Nərgizin də gücü çatmadığı adam vardısa, o Aliyə idi.
Aliyə Nərgizə düzlüyü və hiyləsizliyi ilə qalib gəlirdi. Bir dəfə Nərgiz
Teymura Aliyə barəsində danışmağa başladı: “ Mənə deyir ki,
qardaşından xoşum gəlir. Doğrudan o sənin qardaşındır, yoxsa atan
hardansa çırpışdırıb, heç sənə oxşamır”. - Bacısı bu sözləri Teymura
eşitdirməklə Aliyəni onun gözündən salmağa çalışırdı. Teymur bacısına:
“ Aliyədə işin olmasın. Sizin xəstəxanada, içində sən də olmaqla, ondan
bilikli həkim yoxdur,” – dedi.
İndi də Aliyəni görməklə Teymurun kefi duruldu. O,
Aliyə ilə az – az görüşsə də onunla söhbət etməyi xoşlayırdı və yaxşı
bilirdi ki, Mədinə əhvalatı Aliyəyə də çatıb.
- İstəyirsən deyim, nə haqqında fikirləşirsən, – Aliyə
gözlərini onun üzünə dikib siqaretə bir qullab vurdu. Üzü yorğun idi.
Nərgiz onu sevməsə də klinikada Aliyənin çox işlədiyini etiraf edirdi.
Adamlar onun qəbuluna daha çox can atırdılar. Nərgiz həm də deyirdi ki,
Aliyə bir işdən, bir də kitablardan zövq alır.
-
Bilirsən də... Ad günüylə, toyla aram yoxdur. Bura ona görə
gəlmişəm ki, Nərgiz çox xahiş eləyib. – İstəyir səni dilə tutam.
-
Hə... Deyir, mənim üçün nəsə sürpriz hazırlayıb.
-
Bu professor Vaqifin qızı Rufiyyədir. Nərgiz deyir guya bir
vaxtlar sən onu sevirmişsən.
-
Nə?!
-
Hə, istəyir, onunla evlənəsən. Düzdür, mən şəxsi məsələlərdə
məsləhətçi olmaq istəməzdim, amma Nərgiz əl çəkmədi. Bura ona görə
yox,
sənə görə gəlmişəm, Teymur.
Ürəyinin səsinə qulaq as. Heç kəsə həyatına qarışmağa icazə
vermə. Özün bilirsən mən sənin xatirini çox istəyirəm.
-
Sağol. Bu qarşılıqlıdır.
-
Sən də sağol.
Daha gecdir, getsəm yaxşıdır.
Aliyə
qonaqlarla
xudahafizləşib
çıxdı.
-Teymuru
heyrətləndirən Nərgiz idi. Ondan nə əcəb birdən Rufiyyə yadına
düşmüşdü. Yox, son zamanlarda bacısı bir neçə dəfə ona Rufiyyədən
danışmaq istəmişdi. Teymurun fikri yayınıq olduğundan bacısının nə
sayıqladığına əhəmiyyət verməmişdi.
Qonaqların hamısı ilə salamlaşmışdı. Amma Rufiyyə
gözünə dəyməmişdi. O, Rufiyyəni on ildən çox olardı görmürdü.