Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Son. 
May. 2009. 


 
"Görünməyən həqiqət"
(Xəyalə Muradın Dedektiv-povesti)
Birinci fəsil. 
Daha bir gün başlamışdı. Şəhər Polis idarəsinin Cinayət Axtarış şöbəsində 
növbəti ölüm xəbəri verən zəng çalındı. 
--Alo! Alo, - zəng edən sahə müfəttişi Fazil Məmmədov idi. 
- Yoldaş Məmmədzadə sahil bağların birində cinayət hadisəsi baş verib. 
Deyəsən intihardır. 
- Bu saat gəlirəm! – Prokurorluğu məlumatlandır. Vaxt itirmədən bir başa 
hadisə yerinə tələsirdi. Kabinetindən çıxar-çıxmaz cib telefonuna əl atdı. Əsas 
düymənin altında mayor Qədir Eyvazovun nömrəsi idi. Tez bir zamanda gələn 
ölüm xəbərindən onu da xəbərdar edib aşağı düşməyi əmr etdi. 
Polkovnik-leytenant Asif Məmmədzadə Cinayət axtarış şöbəsinin rəisi idi. 
Daxilən ciddi insan olsa da zarafat etməyi, sözünü də zarafatda deməyi sevirdi. 
Yaxın dostu, dünyaca məşhur və hal-hazırda Rusiyanın Rostov şəhərinin 
Cinayət axtarış bölməsinin rəisi milis polkovniki Murad Muradlıdan yeni aldığı 
məktubunu hələ ki, oxumamışdı. Qəfil zəngdən dərhal sonra kompüteri 
söndürərək otağı tərk etdi. 
Mayor Qədir Eyvazov artıq onu gözləyirdi. Özünün sahib olduğu qara 
“Hyundai” maşınının yan aynalarını silirdi.
-- Eyvazov bu nə bəd xəbərdir səhər-səhər verirsən? Adamın lap yuxusu 
qaçır.– Məmmədzadə zarafatyana soruşdu. 


--Bilirəm ki, siz işsiz dayana bilmirsiniz. Ona görə tezdən bütün rayonu 
alt-üst edib cinayət axtarmışam. 
--Görünür tapmısız. Gedək görək hansı axmağın qandal üçün ürəyi gedir. 
--Buyurun, əyləşin! O, hər kimdirsə siz onu iki günə taparsız. Buna 
əminəm. 
--Yaxşı tələs!
Qədir Eyvazov şəhər polis idarəsinin Cinayət axtarış bölməsində rəis 
müavini işləsə də, Asif Məmmədzadə ilə yaxın dostluq edirdi. Aralarında daima 
səmimiyyət və qarşılıqlı anlaşma vardı. Bu səmimiyyəti yaradan isə rəisi 
Məmmədzadə idi. Qədir hələ uşaqkən müfəttiş olmaq arzusunda imiş. O hər gün 
babası ilə birlikdə xəbərlərə qulaq asar, sonra öz düşüncələri ilə bölüşərdi. 
Babası onu çox sevərdi. İnanırdı ki, nə vaxtsa Qədir də pərəstiş etdiyi xəfiyyələr 
kimi olacaq. Və bu həvəsi sönməsin deyə orta məktəbi bitirər -bitirməz Polis 
Akademiyasına oxumağa göndərir. Qədirin həvəsi günbəgün artırdı. O 
müəllimlərinə diqqətlə qulaq asır, bütün tapşırıqları yerinə yetirərdi. Sevimli 
müəllimi Bəşir Musayev idi ki, o da həftə ərzində yalnız iki dəfə məruzə 
oxuyurdu. Keçmiş Sovet İttifaqında məşhur xəfiyyələrdən biri olan Bəşir 
Musayev tələbələr arasından Qədirə göz qoyurdu. Qısa müddətdən sonra onunla 
təklikdə dialoq qurmaq istəyir. Bir gün mühazirə başa çatdıqdan sonra Bəşir 
Musayev Qədiri kabinetində görmək istədiyini deyir. O da çox təəccüb etsə də, 
razılaşır. Dərsləri bitər- bitməz keçmiş xəfiyyənin kabinetinə girir. Müəllimi 
gözündə eynək şəxsi masasının arxasında əyləşib az əvvəl dediyi mühazirəyə 
nəzər salırdı. Qədir həyəcanlə dilləndi: 
--Mənə demişdiz ki, dərsdən sonra yanınıza gəlim. 
-- Bəli! Keç əyləş! 
Eyvazov əlindəki dəftərləri masanın üzərinə qoyub stulda əyləşir. 
Qəlbindən isə min cür suallar keçir. “Axı görəsən məni niyə çağırdı? Mən ki, 
vaxtı vaxtında mühazirələrdə iştirak edirəm.” Onu bu fikrindən müəlliminin səsi 
ayırdı: 
-- Çox güman ki, dediyim bütün mühazirələri vaxtı vaxtında yazmısan. 
Verdiyin imtahanlara da söz ola bilməz. O ki, qaldı bura 
çağırılmağına.... İş burasındadır ki, mən sentyabr ayından bu günə hər 
bir yeni tələbəmə göz qoyuram. Onların necə biri olduğunu tam 
öyrənincəyədək əlbəttə ki... Sən də onların içində idin. Təxminən iki 
həftədir ki, məhz səni izləyirəm. Və daxilindən gələn istedadını dana 


bilmərəm. Həvəsin aşıb daşır. Bu işə marağın güclüdür. Amma sən 
gərək polis olmayasan. Bu barədə yaxşı düşün. 
Qədir özünü lap itirmişdi. İlahi, müəllimi lap onun qəlbini görürmüş. 
Sanki, nə düşündüyünü oxuyurmuş. Bu təklif onun ürəyincə olur. Tezliklə Bəşir 
Musayev ona cinayət açmağın sirrlərini və bir neçə sınaqlar qurub ondan 
məharətlə çıxmağı öyrədir. Sanki özünün cavanlığı ilə danışırmış kimi, bildiyi 
hər şeyi danışır. Qədir, günlər keçdikcə keçmiş xəfiyyənin dediyi və öyrətdiyi 
hər şeyi dərk edir. İllərin təsiri ilə müəllimi qocalıb, əldən düşürdü. Qədir isə 
təhsilini bitirməyinə və leytenant olmağına baxmayaraq yen də akademiyaya 
gedər və müəllimindən dərs alardı. Nəhayət qocalmış müəllimi dünyasını 
dəyişir. Ardınca 40 günlük yasını tutan Qədir Eyvazov öz üzərində işləyir. İllər 
sonra indi tanıdığımız Cinayət Axtarış bölməsinin rəis müavini olanadək 
yeniliklər axtarışında olur. 
O bu vəzifədə artıq 3 il idi ki, işləyirdi. Rəisinə hörmət etməklə yanaşı 
onu böyük qardaş və yaxın dost hesab edirdi. Sözünü zarafatda deməyə alışan 
rəisinə tez bir zamanda alışmışdı. Beləliklə, bu günə kimi onunla elə zarafatla 
danışar, zarafatla da işlərini görərdi. Əslində isə hökmlü və lazım gələrsə 
cinayətkarın xirtdəyindən basa biləcək xasiyyəti, səbirli davranışı və qolunda bir 
əllə qoç daşıya biləcək gücü vardı.
Səhərini ölüm xəbəri alaraq açan Qədirin əsas məqsədi Məmmədzadə ilə 
hadisə yerinə tez bir zamanda çatmaq idi. Odur ki, yolda bir an dayanmayan 
maşınını sürür və bir neçə dəqiqə sonra Sahil bağlarından birinin qarşısında 
saxlayır. Orada artıq təcili yardım maşını, iki polis maşını və bir mülki “Opel” 
markalı maşın vardı. Darvazadan həyətə keçirlər. Bu an polis zabiti onlara 
yaxınlaşdı. Polkovnik-leytenant Məmmədzadə: 
--Burda nə baş verib? 
--Bir nəfər öz kabinetində intihar edib. 
--İntihar olduğunu haradan çıxartdız? Məgər alnına yazılıb? 
--Xeyir! - Həyəcanlanan polis zabiti - İş burasındadır ki, silah sol tərəfdən 
gicgaha vurulub. Silah da ölmüş insanın əlindədir. Buyurun keçin 
özünüz baxın. 
--Baxarıq! Meyiti kim tapıb? 
--Xadimə. Dediyinə görə həftədə bir dəfə villanı təmizləməyə gəlirmiş. 
Bu səhər də gələndə ev sahibini ölü tapıb. 


--Xadimə hardadır? – sağa -sola boylanan Eyvazov soruşdu. 
--Təcili yardım maşını apardı. Bizə məlumat verəndə halı pisləşdi. Yazıq 
ürək xəstəsi imiş. 
--Hansı xəstəxanadadır? 
--Mərkəzi xəstəxanada. - Əli ilə iki mərtəbəli bağ evinin qapısını göstərdi. 
–Keçin! 
-- Qonşulardan güllə səsini eşidən olub? 
-- Kimsənin ruhu da duymayıb. Deyilənə görə yağış yağırmış deyə kimsə 
evindən çölə çıxmayıb. Həm də bu günlərdə bağ evində az adamlar 
olur. Artıq yayın sonudu, hər kəs şəhərə qaçır.
-- Yaxşı, kənara çəkilin!- deyən Məmmədzadə içəri keçdi. 
Qapı geniş dairəvi dəhlizə açıldı. Sağ tərəfdən aynalı qapısı olan salon 
vardı. Burada oturacaqlar, yemək masası, divan, kreslo, mebel vardı. Şübhəli bir 
şey nəzərə çarpmırdı. Hər zaman rast gəlinən bağ evlərindən idi. Dəhlizdən 
uzun bir yol kabinetə aparırdı. Qarşısında dayanıb Məmmədzadə ilə Eyvazova 
baxan polis zabiti: 
---Buyurun, keçin! 
--Demək hadisə mərhumun şəxsi kabinetində baş vermişdir. 
Kabinetdə divarda bir ədəd təbiət, iki ədəd dahi şəxslərin təsvir edildiyi 
rəsm əsərləri vardı. Geniş eyvana açılan şüşəbəndli qapı, küncdə kiçik divan, 
yerdə ən son dəbə uyğun xalça, qapı ilə üzbəüz isə əl işləmələri olan bahalı iş 
masası vardı. Sahibkar elə buradaca öz masası arxasında əyləşdiyi yerdəcə 
ölmüşdü. Hər iki əlləri və başı üz üstə masa üzərində idi. Əynində son dəbə 
uyğun istirahət geyimi, ağ sadə və yüngül idman köynəyi vardı. Sol əlində 
dəstəyi şabalıdı rəngdə olan Revolver (odlu silah) vardı. Qarşısında boş ağ 
vərəqlər, sağ tərəfdən dodağının kənarında kiçik qurumuş qandan ibarət yara 
vardı. 
Polkovnik-leytenant Məmmədzadə asta addımlarla meyitə yaxınlaşdı. 
Qədirin fikirlərinə daim hörmətlə yanaşan Məmmədzadə bu dəfə nədənsə hadisə 
barədə bir söz demədən bir başa Qədirin fikirlərini bilmək istədi:
--Qədir, sən bu hadisə barədə nə düşünürsən? 
Qəfil sualdan təəccüblənən Eyvazov cəld meyitə yaxınlaşdı. 


--Sualınızı gözləmirdim. Əyər fikirlərimi öyrənmək istəyirsinizsə deyə 
bilərəm ki, burada intihar baş verdiyinə inanmaq olar. Çünki, silah 
əlində, yaxın məsafədən atılmış sol gicgahın güllə yarası, qarşısında isə 
qələm və kağız... –bu zaman Qədir, susdu. Sanki nə isə ciddi-ciddi 
düşünməyə başlamışdı. - Bilirsiniz, mənə qəribə görünən bir şey var. 
--Nə? 
--Əyər bu şəxs özünü öldürürdüsə qarşısına ağ vərəq və qələmi niyə 
qoyub? Ya da intihar səbəblərini yazmaq üçün qoymuşsa niyə 
yazmamışdır? Sizcə bu qəribə deyil? 
--Maraqlı fərziyyələrin var –nədənsə polkovnik-leytenant ciddi danışmağa 
üstünlük vermişdi. – İndi isə mən öz düşündüklərimi sənlə paylaşım. 
Əvvəla burada bir intihar “səhnə”si təsvir olunub. Əslində bir neçə 
qaranlıq qalan suallar vardır ki, mənə bu ölümün intihar olduğuna 
inanmağa qoymur. Demək ən əvvəl şübhələndiyim elə vərəq olmuşdu. 
İkincisi qələmin sağ tərəfdə olub silahın sol əldən tutulması. Sizin 
dediyiniz kimi, əyər bu şəxs özünə qəsd etmək istəmişdisə niyə 
vərəqini boş qoymuşdu. Ya da daha dəqiq desək bu vərəq niyə onun 
qarşısındadır? Protokolu yazın! 
Bu zaman Prokurorluqdan nümayəndə olaraq baş müstəntiq Həsənov 
gəldi. Otağa gözucu nəzər yetirib Məmmədzadə ilə dəhlizə çıxdılar. Eyni 
zamanda ekspertizadan Müslimzadə gəldi. İdarənin fotoqrafı hadisə baş vermiş 
yeri və meyiti çəkirdi. 
--Bu açıq aydın intihardır. Bəs mərhumun öz əli ilə yazdığı etiraf 
məktubu necə, tapmısız? – baş müstəntiq Həsənov soruşdu. 
--Xeyir! İş burasındadır ki, burada heç bir etiraf əks olunan məktub aşkar 
olunmayıb. İntihar olduğuna da şəxsən mən inanmıram. – 
Məmmədzadə əminliklə dilləndi. 
--Yəqin ki, inanmamağa əsaslı səbəbləriniz vardı? Bu barədə 
prokurorluqda daha dəqiq danışarıq. İşlərinizi yekunlaşdıran kimi ora 
gələrsiz. 
Hadisə yerindən dəlillər götürüldü. Elə həmin gün prokurorluqda baş 
müstəntiq Həsənovun rəhbərliyi altında cinayət axtarış qrupu yaradılır və bu 
cinayət işi məhz polkovnik-leytenant Asif Məmmədzadəyə tapşırılır ... 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə