Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə13/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   9   10   11   12   13   14   15   16   ...   107

Qadın  sərt  və qəzəbli  idi.  Ancaq  bu  sərtlik  də,  qəzəb  də
onun gözəlliyi qarşısında acizmiş təki üzünün məlahətliliyinə xələl gətirə
bilməmişdi.  O,  qalın  kipriklərini  qaldırıb  ilk  dəfə Teymurun  üzünə dik
baxdı.  Elə bil  onun  necə adam  olduğunu  öyrənmək  istəyirdi.  Dənizin
qırağında  istidə ancaq  hamı  kimi  çimərlik  tumanında  deyil,  şalvar  və
qısaqol  köynəkdə əmrə müntəzir  dayanan  Teymur,  deyəsən,  onda  nəsə
etibara  oxşar  bir  hiss  oyatdı.  O,  çək-çevir  etmədən  azərbaycanca:  “Çox
uzağa  getməyin,  mən  sahildən  sizə baxacağam.”-dedi. -Sanki  nadinc,
dələduz oğlan uşağına xəbərdarlıq edirdi.
Ancaq  bu  tanışlıqdan  sonra  da  Mədinə
Teymurla
danışmağa  meyl  göstərmədi.  Teymuru  bircə Kəmalə yad  edirdi.
Qarşılaşanda  ona  sarı  qaçır,  qəşəng  dodaqlarını  aralayıb  Teymura
gülümsünürdü.  Mədinə qızcığaza  mane  olmaq  üçün əlindən  tutub  geri
dartırdı.  Ancaq  o.  anasına  tabe  olmayaraq  Teymurun  qucağına  qaçırdı.
Teymur uşaqla anası arasındakı narazılığı seziridi. Kəmalə həmişə qalib
çıxırdı. Teymuru görən kimi: “-Gəl karuselə gedək”, yaxud da “ - Qayığa
minək,”- deyirdi.               Artıq anasını saymır, ona məhəl qoymurdu.
Mədinəni pərt vəziyyətə salırdı. Uşağın rəğbət və məhəbbətini qazanmaq
üçün Teymur onun bütün arzularını həvəslə yerinə yetirirdi.
Əvvəllər  bütün  bunları  ancaq  Mədinəyə daha  çox
yaxınlaşmaq  üçün  edirdi.  Amma  Kəmalə də yaman  şeytan  idi.  Özünü
sevdirməyi  bacarırdı.  Hətta  kinoya  baxanda  da  anasının  yanında  yox,
Teymurun  yanında  otururdu.  Mədinə onu  dartıb  öz  yanına  aparmaq
istəyəndə Kəmalə ucadan  etiraz  edir,  diqqəti  cəlb  edərək  Mədinəni  pis
vəziyyətdə qoyurdu.  Mədinə bir  dəfə özünü  saxlaya  bilməyib  onu
sillələdi.  Kəmalə bəyirərək:  “istəmirəm,  getmirəm,  burada  otururam”
deyib anasına qabardı. Ancaq Mədinə onu ağlaya – ağlaya dartıb apardı.
Bütün  bunlar  diqqətlərdən  yayınmırdı.  Mədinə barəsində söz-söhbətin
yaranmasını yolverilməz hesab edən Teymur elə o gün axşam təyyarəyə
bilet alıb evə qayıtdı.
Heç  iki  həftə keçmədi  ki,  Virqadan  məktub  aldı.  Qız
onun ünvanını öyrənib yazmışdı. Virqa onu Mədinəyə bərk qısqanırdı.
Teymur  da  Raufdan  Mədinənin  telefon  və ünvanını
öyrənmişdi. Amma Bakıda vəziyyət daha pis idi. Teymur demək olar ki,
Mədinəni  heç  görmürdü.  Qadın  bu  sevdanın  baştutmaz  olduğunu  yəqin
ki,  elə birinci  gündən  hiss  etdiyi  üçün  bacardıqca  münasibətləri  dostluq
notları  üzərində saxlayırdı.  Mədinədən  xəbərləri  Rauf  verirdi  “neçədə


işdən çıxır, hansı dayanacaqda durur, istirahətə hara getməyə hazırlaşır”
və s. və s.
Amma bütün bunlar Teymura bəs etmirdi. Mədinə onunla
heç  yana  çıxmırdı. Bacısı  ilə atası  da  öz  işlərində idilər.  Mədinəni
bacardıqca  Termurun    yolundan  rədd  etməyə çalışırdılar.  Teymur  buna
görə atası ilə danışmırdı. Bacısıgildən də ayağını kəsmişdi. Axırıncı dəfə
bir yerə Rüfətin beş yaşı olanda yığışmışdılar. Çoxdan idi nə Raufun, nə
də Rüfətin xatirinə belə onlara getmirdi.
Nərgizin  evi  təkkəbürünə uyğun  idi.  İri,  işıqlı  otaqlar,
zövqlə seçilmiş  rahat,yumşaq  və digər  mebellər.  Bacısı  otaqlarını
xaricdən  aldığı  jurnallar əsasında  qururdu.  Nərgizin  devizi  belə idi:
“Həyatda mümkün olmayan şey yoxdur, təki pul olsun”.
Rauf  həmdostları  ilə müqayisədə yaxşı  məvacib  alsa  da
Nərgiz  o  vaxt  daha  yaxşı  qazanırdı.  Məhz  qazanırdı.  Özünə yaxşı  peşə
seçmişdi:  “cərrah – ginekoloq”.  Qazandığı  pulları  da  özünə xərcləyirdi.
Hər  il  bir  xarici  ölkəyə gedir, ən  bahalı  mehmanxalara  düşürdü.
Yeməyinə, geyiminə xüsusi fikir verirdi.Qardaşını da ara-bir sancırdı: “ -
Mən sənin kimi deyiləm, gör haranı qurtarmısan, harada işləyirsən, özü
də qəpik – quruşa.  Atamız  olmasa  acından ölərsən.  Onun  sayəsində
guruldayırsan.  Mənim  işim  isə daha  vacib,  daha  faydalıdır.  Mən
qadınları artıq qayğılardan xilas edirəm. Bunun üçün mənə həm “sağol”
deyir, həm də yaxşı pul verirdilər”.
Axırıncı dəfə Raufgildə olanda onların dörd otağı vardı.
İndisə mənzili tanıya bilmirdi. Rauf ona Nərgizin evdə təmir apardığını
desə də Teymur  mənzilin  genişləndirildiyini  bilmirdi.  İzrailə köçən
qonşu yəhudinin üç iri otaqlarını da Nərgiz atasına aldıraraq öz otaqları
ilə baş-başa qoşmuşdu. Divarları uçurtmuş, qonaq otağını böyük bir zal
eləmişdi.  Yataq,  uşaq  otağı,  xarici  kinolardakı  milyonçuların  mətbəxinə
bənzər iri  mətbəx  və Nərgizin kabineti. Bacısı öz pasientlərini çox vaxt
evdə qəbul  edirdi.  Bunun  üçün  kabinetdə hər  cür  şərait  yaratmış,
xaricdən avadanlıqlar gətirtmişdi.
Bacısı  çox  şanslı  qadın  idi.  Qayınatası  ilə qayınanası
onunla yaşamırdı. Öz əli, öz başı idi. Rauf da yeganə övlad olduğundan,
Nərgizin  onlara  ehtiyacı  olmasa  da,  Raufun  ata-anası  dədə-babadan
qalma  qiymətli  nələri  vardısa,- Nərgizə vermişdilər.  Bir  sözlə,  Nərgiz
“süd gölündə üzürdü”.


Teymurun  atasının  da əmanət  kassasında    pulu  vardı.  O,
pulları  Teymurla  Nərgiz  arasında  bölüşdürəcəyini  deyirdi.  Ancaq
Teymurun  Mədinə ilə evlənmək  söhbətini  eşidəndən  sonra  atası
bildirmişdi  ki,  o  halda  Teymur  bir  qəpik  də almayacaq.  Bununla  atası
Teymuru fikrindən daşındıra biləcəyini zənn edirdi. O bilirdi ki, Teymur
səyahət  etməyi  sevir.  Səyahət  də Teymura  az  pullarla  başa  gəlmirdi.
Teymur  bu  pulları  qazana  bilmədiyindən  atasından  istəyirdi.  Atası  onu
haradan vuracağını yaxşı bilirdi. Prokuraturadan işdən çıxmasını da daim
başına  sərki  edirdi: -“O  cür  imkanlarını əlindən  çıxartdın.”  Elə bilirsən
Bakıda  hər  adam  belə yerə işə girə bilir?!  Yoxsa  müxbirlik  eləməklə
özünə gələcək  yarada  biləcəksən?!  Elə bil  sən    bu  cəmiyyətin  adamı
deyilsən. Aldığın məvacib heç özünə çatmır, hələ əliuşaqlı bir qadına da
evlənmək istəyirsən. O qadını da, onun uşağını da, ələlxüsus qız uşağını-
yaxşı bəsləyib saxlamaq lazımdır. Hansı pullarla bu arzularını gerçək edə
biləcəksən?!”
Teymur  elə belə də bilirdi  ki,  atası  sözü  fırladıb  yenə
Mədinənin üstünə gətirəcək. Odur ki, birdəfəlik buna son qoymaq istədi:
- Qurtaraq  bu  pul  söhbətini. - Bezdim.  Daha səndən  pul
istəyən  olmayacaq.  Həm  də başıma  sərki  elədiyin  o  pulları  heç  sən  də
məvaciblə
qazanmamısan.  Onları  camaatın  cibindən,  işçilərinin
əməyindən  oğurlamısan. - Qızın  da  sənə oxşayıb.  Qəddarlıqda  da,
zalımlıqda  da.  Cadugərlərin,  bəxt,  tale  bağlayanların  qapısından  sorağı
gəlir. Adam eşidəndə utanır. Nə istəyir bu yazıq Mədinədən. Ayıb deyil,
ata. Bilirəm ki, sən də onunla əlbirsən.
- Mən?! - Atası  qapıda  dayanan  və bu  söz-söhbətdən  nə
edəcəyini  bilməyən  anasına  baxıb  başını  buladı.

İndi
məni
günahlandırır. Teymursa susmaq istəmirdi:
- Eşitmişəm ki, mənim Mədinəyə evlənmək istədiyimə görə
dost-tanışından,  qohum-əqrabadan  utanırsan.  Amma  Nərgiz  üç  körpə
anasını əməliyyat stolunda öldürəndə sən heç utanmadın. İstintaq aparan
müfəttişi  evə çağırıb  pul  verdin.  Qızını  qanun  qarşısında  cavab
verməkdən,  həbsxanadan  qurtardın.  Balaları  yetim  qalan  qadın  heç
vecinizə də olmadı. Qızının cərrah kimi naşılığını gizlətdin. Vicdan əzabı
çəkmədən öləni günahlandırdız.
Qızın
yenə
bacarmadığı
əməliyyatları  öhdəsinə
götürməkdə davam  edir.  Sənsə göz  yumursan.  Qızına:  “- Ehtiyyatlı  ol”


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə