Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə2/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   2   3   4   5   6   7   8   9   ...   107

tikilir.  Biz  çoxdandır  təmizliyə həsrətik.Hər    yandan  sement,  qum
tökülür.Düzdür, bunlar gözəllik üçün edilir. Amma gözəllik də asan başa
gəlmir. Şəhər sahmana düşüncə biz də qocalacağıq.
- Mən istəyirəm siz Teymuru əvvəl bulvardakı evə aparasız.
-
Bacısının  səsinin  ahəngi  Teymuru  heyrətləndirəcək  tərzdə
kövrək,  titrək,  çoxmənalıydı.  Elə bil  uzun  illər  Teymur  üçün  saxladığı
qiymətli hədiyyəsini gizlətməyə daha Nərgizin səbri, hövsələsi çatmırdı.
Uzaq,  yad  ölkədə ömürdən  düşən  illərini əridən  qardaşını  geriyə
qaytarmaqdan  ötrü  bu  evi  ümid,  cazibə qüvvəsi,  açar  bilirdi.  Elektron
poçtu,  telefon,  məktubla  anlada  bilmədiklərini  indi  Nərgizin  nəmli
gözləri, sızıltılı səsi ifadə edirdi.
- Teymur diksindi. Bu
onun  tanıdığı  Nərgizdi  görəsən?  Bacısını  çoxdandı  görmürdü.  Bacısı
sanki  dəyişmişdi.    Raufa  sarı  çevrildi.  Baxışdılar.  “ - O  dəyişib?”, -
Raufun sakit çöhrəsi danışırdı.
- Elə isə getdik, - teymur cəld tərpəndi. – Qaranlıq düşməmiş
getsək yaxşıdır.
- Buralardan  ora  avtobuslar  gedir,  düzdür,  biz  daha  avtobusa
minmirik, - Rauf yarı zarafat, yarı ciddi bildirdi. Ancaq sən “əcnəbi”nin,
“fransız”ın xatirinə minərik.
- Əla, - Teymur da gülümsündü.
Prezident iqamətgahının, filarmoniyanin yanında düşdülər. Buralar
dəyişməsə də çox  gözəl  idi. Əvvəllər  Çkalov  adı  ilə tanınan  küçə ilə
üzüaşağı bulvara sarı addımladılar.
-
Yaşıl  teatr  da  gözəlləşib,  təzədən  tikilib.  Düzdür, əvvəllər
oranın oturacaqlarından dəniz görünürdü, indi isə qarşısını evlər kəsir, -
Rauf bildirdi.
Bulvar,  dənizkənarı  park  nə qədər  dəyişmişdi.  Dedikcə gözəl
olmuşdu.  Üçrəngli  bayraq  çox əzəmətlə dalğalanırdı.  Gəmilər  də
çoxalmışdı. Şəxsi yaxtalar, yelkənli qayıqlar diqqəti cəlb edirdi. Xatirələr
Teymuru  beşmərtəbəli  evin  həyətinə çəkirdi.  O  vaxt  bu  evin  altında
əczəxana vardı. Bu evlər o vaxt adla idi. Şəhərin ən mötəbər adamları bu
evdə yaşayırdı.  Məktəb,  universitet  yoldaşları  bu  evə görə ona  həsəd
aparırdılar. Bulvar bir addımlıqda idi. Həm də onların balkonundan dəniz
ap-aydın görünürdü.
O şirin illəri yada salan  evin həyətinə girdilər. Həyət tamam
dəyişməsə də dəyişmişdi.  Onun  topla  oynadığı  divar  yox  idi.  Topa  elə
təpik vururdu ki, qalxıb Olqa xalagilin balkonuna düşürdü. Bir neçə dəfə


onun  balkonundakı  banka  və balonları  sındırmışdı.  Ev  sahibəsi  şikayət
etməsə də anası “yaxşı deyil” deyə banka və balonları qaytarırdı.
- Köhnə qanşulardan  burada  heç  kəs  qalmayıb,-Rauf  dedi. -
Bəziləri  sənin  kimi  xaricə getdi,  bəziləri də mənzillərini  satdı.  Burada
indi  yüksək  məvacibli  məmurlar,  iş  adamları  və kirayənişin  xaricilər
yaşayır.
Teymur  axırıncı  dəfə burada  olanda  bina,  blok  pis  halda  idi.
İndi səliqə - səhman vardı. Lift də dəyişdirilmişdi.
- Bu evi almaq üçün papaya kimlər ağız açmayıb, – Rüfət dilləndi.
Hələ xaricilər  kirayə qalmaq  üçün  neçə böyük  pullar  təklif  edirdilər.
Amma  mama  ”yox”  deyib  dururdu.  Nənədən  sonra  burada  heç  kəs
yaşamayıb. Amma mənzil pulu veririk, zibil haqqı da.
“Nə əcəb  Nərgizdən”  Teymur  heyrətlənsə də susurdu.
Bacısının pulu çox sevdiyini bildiyindən eşitdiklərinə inanmağı gəlmirdi.
İkitaylı,  təmirli  qapını  açdılar.  Hər  şey  bam-başqaydı.  Avropasayağı
təmir  göz  qamaşdırırdı.  Asma  tavan,  divar  kağızları- hər  şey  zövqlə
işlənmişdi.
- İsti su, soyuq su saatla deyil, qaydasındadır, - Rauf bidirdi.
- Dayı,  sənin  gəlməyim  münasibətilə mama  bir  aylıq  xadimə də
tutub.  Səhərlər  yeməyini  o  verəcək.  Günorta  ilə axşamları  isə bizimlə
olacaqsan.
- Soyuducuda su, qatıq, şirələr var.- Rauf bildirdi.- Biz gedirik,
bu da açarlar. Sabaha qədər- Raufla Rüfət sağollaşdılar.
Teymur ikitaylı balkon qapısını açdı.. Dənizi, ağacları, skamyaları,
maşınları bir xeyli seyr etdi. “İlahi, nə xoş hiss idi bu.” Bakı üçün, bu ev
üçün, bu eyvan üçün, gördüyü mənzərə üçün necə darıxmışdı! Sevincdən
az  qala  hönkür – hönkür  ağlamaq  istəyirdi.  Qəhər  boğazında  ilişib
qalmışdı. Qaranlıq qatılaşmamış ətrafı yenidən gəzmək niyyəti ilə qapını
kilidləyib pilləkənlərlə həyətə düşdü.
Axşamın  mənzərəsi  ürəkaçan  idi.  Azneftin  köhnə binaları,
keçmiş incəsənət muzeyi, prezident iqamətgahı gecə fənərlərinin işığında
şairanə,  sirrli  təsir  bağışlayırdı.  Nə yaxşı  hələ bir  neçə həftə qalacaqdı.
Səhər gün işığında sevimli yerləri gəzəcəkdi.
***


Evin  dizaynı  gözəl  idi.  Pəncərələr,  qapılar  dəyişdirilmişdi.
Yataq otağındakı iri taxt ikinəfərlik idi. Həm də təzə idi. Bakının suyu ilə
duş qəbul etmək ona ləzzət elədi. Axırıncı dəfə otaqların necə olduğunu
yadına salmağa çalışırdı. İşığı söndürüb uzandı. Mələfələr xoş qoxulanır,
nişastalı, təzə idi. Bacısı onun təravətli şeyləri sevdiyini bilirdi.
- Əşyalar,  mebellər  sanki  qatı  qaranlıqda  nəfəslərini  içinə
çəkib mürgüləyirdilər. Bircə qədim kəfkirli saat (atası onu Almaniyadan
almışdı)  qaranlığı  vecinə almadan  sükutu  pozur,  ahənglə çaqqıldayırdı.
Tarım çəkilmiş pərdələr maşınlarınin ardı – arası kəsilməyən küçə ilə bu
evin əlaqəsini tam kəsə bilməsə də tənhalıq yaradırdı. Ev soyuq deyildi.
Haradansa  görünməyən  yerdən  isti  xəlvət – xəlvət yatağa  sarı  sürüşür,
üzünə,  boynuna,  sinəsinə
sarmaşırdı.  Bu  istinin  həniri,  sığalı
yorğunluğuna güc gəlir, gözləri qapanır, yuxu onu çəkib aparırdı...
Teymur  özünü  dənizin  sahilində alatoranlıqda  görürdü.
Xəzərin pıçıltılı ləpələri, qumlu boş sahil. Yox, tək deyildi. Kimsə vardı,
qadına  oxşayırdı.  Amma  qadını  tanımırdı.  Qüruba  enən  günəş  üfüqlə
dənizin  qovuşduğu  yerdə ilişib  qərq  olmaqdaydı.  Onun  dairəvi  qırmızı
çöhrəsinin əksi  səssizlikdə əzəmətini  itirib  yalqızlaşan  dənizə qan
rəngində titrək  zolaqlar  salırdı.  Bu  zolagın  bir  ucu  sivişərək  sulardan
çıxıb zərə dönərək oturan qadının üzünə, saçlarına qonmuşdu.
Bu Mədinədir! O, bu qadını yaxşı tanıyır. Bəs Mədinə burada
nə edir?! Teymur ona sarı addımlayır. Ayaqları getmir, göz qapaqları da
bağlıdır,  kiprikləri  sanki  qıfıllıdır. Əlini  üzünə aparır  ki,  kipriklərini
ayırsın,  ayılır...Key–key  baxır.  Bura  haradır?  Kəfkirli  saatın  səsi  harada
olduğunu  xatırladır.  Elə bil  heç  illər  keçməyib.  Sanki  dəhlizdə anasının
başmaqlarının  səsi  gəlir.  Sanki atası  ilə anası  Teymur  oyanmasın  deyə
pıçıltı ilə danışırlar.
Çoxdandır yuxu görmürdü. Yox, görürdü, dumanlı, danışmaq
olmurdu. Zülmət gecələrdə səmada ərinə - ərinə üzən buludlara oxşayırdı
yuxusu.
Küçədən, magistral yoldan ötən maşınların səsi kəsilmişdi. Bu yol,
oradan gələn maşın səsləri   məktəb, tələbəlik illərindən- gecələr yuxusu
gəlməyəndə həmdəminə çevrilirdi. O, saatı da bu maşınların səsi ilə təyin
edə bilirdi.  Bu  yol  həm  də Bayıla,  Mədinəgilə aparırdı.  Teymurgildən
onların  evi  trolleybusla  dörd – beş  dayanacaq,  maşınla  bir  neçə dəqiqə
idi. O isə heç vaxt bu mənzilə çata bilmənişdi. Bu mənzilin qapıları onun


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə