partlamaya düşdü. Qəlbinin dərinliyində hətta Sevinclə onu müqayisə
etdi. Sonra fikrini dağıtdı. Nəhayət damarından vurulan iynənin təsirindən halı
normallaşdı. Fidan isə heç "necəsən?" belə demədi. Bu yadlıq, soyuqqanlılıq
Zəminənin ona olan sevgisini öldürdü.
Fidan Vahidlə yaşıd olsa da onunla rastlaşana kimi ailə qurmamışdı.
İstəyənlər, elçi gələnlər çox olsa da yalnız oxumağı seçmişdi. O da atasız
böyümüşdü. Sevinc kimi. Amma Sevincdən fərqli olaraq Fidan oxumuşdu. Ali
təhsilli diş həkimi idi. Lakin Vahid onu işləməyə qoymurdu. Həm maddi
sıxıntıları olmadığından, həm də Mələyə baxsın deyə. Evliliklərinin ilk 6 ayında
evdə oturmağa razı olsa da, sonra razılaşmadı. Hər Vahid gələndə mübahisələri,
söz-söhbətləri olurdu. Nəhayət Vahid onun işləməsinə razılıq verdi. Fidan üçün
bu ilk "uğur" idi. İşlədikcə qazancını anasına göndərirdi. "Kənd yeri olsa da,
şərayiti olsun!" -deyirdi. Onsuz da Vahidin onun puluna ehtiyacı yox idi. O
Rusiyadakı xanımından ayrılmışdı. Bunu Fidan tələb etmişdi. Həm də sadəcə
qızlarını görmək üçün ayda iki dəfə gedərdi. Özü də onlarsız çox darıxırdı.
Amma bir dəfə də olsun Sevincin Mələkdən ayrı qaldığı günlərdə nə halda
olduğunu, nələr yaşadığını düşünmədi.
Artıq bir ildən çox keçmişdi ki, Sevinc Mələyini görmürdü. Onun qol bağını
hər gün qoxulayıb sinəsinə sıxardı. Arifə ilə də çox danışmazdı. Hər şeyin
günahkarı kimi baxardı ona. Sadəcə anasının xahişi ilə susurdu. Ona qarşı
kobudluq etmirdi. Qızının adını "Mələk" qoyduqlarını öyrənəndə çox
sevinmişdi. Amma bu gün onun bir yaşı olacaqdı. Körpə balasının bu günə kimi
nələr yaşadığını necə böyüdüyün görmədən. Hər ay Əsmərin yazdığı
məktublardakı sətrlərdən gözündə çanlandırırdı. Əsmər söz vermişdi ki, ad
günündə Sevinc üçün Mələyin şəklini çəkib göndərəcək. Əsmər Sevincin
sədaqətinə inanırdı. Özü də bilmirdi niyə. Amma bilirdi ki hər ana balası üçün
canından belə keçməyə hazırdı. Əyər Vahid 3 ay içində evlənməsəydi, özü gedib
Sevinci evə geri gətirəcəkdi. Mələyin ad günündə hər kəs körpənin başına
toplaşıb təbrik edirdilər ki, Fidan kənarda odlanırdı. Onun da uşağı olsun
istiyirdi. Mələyin hər güləndə yanağının batmağı, şip şirin gülüşü, ana həsrəti ilə
parlayan
körpə
gözləri
Əsmərin
qəlbini
sızladırdı.
Kimsə
onun
gördüklərini görmürdü.
Budur Sevinc həyəcanla darvaza qapısı qarşısında o baş bu başa gedirdi.
-Ay bala gəl gir içəri. Bu şaxtada sən orda neyniyirsən?
- Ana, təkid etmə. Əsmərdən məktub gözləyirəm. Bilirəm ki, ondan məktub
gələcək. Son məktubunda yazmışdı ki, ad gününün səhərsi sənə məktubla
Mələyin şəklini də göndərəcəm. Balamın şəklini görmək üçün ən şaxta havada
belə donmağa razıyam. Sən keç içəri. Məndən narahat olma.
- Nə deyirəm bala. İndilərdə Tərlan işdən gələsidi. Gəlib verər.
Dilarə qızının acısını başa düşürdü. Onun nələr çəkdiyini bu bir ildə çox
görmüşdü. Amma hər məktub alacağı günü elə səbrsizlənirdi, elə həyəcanlanırdı
ki, sanki ölü birinə yenidən can verilirdi. Sevinc Mələyin ad günündən hesab
edirdi. Bilirdi ki Əsmər ad günün səhərsi məktubla şəkili göndərəcək. Ona görə
həmin günün üzərinə 3 gün də əlavə etmişdi. Bilirdi ki, məktub o poçtdan bu
poçta üç gün içində gələcək. Həm də arada gecikmə olurdu. Amma bu dəfə o
gecikmənin olmayacağına sonsuz ümidi vardı. Budur addım səsləri eşidildi.
Qarın üzərindəki o addım səslərinin Tərlana aid olmasını bütün qəlbi ilə
arzuladı. Darvaza iki dəfə ara vermədən döyüldü. Budur Tərlandır. Onun
döyüşüdür. Tez qapını açdı:
- Tərlan, salam!
-Salam Sevinc. necəsən?
- Həyəcanla məktubumu gözləyirəm. De görüm almısan məktubu?
-Hə, budur! - Əlindəki əlcəyi çıxardıb, kurtkasının cibindən bir konvert çıxartdı.
-Əzilməyib?
-Yox! Yox! Sən demişdin ki, Mələyin şəkli olacaq içində. Ona görə əzmədim. -
Bu sözləri dedikcə, Sevincin gözlərinə baxırdı. İlahi! Göz bəbəkləri iki mirvari
tək necə də parlayırdı. "Kaş bir dəfə ona "Səni sevirəm" deyə biləydim. Kaş!
Necə də çətindir. Allahım, sən özün qoru Sevincimi. Onun xoşbəxtliyi üçün
əbədi daşa çevrilməyə razıyam. Təki onu xoşbəxt görüm. Vahid sənə layiq
deyildi. Mən də Arifəyə."
- Çox sağol Tərlan. Sən hər dəfə məni o qədər sevindirirsən ki, sevincdən sənə
sağol belə deyə bilmirəm. Dayan açım balamın şəklinə baxım. Sən də baxarsan.
Getmə! Gəl evə.
- Tərlan, ilk dəfə idi ki, Sevincin onu evə dəvət etdiyini eşitdi. Ona görə bir an
belə tərəddüd etmədən razılaşdı.
O gün Tərlan çox gec gəlirdi. Evdə tək olan Arifə qışın soyuğundan sobanın
bir yanında isinirdi. Bu günə kimi Sevincin balasından ayrı çəkdiklərini görüb
tutduğu işdən peşman olmuşdu. Geriyə də yol yox idi. Axı Vahid evli idi. Geriyə
dönüş yox idi. Tərlanın Sevincə olan sevgisi isə bitmək bilmirdi. "Bu necə
məhəbbətdir, İlahi?" Hər şey edirdi ki, Tərlan onu düşünməsin. Amma nə fayda.
İnsan ki, mənəvi olaraq sənin deyilsə, ruhu, qəlbi sənin deyilsə, cismi də də buz
kimi olur. Uşaqları isə heç olmayacaqdı. Tərlanı ailəyə bağlayacaq tək vasitə
uşaq ola bilərdi. Amma Tərlan sonsuz idi. Uşaq olmayacaqdı. Arada fikirlərdən
ayılıb Tərlanın gecikməsindən nigaran qalırdı. "Bu niyə gec gəlir görəsən?"
- Ana! Ana, gəl baxaq.
- Nolub, bala?
- Gəl Tərlan. Keç içəri. Ana, Mələyimin şəklini görəcəm. İstiyirəm ki, siz də
görəsiz. Ayağını soyunub evə keçən Tərlan bir qədər sıxılsa da Sevincin bu
həyəcanlı anlarını gözündən yayındırmağa qorxurdu. Budur konverti asta-asta
açırdı. Əlini içinə salıb ilk olaraq şəkili götürdü. Gözlərini yumub, dərindən
nəfəs aldı. Yavaş-yavaş gözlərini açıb şəkilə baxdı. Bu an son bir ildə Sevincin
həyatındakı ən xoşbəxt an idi. Tərlan Sevincin bu addım-addım etiyi hər bir
hərəkəti izlədikcə qəlbi alışırdı. Hələ şəkilə ilk baxanda necə də parıldadı
gözləri. Yanağına iki damla yaş süzüldü. Çox təsir etmişdi Tərlana. Sevinc
bütün bu acıları yaşamamalı idi. O bunlara layiq deyildi.
- Mənim şip-şirin Mələyim! Ana, Tərlan siz də baxın.
-Elədir qızım. Həqiqətən nəvəm gözəldir. Allah bəxtini gözəl yazsın. Amin.
- Tərlan, çəkinmə. Sən də bax.
- Çox gözəl uşaqdır. Sevinc sənə çox oxşatdım. Allah saxlasın.
- Çox sağol Tərlan. Allah sənə də bir övlad qismət etsin.
Bu sözlər Tərlana çox təsir etdi. Onun uşağı olmayacqdı.
- Yaxşı, mən gedim. Arifə nigaran qalıb yəqin.
-Çox sağol bala. Sən ki, hər ay mənim qızımı belə sevindiririsən. Qoy Allah da
səni sevindirsin.
-Çox saolun, Dilarə xala. gecəniz xeyrə qalsın!
Ayağını geyinib, darvazadan çıxmışdı ki, Arifəni qarşısında gördü. Onun
gözlərindəki kin, qəzəb bir an içində Tərlanı "deşib" keçdi.
-Sən bu vaxtı burda neyniyirsən? Tərlan səninləyəm. Mən neçə saatdır sənin
yolunu gözləyirəm. Sənsə Sevincgildən çıxırsan?
Tərlan heç bir söz demədən evlərinə doğru addımladı. Arifə qəzəbindən
ürəyində "Sən ki, belə etdin? Yaxşı gör indi mən sizin başınıza nə oyun
açacam!" dedi...
Dostları ilə paylaş: |