Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə5/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   2   3   4   5   6   7   8   9   ...   107

Kəmalənin  sözləri  elə bil  Teymuru  silkələdi.  Bu  məsum  uşağın
anlaşılmaz,  pak  dünyasından  qopub gələn    etiraf    onu coşdurdu.  Elə bil
dəcəl uşaq idi. Qızı qucağına alıb başı üzərinə qaldırdı. Alnından öpdü.
- Doğrudan mən nənə ilə babanın xoşuna gəlirəm, Kəmalə?
– deyib soruşdu.
Uşaq da sevinclə :
- Hə, gəlirsən, gəlirsən, - dedi.
-
Birdən  Kəmalə ciddiləşdi. Uşaqlara xas olmayan bir kədərlə,
az qala yalvararaq : - Mədinənin də xoşuna gəl də, - Teymur, Nə olar?! –
dedi.
***
Mədinənin  valideynlərini  Teymur  Kəmalənin  vasitəsilə
tanıyırdı.  Məktəbdən  qayıdan  uşağı  (  Mədinə
bu  vaxtlar  işdə
olduğundan)  babası  çox  vaxt  da  nənəsi  qarşılayırdı.  Onlar  Teymuru  ilk
dəfə Kəmalə ilə görəndə təəccüblənmədilər.  Hər  şeydən  xəbərdar
olduqları  bəlli  idi.  Mədinənin  valideynləri  Teymurunkuna  nisbətən
qocaydılar. Əyin – başlarına  az  fikir  verirdilər.  Hiss  olunurdu  ki,  daha
özləri üçün deyil, nəvə və uşaqları üçün əlləşirlər.
Mədinənin  atası  ucaboy,  yaşılgöz,  daz,  tosqun,  sərt  üzlü
kişiydi. Kəmalənin qabağına köhnə “Jiquli”də çıxırdı. Kişi Mədinəni də
hərdən  işə bu  maşınla  aparıb  gətirirdi.  Mədinənin  atası  texniki    elmlər
namizədi idi. Vaxtı ilə institutların hansındasa kafedra müdiri işləmişdi.
Ona  qədər  elmi  kitab  müəllifiydi.  İndi  təqaüddə idi.  Teymuru  görəndə
düyünlü qaşları altından ona ciddi, soyuq, zabitəli nəzər salırdı. Kişinin
üzü  özünə inanan,  hörmət  edən,  yerini  sözünü  bilən  adam  təsiri
bağışlayırdı. Teymur özü ona yaxınlaşır, salam verib əl tutur, hal - əhval
soruşurdu.  Söhbət əsnasında  Teymur  onun  ağıl  və fikirlərinin  iti  və
kəskinliyini duyurdu. Mədinənin atası həyata açıq nəzərlərlə baxan, ayıq
– sayıq kişi idi. Düzdür, Teymur ondan bir qədər çəkinirdi. Kişinin ona
nə münasibət  bəslədiyini  özlüyündə ayırd  edə bilmirdi.  Hər  halda
Kəmalə ilə danışmağa icazə verirdisə, demək ona müəyyən qədər etibar
edirdi.  Teymur  ona  güclü  rəğbət  bəsləyirdi.  Ona  görə yox  ki,  o,
Mədinənin  atası  idi.  Daha  doğrusu,  Sadıq  kişi  özü  hörmətə layiq  adam
idi.


Çox  vaxt  Teymur  onun  maşından  düşməsinə razı  olmur,
özü ona yaxınlaşırdı. Belə hallarda Sadıq kişinin sərt üzü  mülayimləşir,
səmimi,  gülərüz  olurdu.  Teymur  onun  maşını  üçün  bir  neçə dəfə
tapılmayan ehtiyyat hissələri gətirmişdi. Kişi çox təkid etsə də əvəzində
pul götürməmişdi.
Mədinənin  anasına  gəlincə,  Teymur onun  xoşuna  gəldiyini
beş  barmağı  təki  bilirdi.  Bu  ucaboy,  dolubədənli,  gülümsər  baxışlı,  iri
gözlü,  rəngi  avazımış,  ləng  tərpənişli,  amma  həmişə ayaq  üstündə olan
bir qadındı. Ərindən yaşca kiçik olsa da tez düşmüşdü. Görünür evin iş –
gücünü,  bişir – düşürünü  o  aparırdı.  Təbiəti  etibari  ilə də emosional,
yumşaq, mülayim idi. Teymura ərindən daha çox etibar edirdi. Teymurla
Mədinə barəsində danışmağı  özünə sığışdırmasa  da,  uşaqla  gəzməyə
çıxmağa icazə verirdi.
Kəmalədən çox şikayətlənirdi: “- Nadinc, ərköyün, şıltaqdı.
Anası  atıb  üstümüzə gedir  işə.  Biz  də qoca  adamıq,  yola  verə bilmirik.
Sözə baxmır,  dinc  oturmur,  elə deyir  buraxın  məni  həyətə.  Buraxırsan
düşür it-pişiyin dalınca. Buraxmırsan oturub zırıldayır, qulaq – başımızı
aparır. Anası da ki, deyir ki, “əsəbi”dir, xətrinə dəyməyin”
Yaxşı ki,  sən varsan. Heç olmasa sənə qulaq asır. Deyir :
“Nənə,  Teymurla  gəzməyə icazə versən,  dərslərimi  oxuyacağam”    Sən
onu  karuselə aparırsan.  Ölür  karuselçün.  O  gün  sözə də baxır,  ağlayıb
zəhləmizi tökmür.
Söhbətlərindən  göründüyü  təki  Mədinənin  valideynləri
qızlarının taleyinə biganə deyildilər. Mədinənin ərindən ayrılandan sonra
neçə illər  tək  oturması  onları  az  narahat  etmirdi.  Teymuru  bəyənirdilər.
Onunla  Mədinə barəsində danışmasalar  da  Teymuru  qəbul  edir,
qızlarının qabağına belə bir adamın çıxmasına ürəkdən şadlanırdılar.
Teymurun  atası  da  Mədinəni  görməyə can  atmışdı.  Onunla
tanış  olmuş,  yaxınlaşıb  söhbət  etmişdi.  Onun  dedikcə gözəl,  dedikcə
ismətli,  mərifətli  bir  qadın  olduğunu  özü  etiraf  etsə də,  Teymurun  ona
evlənmək fikrini eşitmək belə istəmirdi.
Atası    çox  vaxt  lap  qəddar  olurdu.  Teymuru  bu  yoldan
qaytara  bilməyəcəyini  görəndə onu  açıq – aşkar  sancmaqdan  da
çəkinmirdi:
- Deyirlər balaca qızı da özü kimi gözəldir. Bəxtəvər başuva,
hazırlaş bir – iki ildən sonra qızın da elçiləri sənin qapını kəsər. O nənə
olar, sən də cavan baba.


Atasının    balaca  uşağın  ünvanına  dediyi  sözlər  Teymura
həqarətli gəlsə də bəzən çox ağlabatan görünürdü. Düzdür, Kəmalə hələ
qızlar  bulağından  su  içməmişdi,  ancaq  onun  yaşına  görə hündür  boyu,
qəşəng  ağız-burnu,  üzünün  gözəl  rəngi,  qoşa,  yoğun  hörükləri,  qu  quşu
təki  boynunu  dik  tutub  nazlana – nazlana  gəzməsi  hələ indidən  yuxarı
sinif oğlanlarının nəzər – diqqətini cəlb edirdi.
Bir  gün  məktəbə gələndə Mədinənin  anasını  qanıqara,  hirsli
gördü. Arvad qarşısından keçən oğlanı Teymura göstərdi:
-
Bunun  qulağını  çəkməkdən  yorulmuşam,- dedi.    İşi - gücü
dayanıb bu qıza tamaşa eləməkdir. Deyirəm: “ nöş baxırsan? “ Deyir: “
nə olar baxanda” . - İndiki uşaqlarda abır – həya qalmayıb. Bu qız da ki,
qorxaqdır. Bir adam ona çox baxdı özünü itirir.
Kəmalə özü  də bir  dəfə başqa  bir  oğlanı  Teymura  göstərib
şikayətləndi :
- Hər gün dalımca düşür, dayanıb mənə baxır.
Teymur  oğlanı  səsləyib  çağırdı.  Bu  qədd – qamətli,  xoşsimalı,
dağınıq  saçları  olan  bir  yeniyetmə idi.  Doqquzuncu  sinifdə oxuyurdu.
Kəmaləni  Teymurla  görəndə bir  az  özünü  itirsə də ancaq  çaşmadı.
Cəsarətlə: “- Bu qız xoşuma gəlir,  yaman qəşəngdir, – dedi. Elə bil üz-
gözünə rəng  çəkiblər.  Gözləri  də yam  yaşıl.  Ancaq  siz  qorxmayın. -
Oğlan  bu  sözləri  ciddi,  qətiyyətlə dedi.  Mənim  onda  işim  yoxdur.  Elə
belə özümçün  baxıram.”  Sonra  heyrətlə :  “- Siz  onun  nəyisiz?” –
soruşdu.
Teymur onun sualından tutuldu. Ancaq özünü tez ələ alıb
“atasıyam”, – dedi. Cavabından özünün də xoşu gəldi. Qəribəsi bu idi ki,
cavab özündən asılı olmadan dilinə gəldi.
“-Atası?” – oğlan  təəccüblə,  inanmayırmış  təki  soruşdu.”-
Bəs deyirlər onun atası yoxdur.”
Teymur  ona  cavab  verməyib  Kəmalənin əlindən  yapışdı.Oğlana
acıqlanmaq,  hədə - qorxu  gəlməyi  də lazım  bilmədi.  Kəmalənin  nənəsi
kimi  onun  qulağından  dartmaq  Teymura  gülməli  gəldi.  Bığ  yeri  hələ
yenicə tərləyən  bu  yeniyetmə oğlanın  simasından  elə bir  şey  oxudu  ki,
buna ehtiyac yox idi. Bu oğlan Teymurun yadına özünün məktəb illərini
salırdı.  O  vaxt    Teymurun  da  bacısı  ilə bir  sinifdə oxuyan  Rufiyyədən
yaman  xoşu  gəlirdi.  O  da  Rufiyyəyə baxmaq  üçün  tənəffüs  vaxtı
bacısının yanına gedərdi. Teymura görə burada pis heç nə yox idi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə