Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

VII fəsil 
 
Bir həftə keçdi o gecədən. Lakin Səma heç cür Mehdi bəydən kənar gəzə 
bilmirdi. Hara getsə, harda otursa qarşısnda görürdü. Hər dəfə bir bəhanə 
ilə onunla dəhlizdə rastlaşıb necə olduğunu soruşardı. Səma da yaxşı 


olduğunu deyib gedərdi. Lakin bir gün düşünüb qəti fikrə gəldi. Mehdi 
bəylə açıq şəkildə danışıb bu mümkünsüz sevgiyə son qoyacaqdı. İşdə 
belə çıxmağı gözə almışdı. Qərarı qəti idi. Bu gün iş bitər bitməz 
kabinetinə baş çəkəcəkdi.
Saat artıq 5 idi. Lakin Mehdi bəy hələ də kabinetə dönməmişdi. Axı 
Səma işdən çıxmazdan əvvəl onu dəhlizdə söhbətə tutardı. İndi öz ayağı 
ilə gəlib Mehdi bəyin kabinetində oturmuşdu. Mehdi bəy isə fabrikdə yox 
idi. Yəqin işdən tez çıxıb deyə düşündü. Beləliklə, evə geri döndü. Sabahsı 
gün isə faciəvi xəbər bütün rayona yayıldı. Mehdi bəy dünən öz 
maşınında qəza keçirib. Səma aldığı xəbərdən çox sarsıldı. Ən doğma 
insanını itirmiş kimi hönkür-hönkür ağladı. İş yoldaşları onu 
sakitləşdirməyə çalışırdılar. Lakin bacarmırdılar. Ustası Səmanın üzünü 
yüdü. Bir az özünü əla alsın deyə tənbeh etdi. Səmanı əlində deyildi. 
Ağlamadan dura bilmirdi. Mehdi bəyi yenidən sağ salamat görmək 
istəyirdi. Usta xanım artıq hər şeyi anlamışdı. 
-Sən Mehdi bəyi bu qədər çox sevirsən? 
-Mən....? 
-Bəli qızım sən. Məyər məni kor hesab edirsən? Sənin qədər üzülən bir 
işçi var aramızda? 
-.... 
-Bura bax Mehdi bəy indi xəstəxanadadı. İstəyirsən gedim səninlə. Baş 
çək.
-Axı mən... Mən özüm də bilmirəm.. 
-Nəyi bilmirsən?
-... 
-Məyər sevdiyini gizlədə bilərsən? Həm də ki məndən... 
-O mənim saçımdan xəbərsizdi. Mənim nə həddimə... 
-Sus ay qız. Bir ay əvvəl mən ona sənin həyatını danışmışam. Saçından da 
çəkdiklərindən də xəbəri var. Hər şeyi bilə-bilə bu ay ərzində yenə də 


sənə qarşı fikrindən dönmədi. Məyər görmədin ki, o insan sənə necə aşiq 
olub? 
-Onu görməliyəm... 
-Mən də bunu deyirəm də... Dur geyin gedək.... 
Xəstə xana dəhlizində qəlbi göynəməyə başladı. Bir an onu sağ-salamat 
görmək istəyirdi. “İlahi ona bir şey olmasın. Qoy yaşasın”deyərək Allaha 
dua etməyə başladı. Bu zaman dəhlizdən Cəlal həkim keçirdi. Səma onu 
görüb çox sevindi.
-Cəlal bəy. Salam. Mehdi bəy necədi? O hardadı? 
-Salam. Səma xanım. Mehdi bəyin vəziyyəti orta ağırdı. Bir tək sizi otağına 
buraxaram. Hələ çox zəyifdir. Onu yormayın. 
-Siz nə danışırsız. Yormaram. Təki sağalsın.
-Buyurun keçin. –Cəlal bəy Səmaya otağı göstərdi. Usta xanım isə 
dəhlizdə stullardan birində əyləşdi. 
Mehdi bəyi ilk dəfə uzanan halda görürdü. Üstəlik də bu vəziyyətdə. 
Səma onun yatağına yaxınlaşıb saçından dırnağına kimi göz gəzdirdi. 
Üzündə şüşə kəsikləri, sıyrıqlar vardı. Qolunun biri sarınmışdı. Başında da 
kiçik bir yer qanayırdı. Sarğı üstündən qan görünürdü. Çox ağır qəza 
keçirtdiyi göz qabağında idi. Özündən aslı olmadan gözündən yaşlar 
süzülməyə başladı. Yatağın yanındakı stulu çəkib oturdu. İlk dəfə Mehdi 
bəyin əlindən tutdu. Əlinin üstündə bəzi yerlərə yod vurulmuşdu. Həmin 
yerə sığal çəkdi.
-Mehdi bəy. Siz məni eşidirsiz? Sizi görməyə gəldim. Məni belə 
qarşılayacağınızı ağlıma gətirməzdim. Durun ayağa. Açın gözlərinizi.
Səmanın göz yaşları susmaq bilmirdi. Qəlbində o qədər sözlər vardı ki, 
deyiləsi. Demək o hər şeydən xəbərdar imiş. Bütün bunlara baxmayaraq 
yenə də onu sevmişdi.yaşadığı faciələrdən xəbər tutsa belə yenə də 


Səmasından üz döndərməmişdi. Bir ay idi hər şeyi bilirdi. Bu bir ayda 
Səmaya daha da yaxın olmuşdu. Mehdi bəyi hər gün fabrikdə görürdü. 
İndi ilk dəfə idi ki, Səma bir insanı sevmişdi. Sevgisini də məhz bu gün 
anlamışdı. Mehdi bəyi heç itirmək istəmirdi. Axı o hər şeyi bilsə də 
Səmadan üz çevirməmişdi. Demək ki, o da bütün qəlbi ilə sevirmiş. Səma 
qərara gəlmişdi. Daha Mehdi bəyə özü qulluq edəcəkdi. Hər gün ona baş 
çəkib yeməyində içməyində kömək olacaqdı. Qəlbindəki hissləri isə o 
sağalana kimi deməyəcəkdi.
Günlər bir-birini əvəz edirdi. Mehdi bəy hər gün başı üstündə Səmanı 
görüb xoşbəxt olurdu. Ona yemək gətirər, qulluq edərdi. Üstəlik arada 
dərdləşər, ümumi problemlərdən söhbət edərdilər. Mehdi bəyin hər gün 
daha da yaxşı olması Cəlal bəyə də xoş idi. Səmanın Mehdi bəy üçün 
bütün dərmanlardan tez təsirli olduğunu düşünürdü. Mehdi artıq aya 
qalxmışdı. Yavaş-yavaş yeriyirdi. Arada gözü qaralsa Səma cəld qolundan 
tutardı. Bu zaman əlindən tutub heç buraxmazdı. Gözlərinə baxıb: 
-Səma... 
Hər dəfə Səma söhbəti dəyişərdi. Mehdi bəyə ürəyini açmağa imkan 
yaratmazdı. Utanırdı. Necə hərəkət edəcəyini də bilmirdi. Axı hec kəsə bu 
günə kimi sevdiyini deməmişdi. İndi necə deyəcəkdi ki, “Mehdi bəy, mən 
sizi sevirəm.” Lakin bir gün sözü dəyişə bilmədi. Mehdi bəy onun əlindən 
tutub gözlərinin içinə baxdı. Sevgi etirafından əvvəl ilk bunu dedi:
-Səma, mən sənsiz bu ömrümdə bir addım da ata bilmərəm. Səninlə ailə 
qurmaq istəyirəm. Razı olarsan? 
-Mehdi bəy, mən... 
-Səni ilk gördüyüm andan sevmişəm. Hələ fabrikimdə işlədiyini də 
bilmirdim. Gülüşünə, gözlərinə, bənizinə aşiq olmuşam. Yaşadıqlarından 
da xəbərim var. Sənə bütün yaşadıqlarını unutdurmaq istəyirəm. Xahiş 
edirəm mənə cavab ver.
-Mən razıyam... 
-Doğurdan? Siz məni dünyanın ən xoşbəxt insanı etdiz. 


-Mən də sizi bu qəzanı keçirdiyiniz gün sevdiyimi anlamışam. Görnüşümlə 
sizin cəmiyyət arasında fəxriniz olmayacam, amma yenə də sevirəm sizi.
-Sən mənim üçün yer üzündə tayı bərabəri olmayan bir incisən. Saçlarına 
taxma saç qoysan da kimsə bunu anlamır. Məni üzmə bu sözlərinlə. 
Sənin gözəlliyinlə mən qürürlanıram. Məndən bir addım da uzaq olma. 
Gəl burdan çıxar çıxmaz evlənək. Razısan? 
-Razıyam Mehdi bəy.... 
Hal-hazırda: 
Dillərdən düməyən möhtəşəm bir toy məclisi qurulur. Səma o məclisəki 
gəlinlərdən də gözəl gəlin olur. Çox xoşbəxt yaşayır. Toylarından iki il 
sonra Mehdi bəy Səmaya kiçik atelye hədiyyə edir. Orada özünə və onun 
vəziyyətində olan bütün xanımlara kömək məqsədi ilə taxma saç istehsal 
etməyə başlayır. Bir neçə işçi ilə salonlardan təbii saçlar alıb çox gözəl 
taxma saçlar hazırlayırlar. Hal-hazırda Səmanın taxma saçlarından bir 
çox salonlarda istifadə edilir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə