Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə9/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   5   6   7   8   9   10   11   12   ...   107

təkbaşına  istirahəti  üstün  tutdu.  Bir  də Raufla  Nərgiz  həmin  istirahət
evində olmuşdular.  Bacısı  razı  qayıtmışdı.  Hər  şeyə bir  qulp qoyan,
yaxşını  yamanlayan,  olmayanı  da  özündən  quraşdıran  Nərgiz əgər  bir
yerdən razı gəlmişdisə ora getməyə dəyərdi.
Pansionata  gəldiyi  elə birinci  gün  Teymur  onların  səhv
etmədiyini anladı. Bura doğurdan da füsunkar, dilbər guşələrdən idi.
Həndəvərliyi  ağ  daşdan  hörülmüş  səliqəli,  yaraşıqlı  barının
giriş qapısında istirahətə gələnləri əvvəl iki məğrur görünüşlü şir heykəli
salamlayırdı. Sonra da cənnətə düşdüyünü zənn edirdin.
Qarşına  elə füsünkar  mənzərə açılırdı  ki, bilmirdin  hara
baxasan.  Sağa,  sola,  irəli,  arxaya  doğru  uzanıb  gedən  çınqıl  döşənmiş
cığırlar,  meşəni  xatırladan  park,  rəngarəng  balıqların  üzdüyü,  dibi
aydınca  görünən  çarhovuz,  göz  oxşayan  çəmənlik,  gül – çiçək  kolları,
sona təki bir – birinin dalınca düzülüb ətrafa sərinlik yayan fəvvarələr!...
Yüz  metrlikdə ağacların  arasında  iri  bir  bina  ağarırdı.  Bu
dördmərtəbəli  bina  pansionatın əsas  korpusu  sayılırdı.  Qalan  fin
üslubunda  tikilmiş  qırmızı  kərpicli  evlər  çəmənlikdə bitən  lalələr  təki
parkın  müxtəlif  tərəflərinə səpələnmişdi.  Saf    hava,  qollu – budaqlı
ağaclar,  göy  xovlu  otlar, əlvan  çiçəklər,  yaşıl  budaqların  arasındakı
yuvalarından tez-tez perikib uçan quşlar xoş ovqat yaradırdı. Elə bilirdin
meşədəsən.  Adamı  bircə əsas  binanın  və onun  iyirmi  addımlığında
yerləşən  yeməkxananın  dörd  tərəfindən  müxtəlif  səmtlərə uzanıb  gedən
gah gənbər daşı, gah əlvan çınqıllar döşənmiş cığırlar çaşdırırdı. Və sən
meşədə yox,  insan əli  ilə səhmanlanmış  bir  parkda  olduğunu  görürdün.
Bu  səliqəli  cığırlar  evlərə,  idman  meydançalarına,  yaşıl  ördəklər,  qu
quşları  üzən  gölməçəyə,  kitabxanaya,  yay,  qış  klublarına,  rəqs
meydançasına, karusellərə aparırdı.
Pansionatda  istirahər  üçün  şərait  qənaətbəxş  idi.  Otaqlar,
yataq  dəstləri  təmiz  idi.  Nümayiş  olunan filmlər,  dadlı  yeməklər,
ekskursiyalar və digər tədbirlər intizam və zövqdən xəbər verirdi.
Teymurun  tək  yaşadığı  otağın  eyvanından  göylük  içinfdə
itib  batan  park,  kiçik  oğlan  heykəlindən  fışqırıb  çıxan  fəvvarə,  gavalı,
qoz,  şabalıd  ağacları, ətrafı  güllərlə çəpərlənmiş  üzümlüklər  görünürdü.
İkinci  mərtəbəyə Teymurun  eyvanına  boylanan  akasiya  ağacı  da  çox
xoşuna  gəlirdi.  Onun  zərif  ləçəkləri  qar  təki  həzin – həzin  eyvanına
oturduğu  hörmə kresloya,  saçlarına  yağırdı.  O,  xidmətçi  qadından


eyvana əl  vurmamağı  xahiş  etmişdi.  Akasiyanın  zorla  duyulan  kövrək
ətri, yaxınlıqdakı iydə və yasəmənə qarışaraq qəribə qoxu yaradırdı.
Teymur  buna  bənzər, əlbəttə bundan  da  xoş  duyğular
oyadan  yerlərdə olmuşdu.  Turist,  müxbir  kimi  gəzmişdi.  Başı göyləri
dələn  mehmanxanalara  düşmüşdü,  ucsuz

bucaqsız  səhralarda
gecələmişdi.  Dənizlərdə gəmi  ilə səyahətə çıxmışdı.  Bəlkə bu  istirahət
evi  də onun  yaddaşından  öz  xırda  təfərrüatları  ilə çoxdan  silinərdi,
əlbəttə Mədinə ilə bağlı olmasaydı.
Dəniz  pansionatın  bir  kilometrliyində idi.  Ora  getmək
üçün  pansionatı  tərk  edib əsas  giriş  qapısından  çıxırdın.  Çimərlik  şəhər
çimərliklərindən  fərqlənirdi.  Ayrıcaydı  və hasara  alınmışdı.  Bura  yalnız
vəsiqə ilə girmək olurdu. Kənar adamlar buraxılmırdı.
Çimərlik  gözəl  bir  sahədəydi.  Başdan-başa  yaşıllığa  qərq
olmuş  sahil  və möhtəşəm  qayalıqlar  dənizin  içərilərindən  daha
mənzərəli,  daha  füsnkar  görünürdü.  Özünü  günə vermək  üçün  istənilən
qədər  çimərlik  taxtları  adamların  istifadəsinə pulsuz verilirdi.  Sahildə
dayanan  qayıqlar  da  avar  çəkməyi  bacaranlar  üçün  idi.  Kim  istəyir,  bir
neçə saata qayıqla açıq dənizə çıxa bilərdi.
Litvadan gələn Viqra da o il ata – anası ilə birgə dincəlirdi.
Atası palkovnik idi. Anası isə orta məktəbdə litov dilindən dərs deyirdi.
Virqa  onuncu  sinfi  bitirmişdi  və o  il  sənədlərini  heç  yana  verməmişdi.
Şux,  yaraşıqlıydı.  Boyu  litovlara  xas  hündür  idisə,  göz  və saçlarının
rəngi şabalıdıydı. Teymurun xoşuna elə ən çox qızın saçları gəlirdi.
Virqa səhərdən axşamadək dənizin sahilində düşüb qalırdı.
Onun  saçlarından  dəniz,  yosun  iyi  gəlirdi.  Səhərlər  sinəsi  və çiyni  açıq
yaraşıqlı  paltar  geyir,  başına ətrafı    dəyirmi  enli  şlyapa  qoyur  ,  eynək
taxaraq  dənizə yollanırdı.  Axşamlar  isə ayağının  üzünəcən  uzun  don
geyinir,  saçlarını  tən  ortadan  ayırıb  çiyinlərinə səpələyir,  ata  anasının
qoluna girib rəqsə, kinoya gedirdi.
Teymurun  ondan  xoşu  gəlsə də qızla  tanış  olmaq  ağlına
belə gəlmirdi.  Bir  də Teymurun    başı  ona  meyl  göstərən  qadınlara elə
qarışırdı  ki,  Virqa  yadına  düşmürdü.  Gecələr  yatağa  gec  girdiyindən
səhərlər  zorla  qalxırdı.  Çox  vaxt  səhər  yeməklərinə də gəlmirdi.
Teymuru bu əyləncələrdən ən əvvəl  Virqa ayırdı. Bir gün o, çimərlikdə
Teymura yaxınlaşıb sahildəki qayıqlardan birini göstərdi:
- Mənimlə qayıqda gəzmək istəməzdiz? – dedi.


O,  Teymurun  yanında əyləşən  qadınların  bir-birinin    üzünə
baxıb  mənalı-mənalı  irişməsinə əhəmiyyət  vermədən  Teymurun əlindən
tutub qayıqlara sarı çəkdi.
Teymur  onu  qadınların  yanında  pərt  etmək  istəmədiyindən
qalxıb  könülsüz-könülsüz  ardınca  getdi.  Qayığı  suyun  dərin  yerinə
itələməkdə Virqaya  kömək  etdi.  Sonra  keçib  qayıqda əyləşdi.  Virqa  da
onunla  üz-üzə oturdu.  Onun əynində mavi  rəngində çimərlik  kostyumu
vardı.  Mavi  rəng  onun  yanmış  çöhrəsinin  təravətini  daha  da  qabardırdı.
Virqa  başına  qoyduğu  şlyapanı  çıxartdı.  İşvəylə saçlarını  silkələyib
çiyinlərinə səpələdi.
- Mən  pis  qayıq  çəkmirəm, -
dedi.  Həm  də sizin  o
qadınlarla  oturmağınızı  istəmirəm.  Onlar  sizə yaraşmırlar.    Gülümsədi.
Avar çəkməkdə davam edə-edə: - Siz burada hamıdan seçilirsiniz, - dedi.
- Nə ilə, - Teymur maraqlandı.
- Guya  özünüz  bilmirsiniz? – Qız  narazı-narazı  bildirdi.
Deyəsən Teymurun sualı xoşuna gəlməmişdi. Bir qədər susub suya sarı
əyildi. Əlini suya çatdırmaq istəyirdi.
- Yavaş, yıxılarsan, - Teymur ciddi, sərt xəbərdarlıq etdi.
Qız onun sözlərini vecinə almadan əlini suya çatdırdı və su ilə onamağa
başladı. Teymurun üzünə baxmadan:
- Siz çox gözəlsiniz, - dedi.
Teymur  istehza  ilə qımışdı.  Bu  qızın  nəzərindən  qaçmadı.  O,
pərt  olsa  da  yenidən  qayıqdan  suya  uzandı.  Teymur  onun  səhvini
düzəltdi:
- Kişiyə gözəl  deməzlər.  Virqa  eynəyini çıxartdı,  gözlərini
qıyıb burnunu qırışdırdı. Öz sözünün üstündə durdu:
- Qadınların da elə buna görə xoşuna gəlirsiz.
Teymur daha ona baş qoşmaq istəmədi. Virqanı uşaq hesab edirdi.
Ancaq onun uşaq olmadığını anladı. Su çoxaldıqca qayıq daha çox atılıb-
düşürdü.  Sahildən  çox  uzaqlaşmışdılar.  Sahilin  hay-küyü  tamam
eşidilməz olmuşdu.
Virqanın  sözləri  Teymurda  heç  bir  duyğu  oyatmadı.  O,
çoxdan  bu  sözlərə
alışmışdı.  Qadınların  xoşuna  gəldiyini  lap
balacalıqdan,  altıncı  sinifdən  bilirdi.  Onlar  hər  yerdə Teymuru  birinci
görür,  birinci  də qəlblərini  açırdılar.  Teymur əvvəlcə zahirən  onların
xoşuna  gəlirdi.  Ancaq  qızlar  ona  daha  yaxından  bələd  olandan  sonra,
Teymurun  da ən  çox  ehtiyat  eydiyi  bu  idi,  qırsaqqız  olub  yaxasından


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə