Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə107/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   99   100   101   102   103   104   105   106   107

232
eləməyəsən. Biz böyükləri bəzi hallarda çox pis başa düşürük… Hə, mən başa
düşmürük demək istəyirəm. Kim bilir onların dünyasında nələr baş verir, nələr
itirilir, nələr qazanılır. Bu, çox vaxt ancaq onların özlərinə bəllidir. Sənin borcun
isə çalışıb onları başa düşməkdir.
***
Ramiz qapılarının ağzında Leylagildən çıxan Fərhadla qarşılaşdı. Leyla sinfə
gələli Fərhadla münasibətləri soyumuşdu. Bunu heç biri üzə vurmasa da
- Nə olub sənə? – Ramiz onun pərt olduğunu görüb səmimi soruşdu.
- Mənə heç nə! Sənə nəsə olub… Evinizdən didərgin düşmüsən!
Fərhad onunla ədavəti varmış kimi danışırdı. Sonra da dayanmayıb pillələri
düşdü.
Ramiz onun ardınca Baxa-baxa qaldı. Qanrılanda Leylanı gördü.
Xəcalətindən qızardı. Leyla cins şalvarda, yun köynəkdə, əllərini də sinəsinə
çarpazlayıb durmuşdu. Onu görüb gülümsündü:
- Gəl. – deyə Ramizi evə dəvət elədi.
Leylagildə ilk gözünə çarpan şey kitab şkafı oldu. Başdan-başa divarı tutmuş
rəfin hamısı kitabla dolu idi. Leylanın kitab şkafında «Uşaq» əsəri vardı. Leyla:
«İstədiyin kitabı götürüb istifadə edə bilərsən», - dedi.
Qız tək idi. O, mətbəxə keçib, özünə də, Ramizə də güllü fincanda kofe
gətirdi. «Ağ kofedi, - dedi. Xama ilə qarışdırmışam. Belə daha dadlı olur».
Qızın işvəli hərəkətlərini, hamar üzünü, fərəhlə parlayan mavi gözlərini,
üzünə tökülən sarışın saçlarını seyr etmək Ramizə kofenin dadı kimi xoş gəlirdi.
Oturduğu kreslo yumşaq, rahat idi. Maqnitafonda astadan Demis Russos oxuyurdu.
Varlığını xoş duyğular həyəcana gətirirdi. Nənəsi də onlara tez-tez qonaq gələn
Anaxanım arvadla Leyladan danışardı:  «Bircə Leyla kimi gözəl cüvənəzanın
çempion balamın qulluğunda duran günü görsəydim, Əzrayılın başımın üstünü
kəsdirməyindən qorxmazdım, rahatca canımı tapşırardım».
- Nənən deyir evdən getmisən? Fikirləşir ki, belə getsə dərsdən soyuya
bilərsən. Mən də dedim ki, olmasın, sən elə əvvəlki kimi yaxşı oxuyursan.
Ramiz başını aşağı salıb dinmədi. Araya uzun bir sükut çökdü. Nəhayət Leyla
sükutu pozdu:
- Biz də atamla yaşamırıq. Mən iki yaşımda olanda anamdan ayrılıb, - dedi.
Amma məni çox sevir. Bioloqdur, Moskvada yaşayır, evlidir, balaca bir qardaşım
da var. Tətillərdə oraya gedirəm. Bu kitabxananı da mənə o bağışlayıb. Atamla bir
dəfə Moskva altında meşədə azmışıq. Yolu tapmaq üçün özümüzü kol-kosa
vururduq. Atam dayanıb bir siqaret yandırdı: «Fikir verirsən, Leyla, səhv edib yolu
itirdik», - dedi. İndi əziyyət çəkirik. – Həyat da belədir. Bir dəfə səhvə ki, yol
verdin kələfin ucunu itirirsən. Bu da azmaq kimi bir şeydir. Hə həyat meşə deyil,
daha mürəkkəbdi. Onun üzü daha sərt olur…»
Qızın
ağıllı
söhbəti
Ramizi
heyrətləndirdi.
Leyla
yaşından
böyük,
dünyagörmüş adamlar kimi danışırdı.
***
Onun gəlişi evdə bayrama çevrilmişdi. Nənəsindən tutmuş Ülkərə qədər
hamının kefi kök idi. Ancaq Ramiz heç cür atasını dindirə bilmirdi. Demək istədiyi


233
sözlər boğazında ilişib qalırdı. Özü də bilmirdi ona mane olan nədir. Əzab çəkə-
çəkə qalmışdı. Onunla qarşılaşmamaq üçün çox vaxt axşamlar evə gələrdi. Bir gün
buna da son qoyuldu. Qış tətilinin qurtarmağına bir həftə qalırdı. Pillələri qalxanda
Leylanı bir kişi ilə düşən gördü. Qız ayaq saxladı, gülümsəyərək:
- Tanış ol, atamdır, - dedi.
Leylanın atası qarabuğdayı, xoşsifət kişiydi. Görünür, Ramiz haqqında Leyla
ona nəsə demişmiş. Kişi Ramizi çoxdan tanıyırmış kimi əl verdi.
- Bir həftəliyə Pirquluya gedirik, - Leyla dilləndi. Atam rəsədxanaya da baş
çəkəcək.. İstəyirsən, gəl gedək.
- Evinizdə de, aşağıda maşında gözləyirik, - dedi. Özünlə heç nə götürmə.
Ancaq isti geyin.
Ramiz sevincdən uçurdu. Nənəsi onun tələsik otaqdan-otağa keçdiyini, nəyisə
çantasına dürtüşdüyünü görüb maraqlandı:
- Nə axtarırsan, bala?
- Leylagillə Pirquluya gedirəm.
- Anan eyvandadır, icazə al, sonra.
Ramiz cavab vermədi. Pillələri üzüaşağı götürüldü.  «Jiquli» binadan xeyli
uzaqlaşmışdı. Dalınca Baxa-baxa qaldı. Ola bilməzdi ki, gözləməsinlər. Bəlkə
anası eyvandan nəsə demişdi. Nəfəsi kəsilə-kəsilə yuxarı qalxdı. Anası güzgü
qabağında oturub saçlarını burmaqla məşğul idi.
- Nə dedin onlara? – soruşdu.
- Dedim ki, sən getmirsən, gözləməsinlər, - anası sakit cavab verdi.
- Necə yəni getmirəm, mən axı, getmək istəyirdim!
Anası bir qədər əsəbi:
- Hər çağırılan yerə getməzlər. Bir də sən mənim uşağımsan ya, yox?
- Kimdir uşaq?
- Sən! Hələ bizim çörəyimizi yeyirsən. Nə vaxt pul qazandın, öz əlin, öz başın
oldu, hara istəsən gedərsən. – Hələ bir de görüm, dünən harada idin? Nə vaxta
kimi evə gec gələcəksən? Eşit, qulaqlarında saxla, bir də camaat yatandan sonra
evə gəlsən, qapını açan olmayacaq!
- Nöş bica yerə uşağı danlayırsan, nöş qoymadın getsin? - mətbəxdən çıxan
nənəsi söhbətə qarışdı.
- Bilirsən nə var, ay arvad, - anası indi də nənəsinin üstünə düşdü. Hər işə
qarışma!
Sən çıxartmısan onu başıma, uşağımı yad eləmisən mənə. Üzümə baxmır,
məni adam yerinə qoymur, - o, ağlamsındı. – Sən ana deyilsən, ana olsan
sevinərdin Ağakərimlə barışmağıma. – Hönkürdü. - Mən də istəyirəm evimdə kişi
olsun. Mən də istəyirəm uşaqlarımın atası olsun. Pis-yaxşı, atalarıdı,
niyə
istəmirsən gəlməyini?
- Mən istəmirəm, qabağını kəsirəm? – deyə nənəsi də özündən çıxdı. Bu evə
mənim bir ziyanım varsa, elə bu gündən örpəyimi başıma atıb gedərəm. Təki sən
ərinlə canbirqəlbdə olasan!
Evə söz salmışdı. Bu söhbətdən sonra tərslik edə bilməyəcəyini anlayıb stulda
oturdu. Nənəsi mətbəxə keçdi.


234
Leyla ilə atası indi söhbət eləyə-eləyə maşında gedirdilər. Leylanın atası da
onlarla yaşamır. Amma onun atası ilə münasibəti Ramizin qəlbində qibtə doğurur.
Görən, Ramiz də atası ilə belə yaxın, doğma, mehriban ola biləcəkdimi?!
Bu vaxt üzünü dəsmalla qurulaya-qurulaya əlüzyuyandan çıxan anasını gördü.
Onun gözləri qızarmış, bənizi solmuşdu. Üzündə kədər, ağrı var idi. Anasına yazığı
gəldi. Başa düşdü ki, daha atasına qarşı «müharibə» qaldıra bilməyəcək.
Bakı - 1979


235
Pələqulaq meymun balası
Səid qəbulundakı qadını dinləyə-dinləyə arabir otağın pərdəsiz pəncərəsindən
komissarlığın həyətinə boylanır, gedib-gələnlərə diqqət edirdi.
Balaca, darısqal, dörd tərəfdən evlərlə əhatə olunmuş həyət cansıxıcıydı,
baxılası heç nəyi yox idi. Buradan heç səmanın üzü də görünmürdü. Həyətin
diqqəti yayındıran yeganə cəhəti gediş-gəlişli olmasındaydı. İndi orada rus ər-
arvad, rayondan gəldiyi üst-başından görünən yaşlı bir kişi, bir də iki gənc qız
dayanmışdı. Onlardan biri Səidə tanış gəldi. Nərmin idi… Guya unutduğu, çoxdan
baxmadığı bir surəti ona göstərdilər, onu içində özü ilə gəzdirdiyini özündən
gizlətmək istədi. On ildə bu böyüklükdə şəhərdə qıza bir dəfə də olsun təsadüf
etməmişdi. İndicə qız öz ayağı ilə onun iş yerinə gəlib çıxmışdı.
«Nə işi düşüb görən?...» Ərdədirmi?» - fikirləşdi. Öz-özünə heyrətləndi. Onun
həyatına marağı nə yaman güclüymüş! Onunla necə görüşəcəyini dəfələrlə
xatirində canlandırmışdı. Qərara
almışdı ki, yanından saymazyana keçəcəkdi,
tanımırmış kimi məhəl qoymayacaqdı. İndisə qızı görməkdən duyduğu sevinc elə
böyük idi ki, hər şeyi unutmuşdu.
…Onun dalınca üç il sürünmüşdü. Bu barədə fikirləşəndə əvvəllər özünə acığı
tuturdu. Əskik iş tutubmuş kimi utanır, Qanı qaralırdı. Ancaq illər keçdikcə, zaman
örtdükcə, rastına
çıxan qızları fikrində saf-çürük etdikcə Nərminli günlər ona
ömrünün ən mənalı, əvəzedilməz çağları kimi görünürdü.
Bəlkə onun sorağı ilə gəlib. Bu fikir onu isitdi. Kaş onun sorağı ilə gəlmiş
olaydı. Məgər Nərmin onu axtara bilməzdi?! Gör Səid neçə illərdir onu düşünür.
Halalca nişanlısı da Nərminlə müqayisədə ona yad, uzaq gəlir.
Qız dəyişməmişdi. Əvvəlki kimi qıvraq, şux idi. Özündən xəbərsiz onu yenə
özünə sarı səsləyirdi.
Əynində kül rəngində yun kostyum vardı. Bir vaxtlar belinəcən axıb tökülən
qızılı ipək saçlarını indi gödəldib "kare" formasına salmışdı. Köynəyinin qollarına,
sinəsinə baxyalanmış sarı köbələr qulaqlarını, ağ, zərif boynunu bürüyən parlaq
saçları ilə uyuşurdu. Nərminin zövqündən xoşlanırdı. O, səliqəli geyimi ilə həmişə
seçilirdi.
On ildən sonra onu belə şux görəcəyini ağlına gətirmirdi. Səidə görə qız
azacıq da olsa qocalmalıydı… Amma Nərminin üzü, saçları əvvəlki rəngində,
əvvəlki gözəlliyindəydi… Bu dəyişməzlik onu məyus etdi. Hər gün güzgü
qabağında darananda, Nərminin yox, özgə xanımların görüşünə tələsəndə
saçlarının arasından boylanan gümüşü tellərə kədərlənərdi. Nə üçünsə Nərmini
xatırlar, düşünərdi ki, indi yəqin onun da saçları ağarır.
Qız çevrildi. Çevrilən kimi onu gördü. Onların nəzərləri bir-birinə ilişib qaldı.
Oğlanın varlığını xoş bir axın titrətdi. Qızın baxışlarının cazibəsindən özünü
unutdu. Bilmədən, hiss etmədən. İradəsindən asılı olmayaraq onu içəri dəvət etdi.
Nərmin rəfiqəsini də ardınca çəkdi. Üzündə heyrət vardı. Sevinclə
gülümsünürdü. Ağ, saf dişləri təravətli üzünə sanki işıq saçırdı. Elə bil qız heç on il


236
bundan qabaqkı yaşından adlamamışdı. Elə bir gəlib-keçən illərin nəfəsi ona
toxunmamışdı.
Salam verib təklif gözləmədən rəfiqəsi ilə yaxın stullarda əyləşdilər. Qız
Səidin qəbulundakı yaşı əllini keçmiş rus qadınına nəzər salıb:
- Təsadüfə bir bax, burada işlədiyini bilmirdim, - dedi. – Rəfiqəm olmasaydı, -
yanındakı qıza işarə etdi, - yəqin ki, heç vaxt…
- Heç vaxt nə? – Səid hövsələsiz soruşdu.
Nərmin: - Görüşə bilməzdik, - dedi. – Tez də əllərini yana açıb özünəməxsus
əda və şıltaqlıqla onun paqonlarındankı iri ulduzu göstərdi:
- Paho, təbrik edirəm, kiçik leytenantdan mayora qalxmısan ki!
Qızın səsində istehza, eyham yox idi. Əksinə, böyük səmimiyyət, sevinc
duyulurdu. Səid onun diqqətli, qayğıkeş olduğunu, onu çox anladığını on il bundan
qabaq da bilirdi.
Ancaq təşəkkür etməyə tələsmədi.    «Sənin burada işlədiyini
bilmirdim» sözü ilə qız artıq onun könlünə toxunmuş yarasını qopartmışdı. Köhnə
yara yenidən göynəməyə başlamışdı.  «Demək Nərmin onun yanına gəlməmişdi.
Demə bu, bir təsadüf imiş. Demə Səid bu dəfə də yanılıbmış!».
Daha qıza sarı baxmamağa çalışırdı. Bir vaxt evlənmək təklifini rədd etdiyi
üçün ondan üz çevirdiyi günləri yadına saldı. İndi də o cür biganə, yad görünmək
istədi. Ancaq bacarmadı… Məlahətli çöhrə, nüfuzedici baxışlar, biçimli qədd-
qamət onu cəlb etməkdəydi… Bir də bu görüş o qədər gözlənilməz, o qədər
heyrətliydi ki, oyatdığı sevinc təkcə Səidə yox, nə vardısa, elə bil, hamısına siraət
etmişdi.
Görən əri kimdir?
Gözləri qızın barmaqlarında gəzdi. Nərminin ağ, zərif
barmaqlarında bahalı üzük vardı, amma nişan üzüyü yox idi. O isə gözlərinə
inanmırdı.- Yəqin ərdə olarsan? – onun ərdə olmasına tamamilə əmin olan adam
kimi soruşdu.
Nərmin başını buladı.
- Yoox, ayrılmısan? – qızın danışmaq istəmədiyini sezib təkrar soruşdu.
- Hələ getməmişəm, - Nərmin mızıldadı.
- Getməmisən? – oğlan açıq-aşkar heyrətləndi. – Belə, sənin xasiyyətinlə
mümkün olan şeydi, - o, Nərmini yaxşı tanıyan adam kimi bildirdi. – O inad.
Təkəbbür, heç nədən özünə güvənmək ki, səndə vardı, - narazı-narazı dodaqlarını
büzdü, - heç kəsin xoşuna gələ bilməzdin!
- Ola bilər, - Nərmin mübahisə etmədən təslim oldu.
- Doğrudan ərə getməmisən? – Səid Nərminin sözlərinə inanmayıb bir də
soruşdu. Bu dəfə üzünü onun rəfiqəsinə tutdu, sanki «sən düzünü bilirsən» demək
istədi.
Qarasaç, ucaboy qız maraqla gah Nərminə, gah da Səidə baxırdı. Sualın ona
aidliyini elə bil birdən anladı. Başı ilə Nərminin sözlərini təsdiq etdi.
Bu etiraf onu hiddətləndirdi. Nərminin on ildə ərə gedə bilməməsinə
sevinmək əvəzinə nədənsə acığı tutdu. Elə bil ona olan bütün marağı söndü. Üzünü
qarşısındakı qadına tutdu.
Qadın qızlara narazı-narazı baxırdı. Söhbət Azərbaycan dilində getdiyindən
onların nədən danışdığını anlamırdı. Üzünün ifadəsindən darıxdığı hiss olunurdu.
Səidin ona müraciətindən razı qalıb yarımçıq kəsdiyi söhbətinə qayıtdı. Əsgər


237
oğlu haqqında nəsə deyir, Səidə kimdənsə şikayətlənirdi. Səid onu təmkinlə
dinləyir, qarşısındakı vərəqə nəsə yazırdı.
Qaş-qabağını sallasa da stolun arxasında şəstlə, inamla oturmuşdu. İşgüzar,
intizamlı olduğu nəzərə çarpırdı. Hərbi geyimdə zabitəli görünürdü. Qarayanız,
açıq xoş sifəti əvvəlki kimi idi, dəyişməmişdi. Ancaq elə bil xasiyyətindəki qətilik,
barışmazlıq
üzünün
cizgilərinə
hopmuşdu.
Qalın
saçlarının
düzümü
pozulmamışdısa da, elə bil, qar altındaydı. Qız bundan diksindi də.
«Nə
qəribə
təsadüfdü»
fikirləşdi.
Rəfiqəsinin
nişanlısı
ilə
əlaqədar
komissarlığa işi düşməsəydi, o hara, komissarlıq hara!... Bütün olub-keçənlərdən
sonra bir də Səidlə qarşılaşacağını güman etmirdi. Səid onun yaddaşında bu illər
ərzində ona pərəstiş edən, evlənmək təklif edən oğlanlarla müqayisədə ən
ləyaqətlisi, əvəzedilməzi kimi qalmışdı.
Onun subay olduğunu zənn etmirdi. Əlbəttə, on ildə nə istəsən baş verə
bilərdi. Səid lap çoxdan məktəbli atası ola bilərdi.
Çox da geniş olmayan otaqda hərbi səliqə duyulurdu. İri mizin üstündə qələm,
ağ kağız topası, telefondan savayı artıq heç nə gözə dəymirdi. Divarın küncündən
Səidin oturduğu stoladək iri söykənəcəkli stullar düzülmüşdü. Səidin arxasındakı
bütün divarı tutan şüşə pəncərəli, rəfli şkafa qalın qovluqlar, sənədlər, albom və
kitablar yığılmışdı.
Qadın burnunu çəkdi. Deyəsən ağlayırdı. Nərmin
onun üzünü yaxşı
görmürdü. Stulunu lap irəli,  Səidin qabağına çəkmişdi. Arxası qızlaraydı. Özü də
lap pıçıltı ilə danışırdı. Deyəsən, kənar adamların eşitməsini istəmirdi. Qadının nə
vaxt pıçıltıya keçməsindən Nərmin xəbər tutmamışdı. Fikri dağınıq olduğundan
söhbətin nədən getdiyini, onun nə üçün ağladığını da anlaya bilmirdi.
- Göz yaşı ilə iş görmək olmaz, məsələni aydınlaşdırmaq lazımdır, - Səid
dilləndi, - Narahat olmayın, elə bu gün işin axırınadək hamısını öyrənərik, - dedi.
O, başını qaldırmadan telefonu qabağına çəkdi. Nömrəni yığıb kimisə
salamladı. Hal-əhval tutdu. Qadının işi ilə əlaqədar göstəriş verdi.
- Uzatmayın, bir saata, ancaq bir saata, mən yerimdəyəm, heç yana
tərpənməyəcəyəm… Daha nəsə deyib dəstəyi yerinə qoydu.
Onun oturuşunda, səsində işini bilən adamlara məxsus özünə inam vardı. Səid
qısa, aydın sözləri, qətiyyəti ilə adamlarda özünə hörmət oyatmağı bacarırdı. Onun
bu keyfiyyətlərini, görünür, qadın da hiss etmişdi.
- Bu gün qəbulda siz olmasaydınız, kim bilir, bu işi nə qədər uzadacaqdılar.
Ana ürəyidir, dözmür, - o, sevincdən Səidi az qala qucaqlamaq istəyirdi. – Allah
səni xoşbəxt eləsin, can sağlığı versin, - Səidə dua eləməyə başladı.
- Sağ olun, - qadın bir də minnətdarlığını bildirdi.
Səid üzünü Nərminin rəfiqəsinə tutdu:
- Eşidirəm, - dedi.
Həmidə nişanlısı ilə əlaqədar hadisəni danışmağa başladı. Bayaq o,
komissarlıqda necə qarşılanacağından nigaran idi. Ancaq indi səsində arxayınçılıq
hiss olunurdu. Nərminlə Səidin tanış çıxması onun dilini açmışdı.
Səidin səsi, hərəkətlərindəki rəsmiyyət Nərmini razı salmırdı. Qıza görə o,
sorğu-sualına ara verib hərdən ev sahibi kimi zarafat etməli, aradakı darıxdırıcı
boşluğu doldurmalıydı. Sanki o, qəsdən Nərminlə özü arasında yad, keçiləsi


238
mümkün olmayan məsafə saxlayırdı. Bununla da elə bil, özünün mövqeyini
nümayiş etdirirdi. Bu, Nərminin könlünə toxunmurdu, əksinə onu əyləndirirdi.
Nərmin elə bil bütün bunları çoxdan bilir, onun davranışında təəccüblü heç nə
axtarmırdı. Əvəzində yaddaşında bir neçə dəqiqə bundan qabaq onu içəri
dəvət
edərkən Səidin özünü itirməsi, ona dikilən həsrət və məhəbbət dolu baxışları
qalmışdı. Bu baxışlar Nərminin sözlə eşitmək istədiyindən çox demiş, çox vəd
etmişdi. Bir az bundan qabaq Səid öz hisslərində o qədər düz idi ki, indi onun rolda
imiş kimi təkəbbürlü, soyuq rəftarından qız sıxılmırdı. Əksinə, Səidin onu
unutmadığına Nərmini daha çox əmin edirdi.
Onun baxışları hərdən Nərminə sancılırdı. Bu gözlərin ziyası, elə bil, qızın
içindən keçir, bütün fikir və düşüncələrini oxuyurdu. Bəlkə də içindəki gərginliyi
gizlətməkdən ötəri onunla danışmaq istəmirdi.
Birdən oğlana onun üçün darıxdığını, yerini heç kəsin vermədiyini demək
istədi. Ancaq utandı, əvəzində ayrı söz soruşdu:
- Yəqin artıq ata olarsan?
Səid:
- Nişanlıyam, bu yaxınlarda toy olacaq, - dedi.
O, hələ evlənməmişdi. Nərmini heyrət bürüdü. İnanmağı gəlmirdi. Bəlkə də
bu adi təsadüf yox, görüş körpüsüdür… onların bir-birindən ayrı düşən yollarını
yenidə qovuşduracaq körpü…Yox, gecdir, nişanlıdır…Kim bilir, nişanlısı indi onu
nə qədər sevir!
Səidin üzü soyuq, vədsiz idi. Bu görüşün mənasız olduğunu bəlkə o,
Nərmindən daha artıq hiss edirdi. Bir də bağışlamağı, güzəştə getməyi bacarmırdı.
Bu, indi də onun bütün hərəkətlərində, sözlərində özünü büruzə verirdi. Səsinin
ahəngində elə bil etiraz vardı. Nə üçünsə bütün bunlar Nərminin xoşuna gəlirdi.
Səid öz xasiyyətinə on ildən sonra da sadiq qalmışdı.
Bir vaxt oğlanın bu təbiəti Nərmini necə bərk qorxudurdu. Səid ötkəm idi,
özündən başqa heç kəsi eşitməzdi. Sevdiyi adamlara qarşı daha tələbkar, sərt idi.
Onları öz hökmünə tabe etməyincə rahatlıq tapmırdı. Ona etiraz etmək, yox
demək, nəzarətindən çıxmaq qeyri-mümkün idi.
O, Nərminlə öz şəxsi əmlakı, - kitabı, dəftəri, çantası, diş fırçası təki rəftar
edirdi. Ona nə lazımdırsa – ətrafında, əlinin altında olmalıydı. O, axtarmağı
sevmirdi, qanunları beləydi.
Həyatda ona məxsus olanlar-əşyalardan tutmuş
arvadınadək heç yana tərpənə bilməzdilər. Hər şey onun istəyinə tabe olmalı idi.
O, Nərmini guya incə bir qəlblə sevirdisə də arzu və meylləri ilə
maraqlanmırdı.
Onun şəxsi əmlakına çevrilməkdən qız o vaxt necə bərk
qorxmuşdu. Buna görə də Səidə «hə» deyib razılıq verə bilməmişdi.
Nərmin Səidin onun haqqında nə düşündüyünü də elə bil eşidirdi. Ancaq ona
münasibətini büruzə vermək istəmirdi. O, artıq Səidi çoxdan itirmişdi. Və taleyinin
bu yönümü ilə razılaşmışdı.
Nərminin fikirli oturuşu Səidin gözündən yayınmırdı. Görən nə düşünür, ona
«yox» dediyi üçün peşiman olubmu? Yoxsa görüşdüyü ayrı adam var. Bu fikir
ürəyini sıxdığından tez özündən qovdu. Görəsən, indi ona «mənə gələrsənmi?»
desə Nərmin razı olarmı?


239
Ancaq heç nə soruşmurdu.  «Birinci o başlamalıdır, birinci o, sonra mən» -
fikirləşirdi. Buna görə də Həmidəni söhbətə tutub ləngidir, Nərminin dilini açmağa
çalışırdı.
Rəfiqəsi ayağa qalxanda Nərmin ondan tez durub qapıya sarı yönəldi. Səidə
«sağ olun» dedi.
Səid çaşdı. Onun beləcə xudahafizləşəcəyini ağlına gətirmirdi. Üzünü qızlara
tutub:
- Mənim telefonumu yazın, - dedi.
- Sən işini qurtarmadın? – Nərmin nə edəcəyini bilməyib otağın ortasında
mıxlanıb qalan rəfiqəsinə baxdı.
- Mən, - əlbəttə. – Həmidə dilləndi. – Sağ olun, - gülümsədi. – Hər ikinizə
təşəkkür edirəm. Sən olmasaydın, yəqin Səid də məni belə qəbul etməzdi.
- Elə isə, telefonu neyləyirsən, Səidin yerini bildin, nə vaxt lazım oldu
gələrsən.
- Mənə sənin telefonun lazımdır, - nəhayət, Səid bildirdi.
Nərmin ona telefonunu vermək, onun görüşmək istəyirdi. Ancaq, elə bil,
Səidin səsində istəklə bərabər qorxu, könülsüzlük vardı. Elə bil bu, oğlanın içindən
gəlmirdi. Adicə nəzakət xatirinə deyilmişdi. Bir də qız özü də bunu nə üçünsə artıq
hesab edirdi. Odur ki:
- Mənim telefonum yoxdur, - dedi.
«O beləcə gedə bilməyəcək, qayıdıb deyəcək» - Səid düşünürdü.
Nərmin arxaya baxmadan pəncərənin qabağından keçib sürətlə uzaqlaşdı.
Gözü qızın oturduğu stulda qalan Səid içində bir boşluq duydu. Nərminin
arxasınca gedib xasiyyətinə yad olan bir addım atmaq, qızı səsləmək istədi. Ancaq
elə bil onu stula mıxlamışdılar, qalxa bilmirdi. Nərmini xasiyyətindəki elə bu
xoşlamadığı, hesablaşmaq istəmədiyi əyilməzliyinə, qətiliyinə inadına görə belə
çox sevmişdi. Nərmin bu keyfiyyətləri ilə onun tanıdığı bütün qızlardan fərqlənir,
elə Səidin özünə oxşayırdı. Təbiətcə onun öz nüsxəsiydi.
Otağın divarları üstünə gəlib onu sıxırdı. Baş verənlərin yuxumu, gerçəklikmi
olduğunu anlaya bilmirdi. Bayaqkı qadın hələ də lal-dinməz arxa stulda əyləşmişdi
Səid ona «indi gəlirəm» deyib qızların dalınca komissarlığın həyətinə çıxdı. Açıq
qapıdan küçədə dayanmış maşınlar, onun sarı rəngli «Jiquli»si görünürdü.
Nərmin «Jiquli»nin yanından keçmişdi. Onu tanımaya bilməzdi. Bu maşında
nə qədər mübahisələri olmuşdu. İndi onun ön şüşəsindən nişanlısının asılmış
hədiyyəsi – pələqulaq meymun balası Səidə baxıb arsız-arsız gülümsünürdü.
Bakı – 1986


Document Outline

  • 00.Muallifden(00).pdf
  • 01.t?rs qadýnlar(01).pdf
  • 02.4. Dubay qadini .pdf
  • 03.Þ?h?rd? bir gün.pdf
  • 04.Quru baliq.pdf
  • 05.M-Rzayev1 (1).pdf
  • 06.Bað qonþusu.pdf
  • 07.M-Rzayev1.pdf
  • 08.10. Adi günl?r.pdf
  • Untitled.pdf
    • DSC_0641 ?????.pdf
    • DSC_0642 ?????.pdf
    • DSC_0643.pdf

Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə