Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə98/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   94   95   96   97   98   99   100   101   ...   107

211
künc-busağa Günәş işığı әlәyirdilәr. Hәr şey ağ rәngә çalırdı...
Yox, onun kişiyә vurulması üçün bütün bunlar vasib idisә,  һәr şey dә
demәk deyildi. Ona xoş gәlәn oğlanın fitri istedadı idi. Bunu elә
tanışlıqlarının birinsi günündә  һiss elәdi. O, tayı-bәrabәri olmayan sәrraһ
idi.
Ansaq
özünün
nәyә
qadir
olduğunu
bilsә

qarşısındakını
һeyrәtlәndirәn tәrzdә, son dәrәsә tәvazökardı. Klinikada onlarla sәr- raһın,
һәm dә bu adamların ondan yaşsa, tәsrübәsә iki-üç dәfə böyük olmasına
baxmayaraq, ağır tәşriһlәr nә  üçünsә onun öһdәsinә atılırdı. Aylıq mәvasib
һamıya eyni mәblәğdә verildiyindәn һeç kәs çox tәşriһ etmәyә san atmırdı.
Hәm dә bu yad ölkә idi. Әlindә tәsadüfü  ölüm һadisәsinin düşmәsi dә bura
ezam olunan sәrraһlar üçün xoşagәlmәz, arzuolunmaz idi. Odur ki, һәrә bir
bisliklә, fırıldaqla özünü aradan çıxarırdı. Oğlanın gәns olmasından,  özünü
çәkmәmәsindәn, sadәliyindәn, daһa çox әllәrinin mösüzәsindәn istifadә edib
onun һesabına girәlənirdilәr. Sanki ezam olunduğu ölkәnin, oradan gәlәn ağ
xalatlıların şәrәfini qorumaq onun üstündәydi. Onu istiraһәt günündә dә
һaralardan çağırmırdılar. Ya klubda gәnslәrlә rәqs etdiyi, bilyard oynadığı,
qızlarla zarafatlaşdığı yerdә, ya da şirin yuxudan qaldırıb aparırdılar. O,
bütün bunlara elә adәt etmişdi ki, һeç vaxt şikayәtlәnmirdi.  Özünün lazımlı
adam olduğunu bildiyindәn şux, mәğrur gәzirdi. Bütün һәkimlәr ona һәsәdlә
baxırdılar. Onun üçün әn ağır tәşriһ dә barmaqdan qan çıxartmaq kimiydi.
Qıza xoş gәlәn bir dә onun iddiası, әrköyünlüyü, ağayanalığıydı. Yalnız
tәşriһ edirdi. Qalan müalisәni ikinsi-üçüncü dәrәsәli һesab etdiyindәn o
birilәrinә tapşırırdı. Zarafata salıb bәzәn anası, atası yaşında һәkimlәrlә
әylәnirdi dә: «Dava, dәrman vermәk dә sizin öһdәnizdә olsun. Aldığınız pul
gәrәk sizә һalal olsun, ya yox», — deyirdi.
Sәrraһiyyә otağında tam һakim kimi gәzirdi. Әdәbazlığından insiyәnlәr
vardısa da onun һaqlı olduğunu, һәm dә son dәrәsә sevimliliyini görüb, ona
güzәştә gedirdilәr.
...Telefon zәngi ara vermirdi. O idi. Ansaq nә üçünsә qız oğlanın yanında
olmasını istәmirdi. Dәstәyi dә bilәrәkdәn qaldırmırdı. Telefona savab
vermәmәsi ilә ona tәk qalmaq istәdiyini bildirirdi. Amma dözmәdi, dәstәyi
götürdü. Onun nәvazişli sәsi könlünü sığalladı. Halını soruşurdu, bir dә tәk
yata bilmədiyini, gözünə yuxu getmədiyini, onun yanına gəlmək istəyini deyirdi.
Gəlməsini çox istəsə də «gəl» demədi. Niyə «get» demişdi ki, indi də çağırsan.
Ev soyuq deyildi, ancaq o, titrəyirdi. Örtdüyü yun, yüngül, tərtəmiz, ağappaq
mələfəli ədyal da elə bil ağırlaşmış, buz bağlamışdı. Güzgünün qabağında
dayananda hələ üşümürdü. Özünü çoxdan görmürmüş kimi üzünün cizgilərinə
baxırdı. Elə bilirdi nəsə dəyişiklik olmalıydı. Üzü təmiz, hamar, ənlik-kirşansız idi.
Eləcə bənizi qaçmışdı. Gözlərisə alovlu güzgüyə oxşayırdı, sanki içərisində şamlar
yanırdı.
Yaş yanaqlarından çənəsinə süzülürdü. Taleyə, qismətə bax! Hönkürmək
istəyirdi, qorxurdu! Divarın o üzündəkilər səsini eşidə bilərdilər. Hələ də uşaq
deyildi ki! Özü yıxılan ağlamaz. Özünü ələ almalıydı.
Bəs bu nə ağrıydı?! Yox, fiziki ağrı hiss etməmişdi. O, bal təki şirin idi. Bal
təki şirin olmasaydı, ona sahib ola bilməzdi. Tamam başqa ağrıydı. Kökü


212
dərindəydi. Bir anlığa ara versə də, çox çəkməyib bulaq suyu kimi qaynayıb
qalxırdı. Bəlkə, bu peşimançlıq hissi idi. Yox, ona təslim olmasına peşiman
deyildi, yox!
El  adəti… hə, yadından çıxartmaq istəsə də onu ağrıdan, deyəsən, el adətinə
zidd getməsi idi. Bu gecə valideynlər xeyir-dua verirlər. Bu gecə onların razılığı
vacibdir. O isə… İcazə-zad almamışdı. Toysuz, xeyir-duasız qəlbinə yatan o
adama təslim olmuşdu. Hörmət etdiyi el adətini gözləməmişdi. Hörmət etdiyi el
adətini tapdalamışdı.
Bu adətin necə müqəddəs olduğunu bu gecə anladı! Bu gecə onun ən dəhşətli
gecəsiydi. Daha özünü ələ almağa tabı qalmamışdı. Hönkürürdü!
Bu tale yazısıydı. Bu tale yazısını o, neçə illərdir gəzdirmişdi. Bu uzun
illərdən sonra müasir dəbdə, hər cür bər-bəzəyi olan yalqız, tənha bir otaqda. Alına
yazılan şeylərdən qaçmaq olmur. Bu qismət, bu tale onun adına yazılıbmış!...
Yoxsa mövhumatçılığa başlayıb. Ya başına gələnlər onu belə karıxdırıb?! Bəlkə
qonşu Pikəxanımın dediyi kimi göz qalmışdı dalınca:  «Fazilə «yox» dedin, çıxıb
şəhərdən getdi. Pərvizə «yox» dedin anası saçlarını yanına töküb sənə qarğış nalə
yağdırdı. Abbasa «yox» dedin, bacısı baxıcı qalmadı getdi, taleyüvü, bəxtüvü
bağladı». O vaxt bütün bunların ona zərrə qədər dəxli yox idi. Od olduğunu bilirdi,
amma yandırıb alışmayanlardan idi. Özünə elə arxalanır, özünə elə cüvənirdi ki!
İstəsəydi, göydəki buludları əl atıb qoparardı. Şıltaq idi, özünə, qəlbinə qulaq asan
idi. Özünə, qəlbinə uyduğundan indiki baş vermişdi.
Yox, bu qadın qarğışı, qadın ahı deyildi. O, heç bir qadına pislik etməmişdi.
Bu kimin qarğışı idi o, bilirdi. Bu, o adamın qarğışıydı. Kişi zəhmi kimi, kişi
qarğışı da ağır olur! «Bu nə axmaq fikirlərdir. Lap başını itirib. Cəhənnəmə olsun
hamısı».
Onun sevimli adamı divarın o üzündəki oğlandır. Tale uzun illər onu bu adam
üçün saxlayıbmış!. Bu gecə onun zifaf gecəsi idi. Niyə o sevimli adamın yanında
qalmaq istəmədi? Özünü niyə belə cəzalandırırdı? Özünü niyə belə üzür? Niyə
özünə rəhmi gəlmir?
«Allah, bu nə işdi o, tutmuşdu? O, niyə belə iş tutmuşdu?»
Daha ağlamırdı, göz yaşları qurumuşdu. Daha üşümürdü də. Dəyirmi, iri
parlaq güzgünü xatırladan Ay məğrur-məğrur göyləri dolaşırdı. Yuxarı mərtəbədə,
açıq, qaranlıq pəncərədə anlaşılmaz duyğularla əlbəyaxada quruyub qalan qıza elə
gəlirdi ki, Ay onun yalqız olduğunu duyduğu üçün belə yaxın gəlib. Gözəl, işıqlı
çöhrəsi ifadəli, düşüncəliydi. Ona etibar etmək olardı. Ayın soyuq işığı pəncərədən
otağa, oradan da qızın üzünə, çılpaq qollarına düşürdü. Əynində, üstündə çəkiləri
olan sarı ipək, uzun, qısaqol gecə köynəyi vardı. Kresloda oturub dizini
qucaqlamışdı. Ay işığında divara düşmüş siluetinə baxırdı. İncə, zərif boynu
,yaraşıqlı qaməti daha da gözəl görünürdü. Yaxası bağlı köynəyinin altından onu
yarıb çıxaracaq kimi dik, daş təki bərk döşləri qabarırdı. Bədənindən özünün də
xoşu gəlirdi. Bu yaşda qadınların çoxu təravətini itirir. Ətli-canlıların belində,
qarnında sallaq qırışlar görünür, arıq, sısqa olanların da əzələsi şəndir kimi sallanır.
O, çox yaxşı qalmışdı.  15 yaş gənc görünürdü. Bədənin sağlam, gözəl rəngi
vardı. Dərisi şüşə kimi hamar, parlaqdı.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə