Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə101/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   97   98   99   100   101   102   103   104   ...   107

218
Süfrədə bal, yağ, pendir, çörək vardı. Qaynanası ilə üz-üzə əyləşdi. Arvad
yorğundu, büzüşmüşdü. Bulanıq gözlərindən su axırdı. Sinəsində gizlətdiyi
dəsmalı çıxarıb tez-tez gözlərinin suyunu silirdi. Gözlərinin altı çuxura düşüb
qızarmışdı. Qaynanasının bu hərəkəti Rəhiməyə anasını xatırladırdı. Arvad tezdən
qalxmış, xeyli iş görsə də, yenə səhər yeməyini yeməmişdi. Bunun üstündə gəlinlə
qaynana neçə dəfə ərkyana sözləşmişdilər.
- Sənə neçə kərə demişəm, duran kimi çörəyini ye, məni gözləmə, - Rəhimə
ədəblə dillənmişdi.
- Səni gözləmirəm, vallah, səhərlər iştaham olmur, - arvad and-aman
eləyirdi…
***
Qaynanası nənnidə özü ilə oynayan uşağa baxıb – bu gün hava isti olacaq, -
dedi. – Uşağı həyətdə gəzdirmək lazımdı. – Rəhimə başını tərpətsə də, hələ
gördüyü yuxunun təsiri altındaydı.
Anasının qəbri üzü gündoğanadır. Səhərlər daş mərmər günəşin şüalarından
qızınıb isinir. Ürəyindən qəbir üstünə getmək keçdi. Soyuqlar düşəndən heç qəbir
üstünə getməmişdilər. Əri icazə vermirdi, özü aparırdı. Çox ağlamağa da
qoymurdu. Ata-anası üçün heç doyunca ağlaya bilməmişdi. Həmişə ondan
utanardı.
- Gözümə birtəhər dəyirsən? -
qaynanası istiqanlılıqla soruşdu. –
Naxoşlamamısan ki?
- Yox, - dedi. Arvadın ürəyinə pis şey gəlməsin deyə, hətta zorla gülümsədi
də.
***
Yaxası kül rəngli tülkü dərisindən olan meşin paltosunu geydi, gümüşü
zəncirli redikülünü götürdü. Qaynanası onun geyinib-keçindiyini, haraya getmək
istədiyini duysa da, soruşmağı lazım bilmədi. Rəhimə asta addımlarla ona
yaxınlaşıb, yenicə yuxuya getmiş körpəni oyatmaqdan ehtiyat etdiyi üçün pıçıltı ilə
dedi.  «Məmə, mən mağazaya gedirəm, uşağa baxarsan». Arvad başı ilə razılığını
bildirdi.
***
Evdən çıxanda haraya gedəcəyini bilmirdi. Şəhərə yollanan avtobus onların
evlərindən xeyli aralıda dayanmışdı. Özü də hiss etmədən bir də gördü ki,
avtobusdadır. Buradan şəhərə avtobusla cəmi-cümlətanı qırx dəqiqəlik yoldu.
Ərə getdiyi gündə beləcə tək harasa yollandığı yadına gəlmirdi. Gəzməyə.
Kinoya, teatra, qonaqlığa, toya da onunla gedərdilər. Neçə gündü ürəyindən keçirdi
ki, tək qalsın, bir asudə, arxayın fikirləşsin. İndi bu müstəqillik ona qəribə gəlir,
ürəyini sıxır, darıxdırırdı.
Onu heç yerə yalqız buraxmadığı üçün ərinə nə qədər minnətdardı! Demə,
tənhalıqda özünün
kimsəsizliyini, acizliyini, gücsüzlüyünü
daha çox hiss
edəcəkmiş!


219
Şəhərdə adam qaynaşırdı. İri binalar, yaşıl bağlar, bir-birinin ardınca düzülən
maşın karvanları, mağazaların qabağındakı tünlük, uzaqdan alıcılara «gəl-gəl»
deyən bərbəzəkli vitrinlər, adamları teatra, kinoya, sirkə, bu  kimi müxtəlif
əyləncələrə çağıran rəngarəng afişalar, elanlar, bildirişlər, qayğılı-qayğısız, yüklü-
yüksüz insan axınının hay-küyü ona coşğun, təzadlı, dolğun və əbədi ömür yaşayan
özgə bir dünya kimi göründü. Burada nə insan ömrünün azlığı yada düşürdü, nə
yaxın adamının itki ağrısı, nə də başqa dərd-sər qanını qaraldırdı.
Bu izdiham, maşın karvanlarının nəhayətsizliyi, adamların gülüşü, zarafatı,
qız-gəlinlərin gözəl, səliqəli geyimləri, xoş məlahətli baxışları ona da sirayət edir,
öz ardınca çəkir, fikirlərdən qoparırdı.
Univermağın yanından keçəndə özünü saxlaya bilməyib içəri girdi. Elə bil ev-
eşikdə adam qalmamışdı, hamı univermağa axışmışdı. Yadına düşdü ki, sabah
səkkiz martdı. Bütün şöbələrin qabağında-ayaqqabıdan tutmuş pal-paltar, ətriyyat,
min bir xırdavata qədər-adamlar qaynaşırdı. İtələşə-itələşə irəli keçir, seçir,
bəyənir, kimi əliboş, kimi əlidolu çıxırdı. İnsan axınının bir ucu pilləkənin bu
başından qalxır, digər ucu o biri başından enirdi. Küyə düşüb o da hədiyyə almaq
istədi. Əvvəlcə bilmədi nə alsın, haraya baxsın. Birdən yadına düşdü ki, evdə
qaynanasından başqa hədiyyə veriləsi yaxın adamı yoxdu. Onun da hədiyyəsini
qabaqcadan üç-dörd ay bundan əvvəl əri ilə Leninqrada gedəndə alıb saxlamışdı.
Ona univermağın hay-küyü, alıcıları şirnikdirən təmtəraqlı, işıqlı vitrinləri
xoş gəlirdi. Bütün bunlar uşaq oyuncaqlara aludə olan kimi onun da başını qatır,
unudulmuş tanış mahnı təki yaddaşını tərpədir, ipə-sapa yatmayan atalı-analı
bəxtəvər günlərinə qaytarırdı. Bir vaxt onu da bu axından qopartmaq olmurdu.
Dərsdən çıxanda evə tələsmirdi. Özü kimi qayğısız, boş-bekar, hazıryeyən, həmişə
şad rəfiqələrinə qoşulub kinoya, bulvara gedər, o mağaza mənim, bu mağaza sənin
şəhərin canına düşərdi. Baxmadığı tamaşa, film qalmamışdı, gəzmədiyi mağaza.
Əlinə keçən pulu son qəpiyinədək xərcləməmiş evə qayıtmazdı. Necə şıltaq,
nadinc, ərköyündü! Pal-paltardan tutmuş, ayaqqabıyadək – harada gözünə xoş
gələn nə vardısa, ağına-bozuna, bahalığına, ucuzluğuna baxmadan alıb əyninə
keçirərdi.
Ata-anası da qocaydılar. Rəhimə onların nəvələri yaşındaydı. Onu səkkiz uşaq
üstündə tapmışdılar. Bacı və qardaşlarının hamısı beş yaşına çatmamış ölmüşdülər.
Bircə o, - sonbeşik qalmışdı. Odur ki, xətrinə dəyməz, əzizləyər, nazı ilə
oynayardılar. Anasının dediyinə görə, o, altıaylıq olub. Dünyaya gələndə bürüşmüş
bir dəri imiş! Ondan adam çıxacağına gümanları yoxmuş. Ağzını zorla aralayıb
süd tökürlərmiş. Ancaq Rəhimə böyüyüb ətə-qana, boya-qamətə elə dolmuşdu ki,
onun altı aylıq olduğuna hətta ata-anası da şübhə edərdilər. O, yaşıdları arasında da
boylu-buxunlu, əndamlı qız sayılırdı. Ata-anası əllərinə düşəni ona yedirtmiş, ürəyi
istəyəni almış, onu şah qızı kimi böyütmüşdülər.
Anasının ürəyinə nəsə dammışdı. Onun nişanını, toyunu görməmiş gəzərdi.
Arabir özündən asılı olmadan «səni əl üstündə böyütmüşük, güldən ağır söz
qıymamışıq, bilmirik kimə düşəcək, kimin çırağını yandıracaqsan, düşdüyün yerdə
sənə necə baxacaqlar?» - deyəndə səsində tutqun kədər, ağrı olardı. Əvvəllər heç
nə Rəhimənin eyninə deyildi. Anasının sözlərini elə bil anlamazdı. Sonralar yaman
kövrələrdi. Mənasızlığını
anlamadığı mərhəmətsizlik və amansızlıqdan buza


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə