Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə106/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   99   100   101   102   103   104   105   106   107

230
***
Birinci dərs ədəbiyyat idi. Ramiz tək oturduğu arxa partaya keçdi. Gülzar
müəllimə sakitlik yaratmaq üçün əlini stola çırpdı. Barmaqlarındakı üzüklər
taxtaya dəyib taqqıldadı. Sinfə sakitlik çökdü.
- Həə bir nəfərimiz də, deyəsən gəlib çıxdı, - deyə o, Ramizə sarı baxmadan
kinayə ilə dilləndi. – İdmandan birinci yerə çıxan oğlan, gəl görək ədəbiyyatdan
neçənci yerə çıxacaqsan?
Ramiz dərsi bilmədiyindən irəli çıxmadı. Mat-mat müəllimə baxmağa başladı.
Müəllimə onun baxışlarının sərtliyini görüb üzünü çevirdi.
- Qola güc verməkdən baş işlətmək çətindir, - dedi.
Bu ara baxışları qabaq partada oturan sarışın qıza sataşdı. Qız qəşəngdi,
Ramizgilin sinfinə o, burada olmayanda gəlmişdi. Ramiz gözlərini ondan çəkə
bilmirdi. Təzə qız partanın tən ortasına yayılmışdı. Heç kim olmasa da Ramiz tək
oturmağın ləzzətini bilirdi. Bütün parta sənindir, istəyirsən sağa otur, istəyirsən
sola, istəyirsən ortaya, heç kəs mane olmayacaq.
Gülzar müəllimə ona təzə qızın yanında oturmağı əmr etdi. Çempionun bu
partaya «sürgün» olunması, deyəsən, qızın ürəyindən oldu. Ramiz qıza fikir
verməməyə çalışırdı. O isə oğrun-oğrun çempionu süzməkdə idi. Qızın
baxışlarındakı hərarətin təsirindənmi, nədənsə, sol yanağının, qulağının, boynunun
qızardığını hiss eləyirdi.
Fərhad arxadan onu dümsüklədi. Bükülmüş kağız parçasını uzatdı:  «Ramiz,
Leyla sənin qonşundur. Kərim əmi gilin evinə köçən arvadın qızıdır».
Ramiz çevrilib ona baxdı. Fərhadın eynək arxasından iri görünən gözlərində
qəribə bir ifadə vardı.
Zəng vuruldu. Uşaqlar Ramizin başına yığışdılar… Fərhad təzə qızla söhbət
eləyirdi. Lövhədə nəsə çəkir, qız da gülməkdən uğunub gedirdi. Ramiz Qədiri
axtardı. Qədir bir küncə çəkilib nəsə oxuyurdu. Ramiz ondan siqaret istədi. Qədir
cibinə dürtüşdürdüyü siqaret qutusunu çıxarıb Ramizə uzatdı.
- Götür, mən bir az fizikaya baxım, müəllim qaralayıb məni, soruşacaq, - dedi.
Ramiz xəlvətə çəkilib qutudan bir siqaret çıxarıb yandırdı. Sinfə qayıdanda
zəngdən xeyli keçmişdi. Qədir də lövhənin qabağında idi. Sağ əli ilə arıq, uzun
boynunu qaşıya-qaşıya dərsi danışırdı. Danışmasaydı bundan yaxşı idi. Hıqqana-
hıqqana qalmışdı. Səltənət müəllimə Ramizə başı ilə keçib oturmağı işarə etdi.
- Xoş gəlmisən, təbrik edirəm səni, - dedi.
Təzə qızın yanına keçmək istəyirdi ki, gördü Fərhad oturub. Arxaya keçdi.
Səltənət müəllimə Qədirə «kafi» yazıb «əyləş» dedi. Lövhəyə Səmayəni çağırdı.
Qız mövzunun qol-qabırğasını sındıraraq birtəhər canını qurtarmaq istəyirdi ki,
müəllimə yarıda kəsdi. Səmayə özünü itirdi, yazıq bir görkəm aldı. Elə bil dilotu
yeyən Səmayə deyildi bu. Gözlərini key kimi bir nöqtəyə zilləmişdi. Elə bil
məktəbdə qızın filan qızın filan oğlanı sevdiyindən, qonşularındakı hadisələrdən,
nişandan, toydan tutuquşu kimi danışan Səmayə deyildi bu.
Müəllimə təzə qızı da çağırdı. Qız dərsi yaxşı danışdı. Hələ, nədənsə, Ramizə
onun səsi də xoş gəldi.


231
***
Nənəsinin hazırladığı süfrəyə yığışmışdılar. Ramiz şam edib məşqə
gedəcəkdi. Anası Ülkəri yedizdirirdi. Ülkər doyub geri çəkildi. Anası ağ rəngli
nimdaş dəsmalla onun əlini, ağzını sildi. Bacısı stuldan yerə çatmayan ayaqlarını
yellədib gülümsədi.
- Bu gündən ata axşam da bizdə qalacaq, - dedi.
Ramiz anasına baxdı. Onun gözlərindən «Ülkər düz deyir», - sözlərini oxudu.
Ramiz nimçədəki son tikəni götürüb bir söz demədən ayağa durdu. Kitabları
çantaya doldurub içi tüklü meşin gödəkcəsini geyindi.
- Məni gözləməyin, - deyib, qapını zərblə çırpdı.
***
Ramiz məşqçi Fazilə qalırdı. Fazil subaydı, birotaqlı mənzildə tək yaşayırdı.
Aralarındakı yaş fərqinə baxmayaraq mehriban münasibətləri vardı.
O gün nənəsi məktəbə gəlmişdi. Könlünü alıb evə aparmaq istəyirdi. Qaş-
qabağını töküb getmədi.
…Həyətdən yenə matəm maşınının səsi eşidildi. Cənazə aparırdılar.
«Qəbiristanlığa yaxın yerdə yaşamaq da pisdir», - düşünürdü. Bir həftə bundan
qabaq elə onun tay-tuşu olan bir oğlan uşağı velosipeddə maşın altına düşmüşdü.
Matəm marşı lap yaxından eşidildi. Ramiz durub eyvana çıxdı. Qarşı binanın
eyvan və pəncərələrindən boylanırdılar. Qabaqda çələng aparılırdı. Hər şey ikinci
mərtəbədən aydın görünürdü. Dünyadan köçən adam kişi idi. Əlləri sinəsinə
qoyulmuşdu. Külək gümüşü saçlarını oynadırdı. Bu, Ramizə qəribə gəldi. Ona
görə ölən adamın da saçları donmalı, tərpənməməli, başına yapışmalı idi.
Saçlarının yellənməsi yatmış adam təsiri bağışlayırdı. Və inanmaq olmurdu ki, bir
azdan onu torpağa tapşırıb qayıdacaqlar.
Məşqçi də orada idi. Tabutun bir ucundan tutmuşdu. Onunla bərabər
addımlayan cavan, alçaq boy oğlanın rəngi solmuşdu. Üzündə ağrı, kədər vardı.
Ramiz Gennadini tanıdı. Fazilin yanına hərdən nərd, şahmat oynamağa gəlirdi.
Axşamdan xeyli keçmiş məşqçi yorğun halda evə qayıtdı. Ramiz ondan
soruşdu: «Gennadinin nəyi idi?» Fazil:
- Atası, - dedi. Sonra fikirli-fikirli əlavə etdi: - Yazıq yanıb tökülürdü ki,
keçinəndə yanında olmayıb.
Yatmağa hazırlaşırdılar ki, telefon zəng vurdu. Fazil dəstəyi götürdü.
- Səni istəyirlər, Ramiz, - dedi.
Dəstəyi qaldırdı, əvvəl səsi tanımadı. Danışanın kim olduğunu biləndə dəstəyi
yerinə qoydu.
- Nə oldu? – Fazil soruşdu.
Ramiz nəsə mızıldayıb yerinə sarı getdi.
Fazil onun qolundan tutub telefona sarı çəkdi. Bir qədər də ərkyana ona:
- Nömrəni yığ, - əmr etdi. – Evinizin nömrəsini yığ.
Ramiz narazı-narazı məşqçisinə baxdı.
- Deməli, sən də onların tərəfinə keçdin? – dedi.
- Ramiz, - deyə Fazil dostcasına əlini onun çiyninə qoydu. İnad eləməyin,
güzəştə getməyin nə həddi var. Yer var heç cür güzəşt olmaz, yer var gərək inad


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə