Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə21/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   17   18   19   20   21   22   23   24   ...   107

qapısından  girəndə Mədinə onun  arxasınca  gələn  Raufu  gördü.  Rauf
Mədinənin  şöbə rəisi  idi,    komitədə çoxdan  işləyirdi.  Heç  vaxt
Mədinənin  otağına  gəlmirdi.  Bəzi  sənədləri  götürüb  oxumaq,  digər
şöbələrə çatdırmaq  üçün  Mədinə özü  onun  kabinetinə girirdi.  İndi
Raufun otağına gəlişinə heyrətləndiyi qədər də nə üçünsə sevinirdi.
Rauf kişini çox şən salamladı. Hal-əhval tutdu:
-
Zənnimcə,  biz  ayrı – ayrı  xidmətlərdə işləyirik,  xeyir  ola
buralarda nə azmısan? – soruşdu. – Yoxsa, hamı kimi sən də Mədinəyə
vurulmusam? – Guya  ki,  zarafat  edirdi,  amma  səsində kinayə,  rişxənd
vardı. Bilərəkdən hədəfə vurduğu bəlli idi. – Nə etmək olar, evliliyimiz
çox şeyə imkan vermir.
-
Nə danışırsan, - həmin adam çaşdı, tutuldu.- Mədinəyə çatası
sənəd vardi, onu gətirmişəm.
-
Belə de!  Məgər  sənin  kuryerin  yoxdur,  yoxsa  rəislikdən
kuryerliyə keçmisən.
Kişi  quyruğu  qapı  arasında  qalmış  təki  pərt  oldu.  Amma  işin
içindən çıxıb tez zarafata keçdi.
-
Eşitməmisən, gözələ baxmaq savabdır, – deyirlər.
-
Yox  aaa!  Amma  Mədinə bura  bəzilərinin  zənn  etdiyi  kimi
gözəlliyi  ilə əyləndirməyə deyil,  işləməyə gəlib.    Onun  məsuliyyətli
tapşırıqları var. Bura modalar evi deyil, Mədinə də model deyil. O, elmli
adamdır.  Bu  şöbəyə də onu  xarici  gözəlliyinə görə yox,  savadına
müvafiq  götürüblər. – Bir  də unutma  biz  hara,  Mədinə hara?!  Mədinə
subaydır,  azaddır,  gözəl  şeylərə layiqdir.  Biz  evlilərsə ona  ancaq  və
ancaq uzaqdan baxa bilərik.
Kişi  suyu  süzülə-süzülə getdi.  Mədinə hiss  etdi  ki,  elə Raufdan
çəkindiyi üçün o, bir də bu qapıdan girməyəcək. Şöbə rəisinə acta səslə :
-
Çox sağ ol, - dedi.
Rauf  da  öz  növbəsində onun  ağarmış  bənizinin  özünə qayıtdığını
sezib sevindi. Qapıdan çıxanda geri döndü:
-
Gözəllik  başa  bəladır,  bilirəm, - dedi.  Amma  bu  səfeh
qadınlar  üçün  qorxuludur.  Sənin  ağlın  gözəlliyinin  sərhəddini  aşır.  Bu
diqqətə tez çarpır. Kişilərin də zəhləsi elə ağıllı qadınlardan gedir.
Raufla dostluğu belə başladı. Sonralar Mədinə özü şöbə rəisi oldu.
Amma  Raufun  yaxşılığını  heç  vaxt  unutmurdu.  Düzdür,  Mədinə heç
kəslə bölüşmürdü. O, dərd – sərini açıb ağardan, paylaşanlardan deyildi.
Raufla  asan  idi.  O  qəlbə girməyə çalışmır,  sorğu – sual  etmir,  bəzi


adamlar  kimi  məsləhət  vermirdi.  Həmişə də lazımi  anda  Mədinənin
yanında olur, təmənnasız, filansız köməyinə çatırdı.
***
İş əla  idi.  Onu  onsuz  da  həll  edə bilmədiyi  sonu  görünməyən
üzüntülü  fikirlərdən  yaxşı  qoparırdı.  Necə yorulurdusa,  gecələr  başını
yastığa  atan  təki  yuxulayırdı.  Arzusu  elmlə məşğul  olmaq  olsa  da  tale
ona  bilik  və bacarığını  bu  idarədə işlətməyi  məsləhət  bilmişdi.  Bura
düşməsinə ancaq  sevinməliydi.  Bu  qapalı  idarə elə onun  yeri  idi.  Heç
kəslə ünsiyyət  saxlamağa  vaxtı  qalmırdı.  İşin  çoxluğundan  bəzən  evə
zəng etməyi də unudurdu. Məvacibi də ki, şükürlər olsun, valideynlərini
saxlamağa,  qəzet,  jurnal  və
kitablara  abunə
yazılmağa,  hətta
məzuniyyətdə başqa  şəhərlərə getməyə də bəs  edirdi.  Belə demək  olsa,
bu işdə onunku gətirirdi. Burada öz qiymətinə Bakıda tapılmayan xarici
mebelə yazılmışdı.  “Gənclik”  metrosunun  yanında    havayı  ikiotaqlı
mənzil almışdı. Hətta ürəyigenişlik edərək təzə mənzilini əri ilə kirayədə
yaşayan kiçik bacısına özlərinə mənzil alanadək müvəqqəti bağışlamışdı
da. Özü isə valideynləri ilə qalmağı üstün tutmuşdu.
Mədinə valideynlərini tanrının ona bəxş etdiyi böyük sərvət bilirdi.
Özlərini bütünlüklə övladlarına  sərf  etmiş  bu  adamlar  Mədinə üçün
əvəzsiz,  qiymətsiz  idilər.  Mədinə
valideynlik  hissinin  böyük,
məsuliyyətli  olduğunu  güman  edirdi.  Demə,  bunu  hamıya  şamil  etmək
olmazmış. Demə, bioloji qohumluq bağlılıq deyilmiş.  Eləcə zənciri, ipi,
sapı olmayan əlaqəymiş. Mədinə uşağının üzünə baxmaq istəməyən ərini,
onun  yaxın  adamlarını  düşünəndə bu  qənaətə gəlirdi.  Göründüyü  kimi
bioloji  qohumluq  doğmalıq  hissindən  məhrum,  qeyri – ciddi,  etibarsız,
rəhimsiz  ola  bilirdi.  O  cümlədən  bioloji  qohumluqda  doğmalığın
zəncirini  axtarmaq  da əbəs  idi.  Bağlılıq,  doğmalıq,  bioloji  yox,  ruhla,
idrakla,  şüurla  bəndlənirdi.  Bu  düşünməyi,  anlamağı,  dərk  etməyi,
sevməyi  bacaran  mükəmməl,  kamil  adamlarda  olurdu.  Bunlar  ilahinin
nemətləri  sırasından  sayılırdı,  hamıya  eyni  verilmirdi,  hamıda  da  bir
olmurdu.
Əlbəttə, bunlar Mədinənin kəşfləri deyildi. Mədinə çox gəzməsə də,
çox  oxumuşdu.  Dünya ədəbiyyatında,  kitablarda,  bu  barədə çox


yazmışdılar.  Məgər  təkcə onun əri  öz  övladını  görmək  istəmirdi?!
Belələri  saysız-hesabsız,  minlərləydi.  Övladlarını  körpəykən  atan,
onlardan oğurluq edən, onlara qəsd edən o qədər valideynlər və ya əksinə,
valideynlərinə bütün  bunları  qəddarcasına  tətbiq  edən  o  qədər  övladlar
vardı  ki!  Millətindən  asılı  olmayaraq  qızlarına  tamah  salanlar, hətta
oların  bakirəliyinə toxunanlar  olub,  uşaqlarını  küçəyə atan  qadınlardan
da  az  yazılmayıb.  Bəli,  bioloji  qohumluğun  ali  ilahi  hisslərlə,  insani
duyğularla  heç  bir əlaqəsi  yox  idi.  Bununla  yalnız  barışmaq  qalırdı  ki,
Mədinə də bacarmırdı.  O, adi günləri istirahət, bayram günlərindən çox
sevirdi.  İstirahət-bayram  günlərində kitablar  da  ona  kömək  etmirdi.
Zəhərli fikirlər qanını qaraldır, ürəyini parçalayırdı. “Dünən özü uşaq idi.
Bu gün budur, bir balacanı da dalınca çəkməlidir.” Məzuniyyət aylarında
evdə oturmaqdan  qorxduğu  üçün  işdən  hara  gəldi  putyovka  götürməyə
hazır  idi.  Təki  fikrini  dağıda  bilmək  üçün  yer  olsun.  Təyyarə vağzalına
da  atası  aparırdı.  Bilgəhdəki  istirahət  evinə də atası  onu  yola  salırdı.
Onun qəmini dağıtmaq üçün kişi şən səslə : “Bax, səyahətdən gözəl şey
yoxdur, qızım, sənə də yaxşı yol”, - deyirdi. Bilgəh  yaxın olduğu üçün
bacıları,  anası  ilə atası  yanına  tez-tez  gələrdilər.  “Bəh-bəh  cənnətdir  ki,
bura”, - deyirdilər. Atası onun yerinə sevinirdi. “Putyovka 24 günlükdür
də, deyirsən, qızım. Əcəb yaxşıdır, qiyamətdir, otağın da əla, rahat, - sən
buna layiqsən.”
Evdən  uzaqda,  uşaqla  tək  qalacağı  halda  atası  ona  daha  qızlıq
dövrlərindəki təki göstərişlər, nəsihətlər vermirdi. Kişi indi ona hər şeyi
özünün  daha  yaxşı  bildiyi  böyük,  məsuliyyətli,  cavabdeh  adam  kimi
baxırdı.
***
Meşəni  xatırladan  uca  sərv  ağaclarının,  üstündə dələlər  oynaşan
sənubərlərin,  eldar  şamlarının  göz  oxşayan  yaşıl  rəngi,  bir  neçə
metrlikdəki  dənizin  zümrüd  sinəsi,  səmanın  mavi  aydınlığı- o  qədər
füsünkar,  gözəl,  cazibədar  idi  ki,  hətta  qəmli  adamın  da  ürəyini  açır,
vəcdə gətirirdi.  Uca  ağacların  yarpaqları  arasından  yol  edib  keçən
günəşin oynaq şüaları süzülüb güzgülənir, adama “gəl-gəl” deyirdi.
Ləpədöyəndəki  tənha  skamya  da  Mədinə üçün  lap  göydəndüşmə
idi. Səhər yeməyindən sonra kitabxanaya girir, kitabla, jurnalla torbasını
doldurub  pilləkənlərlə sahilə düşürdü.  Moskva,  Leninqrad  və digər


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə