Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Dördüncü fəsil. 
Prokurorluqdan yeni qayıtmış polkovnik-leytenant Asif Məmmədzadə 
dilxor vəziyyətdə kabinetində o başa bu başa gedib-gəlirdi. Bu zaman qapı 
astadan döyülür. 
--Gəlin! 
--Yoldaş Məmmədzadə olar? 
--Buyur Qədir! Keç əyləş. 
--Qanınızı qaraldan nəsə olub? 


 --Daha nə olacaq... Fələk güclü, mən gücsüz. 
--Dərd etməyin bu qədər. Biz tezliklə işin üstünü açacağıq. 
--Yaxşı! De görüm mərhumla bağlı nə öyrənə bildin? 
--Yoldaş Məmmədzadə, mərhumun adı Vahid Zamandır. 1950-ci ildə mart 
ayının 10-da Şamaxı şəhərində anadan olub. Atası vaxtilə müəllim olmuş, anası 
isə evdar qadın. Bir qardaşı və bacısı var. Qardaşı da həmçinin ticarətçidir. 
Bacısı isə evdar qadındır. Vahid Zaman özü iş adamıdır. Şəhərimizdə tikinti 
materiallarının istehsalı ilə məşğul olan bir fabriki, iki ticarət obyekti və bir 
avtomobil servisi vardır ki, orada da həm avtomobil satılır, həm də avtomobil 
hissələri. Şəxsi ofisi fabrikində yerləşir. Ailə vəziyyəti - evlidir. Yoldaşı şəhərin 
mərkəzində yerləşən “Moda evi” -nin sahibəsi Vəfa Zamandır. Evlənməzdən 
əvvəl daşıdığı soyad Musalı olmuşdur. Qönçə adında bir qızları vardır. O da 
Səyavuş Ömərovla ailəlidir. Övladları yoxdur. 
--Ailəsini xəbərdar etdin? 
--Bu dəqiqələrdə xəbər almış olmalıdırlar. 
--Xadimənin vəziyyəti necədir? 
--Həkimlər 3-4 gün xəstəxanada yatmağını məsləhət gördülər. Hadisə ilə bağlı 
yeni bir şey öyrənə bilmədim. Xadimə öz ifadəsində eyni sözləri təkrar etdi. 
“Hər həftədə bir gün işə gəlirəm. Səhərdən axşama kimi təmizliklə məşğul 
oluram.” Bu gün səhər gələndə görüb ki, Vahid bəy şəxsi kabinetində ölüb. 
Kabinetdəki eyvanın qapıları da taybatay açıq olub. O zaman ağlına gəlib ki
polis çağırsın. Polis gələnə kimi həyətdə gözləyib. 
--Yaxşı. Bəs ekspertlər nə deyirlər? -deyən Məmmədzadə gözlərini Qədirin 
ağzına dikdi. 
--Ekspertizanın cavabı hələ məlum deyil. Çox güman ki, nahardan sonra məlum 
olacaq. – Qədir dilxor halda cavab verdi. 
--Maraqlıdır. 
--Nə?- Qədir təəccübləndi. 
--Bu ölüm. 
--Düzdür. Maraqlı, həm də qəribə. 


--Razıyam-Məmmədzadə bir qədər fikrə gedib – Qədir, səncə bu ölüm nəyin 
zəminində törədilə bilərdi? 
--Doğrusunu desəm Asif müəllim, vərəq gözümə sataşmasaydı bu ölümü elə 
intihar kimi də biləcəkdim. Lakin vərəqin boşluğu, hətta qarşısında olmağı məni 
şübhələndirdi. 
--Məsələn? - Məmmədzadə diqqətlə Qədirə baxdı. 
--Əyər mən özümü öldürürəmsə niyə qarşıma ağ vərəq qoyum? Etiraf məktubu 
yazıramsa niyə yazmayım? Bir sözlə mənə elə gəlir ki, həmin vərəq ya əvvəldən 
orada masanın üzərində olub, ya da qatil bizim yanlış yolla addımlamağımızı 
istəyir. 
--Yox. Nədənsə səninlə razılaşa bilmirəm Qədir. Birincisi masanın üzərində 
əvvəlcədən olmağına gələk. İş burasındadır ki, mən kabinetə girməzdən əvvəl 
hər tərəfə diqqətlə göz gəzdirdim. O evdə daha doğrusu o iş otağında çoxdandır 
ki, oturulmurdu. Bunu məhz masanın üzərindəki boşluqdan əsaslanaraq 
deyirəm. Əyər mən o qədər mülk sahibi olsam iş masamda ən azı üç qovluq, ailə 
rəsmlərim, cib telefonum, ev telefonum, kompüterim, qayçı, qələm, pozan və. s 
qoymaq üçün xüsusi qabım olardı. Mən buna misal şəxsən öz iş masamı 
deyərdim. Bax - polkovnik-leytenant öz iş masasını işarə etdi - İş görən insanın 
masası ən az bu cür olmalıdır. Odur ki, əvvəlcədən orada vərəq olduğuna 
inanmıram. O ki, qaldı ikinci fərziyyənə, deyə bilərəm ki, qatil vərəqlə bağlı nə 
isə düşünməyib. Bəlkə də heç ağlına da gəlməzdi ki, mən və sən bu qətlin intihar 
olduğuna şübhə edəcəyik. Özü də məhz vərəqə görə. Burda nə isə var. Amma 
nə? Bax mənə maraqlı olan budur. 
--Hər halda ekspertizanın cavabını alandan sonra bu işlə bağlı dəqiq söz deyə 
bilərik. –deyərək Qədir əlindəki sənədləri gözdən keçirtdi – Mən əyər bu 
hadisənin qətl olduğuna inansam düşünürəm ki, qatil bu cinayəti ya pul 
zəminində törətmiş ola bilər, ya da rəqabət zəminində. Göründüyü kimi, 
mərhum Vahid Zaman iş adamıdır. Bəs sizcə necə? 
Ayağa qalxıb çənəsini əlləri arasında ovuşduran polkovnik-leytenant 
Məmmədzadənin qaşları düyünləndi: 
--Mənə elə gəlir ki, ölüm səbəblərini araşdırmaq hələ tezdir. Əvvəla gərək 
ekspertizanın rəyi ilə tanış olaq. Sonra mərhumun ailə üzvlərinin və yaxınlarının 
ifadələrini alaq. İşimiz çoxdur. Nahardan sonra səni ekspertizanın cavabları ilə 
burada gözləyəcəyəm. İndi isə gedə bilərsən. 
--Oldu! 


Əyləşdiyi stulu irəli çəkən Mayor Eyvazov iri addımlarla otaqdan çıxdı. 
Bu andan etibarən otağa dərin sükut çökdü. Məmmədzadə qayıdıb yerinə 
əyləşdi. İki əlini birləşdirib masanın üzərinə vurdu. Bununla bütün narahatlığını 
fikrini, dərdini sanki bir neçə dəqiqəlik unutdu. Binada demək olar hər kəs nahar 
etməyə getmişdilər. Odur ki, Məmmədzadə yaxın bir saat ərzində kabinetinə 
kiminsə gəlməyəcəyinə əmin idi. Pencəyini soyunub əyləşdiyi stulun başına 
keçirtdi. Özü də qapıya yaxın yerdə qoyulmuş yığcam divana uzandı. Əllərini 
boynunun altına qoyub bir qədər düşünməyə başladı: - Kimə lazım ola bilərdi 
Vahid bəyin ölümü? Onun iki əlli masa üzərinə sərilməsi... Silahın sol əldə 
olması... Qələmin isə sağ tərəfdə masa üzərində olması... Boş vərəq... Sol əllə 
revolverlə sol gicgaha yaxın məsafədən atəş açılması... Axı bütün bunlar nə 
deməkdir? Əyər mən özümü öldürmək niyyətindəyəmsə ən əvvəl ailəmə bir 
kəlmə söz yazaram. Sonra tətiyi çəkərəm. Yox... yox... belə alınmaz. Burda nə 
isə var. Nə isə... bu “nə isə” -lər məni lap əldən salacaq. Görəsən əynində niyə 
idman geyimi vardı? Hadisənin dəqiq törədildiyi vaxt məlum olsaydı. Əsas 
ekspertizanın cavabıdır. Ya torpaq parçası? O tər təmiz xalça üzərində nə 
gəzirdi? Mərhumun idman ayaqqabısındanmı? Yoxsa qatilə məxsusdu? Əyər 
qatilə aiddirsə onda əlimdən qaça bilməz. Necə deyərlər-Qaçan büdrəyər.
Bu zaman Məmmədzadə xatırladı ki, dostu Muradlının məktubunu hələ də 
oxumayıb. Cəld ayağa qalxıb iş stolunun arxasına əyləşdi. Masa üzərinə 
qoyulmuş noutbukunu işə salıb elektron ünvanına daxil oldu. Bir neçə məktub 
işarəsini ötdükdən sonra nəhayət axtardığını tapdı. Bu polkovnik-
leytenant Murad Muradlıdan aldığı məktub idi. Zərf işarəsi üzərindən basıb 
açılmış məktubu ürəyində oxumağa başladı: 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə