Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə11/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   7   8   9   10   11   12   13   14   ...   107

...  Mədinə qara rəngli çimərlik paltarındaydı. Teymur əvvəlcə onu
arxadan gördü. Qadın onu boyu, qaməti, bir də bədəninin burada heç bir
qadında  olmayan  rəngi  ilə cəlb  etdi.  Elə bil  onun  hamar,  zərif  dərisinə
qatı qızıl çəkmişdilər, yaxud da buna bənzər rənglə boyamışdılar. Sanki
onun bədəninə günəşin odu hopmuşdu. Elə bil günəşin isti öpüşlərindən
həyalanıb  qızarmışdı.  Bu,  qeyri-adi  bir  rəng  idi.  Teymur  onu  bilirdi  ki,
ömründə belə gözəl  rəngdə qadın  bədəni  görməyib.  Başında  gözlərinə
kölgə salan  papaq  vardı.  Gözlərini  isə eynək  gizlədirdi.  Üzü  aydın
seçilməsə də şux,  sağlam, qüvvətli bədəni, uca qamətinə münasib gözəl
ayaqları,  dik,  iri,  yumru  döşləri  diqqəti  uzaqdan  çəkirdi.  O,  yaşlı  bir
qadınla  söhbət  edirdi.  Rusca  təmiz,  qüsursuz  danışırdı,  bəlkə elə buna
görə Teymur ilk baxışda onun milliyətini təyin edə bilmirdi.
İndiyə qədər  ona  burada  təsadüf  etməməsi  Teymuru
heyrətləndirirdi.  İstirahət  evində gözə çarpan  qadınların  demək  olar  ki,
hamısını  tanıyırdı.  Bəs  bu  harada  imiş?  Teymurun  nəzərərindən  necə
yayına bilib.
Adamlara səmimi söhbətindən hiss olunurdu ki, o, hamını,
hamı  da  onu  tanıyır  və bura  təzə gəlməyib.  Mədinə gün  papağını  və
eynəyini  çıxartdı.  Gözəl  üzü, əsmər  çöhrəsi  ilə tam  təzad  təşkil  edən
yamyaşıl,  qaynar,  hakimanə gözləri  elə cazibədar  idi  ki,  Teymur
baxışlarını  qopara  bilmirdi.  Saçlarını  yığmışdı.  Onun  bütün  varlığında
sirayətedici bir təravət vardı, açıq, aydın ciddi baxışlarında həyat sevinci
alovlanırdı.
O,  qadına  yaxınlaşmaq  istədi.  Ancaq,  elə bil  yuxudan
ayıldı.  Özünü  üzgüçü  tumanında  gördü.  Belə
görkəmdə
ona
yaxınlaşmaqdan utandı. Onun baxışları, duruşu nəcib, hörmətə layiq idi.
Ciddi,  dalğın  simasından,  fikirli  gözlərindən  ucalıq,  ləyaqət  yağırdı.
Həyalı,  ismətli  olduğu  hiss  olunurdu.  Teymur  şalvar  və köynəyini
götürüb geyinmək üçün bura qoyulmuş köşklərdən birinə girdi.
Geyinib  çıxanda  onu  gördüyü  yerdə tapmadı.  Bu  vaxt  lap
yaxınlıqda, azərbaycan dilində “Kəmalə, daşların üstünə çıxma, sürüşüb
yıxılarsan,  bura  çox  dərindir”  sözlərini  eşitdi.  Teymur  bu  adamın  kim
olduğunu görmək üçün səs gələn tərəfə çevriləndə onun gözəl, balaca bir
qızın əlindən  tutduğunu  gördü.  Anasından  savayı  hələ heç  vaxt,  heç  bir
qadının səsi Teymura bu qədər məlahətli, doğma, şirin, xoş gəlməmişdi.
Teymur  hələ çox-çox  sonralar  da  Kəmalənin  Mədinənin
qızı  olduğuna  inana  bilmirdi.  Təkcə Teymur  deyil,  istirahət  evində


olanların  çoxu  onun  zarafat  etdiyini  zənn  edirdi.  Çünki  Mədinə öz
yaşından deyil, hətta 17 yaşlı Virqa ilə müqayisədə də şux, təravətli idi.
Ancaq o vaxt Mədinənin 35 yaşı vardı.
Təbiət ondan heç nə əsirgəməmişdi. Bəlkə elə buna görə də
Mədinə ənlik-kirşandan  istifadə etmirdi.  Üzü  qüsursuzdu.  Alnında  tük
nazikliyində də xəttlər  tapmazdın.  Sudan  başqa  heç  bir  boya  görməyən
əsmər  çöhrəsi  təzə dərilmiş  tər  alma  təki  təravətli  idi.  Danışanda  bir
boyda,  bir  biçimdə mərcan  təki  sıralanmış  ağ  dişləri əsmər  çöhrəsini
işıqlandırırdı. Nar  giləsi  rəngində olan  dodaqları  Teymura  şəkər  təki
dadlı,  şirin  gəlirdi.  Teymuru  hər  şeydən  çox  sevindirən  öz  gözəlliyi  və
şuxluğu  ilə bu  qədər  qadını  kölgədə qoyan  onun  həm  də azərbaycanlı
olması idi.
Mədinə gözəlliyi  ilə təkcə kişiləri  yox,  qadınları  da  valeh
edirdi.  Qadınların  çoxu  onun  rənginə həsəd  aparır,  onun  təki  yanmaq
üçün  dənizin  qırağından əl  çəkmir,  bütün  günü  taxtlara  sərilir,  saatlarla
tərpənməz  durur,  yaxşı  yanmaq  üçün  cürbəcür  kremlər  çəkir,  bir  sözlə,
nə hoqqalardan  çıxmırdılar.  Onu  görəndə çoxları  heyrətlə içini  çəkirdi.
Onun  gözəlliyi  adamları  dilləndirirdi:  “  Ничего  не  скажеш,  она  очень
красивая,”  “Mне  нравится  ее  загар.
У  нее  необыкновенный
золотистый загар”, “а мне ее глаза нравятся.  Такие  выразительные,
жгучие”.  Hətta  səsinə də vurulanlar  vardı:  “  A голос  мягкий,
радостный, бархатный.”
Teymur  elə o  gün  Mədinə barədə hər  şeyi  bilmək
istəyirdi.  Mədinə Raufgilin  işçilərindən  idi.  Amma  dəstəyi  Rauf  yox,
bacısı  götürdüyü  üçün  Teymur  dərhal  fikrindən  daşınıb  dəstəyi  asdi.
Mədinənin  füsünkar,  bir  az  da  elə bil,  kədər  tozu  səpilmiş  baxışlarında
bütün  varlığını  silkələyən  elə bir  şey  duydu  ki,  haqqında  nəsə soruşub
öyrənmək ona qəbahətli, təhqiramiz gəldi.
Mədinənin çöhrəsində elə bir ləyaqət, elə bir vüqar, ucalıq,
adamı əsir  edən  elə bir  məlahət,  incəlik  vardı  ki,  barəsində şübhəli
fikirlərə düşməyin  özü  adamı,  çirkin,  həqarətli  gəlirdi.  Həm  də Teymur
kifayət qədər qadınlara bələd idi. O, vaxt tutqun, dumanlı olsa da ilk dəfə
olaraq hiss etdi ki, bu qadın kimdirsə, onun aradığıdır, könlünə, qəlbinə
yatandır.  Qadından  görmək  istədiyi  nə vardısa,  bütünlüklə onun
simasında cəm olmuşdu.
O  gündən  Teymur  üçün  yeni  aləm  açıldı.  Mədinəni
izləməyə başladı.  Onu  indiyə qədər  nə üçün  görə bilməməsi  öz- özünə


aydınlaşdı.  Mədinə diqqət  cəlb  etməyi  sevmirdi.  Yeməyə hamıdan  tez
gəlir,  tez  də gedirdi.    Pansionatın  çimərliyinə çox  az  hallarda  gəlirdi.
Əsasən yaxınlıqdakı şikəstlər üçün nəzərdə tutulan çimərliyə gedirdi. Bu
çimərlik digər ümumi çimərliklərdən fərqli olaraq hasara alınmışdı. Giriş
vəsiqə ilə olsa  da  üzə bilməyənlər  ora  gedirdilər.  Orada  sahil  Bakı
çimərliklərində olduğu  təki  dayaz  və qumluydu.  Uşaqlar  üçün  də
əlverişli idi.
Mədinəni  tez-tez  paltarlarını  dəyişən,  saçlarını  müxtəlif
formaya  salan  görməzdin.  Saçları  dağınıq,  açıq  şabalıdı  rəngdə idi.
Birçəkləri  ağarmışdı.  Saçlarına  tez  dən  düşsə də bu  onun  yaşına  xələl
gətirmirdi.  Onun  təmkinli  yeriş  və hərəkətlərindən,  adamlarla  müxtəlif
mövzularda  danişa  bilmək  bacarığından  hərtərəfli  bilik  sahibi,  elmli
olduğu hiss olunurdu.
Kinodan qalmırdı. Rəqsə isə çox az – az hallarda gəlirdi.
Bir küncdə əyləşib oynayanlara tamaşa edirdi. Rəqsə onu Kəmalə dartıb
gətirirdi. Sevimli məşğuliyyəti mütaliə idi. Tez – tez kitabxanaya gedirdi.
Əlində həmişə kitablar, qalın jurnallar olurdu.
Gənclik, sağlamlıq onun çöhrəsindən alov təki püskürsə də
gözəlliyi  qarşısındakını  məftun  qoysa  da  özü  ağır,  ciddi,  təmkinli  idi.
Qaraqabaq  deyildi,  yox.  Teymur  onun  gülüb- danışdığının,  yumor
hissinin güclü olduğunun da şahidi olmuşdu. Zarafat və sözlərində də bir
şirinlik, lətafət var idi.
Pansionatda  hamıdan  seçilən  təkəbbürlü,  lovğa  qocanın
üzündəki donuq ifadə də ancaq Mədinəni görəndə dəyişirdi. “Bu qoca da
gülünsəyə bilirmiş,” - Teymur düşünürdü. Kişi DTK-nın Moskvadakı Ali
məktəbinin  müəllimi  idi.  Hamıya  tənqidi  yanaşır,  özündən  razı  təsir
bağışlayırdı.  Onunla  söhbət  etmək  asan  deyildi.  Müsahibi  özü  seçirdi.
Boşboğazlardan, sərxoşluq və avaraçılıq edənlərdən xoşu gəlmirdi. Buna
görə adamlar  da  ondan  qaçırdılar.  Heç  Teymur  da  onu  xoşlamırdı.  Ona
elə gəlirdi ki, qoca bilərəkdən ədəbazlıq edir, özünü dartmaqla hamıdan
mərtəbəcə fərqləndiyini göstərmək istəyir.
Budur, Mədinəni görəndə bu idbar qoca da başqalaşırdı. Özü
Mədinəyə yaxınlaşıb salam verir, Kəmalənin başını sığallayırdı: “Axşam
bizə gəlin,arvadımla  gözləyəcəyik,- deyirdi.  Kinoya  gələndə də ər –
arvad  Mədinə üçün  öz  yanlarında  bilet  alırdılar. Mədinə bəzən  saatlarla
həmin kişi ilə skamyada oturub söhbət edirdi. Qoca ilə arvadın Mədinəyə


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə