-
Dəxli var ki, soruşuram,- Nərgiz qəzəblə bildirdi.- Uşağını
atmısan, özü də qız uşağını. Heç maraqlanmısan o, necə yaşayır. Adını
da kişi qoymusan.
Mədinənin əri ona təəccüblə baxır, bu qadının haradan peyda
olmasını, görünür, özündə götür-qoy etməyə çalışırdı.
-
Onun da başı səninki kimi çatmırdı, amma sən ondan daha
səfehsən,–deyib geri baxmadan yoluna davam etdi.
Hər yerdən əli üzülən Nərgiz yazdırdığı caduları evə gətirib
Teymurun yeməyinə qatır, Mədinəninkini də qapılarının ağzına tökür,
cəftəyə sürtürdü. Deyəsən, təsiri olurdu. Teymur xoşbəxt görünmürdü.
Rauf deyirdi ki, Mədinə Teymuru yaxın buraxmır, Kəmaləni məktəbdən
götürməyi də qadağan edib.
Ancaq,
Nərgiz
Teymur
evlənməyincə
rahat
nəfəs
ala
bilməyəcəklərini düşünürdü. Ona görə də tələsik Rufiyyəni axtarıb
tapmışdı. Hər halda hər iki ailə bir birini tanıyırdı. Amma, Teymur onları
pərt edib, pis vəziyyətə salmışdı.
Nərgiz Mədinə ilə üz-üzə danışmağı bacarmadığından telefona
üstünlük verdi.
Axşam idi, Mədinə evdəydi.
-
Mədinə xanım, -Nərgiz salam verdi.- Mən Teymurun
bacısıyam, – dedi. Sizin barənizdə bilirəm. Yoldaşım Rauf da yaxşı insan
olduğunuzu deyir. Amma, bilirsiz Teymurun nişanlısı var, həkimdir.
Uşaqlıqdan adaxlıdırlar. İndi, deyəsən, kimsə Teymuru başdan eləmək
istəyir, amma bu mənasızdır, heç nə alınmayacaq.
-
Mən nə etməliyəm ki?! – Telefonun o başından Mədinənin
səsi eşidildi.
-
Onu başa salmalısan.
-
Mən niyə?-
Mədinənin səbirsiz səsi həm də acıqlı idi. –
“Guya bilmirsən, aferistka”, - Nərgiz düşündü. Ancaq özünü ələ aldı:
-
Sizə ümid edir, elə bilir ona “hə” deyəcəksiz.
-
Mən sözümü demişəm. - Xoşbəxt olsunlar, - Mədinə
danışmaq istəməyib dəstəyi qoydu.
“Yalansa ciyərin yansın. Gör necə amiranə danışır. Guya qardaşımı
tovlayan bu deyil”.
Nərgiz sonra Rufiyyənin telefonunu yığdı. Mədinənin telefonunu
ona verib Mədinə ilə əməlli-başlı haqq-hesab çəkməsini tapşırdı.
-
Mən bunu eləyə bilmərəm,- Rufiyyə boyun qaçırtdı.
Amma o Nərgizə yalan deyirdi. Sinif yoldaşı dəstəyi qoyan təki
Mədinəyə zəng edib, Teymurun nişanlısı olduğunu, Teymurun onu lap
məktəb illərindən sevdiyini bildirdi. O, bununla qadının əl-qolunu
bağlamaq,
ümidlərini puç etmək, həm də öz intiqamını almaq istəyirdi.
***
Qadınlardan olan zənglər Mədinəni təbdən çıxarırdı. O, özünü
alçaldılmış hiss edirdi. Teymur onunla görüşə bilməsə də, görünür,
ondan gizli Kəmaləni məktəbdən evə aparırdı. Qadınlar da, şübhəsiz,
buna işarə vurur, “onun yaxşı ana olmadığını,”- diqqətinə çatdırırdılar.
Mədinə ən birinci ata və anası ilə danışmaq qərarına gəldi:
- Əgər siz öz nəvənizi məktəbdən gətirmək istəmirsizsə, mən onun
üçün dayə tutmağa hazıram, – dedi. - Siz niyə məni başqalarının
qabağında yerə vurur, pərt edirsiz. Görmürsüz bu oğlan tək deyil, onun
valideynləri, bacısı bu gün məlum oldu ki, nişanlısı da var.
-
Axı, onun ürəyi səndədir, – anası günahkar-günahkar dilləndi.
O, bu barədə mənimlə, atanla dönə-dönə danışıb. Çox məsuliyyətli,
ədəbli, tərbiyəlidir. Özü də şirin, sənə yaraşandır. Atana, mənə, uşağa o
qədər qayğı göstərir. Çox gözəl kefiyyətləri var. Sən onunla xoşbəxt
olardın.
-
Onunkular mənim barəmdə eşitmək istəmirlər,- bu məgər
azdır?! - Siz nəvənizi onun öhdəsinə atmayın. Bu ailə ilə Teymur bizim
həyatımıza daxil ola bilməyəcək. Uşağı ona öyrəşməyə qoymayın.
Onunkular heç vaxt onu öz istəyilə azad buraxmayacaqlar. Elə mən
özüm də onun ailəsi ilə düşmən qalmasını istəmirəm. Tədricən başa
düşüb bizdən uzaqlaşar. Belə daha yaxşı olar.
Bu həmin günlər idi ki, Teymur daha Kəmaləyə yaxın düşə
bilmirdi. Valideynləri Mədinənin tapşırığını yerinə yetirir, nəvələrini
məktəbdən özləri gətirirdilər. Teymurla da üz-üzə gəlməməyə çalışırdılar.
Düzdür, qızcığaz əvvəllər çox ağlayırdı. Heç kəslə danışmaq
istəmirdi. Amma Mədinə Teymurun onların heç nəyi olmadığını
Kəmaləyə başa sala bilmişdi. O, balaca olsa da ağıllı idi. Daha
qaraqışqırıq salmır, dinməz durur, özünə qapılırdı. Uşağın bu davranışı