Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə105/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   99   100   101   102   103   104   105   106   107

227
Yolu qəbiristanlığa düşən məktəb yoldaşları onun qəbrini də ziyarət edirdilər.
Mirişlinin qəbri təpəliyin ən uca yerində, naməlum gəlinlə Ağaməcidin qəbrinin
yanındaydı. Qəbirin ətrafına çəpər çəkilmiş uca çinarlar, salxım söyüdlər yayda
Ağaməcidlə naməlum gəlinin qəbrinə və ətrafdakı qəbirlərə kölgə salar, qışda
yağışdan, qardan qoruyardı.
Tahir hər gün işə burada gəlib keçirdi. Burada həm də onun iş otağının
pəncərələri, laboratoriyalar, tibb məntəqəsi görünürdü. Müasir üslubda tikilmiş bu
qurğular təzəcə istifadəyə verilmişdi. Pəncərələr uzaqdan xırda, əl boyda
görünürdülər. Əslində geniş, işıqlı idilər. Hər dəfə onlardan boylanıb ətrafa
baxanda qağayı təki ağappaq neft çənlərini, zavodun bir başını o biri başı ilə
qovuşduran müxtəlif tikililəri, qurğuları, boru və kəmərləri seyr edəndə Tahirin
ürəyi dağa dönürdü. Bu kəmərlər, borular bir-birinə sarı uzanmış möhkəm,
qırılmaz insan qollarını xatırladırdı.
Bakı - 1981


228
Barışıq
Pillələri qaça-qaça çıxardı ki, atasını qonşunun qapısında görüb ayaq saxladı.
«Yəqin Kərim əmi ilə işi var», - düşündü. Amma qapını açan arvadı görəndə
heyrəti bir az da artdı. Anaxanım xalanın əvəzinə tanımadığı dolubədən, ağbəniz,
bəstəboy bir arvad idi. «-Hə, Ağakərim, sənsən, gəl», - deyə evə dəvət etdi.
Qapı atasının arxasınca çırpıldı.Ramiz qalxıb öz zənglərini basdı. Qapını açan
olmadı. Açarı qonşu Anaxanım arvada verirdilər. «İndi gedib açarı necə istəsin, o
arvad kim idi?»-heç nə başa düşmədi. Hidayətlə də onun üstündə savaşmışdı.
Hidayət bütün sinfin qabağında:
-Ramiz dünən atanı bulvarda bir arvadla gördüm, - dedi. O da Hidayəti
sözünün ardını deməyə qoymadı, yaxşıca əzişdirdi.
Atası onları atıb gedəndə Ramiz dördüncü, bacısı Minirəsə birinci sinifdə
oxuyurdu. Ülkərsə üç-dörd aydı dünyaya gəlmişdi. Atası nazir sürücüsü idi. Qara
rəngli par-par parıldayan «Qaz-24» maşını həyətə gələndə sevincləri yerə-göyə
sığmırdı. Güləşə də atası yazdırmışdı Ramizi. Hər dəfə onu «Dinamo»ya aparanda
məşqçiyə: «Gərək mənim oğlum çempion olsun», - deyirdi.
Ata-anasının hansının haqlı, hansının haqsız olduğunu Ramiz bilmirdi. Atası
evə tez-tez sərxoş gəlirdi. Heç nəyin üstündə anası ilə savaşırdılar. Günlərin
birində ayağı evdən kəsildi.
Anası poliklinikada şəfqət bacısı işləyirdi. Evlərdə pula iynə vururdu. Bir gün
evə yaman halda gəldi. Rəng-ruhu ağarmışdı. Üzünü onlara söhbət üçün gələn
Anaxanım arvada tutub ağlaya-ağlaya:
-Bilseydim, getməzdim, - dedi. İndi də Mədətin dul qızı Firəngizlə tapışıb. O
it qızı da məni bilə-bilə çağırıb özünə iynə vurdurmağa ki, Ağakərimi orada
görüm. Oturmuşdu yastığının yanında. Day nə yox idi stolun üstündə. Bütün bazarı
almışdı ona. Uşaqlarım aynan-ilnən meyvə üzü görmür. Qaragün balalarımın
rənginə Baxa bilmirəm. O isə həyasızın evinə girib. Nöşün ki, pulu var onun.
Mənim nəyim var, axı? Bir həsir, bir Məmmədnəsir.
Bu hadisədən sonra anası bir müddət yorğan-döşəkdən qalxa bilmədi. O,
xasiyyətcə də dəyişmişdi.Deyingən, qaraqabaq olmuşdu. Köhnə pal-paltarın
Ramizin əyninə olmadığını görəndə o, oğlunun böyüməsinə də düşmən kəsilirdi.
- Bilmirəm bu boy-buxunda kimə çəkmisən, atan liliputun biridir, sən
paltaraşalban olursan.
Ramiz geyimində yoldaşlarından geri qalsa da səsini çıxarmazdı. Nə olsun
böyüyəcək, əli pula çatacaq, əvvəl nənəsinə alacaqdı ürəyi istəyəni.
Nənəsi
qiyamət
arvaddı.
Səbrlidi.
Mehribandı.
Təqaüdə
çaxmasına
baxmayaraq özünə iş tapıb Ramizgilə kömək eləyirdi. Bir dəfə anası yenə yarışa
gedəndə acıqlandı:
- Sənə veriləsi pulum yoxdur, - dedi. Atandan az çəkmişəm, bir də sən çərlət.
Yeməyini, pal-paltarını zorla çatdırıram, bircə yarışa getməyin qalmışdı.
Nənəsi Ramizin tərəfini saxladı:


229
- Mənə bax, kəsmə uşağın qabağını, qoy getsin, - dedi. Nə qədər canım sağdı,
kömək eləyəcəyəm ona.
Son vaxtlar anası dəyişmiş, əyin-başına baxmağa başlamışdı. Deyəsən atası
ilə barışmışdılar. Ramiz bunu nənəsindən eşitdi. Nənəsinin də atası ilə arası yox
idi. Anaxanım arvadla tək qalanda deyərdi:
- Bilmirəm haradan gəlib çıxdı qızımın yoluna. Bədbəxt elədi uşağımı. Üç
tifillə arada qoydu.
Anasının beləcə dəyişməsinə nədənsə hamıdan çox indi nənəsi sevinirdi:
«Cavan gəlindir, özünə sığal vuran vaxtıdır. Üzünü gülər görəndə mənim də
ürəyim açılır», - deyirdi.
Ramiz atası ilə evdə qarşılaşmamışdı. Ülkər demişdi:  «Ata sən olmayanda
gəlir».
Anası ilə aradan pərdəni götürmək istəmədi. Ramizin anasına yazığı gəlirdi.
Atasının təzədən evə ayaq açmasını təhqir kimi başa düşürdü.
«Nə əcəb buraxıb evə, nə tez əridi qəzəbi, filanı», - fikirləşirdi. Amma Ramiz
unutmayıb onun bu altı ildə çəkdiyini…Toyda, bayramda bir qırağa çəkilib için-
için ağlamasını.
***
Qapını nənəsi açdı. Ramizi qucaqlayıb üzündən öpdü. Bacıları hay-küylə
üstünə atıldılar: «Çempion gəldi», - dedilər
Nənəsi:
- Hayıf televizorla göstərmədilər, - dedi. Qonum-qonşu görə bilmədi sənin
Moskvada necə güləşdiyini…
Ramiz onun yanağından öpüb:
- Darıxma, böyüklərin yarışında iştirak edəndə televizorla da göstərəcəklər, -
dedi.
Nənəsi əl-ayaqda idi.
- Səfər
apardı ata-anasının yanına. Beş otaq alıb. Elə sən gedən günü
köçdülər. Üz-gözüm yaman öyrəşmişdi. Anaxanım arvada. Düz deyirlər, yaxın
qonşu uzaq qohumdan da yaxşı olur. Elə təzə qonşu da mərifətli, suyuşirin gəlindir.
Atanda oxuyub. Bir göyçək qızı da var sənin yaşında. Bir yana gedəndə yenə açarı
onlara veririk.
Elə bilirdi nənəsi «təzə qonşu mərdimazarın biridir», - deyəcək. Axı, adam
tanımaqda yaxşı səriştəsi vardı. İndi təzə qonşunu tərifləməsi, tərəfini saxlaması
Ramizə, nədənsə, xoş gəlirdi.
Ramiz hamamxanaya keçdi. Qapının zəngi çalındı.ülkərin səsindən hiss etdi
ki, gələn anasıdır. Bacıların bir-birinə Aman vermədən Ramizin Moskvada aldığı
hədiyyələrdən danışırdılar. Başını qurulaya-qurulaya otağa keçəndə atasını görüb
çaş-baş düşdü. Ülkər atasının qucağında oturmuşdu. Kiçik əlləri ilə onun üzünü,
boynunu sığallayırdı. Ramiz özünü görməməzliyə vurub astanadan qayıtdı, o biri
evə girdi. Ülkər yaşında uşaqlar üçün atanın yaxşısı, pisi yox idi. Ramiz o yaşda
uşağının əlindən tutub gedən atalara bacısının həsrətlə baxdığının dönə-dönə şahidi
olmuşdu. Ramizin də qəlbi . qırılmış, özünü kimsəsiz, arxasız hiss eləmişdi. O,
geyinib ehtiyatla qapıdan çıxdı.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə