş aşağı! Oğru pişik
kimi ora niyə dırmaşmısan?» Bildim ki, hirslənib, məni əzişdirəcək, düşmədim.
Ağacı silkələmək
istədi ki, yıxılım, gücü çatmadı. Bir neçə dəfə daş atdı. İncəvara
heç biri məni tutmadı. Dedi: «Yaxşı, a qaçqın oğlu qaçqın, əlbət yerdə əlimə
düşəcəksən, gör sənin başına nə gətirəcəyəm… Zəngəzurdan bura bağ talamağa
gəlmisiniz? Gərək ermənilər sizin hamınızı it kimi qıraydılar… Biqeyrətlər…».
Mən də ona elə yaxşı cavab verdim. Dedim, siz də bizim günümüzə düşsəniz,
qaçqınlığın nə olduğunu onda bilərsiniz…
Nəbi qəlyanını təzədən doldura-doldura soruşdu:
- Sonra nə oldu?
- Heç nə. Nə qədər elədi ağacdan düşmədim. Acığından ayağı ilə şələmi
dağıtdı. Mırtıldana-mırtıldana getdi. Ağacdan düşdüm, odunların yığıb şələni
bağladım. Elə bağdan çıxanda, qışqırdı: «Dayan, qaçqın köpək oğlu!» Deməynən
1
Ərinə işarədir.