Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   15   16   17   18   19   20   21   22   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

 
 
II Fəsil
Günlərin bir günü Səma yuxusunda uzun gözəl saçları olduğunu görür. 
Lakin bu hər gecə öz saçlarının xəyalı ilə yataraq gördüyü kimi deyildi. Bu taxma 
saç idi. Səma yuxusunda yanmış başına taxma saç qoyduğunu, xoşbəxt 
olduğunu, hər kəsin onunla mehriban davrandığını görür. Lakin bu xoşbəxtlik 
uzun çəkmir. Qəfildən Cəmilənin səsindən oyanır. 
-
Sən bu vaxt niyə gülürsən? - Cəmilə heyrətlə soruşdu.
-
Qəribə yuxu görürdüm. Heç inanmayacaqsan. – deyən Səma yatağının 
ortasında oturdu.
-
De bəlkə inandım. 
-
Cəmilə, yuxumda görürdüm ki, mənim taxma saçım var. Taxma olsa 
da heç kəs bunun normal saçdan fərqləndiyini hiss etmir. –Səma 
sevinərək yuxusunu danışdı. 
Cəmilə həmin gecəni səhərə qədər düşündüyündən yatmamışdı. Səmanın 
yuxusunu gerçəkləşdirmək istəyirdi. Amma bilmirdi ki, taxma saçı haradan 
tapsın. Yatağında sağa çevrilərkən öz saçı üzünə toxundu. Elə bu an da hər şeyin 
çarəsini tapdı. Səhər açılan kimi Səmanı oyatdı. 
-
Səma, oyan! Sənə sözüm var. 


-
Nə olub? – Səma yuxulu gözlərini ovxalaya-ovxalaya soruşdu. 
-
Daha nə olacaq, sənin yuxun gerçək olacaq. 
-
Necə yəni gerçək? - təəccüblənmiş Səma soruşdu 
-
Bax elə bu cür gerçək. – bu zaman Cəmilə öz saçını əli ilə göstərərək 
dedi. 
-
Sən, - Səma yatağından qalxıb Cəmilənin saçlarına toxundu - yəni sən 
öz saçlarını mənə verəcəksən? 
-
Niyə də yox?! Onsuz da onlar çox uzanmışdı. Nə vaxtsa kəsməli idim 
ya yox. 
Səma Cəmilənin bu təklifinə etiraz edə bilməzdi. O çox şad idi ki, nəhayət 
ki, onun da saçı olacaq. Taxma olsa belə bir daha yanıq başla, yanıq yarımçıq 
qulaqla heç yerə gizlənməyəcək. Utanmayacaq. Hər normal uşaq kimi o da 
yaşıdları ilə bir daha oyunlar oynayacaq, bir daha incə yanağına təbəssüm 
qonacaqdı. Cəmilə də öz saçlarını çox sevirdi. Lakin Səmaya bəxş edəcəyi sevinc, 
xoşbəxtlik, gələcəyi üçün ümidləri hər bir şeydən vacib idi. Səmadan xahiş etdi 
ki, axşamadək səbir etsin. Yuxuya getdikdən sonra kəssin. O gün axşamadək 
Səma planlar qurdu. Taxma saçını necə düzəldəcəyi barədə götür qoy etdi. 
Nəhayət axşam oldu. Cəmilə o gecə sonuncu dəfə uzun qara saçlarını sığalladı. 
Yatağına uzanıb yuxuya getdi. Bir neçə saatdan sonra Səma Cəmilənin yatdığını 
görüb qayçı ilə onun saçını kəsdi. Lakin Cəmilənin göstərdiyi kimi çiyinlərindən 
yox, daha aşağı belindən kəsdi. O Cəmilənin bu fədakarlığını ömrü boyu 
unutmayacaqdı.
Həmin gecəni səhərə qədər yata bilmədi. Çox həyəcanlı idi. Tezliklə 
taxma saçlarını düzəltmək istəyirdi. Nəhayət səhər açıldı. Günəş öz isti şüaları 
ilə torpağı isitdi. Cəmilə oyanıb saçlarının gözlədiyindən daha uzun qaldığını 
gördü. Səmadan bunun səbəbini soruşmaq üçün onu oyatmağa qərar verdi. 
Səma yenicə yuxuya getmişdi. Amma Cəmilə bundan xəbərsiz idi. 
-
Səma, oyan! 
-
Nə olub? - yuxulu gözlərini güclə açmağa çalışan Səma soruşdu.
-
Sənə demişdim ki, bir az çox kəs. Sən isə göstərdiyimdən az kəsmisən. 
- əli ilə saçlarını işarə edən Cəmilə soruşdu.
-
Mənə o qədər də bəs etdi. – Səma gülümsünüb dedi - Çox sağ ol. Sən 
mənə doğma bacı qədər əzizsən. Sənin etdiyin bu yaxşılığı bir çoxları 
etməzdi. Allah bu yaxşılığının əvəzini sənə mütləq verəcək. 
-
Mən bunu sənin üçün etdim. Səni bir daha gözü yaşlı görmək 
istəmirəm. –Bu sözləri kövrələrək deyən Cəmilə Səmanı qucaqlayıb 
bağrına basdı.


Səhər yeməyindən sonra kəsib götürdüyü saçları özü üçün düzəltməli idi. 
Bunun üçün o ilk növbədə bərk parça axtardı. Anasından xahiş etdi ki, guya stol 
üstünü silmək üçün gec cırılan parça lazımdır. Anası da heç nədən 
şübhələnmədən köhnə pərdələrinin cırılmış hissəsindən bir parça kəsib verdi. 
Səma anasından parçanı alıb sevincək geri qayıtdı. Gəldiyində Cəmilə nahar 
üçün yemək bişirirdi. O çox qoçaq gəlin idi. Hər bir işin öhdəsindən asanlıqla 
gəlirdi. Səma hələ indiyə kimi görməmişdi ki, Cəmilə hər hansı işi bacarmasın. 
Ona kömək etmək barədə təklif etmədən bir başa otağa keçdi. Saçları cüt-cüt 
sıra ilə düzdü. İynə sapla saçları çüt-çüt həmin parça üzərinə tikməyə başladı. 
Çox yuxusuz olmağına baxmayaraq həvəslə işləyirdi. Vaxtın necə keçdiyindən 
xəbəri belə olmadı. Bir də baxdı ki, artıq axşamdır. Cəmilə onun yatağını 
düzəldir.
-
Daha çox gecdir Səma. Gəl uzan dincəl. Səhər yenidən davam edərsən.
-
Mən inanıram ki, tezliklə yekunlaşdıracam. Sən yat. Mən də yuxum 
gələn kimi yataram. 
-
Yaxşı. Amma mütləq uzan dincəl. Yoxsa gözlərin ağrıyar.
-
Arxayın ol! 
Səma dayanmadan tikirdi. Çox xırda iş olduğundan həm də ki, ilk dəfə 
etdiyindən yaman əlləşməli oldu. Səhər açılanda Cəmilə taxma saçın hazır 
olduğunu gördü. Səma bütün gecəni yatmadan onu tikib yekunlaşdırmışdı. 
Cəmilə Səmanın yuxusuz olduğunu bildiyindən oyatmadı. O gün Səma axşama 
kimi yatdı. Ayılanda artıq şər qarışırdı. Taxma saçı götürüb diqqətlə hər tərəfinə 
baxdı. İlk dəfə idi ki, belə bir iş görürdü. Kimsənin köməyi olmadan öz
fantaziyasını işə salaraq şəxsi fikrində sənət əsəri yaratdı. Əslində isə heç də 
tam dəqiq tikməmişdi. Lakin onun üçün vacib olan bu deyildi. Səma çalışırdı ki, 
taxma saçla kimsədən seçilməsin. Yenidən uşaqlarla oyunlar oynasın, uşaqlığını 
yaşasın. İnsanlar arasına çıxmaqdan daha qorxmaq istəmirdi.
Beləcə aylar keçdi. Səma taxma saçı ilə oyunlar da oynadı. Yeni dostlar da 
qazandı. Yanağına yenidən gülüş qondu. Amma özü də bilmirdi ki, bu 
müvəqqəti xoşbəxtliyin bir zaman sonu gələcək. Onu tanımadığı birinə məcbur 
verəcəklər. Həyatı alt – üst olacaq. İki gün əvvəl atası ilə anası Səma üçün gəlmiş 
elçidən başlıq pulu alıb razılıq vermişdilər. Baxmayaraq ki, Səma hələ 14 yaşına 
yeni qədəm qoymuşdu, öz yaşıdlarından daha gözə gəlimli idi. Anasının elçilərə 
verdikləri qərarı öyrənəndən sonra gecə gündüz ağladı. Cəmilə ona nə qədər 
təskinlik versə də, Səma susmadı. Bir az da olsun rahatlamadı. Hələ ərə getmək 


istəmirdi. Lakin xəbərsiz idi ki, onunla evlənmək istəyən şəxs özündən qat-qat 
yaşlı olan bir kişidir. Hələ bu da azmış kimi üstəlik o kişinin üç Səma yaşında 
övladı da vardı. Səma bu haqda məhz toy günü öyrəndi. Əvvəlcə ərə gedəcəyi 
insanın özünü sonra isə öz yaşıdları olan uşaqlarını görəndə bildi. Ağ gəlinlik 
içində qapıdan məcburən hər iki qollarından dartılaraq ərə verilən 14 yaşlı 
taxma saçlı Səma ah nalə çəkib qarğışlar yağdırdı. Əvvəl atasına, sonra anasına, 
daha sonra ərə getdiyi kişiyə və öz taleyinə... 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə