Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə99/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   95   96   97   98   99   100   101   102   ...   107

213
Qapıya açar salırdılar. Qalxmadı. Bilirdi ki, odur. Yenə də ağlayırdı, ancaq
səssiz. Göz yaşlarını sildi. Ağladığını onun bilməsini istəmirdi. Oğlan bunu başa
düşməzdi. Aralarında on yaş fərq vardı. On yaş! Tale yazısına bax! Ondan on yaş
kiçik olan və indi ona bu qədər yaxın olduğu halda ona nə üçünsə uzaq gələn o
adam.
- Niyə qaranlıqda oturmusan? – oğlan pıçıltı ilə soruşdu. İşığın düyməsini
basmaq üçün divara yaxınlaşdı.
- Yandırma! – Qız dik atıldı. Səsində hökm vardı.
Onun gənc, gözəl üzü, yuxarıya daradığı gur, parlaq, açıq şabalıdı saçları
qaranlıqda lap uşaqsayağı görünürdü. İsti, dodaqları qızın buzlanmış üzünə dəydi.
Göz yaşlarının təmini dodaqlarında his edib:
- Ağlayırsan? – deyə heyrətlə soruşdu. – Kişiyə məxsus qətiyyətlə: - Qovsan
da heç yana getməyəcəyəm, - dedi.
Qızın dizləri yanında yerə əyləşdi. Bu sözdə o qədər nəvaziş, mehribanlıq,
qayğı vardı ki, qızın dodaqları qaçdı. Onun əllərindən yapışdı. Bu uzun, möhkəm
barmaqlar gənc olmasına baxmayaraq çox adamı ölümdən qurtarmışdı.
Bir aydan artıq bu şəhərə ezam olunmasına, onun bir binada, bir blokda
yaşamasına baxmayaraq, ilk dəfə çox ağır sayılan əməliyyat vaxtı qarşılaşmışdılar.
Qıza görə burada tanımadığı cərrah yox idi. Demək ola hamı ilə işləmişdi.
Bu gün  də növbədəydi. Klinikaya maşın qəzasına düşən çox ağır zənci bir
yaralı gətirmişdilər. Bədbəxtin sağ yeri yox idi. Böyrəkləri əzilmiş, qabırğaları,
ciyəri zədələnmiş, qan damarlarının, vətərlərinin çoxu qırılmışdı. Ancaq özü
bədəncə möhkəm adam idi, ürəyi də sağlamdı. Yaxşı cərrah onu nəinki ölümdən,
hətta şikəstlikdən də qurtara bilərdi. O, özünü belə cərrah hesab etmədiyi üçün
əməliyyata başlamaq istəmirdi.
- Təcrübəli cərrah lazımdır, - üzünü növbətçi şəfqət bacısına tutdu. – Qız çox
sakit bildirdi:
- Baş cərraha deyilib, - indi gələcək.
Baş cərrahı indiyə qədər tanımadığı üçün öz biganəliyinə
acığı tutdu. O,
ağsaç, təcrübəli bir adam görəcəyini zənn edirdi. Oğlanı ona baş cərrah kimi
təqdim edəndə elə bildi ki, onunla zarafat edirlər. Belə gənc adamın cərrah, özü də
baş cərrah olması onun ağlına batmırdı.  «Bunun ki, ağzından süd iyi gəlir» -
özlüyündə düşündü. Ancaq oğlan zahirən elə sevimli, elə xoşa gələn idi ki, onu
sevməmək mümkün deyildi. Gözəl hərəkətləri, davranışı ilə həkimdən çox aktyora
oxşayırdı. Əlini işgüzarlıqla spirtlə yuyanda heyrəti bir az da artdı. Bu uşaqsayağı
məsum üz bir anda dəyişib necə qayğılı olmuşdu. Baxışları ciddilik, qətiyyət, həm
də adamın ürəyini yerindən oynadan qəm-qüssəylə doluydu.
Çox çəkmədən qızın tanıdığı bütün həkimlər onun başına yığışdılar. Hamının
gözü onun əllərindəydi. Ancaq bu əllər nə çaşır, nə də çoxluq onu sıxırdı. Səliqəli,
ürəklə işləyirdi. Zərif barmaqlarının hərəkətində çevikliklə yanaşı inam duyulurdu.
Demə o, bu klinikada ən məşhur adammış! Barəsində hamı hər şeyi bilirdi.
Ona burada xüsusi hörmət edirdilər. Ələlxüsus da subay qızlar. Burada müxtəlif
millətlərdən ona düşən nə qədər subay qız vardı. Onun ayrıca kabinetinə kişilərdən
də çox qız-qadınların girib-çıxması nəzərindən qaçmadı. Onların arasında qəzəblə


214
qapını çırpıb gedən də olurdu, güzgü qabağına keçib mənalı- mənalı özünü süzən
də.
Öyrəndi ki, oğlan burada artıq üçüncü ildir işləyir. İnstitutu da yaşıdlarından
qabaq bitirib. Təşrihə neçə yaşından başladığını bilməsələr də hamı onun əlindəki
ilahi qüvvədən danışırdı.
Bir dəfə də onu klinikanın həyətindəki böyük yaşıl bağda, çərhovuzun
qırağında təmiz, duru suda üzən əlvan balıqlara tamaşa edəndə gördü. Gözlərində
elə bil bulaq qaynayırdı. Nə qədər sirli-soraqlıydı. Elə bil orada, yay günündə mavi
səmada lay-lay ağ buludlar köç edirdi. Adamı haralara səsləmirdi… Sanki bu
gözlərdə qığılcımlar sayrışırdı və elə bil bu qığılcımlar onun bal rəngli
bəbəklərindən qopub qızın qəlbinə düşür, onu odsuz-alovsuz yandırmağa
başlayırdı. İkisi də bir-birilərinə baxıb gülümsədilər:
- Xəstən yaman tez sağaldı, - qız açıq ürəklə bildirdi. – İlk dəfəydi o, beləcə
kiməsə açıq-aşkar qibtə edirdi. Həm də onu gizlətməyi lazım bilmirdi. – İlk
dəfəydi, o, beləcə kiməsə açıq-aşkar qibtə edirdi. Həm də onu gizlətməyə lazım
bilmirdi. Bu çox saf, qərəzsiz bir qibtəydi. Bu oğlana çatmaq, onun kimi şəfqətli
barmaqlar sahibi olmaq buradakı bütün cərrahlar kimi qızın da arzusuydu. Ancaq
bu oğlana çatmaq olmazdı. Ona çatmaq üçün təkcə tibb təhsili az idi. Bunun üçün
uzun illərdən, risklərdən, təcrübələrdən, iztirablı dəqiqələrdən keçməliydin. Bəlkə
də xoşbəxt ulduz altında doğulmalıydın. Onun işinə sevgisi, bağlılığı da elə
hamıdan seçilirdi. Gecənin dərinliklərində şirin yuxusuna haram qatılanda da,
yağışda, şaxtada, isti yorğan-döşəkdən qalxmaq lazım gələndə də nə bezikər, nə də
kimsəni lənətləyirdi. Günün hansı vədəsində desən o, hazır idi. Onun üçün xəstələr
növlərə bölünmürdü. Onun üçün xəstənin kim olduğunun fərqi yox idi. Oğlanın
burada hamının sevimlisi olmağını düşünməkdə də səhv etmişdi. Əksinə, onu
istəməyənlər, gözü götürməyənlər burada daha çox idi. Bu adamlar onun əlindən
xəta çıxmasını necə arzulayırdılar. Onun özünə olan inamını öldürmək
üçün
nələrə hazır deyildilər. Ancaq onun üzərində elə bil nəzarət vardı.
İşlərinin
dolaşmaması üçün sanki kimsə arxasınca gəzirdi.
Qızın ona səmimi münasibətini bütün varlığı ilə duyduğu üçün üzü işıqlandı:
- Gələn dəfə belə ağır əməliyyatları sən edəcəksən, - eləcə səmimi cavab
verdi. – Sənin sənədlərinlə tanış olmuşam. Yaxşı cərrah olduğunu bildim.
Onda saflıqla, xeyirxahlıqla bərabər həm də nə isə bir doğmalıq vardı. Rusca
düz, səhvsiz danışsa da sözləri şirin bir aksentlə deyirdi. Bu vaxt qönçəyə bənzər
canlı, təravətli dodaqları qıza elə gözəl görünürdü.
- Nə danışırsan, - qız çaşdı. Mən sənin kimi bacarmaram.
- Mən sənin başının üstündə olacağam. Həm də nə vaxtsa öyrənmək lazımdır,
ya yox?
Oğlanın yanında olmaq istəməsi təklifi qıza elə xoş gəldi ki, bir müddət nə
deyəcəyini bilmədi. Sonra oğlan ona deyirdi:  «Sən mənə elə birinci gündən ev
adamlarını, doğmalarını xatırladırdın. Sanki səndən mənə isti, etibarlı bir axın
gəlirdi».
O, boş şey üstündə özündən çıxmazdı. Mülayim, yumşaq təbiətində yaşına xas
olmayan müdriklik vardı. Adi adam olmasa da özünə adi, başqalardan seçilməyən
bir adam kimi baxırdı. İşlədiyi sahədə hamıdan güclü, üstün olduğunu bilsə də


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə