Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə8/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   4   5   6   7   8   9   10   11   ...   107

-
Bu  nə danışır, - qadın,  deyəsən,  onun  məsləhətini  başa
düşmədi.  Heyrətlə prokurora  sarı  çevrildi. - Mən  namusdan,  qeyrətdən
danışıram,  bu  deyir ərizəni  geri  götür,  bu  köpəkoğlu  da  özü  üçün  kef
eləsin.  Yox,  mən  istəmirəm  bu  işə bu  cavan  oğlan  baxsın.  Mən  işi
məhkəməyə vermək  istəyirəm.  Bu  oğlan  belə şeyləri  başa  düşən  adama
oxşamır. Ekspertiza demirsiz, qoy aparılsın, mən heç nədən qorxmuram,
- qadın, deyəsən, prokurorun bayaqkı sualını cavablandırdı.
-
Teymur  belə ürəkbulandırıcı  işdən  bu  yolla  da  olsa  yaxa
qurtarmasına hətta sevinirdi.
Qəzet  redaksiyasındakı  iş ürəyinə yatırdı.  Mövzuları,  nədən
yazmağı  özü  seçirdi.  Məqalələri  xeyli  oxucu  marağına  səbəb  olmuşdu.
Bəzən  adamlar  məsləhətləşmək  üçün  bir  müxbir,  həm  də hüquqşünas
kimi  onun  yanına  gəlirdilər.  Məvacib  yüksək  olmasa  da  bu  iş  onu  qane
edirdi.
Yuxusu əməlli  başlı  qaçmışdı.  Daha  yerində ora – bura
çevrilmək istəmirdi. Durub işığı yandırdı. Yazı stolunu indi gördü. Onun
bir  neçə siyirməsi  vardı  və qifillanırdı.  Açarlar  üstündə idi.  Bacısı  nə
üçünsə yazı  stolunu  dəyişdirməmişdi.  Açarları  fırladıb  siyirməni  açdı.
Gözlərinə inanmadı. Orada məktublar vardı.
Uzun  illər  bundan  qabaq  onun  ünvanına  olan  məktublar.
Bəziləri heç açılmamışdı.
“ Nərgizdən nə əcəb binları açıb oxcumayıb.“ Əvvəllər bacısı
ona gələn məktubları gizli açardı. Buna görə evdə əməlli başlı qalmaqal
düşərdi. Teymur atasına: “ qızını yığışdır, mənim işlərimə qarışmasın,”-
deyərdi.  Həm  də bu  sözləri  Nərgiz  evdə olanda  bərkdən  deyərdi  ki,
Nərgiz  də eşitsin  özünü  yığışdırsın.  “Bəlkə mənə gələn  məktublarda
oxunması ona  münasib olmayan sözlər yazılıb. Bəlkə mənim bir sirrim,
gizli işim var, axı, niyə o, burnunu hər yerə soxur”.
Ancaq  Nərgizə nə dil  çatdırmaq  olurdu,  nə də söz.  İşin
altından  elə sivişib  çıxırdı  ki,  özünü  müqəssir  bilir,  ağzını  açmağa
peşiman olurdu. Nərgiz də üzünü Teymura yox, valideynlərinə tutardı: “
- Hələ bir  desin  görək  nə üçün  ona  oxunması  münasib  olmayan
məktublar  gəlməlidir.  Bu ev  onun  üçün  nədir?  Burada  abırlı  adamlar
yaşayır.  O  isə Sovet  ittifaqının  elə bir  yeri  yoxdur  ki,  oradan  məktub
almasın. Hamısı da qadınlardı. Bir də Teymur özündən çıxmasın. Onun
məktublarını  oxuyan  yoxdur”.  Sonra  Nərgiz  başlayırdı  ağlamağa.


Valideynləri  çaşıb  qalırdı.  “  Onun  işi  mənə böhtan  atmaqdır,  “    bacısı
göz yaşlarını silib şikayətlənərdi.
Teymur  dərhal  yumşalırdı.  O,  razı  olmazdı  ki,  bacısı
ağlasın.  Ona  görə özü  Nərgizə yaxınlaşar,  onu  qucaqlayıb  barışardı.
Nərgiz hardasa haqlı idi, ona hər yerdən, xüsusilə, qadınlardan məktublar
gəlirdi.  Ancaq  o,  bu  qadınların  demək  olar  ki,  heç  birinə ünvan
vermirdi.Heç  məktublarına  da  cavab  yazmırdı.  Lakin,  görünür,
qadınların 
xoşuna 
gəlmək 
özü 
bəlalı 
bir 
şey 
imiş.
Onlar Teymurun ünvanını tapıb yazırdılar. Bu vaxt nəyə ümid edirdilər,
onu bir Allah bilirdi.
Bacısının  təbiətində rəğbət  oyadan  xüsusiyyətlər  də az
deyildi.  O,  Teymurun  məktublarını  oxusa  da  özünü  təmkinli,  ağır
aparırdı.  Xüsusilə qadın  məktublarındakı  bəzi  şit  ifadələri  onun  üzünə
vurmazdı.  Özünü  o  qədər  bacarıqla  aparardı  ki,  Teymur  bəzən  onun  bu
məktubları 
oxuyub-oxumadığına 
da 
şübhə
edərdi.
Son  illərdə demək  olar  ki,  Teymura  qadınlardan  heç  bir  məktub
gəlmirdi.Daha  doğrusu  o,  özü  buna  yol  vermirdi.  Xatırlamadığı
qadınlardan gələn məktub və təbrik açıqcalarını da axıra kimi oxumayıb
atardı.
Siyirmələrdəki məktubu xəttə baxan təki tanıdı. Klaypedadan
Virqadan idi. Özü də bir – iki, üç deyil, səkkiz məktub idi. Ancaq onlar
bir  neçə il ərzində gəlmişdilər.  Stulu  çəkib əyləşdi.  Zərfləri  götürüb
ağızlarını  bir – bir  yoxladı.  Məktublar  bütöv  idi,  açılmamışdı.  “
Nərgizdən nə əcəb bunları oxumayıb,”- fikirləşdi.
...O  cür  gözəl,  şux,  gənc  Virqa  da  indiyə qədər  həyatında
olan  neçə - neçə qadınlar kimi,  Mədinə istisna  olmaqla,  onda  heç  bir
hiss,  həyəcan  doğurmamışdı.  Teymur  bir  neçə dəfə Klaypeda  da
olmuşdu . Virqanın əri ilə də tanış olmaq məcburiyyətində qalmışdı. Bir
neçə dəfə Virqa ilə başqa – başqa ölkələrdə də dincəlmişdilər. Ancaq hər
şey qurtarmışdı.
Qoşa  vərəqlər  o  üzlü,  bu  üzlü  yazılmlşdı.  Bu  ki  lap
“romandır”.  Redaksiyaya  da  hərdən  belə məktublar  gəlirdi.  İçi
cəfəngiyyat dolu məktublar. Oxumağa ərinirdi. Amma müəllif imzasının
altında  yazırdı  ki,  çap  edərkən  qanorarımı  filan-filan  yerə köçürtmənizi
xahiş edirəm.
Məktubların tarixinə baxmadan üstə olanı açdı. Başdan
oxumağa hövsələsi çatmadı. Ortadan oxudu.: “ Проснулась с мыслью о


тебе. А  ты  все  также  далеко,  также  недостижим.  Город  огромный
так  пусто  без  тебя» Ardını  oxumayıb  vərəqi  bir  neçə yerə böldü.  O
birisini götürdü. Bu dəfə də axırdan oxumağa başladı: “Я самая богатая
на земле, у меня есть ты. Ты неповторимый, невыдуманный”.  Bunu
da  cırdı.  Digərini  açdı.  “Ты  далекий,  счастливый,  сказочный  остров,
от которого  отделяет  целый  бушующий  океан,  и  нет  даже
бревнышко  до  цепочки  с  помощью,  которой  можно  попытаться
доплыть”
“  Səfeh”  Teymur  fikirləşdi. Ərə də getdi,  ana  da  oldu,
ağıllanmadı  ki,  ağıllanmadı.  Amma,  kim  bilir,  bəlkə illər  onu  da
dəyişdirib.  O  biri  məktubları  açmadan  iki  böldü.  Məktubun  biri  açıqca
idi. Teymur onu cira bilmədiyi üçün şəkil zənn edib açdı. Viqra yazırdı:
“ Ежеминутно  всплывает  в  памяти  то  один,  то  другой  эпизод  из
наших  встреч.  Кто  может,  как  ты  дарить  радость,  нежность,  ласку.
Тимур,  как  бы  хотелось  в  душу  твою  заглянуть  и  узнать,  что  же  я
значу в твоей жизни…»
Daha  siyirmələrdə heç  nə qalmamışdı.  Hamısını  xırda –
xırda  doğrayıb  stolun  üstünə atdı.  Səhər  xadimə onları  tamamilə
yığışdıracaqdı.
Gözləri  divardakı  lövhələrə sataşdı.  Bacısı  onlara  da
toxunmamışdı. Lövhələrdən biri Virqanın hədiyyəsi idi. Lövhədə səmaya
qalxmağa  hazırlaşan  təyyarə və onun  arxasınca  baxan  pərişan  saçları
çiynlərinə dağılmış gözəl bir qadın təsvir olunmuşdu. Gözlərindən axan
yaş damcılaı üzündə, yanaqlarında donmuşdu.
Digər  lövhədə uzanıb  gedən  yol  kənarında  qoşa  qovaq
ağacları  təsvir  olunmuşdu.  Qovaqlar  cüt  olsalar  da  yalqızlıq  təsiri
bağışlayırdı.
Bakı  ilə uzun  ayrılıqdan  sonra  qayğısız  uşaqlığı,  gəncliyi
keçən bu əziz evdə, doğma divarlar  arasında  yenidən  özünün yazı stolu
arxasında  oturub  olub – keçənləri,  yad  ölkədə bir  dəfə də olsun  yaxın
buraxmadığı xatirələri indi yenidən çözə - çözə yada salmaq necə də xoş
idi.  Bəlkə onun  üçün  ki,  bütün  bunlar,  o  cümlədən,  Virqayla  bağlı
xatirələr həm də bilavasitə Mədinəylə bağlı idi.
O  il  Rauf    Odessadakı  “Dzerjinski”  istirahət  evinə üç
putyovka götürmüşdü. Bir yerdə dincəlmək fikrində idilər. Ancaq Nərgiz
tərslik  edib  xaricə getmək  istədiyini  bildirdi.  Rauf  özünün  və arvadının
putyovkasını qaytarmalı oldu. Teymur isə şıltaqlıq edən bacısının acığına


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə