Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə19/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   15   16   17   18   19   20   21   22   ...   107

Mədinənin  ürəyini  parçalasa  da  o,  uşağa  dözümlü  olmağı  tərbiyyə
etməyə çalışırdı.
Teymur  Mədinənin ətrafında  vurnuxsa  da  heç  bir  görüşə nail  ola
bilmirdi.  Mədinə yalnız  özünün  istirahət  ayında  ondan  qaça  bilmirdi.
Hara  gedirdisə Teymur  orada  olurdu.  Teymur  Mədinənin  məzuniyyət
günlərinin  vaxtını  Raufdan  öyrənirdi.  Teymurun  onu  sevdiyini,
evlənmək  istədiyini  Mədinə valideynlərindən əvvəl  Raufdan  eşitmişdi.
Mədinənin ehtiyyatlı olduğunu, suyu üfürə- üfürə içdiyini bilən Rauf hər
gün  dostunun  ona  münasibətindən,  qərarında  ciddiliyindən  və
qətiliyindən danışırdı. Bütün bunlara baxmayaraq Mədinə ehtiyyatı əldən
buraxmamaqda davam edirdi.
Teymur onun həyatına sərt soyuqlardan sonra ilıq bahar təki daxil
olmuşdu.  Bu  qeyri-adi,  gözlənilməz  idi.  Elə bil  yaşıl  düzənlikdə səhər
mehinin siğalladığı tər lalələr zəmisinə düşmüşdü. Bu al qırmızı çiçəkləri
qucaqlamaq,  bağrına  basmaq  istəyirdi.  Amma  onları  qopartmaq
mənasızdı.  Bu  zərif  çiçəklər  tez  solur,  yalnız  öz  buyrulan  məkanlarında
parıltılı qalıb gözəl görünürdülər. Mədinəyə ağıllı olmaq qalırdı.
Bilgəhdəki  istirahət  evi  onun ən  sevimli    məkanıydı.  Orada  giriş
kənar  adamların  üzünə bağlı  olduğundan  Mədinəyə dəyib – dolaşan
olmurdu. Əvvəllər  putyovkanı  ona  ya  mövsümün  başlanğıcında,  ya  da
sonunda  verirdilər.  Bu  vaxtlar  hava  kifayət  qədər  isti  olmadığından
dənizin qırağında da adamlar təkəm seyrək olurdu. Şənbə-bazar günlərini
çıxmaqla  həftənin  digər  günlərində sahildə başqa  şəhərlərdən  gəlmə bir
neçə qadından  və uşaqlardan  savayı,  demək  olar  ki,  heç  kəs  olmurdu.
Külək  qalxanda  dəlisovlaşan,  sakitləşəndə lal  duran  dəniz  onun
tərpənməz həyatına ümid bəxş edir, qəm – qüssəsini dağıdırdı.
Uşaqlıqdan  dənizə yaxın  olmağı  arzulayırdı.  Amma  dəniz  həmişə
uzaq, əlçatmaz olmuşdu. Mərdəkanda bağları olsa da atası qızları dənizə
qoymurdu.  Yalnız  anası  dönə-dönə xahiş  edəndən  sonra  atası  onları
yarım  saatdan  çox  suda  qalmamaq  şərtilə dənizə aparırdı.  Suya
girməklərilə çıxmaqları  bir  olurdu.  Beş  bacı idilər.  Mədinə ortancıl  idi.
İki qız ondan böyük, ikisi də balacaydı. Atası onları çətinliklə böyüdürdü.
Hamısı da rus məktəbində oxumuşdular.
Xoşbəxt  yeniyetməlik,  tələbəlik  illəri  bir  göz  qırpımında  arxada
qaldı.  Universitetin  Filologiya  fakültəsinin  rus  bölməsini  bitirdi.  Amma
iş  qəhət  oldu.  Böyük  bacıları  ailə qurub  köçsələr  də Mədinə və digər
qızlar  yaşlanmış  kişinin  öhdəsində qalırdılar.  Atasının  məvacibi  bəs


etmirdi. Mədinə atasına kömək etmək haqqında fikirləşsə də, münasib iş
tapmırdı. Atası dost – tanışa ağız açmaqdan yorulmuşdu.
Ərə gedəndə iyirmi  altı  yaşı  vardı.  “İşsiz  oturmaqdansa,  ailə
qurmaq da bir yoldur,” – bunu böyük bacısı məsləhət bildi. Bəlkə elə ona
görə qapıya  elçi  gələndə “bu  adamı  tanımıram,  sevmirəm”  demədi.
Kəmalə də boynuna tez düşdü. Əri qısqanc, özündən tez çıxan, ərköyün
idi.  Mədinəni  ev  dustağı  eləmişdi. Ər  evində də vəziyyət  çətin  idi.
Qayınatası  təqaüddə,  qayınanası  evdar  qadın,  az  məvacib  alan  subay
baldız  və qaynı  da  onlarla  üç  otaqlı  bir  mənzildə,  bir  damın  altında
yaşayırdılar.  Subaylar  pullarını  özlərinə xərcləyirdilər.  İşləmək  üçün
Mədinə hər  gün ərinə yalvarırdı.  Faiq  kobudluqla;  “İşləmək  sözünü
yadından  çıxar,”- deyirdi.  Süfrəyə əlini  uzatmağa  utanırdı.  Çox  vaxt
boşqabında  bir  qırıq ət  belə tapmırdı.  İşi  süfrə salmaq,  qab – qacağı
yumaq, evin toz-torpağını almaq idi.
Faiq  namizədlik  dissertasiyası  götürmüşdü.  Amma  bir  cümlə də
yaza  bilmirdi.  Mədinə cəld  ona  kömək  etməyə başladı.  Deyəsən  nəsə
alınırdı.  Amma    Faiq  onun  özündən  bacarıqlı  olması  ilə də barışmaq
istəmirdi. Bu onun izzəti-nəfsinə toxunduğundan müdafiə işini bir kənara
atmışdı.
Yaxşı  ki,  kitablar  vardı!  Ev  işlərini  qurtaranda  kitablara  cumurdu.
Çox  az  hallarda  ona  yarım  saatlığa  baş  çəkməyə gələn,  bir  stəkan  çay
belə verə bilmədiyi bacıları kitablarını təzələyirdilər. Evdə havasızlıqdan
boğulsa  da  səsini  çıxartmırdı.  Faiq  az-az  hallarda  onu  özü  ilə harasa
aparırdı.  Onda  da  pərt  qayıdırdılar.  Faiq  qışqırır,  onu  sillələməkdən
özünü zorla saxlayırdı :
-
De  görüm,  toydakı  səninlə üzbəüz  oturan  kişi  niyə gözünü
səndən çəkmirdi? Haradan onu tanıyırsan, boynuna al!
-
Mən onu birinci dəfədir görürəm, haradan tanıya bilərəm. Bu,
axı,  sənin  qohumlarındandır, – Mədinə göz  yaşlarını  zorla  saxlayırdı.
Yaxud:
-
Bilmirəm, bu küçədən keçənlər niyə çevrilib dalınca baxırlar,
yoxsa nə vaxtsa onlarla görüşə- filana getmisən?
Ərinin  şübhələrindən,  kinayələrindən,  qarayaxmalarından  təngə
gəlirdi.  Yaxşısı  heç  yana  getməmək  idi.  Hava  udmaq  üçün  balkona
çıxırdı.  Onda  da,  qayınanası  deyinirdi:  “Balkonda  dayanmaq  nə
xasiyyətdi  səndə.  Qonşu  binalardan  baxanlar  nə
deyər”:  “bu
pəncərələrdən görəsən kimi axtarır?!”


Atası  evinə baş  çəkməyə icazəsi  yox  idi.Telefonla  danışanda  da
hamılıqla  qulaqlarını  şəkləyirdilər.  Dözürdü,  itaətkarcasına.  müticəsinə
dözürdü.  Bətnindəki  uşağın  xatirinə dözürdü.  Vaxta  lap  az  qalırdı.  Ona
alınmış  bir-iki  paltardan  başqa əyin-başı  yox  idi.  Bir  də hara  çıxırdı  ki!
Həm də elə arıqlamışdı ki, paltarlar əyninə dar gəlmirdi. Ən heyrətlisi bu
idi ki, Faiq ona : “Ancaq oğlan doğmalısan”, – deyirdi. “Qız olsa gərək
doğum evindən qayıtmayasan”.
Mədinə diksinsə də inanmağı gəlmirdi. “Yəqin sözgəlişi deyir, belə
qəti  danışmaq  olar,” -düşünürdü.  “Uşağın  qız,  yaxud  oğlan  doğulması
məgər ondan asılıdır?!”
Mədinə özü  də oğlan  istəyirdi.  Atasının  oğlu  yox  idi.  Anası
oğulsuzluğunu  dərd  eləyirdi.  “Görünür,  oğlan  uşaqları  valideynlərinə
daha  yaxşı  dayaq  olurlar,” – ürəyindən  keçirirdi.  “Kaş  oğlan  olaydı.”
Həm  də onu  dəqiq  bilir  di  ki,  oğlanlar  üçün  yaşamaq  qızlara  nisbətən
asandır. Qızların  dərdi çox olur.
Bətnindəki böyüdükcə həkimə getmək zərurət olurdu. Amma pulu
olmadığına  görə getmirdi.  Qayınanası  deyirdi:  “Keçmişdə qadınlar
həkimsiz  doğurdular.  Yoxsa  indikilər  kimi.  Hər  həftə həkimə gedirlər.
Onlar da pula görə cürbəcür xəstəliklər eşələyib axtarırlar”.
Bacılarının təkidinə baxmayaraq, o, da yalnız ağrısı tutanda həkimə
getdi.  “Qızdır”  deyəndə,  elə bil,  başına  qaynar  su  tökdülər.  “İlahi,  indi
Faiq  onu  danlayacaqdı”.Evə getməyə,  onunla  üz –üzə dayanmağa
qorxurdu.
“Doğum”  evində qaldığı  müddətdə yanına ər  evindən  heç  kəs
gəlmədi.  Mədinə bundan  daha  çox  təşvişə düşdü.  Bilmirdi  nə etsin.  Bir
yandan  da ər  evindəki  münasibəti  ağartmaq,  ata-anasına,  bacılarına
danışmaq,  ürəklərini  al-qan  etmək  istəmirdi.  Çaşmışdı.  Ata-anası,
bacıları  xəstaxanada  xeyli  pul  xərcləmişdilər.  Buna  görə onlardan
utanırdı.  Faiq  yəqin  xəstəxanadan  çıxan  günü  gələcəkdi.  O  gün  gəldi.
Amma ər  evindən  qapıda  heç  kəsi  görmədi.  Atası,  bacıları  gül-çiçəklə
gəlmişdilər. Gözü atasında idi. Onu ər evinəmi aparacaqdı? Ora getmək
istəməməsini  dilinə gətirməyə xəcalət  çəkirdi.  Amma  maşın  tanış
küçələrlə gedirdi. Atası onu öz evinə, Bayıla aparırdı.
Atası ilə Faiq arasındakı xoşagəlməz söhbəti evdə anasından eşitdi.
Atası onlara: “Bir də mənim qızımı görməzsiz,” -deyib.
Atası tələbkar kişi idi. Sərt görünsə də həssas və diqqətliydi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə