Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   14   15   16   17   18   19   20   21   ...   111

 
42
mənim  əziyyətimdən xəbəri yoxdur. Gündüz kefində-damağında, gecə  də  qıçını 
uzadıb yatmağındasan… 
Baxış bəy: 
- Yox, pristav, - dedi, - Nikolay taxtdan düşəndə, bizim mahalın bəyləri, elə 
mən özüm də, bərk qorxuya düşmüşdük. Çünki hər yerə söz yayılmışdı ki, 
torpağımızı, mahalımızı alıb kasıblara verəcəklər. Bizi eləyəcəklər lüt ətcəbala… 
ha… ha… ha… Əhmədalı  bəyin oğlu Baxış  bəy olacaqdı lüt ətcəbala!.. Hə, 
sonradan bu məsələ yatdı. Düzünə baxsan, kəndlilər bir neçə yerdə baş qaldırdılar, 
varlıların üzünə  ağ oldular. Ancaq qəza nəçənniyi yaxşı qabağını aldı: kimini 
qorxutdu, kimini dama basdı… 
- Amma, Baxış  bəy, sən elə güman eləmə ki, varlıların üzünə  ağ olan 
kəndlilər daha lal olub yerlərində oturublar. Onlar sənin kimi bəylərin malına-
mülkünə qəsd etmək üçün yenə fürsət gözləyirlər. Zəmanə hər gün başqa rəng alır. 
Bəzi kəndlərdə  bəylərin kəndlilərdən bəhrə ala bilmədikləri mənə  məlumdur. Nə 
isə, yeri gəlmişkən soruşum ki, Ağa bəy hardadır, heç söhbətimizdə iştirak eləmir? 
- Onun belə söhbətlərdən xoşu gəlməz. Onunku gəzmək, kitab oxumaq, bir 
də yeyib-yatmaqdır. O, biz qardaşlara oxşamayıb.  Əgər deyəcək bir sözün varsa, 
çağırtdırım. 
- Xeyr, elə bir vacib sözüm yoxdur. Onu bilmək istəyirəm ki, niyə qulluğa 
girmir. Savadlı adamdır. Hökumətimizə çox xeyir verə bilər. Mən istərdim ki, 
bizim qəzanın böyüyü o olsun. Deyir, zər qədrini zərgər bilər. Onu demək 
istəyirəm ki, mənim kimi adamları o qiymətləndirib, böyük yerlərə çəkə bilər. 
Kəniz Həlimə içəri girib dəyirmi stolun üstünə təmiz süfrə saldı, sonra gedib 
gümüş podnosda çay, qənd və gül mürəbbəsi gətirdi. Qayıdıb gedəndə Baxış bəy 
dedi: 
- Pristavın strajnikinə də de bura gəlsin, hər necə olsa qonaqdır, bu kişi ilə 
gəlib. 
Həlimə getdi. Baxış bəy sözünə davam elədi: 
- Hərdənbir çarıxlı-patavalı qonağın da eybi yoxdur. Ha… ha… ha… 
- Baxış bəy, elə güman eləmə ki, mən hər adamı yanıma salıb, sənin evinə 
gətirərəm. O çarıxlı strajnik Zəngəzurda məşhur bir adamın – şəkili Hacı 
Atakişinin oğludur. Mən onlarda qonaq olmuşam. Hacı Atakişi çörəyinin, malının 
qədrini bilən adam deyildi. Malı, dövləti, torpağı  bəlkə, səninkindən də çox idi. 
Andronik davasında ki, özün yaxşı bilirsən, kəndindən qaçqın oldu. Necə deyərlər, 
daş  əydi, qəribliyə düşdü.  İndi bu strajnik Fərmanın öz ata-anasının öldü-
qaldısından xəbəri yoxdur. Axtarır, tapa bilmir. – Əli Sadiqi çayına mürəbbə salıb 
qarışdırdı, sonra sözünə davam elədi: - İndi sən de ki, bu Fərmanı  mən hardan 
özümə strajnik götürmüşəm. Bir gün Padar kəndinə  oğru axtarmağa getmişdim. 
Fərmanı da orda camaatın içində gördüm. Məni tanıdı. Vəziyyətindən  şikayət 
elədi. Məndən kömək istədi. Öz-özümə dedim: səni viran qalasan dünya… Varı-
dövləti bir mahalı dolandıran kişinin oğlu gör nə günə qalıb… Qərəz, qulluğa 
götürdüm ki, başını dolandırsın. İndi, Baxış bəy, sən o ayağı çarıxlı strajnikə alçaq 
gözlə baxma… - Əli Sadiqi çayını içməyə başladı. 
- Sən mənim sözlərimi başqa yerə yozma, Əli Sadiqi. Vaxta ki, o, səninlə 
gəlib, hörmət eləmək borcumuzdur. Xahiş eləyirəm inciməyəsən. 


 
43
- Yox, yox, başın üçün incimərəm. Məqsədim, Fərmanı səninlə tanış eləmək 
idi. Özü də fikir və əqidəcə əsl bizim hökumətin adamıdır… 
Həlimə əlində bir stəkan çay Fərmanla bərabər gəldi. Həlimə stəkanı stolun 
üstünə qoyub getdi. 
- Sizə dörd il bundan qabaq olmuş bir əhvalat danışım, - deyə Baxış bəy təzə 
söhbət açdı: - Bizim kənddə  Nəcəf adlı bir kəndli vardı. Amma çox dikbaş idi. 
Hətta mənə  də endirmirdi. Qərəz, bir gün bizim darğa gəlib mənə dedi: ağa, 
Nəcəflə bacara bilmirəm axı… Dedim: ə, nə olub? Dedi: kəndlilərin hamısından 
bəhrəni almışam, bir Nəcəfdən başqa, o nə  çəltikdən bəhrə verir, nə ARPA-
buğdadan. Özü də  məni xırmandan qovdu. Dedi: «İtil burdan, gözüm səni 
görməsin, müftəxor, qarnı yoğun… Bundan sonra, bəyə  bəhrə verməyəcəyəm… 
Baxış bəy mənimlə taxıl şəriki deyil». Hə, Əli Sadiqi, mənim yerimə sən olsaydın 
nə eləyərdin? 
Fərman söz atdı: 
- Elə adamın qanı halaldır. 
- Ay sağ ol, strajnik, lap düz deyirsən. Mən də onun qanına susadım. 
Qardaşım Zeynal bəyi, darğa Mahmudu, nökər-nayibi götürüb, getdim Nəcəfin 
xırmanına. Gördüm nar dənəsi kimi sarıbuğdanı doldurur çuvallara. Dedim, ə, 
arvadı göyçək, ağzını hara yetirmisən ki, mənim bəhrəmi vermirsən, darğamı geri 
qaytarırsan? Dedi: «Dilini özündə saxla, sənin arvadından göyçəyi yoxdur. Mən 
səni tanımıram. Torpaq mənim, öküz, cüt mənim, özüm əkib, özüm biçirəm, niyə 
sənə bəhrə verim». Dedim, mən bəyəm, bəy oğluyam. Bəylərə bu ixtiyarı padşah 
verib. Dedi: «Mən də özüm üçün bəyəm». O dedi, mən dedim, səs-küyümüz kəndi 
götürdü. Camaat tökülüb gəldi. Taxılla doldurub hazırladığı çuvalları bizə aparmaq 
üçün kəndlilərə  əmr elədim. Üzü dönük, biqeyrət köpək uşaqlarının heç biri 
yerindən tərpənmədi. Darğaya işarə elədim. O, çuvallara tərəf gedəndə, Nəcəf əlini 
atdı  dəmir yabaya. Dedi: «Bir adam yaxına gəlsə, taxılımın bir dənəsinə  əlini 
vursa, cəhənnəmlik eləyəcəyəm. Bundan sonra, heç kəs bəyə bəhrə verməyəcək». 
Gördüm, xeyr, aşna-aşna, çıxır ocaq başına, kəndlilərin yanında məni biüzm eləyir; 
xəncəri çıxartdım, darğaya göz elədim. Mahmud, əlində  qəmə ona hücum 
eləyəndə, Nəcəf yabanı endirdi. Darğa yıxıldı. Başından qan bulaq kimi fışqırdı. 
Gözü qızmış köpək oğlu, mənim üstümə cumanda, harayçılıq eləyən iki kəndli 
onun qollarını tutdu. Qardaşı Camal meydana atıldı. Onu da tutub saxladılar. 
Fürsəti fota verməyib, xəncəri soxdum Nəcəfin qarnına. Dedim, köpək oğlu, bəylə 
bəylik eləmək, bir tərəziyə girmək olmaz. Bağırsaqları bayıra töküldü, ağlaşma-
şivən qopdu, mən adamlarımı götürüb tez getdim. Nəcəfin qardaşı Camal bu xəbəri 
tez qəza pristavına çatdırdı. O da məni tutub bir baş Gəncəyə göndərdi. Qazamatda 
çox yatmadım. Atam külli miqdarda pul töküb məni qurtardı. Hə, indi kəndlilər 
mənim yanımda cınqırlarını  çəkə bilmirlər… Necə deyərlər, yumurta yükü 
aparırlar. 
- Baxış bəy, o adam bilirsənmi kim imiş? 
Baxış bəy onun sualından təəccübləndi. 
- Necə ki, bilmirəm? Bəs bayaqdan bəri kəndli Nəcəf haqqında danışmıram? 
Görünür, sözlərimə yaxşı mültəfit olmamısan, cənab pristav! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə