Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   15   16   17   18   19   20   21   22   ...   111

 
44
- Xeyr, xeyr, başın üçün, lap yaxşı mültəfit olmuşam. Demək istəyirəm ki, o 
kəndlinin məqsədini, fikrini sən yaxşı başa düşməmisən. O adam yəqin ki, bolşevik 
imiş. Öz bəhrəsini verməməklə, kəndlilərin də  ağzına dil atırmış ki, onlar da 
verməsinlər. 
Baxış bəy təəccüblə çiynini ataraq: 
- Yəni, Nəcəf kimi kəndlidən də bolşevik olar? 
- Bəli, bəli, elə bolşevik elələrindən olur. Söz öz aramızda qalsın, onların 
Həkəri-Bərgüşadda da təşkilatları var. Deyirlər, Müskanlı  kəndində  də bizim 
hökumətin bədinə danışırmışlar. Yəqin ki, sizin kənddə də bolşevik var. 
- Varsa, mən niyə onlardan birini tanımıram. 
- Yəqin tanıyırsan, amma bolşevik olduğunu bilmirsən. Mən onlarla Bakıda, 
Zəngəzurda çox döş-döşə gəlmişəm. Çox mübarizə aparmışam. 
Əli Sadiqi Şəkidəki «fəaliyyətindən» danışdı. Sözü Comərdlə Şahmərdanın 
üstünə gətirib, onları axtardığını söylədi. 
- Sən şəkili, qaçqın Comərdlə Şahmərdanımı deyirsən? – Baxış bəy heyrətlə 
Əli Sadiqidən soruşdu. – Yəni onlar elə zərərdidə, köpək oğlu adamlardır? 
- Bəli, bəli, çox nacins adamlardır. Sənin kimi bəylərin qəddar 
düşmənidirlər. 
- Bay səni.  Ə,  Əli Sadiqi, onlar ha bizim kənddə idilər. Necə bilməmişəm 
e… Yoxsa, onları tutub hökumətə verərdim. Heç olmasa, yerlərini xəbər verərdim. 
Bakıya getdilər. Amma, Comərdin qardaşı  Nəbi və qardaşı  uşaqları bizim 
kənddədirlər. Özləri də aclıqdan, xəstəlikdən çox yaman gündədirlər. 
Əli Sadiqi: 
- Xeyr, xəstə, uşaq-muşaq hökumətə lazım deyil. Ancaq sən göz ol, onlar 
kəndə gələndə mənə bildir. 
Fərman: 
- Allah onları daha pis günə salsın, - dedi. – Oğraş adamlardır. Bəy, biz sizə 
gələndə bir arvad gördüm. Nəbinin qızı Növrəstə deyildimi? 
- Bəli, o idi. Bizə iş görür. Necə ki? 
Fərman başını bulayaraq güldü: 
- Hay, hay! 
- Niyə gülürsən? Növrəstə nə təhər arvaddır ki! 
- Nə deyim, bəy. Kimin üçün yaxşı, kimin üçün pis. İkiniz də  məni 
bağışlayın, eyib də olsa, dilimə  gəlib deyəcəyəm: onun ayağı  bərk sürüşkəndir. 
Onu Şəkidə barmaqla göstərirdilər. Necə olub ki, təmiz bəy ailəsinə elə bir adam 
soxulub… 
Köhnə ədavəti hələ də ürəyindən çıxarmayan Fərman Növrəstənin barəsində 
çox yalan, böhtan danışdı. 
Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu, Növrəstəni ələ keçirmək üçün 
ona cəsarət verdi. 
Həlimə  gəlib stəkanları apardı. Bir azdan sonra, əlində plov, toyuq, şoraba 
ilə dolu olan yekə məcməyi gəldi. Məcməyini stolun üstə qoyub gedərkən, Baxış 
bəy onu saxladı: 
- O şüşəni də gətir! 
Həlimə getdi, dərhal bir butulka, üç qədəh gətirdi. 


 
45
Onlar zəfəranlı plovdan yeməyə başladılar. Baxış bəy qədəhləri doldurdu. 
- Sağ ol, pristav! – deyə bəy qədəhini onun qədəhinə vurdu. – Üç dəfə evimə 
qonaq gəlmisən. Düzü, sənə bu cür bələd deyildim. Başlı adam imişsən. Bugünkü 
söhbətindən çox şey öyrəndim. Sağ ol, bizim canımızı, malımızı qoru, gözlə, biz də 
səni gözlərik… 
- Mən ölüncə sənin kimi süfrəsi açıq, nəcib bəylərin qulluğunda, keşiyində 
durmağa hazıram. Adama adamlıq qalacaq, Baxış bəy!.. Pul, dövlət gəldi-gedərdir. 
Onlar içdilər. 
Baxış bəy: 
- Ə, Fərman, sən niyə içmirsən? – dedi. – Mollasan, ya seyid övladısan? İç! 
Götür iç! 
- Mən heç içməmişəm, bəy. 
- Nahaq yerə. Günah bu pristavdadır ki, indiyə kimi səni belə gözəl  şeyə 
öyrətməyib.  Ə, heç bilirsən, bu nədir? Buna deyərlər, ab-kövsər, qandın, a 
dünyadan bixəbər kəndli?!. Götür, çək başına, gör cecə arağının nə ləzzəti var!.. 
- Vallah, mən içə bilmərəm, bəy… 
- Götür, qırışmal! Utancaq qız kimi naz eləmə! Bax, bu pristavın canına dua 
elə ki, səni öz yanında strajnikliyə götürüb, yoxsa, kəndlərin arasında dilənçilik 
eləyən, acından köpük qusan qaçqınların biri də sən olardın… Amma öz aramızdır, 
Əli Sadiqi, zəngəzurlular bizim kəndlərdə abır-həya qoymadılar. Əşi, bu qədər də 
lüt, ac qaçqın olar?! Bunların axırı necə olacaq, Allah bilir. Hə, qərəz, içək!.. 
Əli Sadiqi Fərmana baxıb gülümsədi. 
- Götür, iç! Bəyin sözünü yerə salmaq olmaz. Onu da bil ki, Baxış  bəy 
strajniklə-zadla oturub-duran adam deyil. Onunla bir süfrədə oturmağın mənim 
xatirimədir. Baxış  bəy, içirik sənin sağlığına, Allah sənin kölgəni Bərgüşad 
camaatının üstündən əksik eləməsin. 
Baxış bəylə əli Sadiqi qədəhlərini boşaldıb, yeməyə başladılar. 
Fərman, bir az fikirləşdi: «İçməsəm, pristavın, bəyin sözünü yerə salmış 
olaram. Cəhənnəm, zəhər də olsa içəcəyəm…». O, Əlini sanki qorxa-qorxa dolu 
qədəhə apardı. Gözlərini yumub, su kimi içdi. Lakin, o saat bərkdən və bir neçə 
dəqiqə arası  kəsilmədən çeçədi, sonra dalbadal asqırdı, qıpqırmızı  qızardı, hətta 
gözlərindən yaş gəldi. Xəcalətindən ayağa durub, otağın bir tərəfinə çəkildi. 
Baxış bəy uğunub getdi. 
- Ay pristav, ay Əli Sadiqi, sənin bu strajnikin yekə oyunbaz imiş ki!.. Əşi, 
buna heç torpu dəyməyib ki! Ha… ha… ha… - Baxış bəy ayağa qalxıb, səndələyə-
səndələyə Fərmanın yanına getdi. 
- Gəl bəri, süfrənin başına gəl, çörək ye! – dedi və onu qolundan tutub 
gətirdi. Hər ikisi oturdu. Baxış bəy yenə şaqqa çəkib güldü… 
Əli Sadiqi Fərmanın əvəzinə xəcalət çəkdi. Başqa strajnik deyil, Fərmanı öz 
yanınca götürməsinə peşman oldu və bəydən üzr istədi. 
Baxış bəy: 
- Yox, pristav, üzr istəmə, - dedi, - vallah bunda kef var. Səni qəm çəkməyə 
qoymaz. – Baxış  bəy üzünü, utandığından başını  aşağı salmış  Fərmana tutdu. – 
İndi mən sənə çeçəməyin səbəbini deyim. Əvvəla, inandım ki, indiyə  bəri 
içməmisən.  İkinci, hər içkinin özünün içmək qaydası var. Məsələ, çaxırı su kimi 


 
46
içərlər, amma arağı birdən atarlar, başa çəkərlər. Bax, belə! – Baxış  bəy dolu 
qədəhi birdən içdi. – Gördün? İndi mənim kimi iç! – Onun qədəhini doldurub əlinə 
verdi. 
Fərman  əvvəl içmək istəmədi, sonra bəyin təkidi ilə içdi. Üz-gözünü 
turşudub tez qədəhi yerə qoyaraq, yeməyə başladı. 
- Bax, belə ha! İndi öyrəndin. Xam dayçanı da öyrədirlər, nəinki sənin təkin 
burunlu-qulaqlı… - Baxış bəy sözünün dalını demədi. Ancaq Əli Sadiqi onun nə 
deyəcəyini başa düşdü. 
Söhbət uzandı. 
Baxış bəy qədəhləri yenə dolduranda, Əli Sadiqi qoymadı. 
- Kifayətdir, bəy. Qəsdin bizi o qədər içirtməkdir ki, atın üstündə dura 
bilməyək?! 
- Sizi getməyə qoymayacağam. Sabah axşama kimi mənə qonaqsınız. Səhər 
sizə əmlik kababı verəcəyəm. 
- Çox sağ ol, Baxış bəy. Qala bilmərəm. Bir neçə kəndi gəzməliyəm. Axır 
zamanlarda oğru,  əyri, yol kəsən, adam öldürən çoxalıb. Onlar mənim papağımı 
görməsələr, daha çox işlərdən çıxarlar. 
Baxış bəy, Əli Sadiqinin etirazına baxmayaraq, qədəhləri doldurub dedi: 
- Oğru-əyri ki, deyirsən ha, çoxu Zəngəzur qaçqınlarıdır. Vallah, mən razı 
olardım ki, ermənilər onların hamısını qıraydı, lap toxumlarını kəsəydi. Bu nədir, 
gəlib dolublar kəndlərə, zilan kürdləri kimi, qapılardan əl çəkmirlər. 
Əli Sadiqi ona əyri-əyri baxdı: 
- Adam da öz milləti haqqında belə fikirdə olarmı? Biz gərək onlara kömək 
eləyək, Baxış bəy! 
- Millət? Ha… ha… ha… Zəngəzurun lüt-mütlərindən,  əl-ayağa dolaşan 
dilənçilərdən sənə, mənə millət olmaz. Götür içək. Bu axırıncı  qədəhdir.  İçmək 
istəsən də, daha arağım yoxdur. Özüm heç, sənin kimi əziz qonağım gələndə, 
bilmirəm nə edəcəyəm. Mənim cecə arağım həmişə  Kərəviçdəki dostum 
Avanesdən gələrdi. Yaxşı araq çəkəndir. Neçə  vaxtdır ki, yol bağlanıb, gediş-gəliş 
kəsilib. O da mənə araq göndərə bilmir. 
Əli Sadiqi: 
- Gediş-gəlişin kəsilməsinin eybi yoxdur, - dedi. – Hələ Allah bundan 
betərindən saxlasın. Ola bilsin ki, ermənilər Zəngəzurun müsəlman kəndlərini 
dağıtdıqları kimi, Həkəri-Bərgüşad kəndlərinə də hücum edib viranəyə çevirsinlər. 
Amma onu deyim ki, bizim hökumət yatmayıb, tədbir görür. Ermənilərin qabağına 
çıxmaq üçün əsləhə, qoşun hazırlayır. Qardaşın Hilal bəy heç danışmayıb? O ki, 
müsavat ordusunda görkəmli zabitdir… Əsgərlərə  təlim verir, davaya 
hazırlaşdırır… Mən onu Gəncədən tanıyıram. İgid oğlandır. 1918-ci ildə cəbhədən 
qayıdan rus qoşunlarını  Şamxorda tərk-silah etməkdə böyük iş görmüşdür. Mən 
əminəm ki, o, gələcək erməni-müsəlman davasında da qəhrəmanlıq göstərsin… 
Baxış bəy: 
- Dava nədir, ay pristav, - dedi, - alnına gülləni vuralar, kəlləni bir dəfəlik 
qoyasan yerə. Adama kef lazımdır, kef. Götür içək! – Baxış bəy içdi. 
Əli Sadiqi qədəhini yuxarı qaldırdı, lakin içməyib, dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə