Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə100/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   96   97   98   99   100   101   102   103   ...   107

215
özünü dartmırdı. Nə üçün qızların burada hamıdan çox onunla maraqlandıqlarını
gündən-günə daha çox anlayırdı. O, həm də dedikcə sevimliydi. Belə ki, əlindən
tutub yüz il pay-piyada gedərdin, onunla olduğun üçün yorulduğunu bilməzdin.
Ayrı-ayrı respublikalardan gəlsələr də, hər ikisi müsəlman idi. Adət-ənənə,
din yaxınlığı, bir də xaricən bir-birilərinə bənzəmələri, saçlarının, gözlərinin bir
rəngdə olması onları elə ilk tanışlıqdan mehriban etmişdi.
Bu oğlan onu da dəyişdirmişdi. Əvvəllər özündən hətta dörd-beş yaş kiçik
olanlara belə gözünün ucuyla baxmırdı. İndi qəribəsi o idi ki, Bəhruzla öz arasında
olan yaş fərqini bilmək belə istəmirdi.
Ağır təşrih oldu-olmadı, qızın növbəsi olan kimi Bəhruz başının üstünü alırdı.
O, hara gedirdisə, Bəhruz da oralara gedirdi. Bir də gördü ki, xətrini istəyən qız
tanışlarının hamısının ayağı onun evindən kəsilib. Əvvəllər ona etibar edib ayrı-
ayrılıqda Bəhruza sevgilərindən danışan qızların indi onu görməyə gözləri yox idi.
O vaxtlar oğlana heç bir hiss bəsləmirdi. Qızlar bunu çox gözəl bilirdilər. İndi isə
hər
şey
dəyişmişdi.
Haqqında
yayıla
biləcək
söz-söhbət

daha
onu
maraqlandırmırdı.
…Bu zərif qızılgül rahiyəsi, məstedici, adamı çağıran füsunkar qoxu… Təşrih
vaxtı nəfəsləri bir-birinə toxunurdu. Onun bu ətirdən, oğlanın yaxınlığından başı
gicəllənirdi. Oğlanın füsunkarlığı ilə bu rayihə də qızı səsləyirdi.
Qız özünü ələ almağı bilirdi. Eləcə asanlıqla təslim olanlardan, tez
əriyənlərdən də deyildi. Dəmir təki iradəsi vardı. Ancaq indi elə bil ona nəsə
olmuşdu. Dünya gözəl bir dona bürünmüşdü. Hara Bəhruzun ayağı dəyirdisə, ora
sanki çiçəkləyirdi. Və bu çiçəklər də füsunkar bir cazibə ilə qızı ona sarı
səsləyirdi… Gəzintiyə bir yerdə çıxır, iş vaxtı adamsız otaqlarda ləngiyirdilər.
Qapıları bağlayıb bir-birilərinə sarmaşırdılar. Heç vaxt qapıları bağlı görməyənlər
indi qıfıllı qapılar arxasında heyrətlə çiyinlərini çəkirdilər. Qadınlar izə tez
düşdülər. Əslinə qalsa, şübhələrində haqlıydılar. Onlar arasında xısın-xısın söz-
söhbət gedirdi. Ancaq hər ikisinin hörməti, adı, nüfuzu vardı. Adları, hörmətləri,
nüfuzları onları qoruyurdu.
***
Qızın etirazına baxmayaraq o, işığın düyməsini basdı. Diqqətlə qızın üzünə
baxdı. Adətən əməliyyata gələnlərə, təşrih edəndə yaraya belə baxırdı.
- Özünü nahaq üzürsən, - dedi. – Belə getsə xəstələnəcəksən, səndə kəskin
başağrısı başlayacaq. – Əyilib qızın yanağından öpdü. – Mən istəyirəm sən qəm-
qüssə yeməyəsən.
Siqaret yandırdı. Hər gecə onun otağında rahat kresloda oturub beləcə siqaret
tüstülədərdi. Söz-söhbətləri qurtarmazdı. Bir-birlərinə sarmaşıb danışardılar. Bir-
biriləri haqqında da hər şeyi bilirdilər. Neçə uşaqdırlar, valideynləri nə ilə
məşğuldur, onların yanına necə dönəcəklər, gələcək mənzilləri necə olacaq, onu
necə bəzəyəcəklər…
Oğlan maqnitafonu qurdu. Onlar dönə-dönə birgə qulaq asdıqları musiqi elə
bil mürgü döyən otağı canlandırdı. Ancaq qız öz hayındaydı. Bir saat bundan
qabaqkı deyildi. Təəssüf ki, zamanı geri çəkmək mümkün deyildi. Bir saat bundan
qabaq özü
onun boynuna sarılmışdı. Onun gənc bədəninin təmasından sərxoş


216
kimiydi. Ancaq bu coşğunluq indi keçib getmişdi. Etdiyi hərəkət onu
karıxdırmışdı. O, nə ilə vidalaşdığını başa düşmüşdü. İndi bölüşməyə rəfiqə
axtarırdı. Ancaq burada onun bu oğlandan savayı yaxın, doğma adamı yox idi.
Bəhruz kreslosundan düşüb qızın ayaqları yanında dizi üstə oturdu. Cazibədar,
adamı yerindən oynadan mənalı gözləri ilə gah qızın üzünə baxır, gah da onun
taqətsiz əllərini sığallayırdı. Onun bu məsum nəvazişi qızı əvvəllər yaman
əyləndirərdi. İndi elə fikirliydi ki, daha oğlanın nə gözəlliyi, nə də nəvazişləri kar
etmirdi.
- Mən düz eləmədim, - nəhayət qız dilləndi. Bizim aramızda…
- Qurtar görək! – Oğlan onun sözünü yarımçıq kəsdi. Çox sərt, həm də
hövsələsi tükənmiş kimi dilləndi. – Mən sənin belə peşman olacağını bilsəydim…
Sən məni də çaşdırmısan! Nə edəcəyimi bilmirəm. Elə bilirdim məni sevirsən…
Səsində adamın qəlbini didən qüssə vardı. Qız indi gördü ki, onun da rəngi
qaçıb. Özünə elə qapılmışdı ki, onu unutmuşdu. Bəhruz ondan da üzgün, kədərli
görünürdü.
- Dur, yerinə gir, sənə soyuq dəyər! Nəhayət, yenə Bəhruz özünü ələ alıb onun
qolundan yapışdı. – Artıq gecdir, sabah işə gedəcəksən. Özü də tezdən durmalısan.
- Yox, işə getməyəcəyəm, - qız qəti dilləndi. – Yerinə girdi.
- Yaxşı, onda mən səni əvəz edərəm, - Bəhruz sakit bildirdi. – Siqaret yandırıb
balkona çıxdı.
İçəri qayıdanda qız artıq özünü yuxuluğa vurmuşdu. Oğlan saata baxdı. Dörd
idi. Bir azdan səhər açılacaqdı. O, saatın zəngini səkkizə qurub soyundu. İşığı
keçirib qızı yanına uzandı. Onu yatmış bilsə də əyilib nəvazişlə üzündən öpdü…
Sabah onu işdə Bəhruz əvəz edəcəkdi. Adamlar görən buna necə
baxacaqdılar? Oğlana sarı çevrilmək istədi. Ancaq onu oyatmağa qıymadığı üçün
tərpənməyə qorxdu.
Ay lap pəncərənin önündə durmuşdu. Onun sarımtıl işığı onların çarpayısına
uzunsov bir zolaq salmışdı.
Bakı - 1991


217
Sırğalar
Daş döşənmiş həyətə nəyinsə düşüb səs salaraq taqqataraqla diyirlənməsini,
bunun
ardınca
qaynanasının
«kiş-kiş»
deyərək
toyuqlara
acıqlanmasını
eşitməsəydi, onda gördüyü yuxu da uzanacaqdı. Rəhimə üzünü görməyə, səsini
eşitməyə ömürlük həsrət qaldığı anası ilə bir az çox qalacaqdı.
Elə biləcəkdi
Bilgəhdəki bağlarında, küləfirəngidə miçətkəndə yatıb. Anası həyətdə, meynələrin
altında – sərinlikdə stol açıb onun nə vaxt şirin yuxudan ayılıb, yuyunub gələcəyini
gözləyir.
Küləfirəngidən dəniz görünürdü. Rəhimə miçətkəndə olduğunu zənn etsə də,
dənizi də. Səmanı da bütün cizgiləri, rəngləri ilə apaydın görürdü. Ağ köpüklü
zümrüd sular, ənginliklərə çəkilmiş tərtəmiz firuzəyi səma, elə bil, səhərin yumşaq
havası, xəfif mehi ilə yuyunub sığallanmış, daranıb ətirlənmişdi.
Anası çox sevdiyi göy rəngli krepdeşin paltarındaydı. Başına ağ ipək örpək
salmışdı. Hardasa beşikdə körpə qığıldayırdı… Anası bu qığıldayan körpəyə baxıb
nəvazişlə
gülümsünürdü.
Rəhiməni
həyəcanlandıran
anasının
duruşundakı,
baxışındakı istilik, incəlik, doğmalıq idi! Ona elə gəldi ki, anası da yuxuda
qayğısız-qayğısız gülümsədi…A
Hər şeyin beləcə adi yuxu olduğunu, ötüb keçdiyini biləndə gözlərini təəssüflə
açdı. Deyəsən ağlamışdı. Yaş gilələri gözlərindən diyirlənib yanaqlarına axmışdı.
Həyətdən sərçələrin civ-civi gəlirdi. Ondan bir qədər aralıda, beşikdə yatan
körpənin qığıltısı eşidildi. Yuxu ilə gerçəklik arasında çaşıb qaldığından, birdən
diksinərək, indicə anasını doğrudan doğruya görəcəkmiş kimi başını təşvişlə,
çaşqınlıqla qaldırıb beşiyə sarı boylandı. Otaqda onunla körpədən savayı heç kəs
yoxdu. Dünyadan xəbərsiz uşaq arxayın-arxayın koppuş əl-qolunu yelləyir, harasa
baxıb şirin-şirin gülümsəyirdi…
Anasını tanıyıb əl-qol atdı. Qaymaq dodaqlarını aralayıb dilini çıxartdı. Başını
dikəldib onun qucağına atılacaqmış kimi qalxmaq istədi. Qalxa bilməyəndə
hirsləndi. Əlacsızlıqla, çılğınlıqla əlini anasına sarı uzatdı,  «hı-hı» eləyib «məni
qucağına götür» dedi.
Bir az bundan qabaq Rəhimə də yuxusunda anasının yanındaydı. Ancaq nə
üçünsə körpə yadına düşməmişdi. Rəhimə yuxuda özünü qızlıq illərində görmüşdü.
Yoxsa uşağı anasına göstərib deyərdi nəvən var. Ancaq uşağın olmasından
anasının xəbər tutduğuna əmin idi. O, körpəni görməyə gəlmişdi, heç nə danışmasa
da, xeyir-duasını nəvaziş dolu baxışlarla verib getmişdi.
***
Həyət təmiz süpürülmüşdü. Daş barının yanındakı dəmir sobada qaz dil
uzadaraq alovlana-alovlana yanırdı. Plitənin üstündə iri çən vardı. Qaynanası
Rəhimənin axşamdan sabun tozu ilə islatdığı mələfə və yorğan üzlərini qaynadırdı.
Mart ayı təzəcə girsə də, hava mülayim, günəşliydi. Həmişəki kimi yenə də
ərinin durub işə getdiyindən xəbəri olmamışdı. Hər səhər onu anası yola salırdı.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə