Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Beşinci fəsil 
 


Qönçə öz mənzillərindəki divanda əyləşib hönkür-hönkür ağlayırdı. 
--Axı, atam niyə öldü? Yəni məni də düşünmədi? 
--Qönçə özünü ələ al. Bu qədər ağlamaqla heç nə əldə etməyəcəksən. 
--Sən nə danışırsan ana? Məgər sənin qəlbin daşdandır? Atam ölüb e... 
ölüb! 
--Danışığına fikir ver qızım. Mən demirəm ki, yaxşı ki, ölüb! Deyirəm 
yəni heç olmasa sənə bir şey olmasın. Elə bilirsən iyirmi beş illik ömür 
yoldaşımın ölümünə sevinirəm?
--Bağışla anacan! Heç özüm də nə danışdığımı bilmirəm. Bircə onu 
bilirəm ki, ürəyim parçalanır. Nəfəsim ağırlaşır. 
--Yaxşı qızım ağla. Ağla yüngülləşərsən. Səyavuş haradadır? 
--Eşidənnən dəli kimi bir yerdə dayana bilmir. İki saatda 2 qutu siqaret 
çəkib. Üzünə baxsan qorxarsan. Yarım saat olar çıxdı. Dedi havam 
çatmır. Kim qıydı axı ana, kim? - yenidən göz yaşlarını axıdan Qönçə 
divandakı yastığı qucaqladı.
Vəfa xanım qızının gözündən yayınmış alma yanaqlarından süzülən iki 
damla yaşı silib ayağa qalxdı. Pəncərə önünə yaxınlaşıb dənizə tamaşa etdi. Bu 
an Vahid bəylə necə evləndiyini xatırladı: 
O zamanlar Vəfa 18 yaşına yeni qədəm qoymuşdu. Vahid də 21 yaşında 
idi. Əsgərlikdən yeni gəlmişdi. Əvvəlcə fəhləlik etdi. Sonra maşın təmiri ilə 
məşğul olur. Vəfa da atası və anası ilə kəndə yay tətilini keçirməyə gedirdilər. 
Şəhərdən çıxar çıxmaz Musa kişi anlayır ki, maşının nəyisə nasazdır. Bu 
vəziyyətdə uzun səfərə çıxmaq ağılsızlıq olardı. Buna görə də elə yol qırağında 
təmirçi dükanı görüb saxlayır. Usta ilə bir qədər maşının sağına soluna 
keçdikdən sonra kapotu açır. Bu zaman usta uca səslə - “Vahid, oğul bura gəl” - 
deyir. Maşının yarı açıq pəncərəsindən gələn hava ilə sərinlənən Vəfa bu an 
Vahidi görür. Elə həmin anda da gözləri bir-birinə sataşır. Vahid o an Vəfanı 
görüb, maraqla baxır. Lakin utanır. Özü də anlamırdı tanımadığı ilk dəfə 
gördüyü, həm də belə ötəri nəzər yetirməklə, adını da bilmədiyi yaşıl gözlü bu 
qəşəng qız necə oldu ki, diqqətini çəkdi. Təmirlə bir qədər məşğul olduqdan 
sonra başını qaldırıb qızın arxa qapını açıb anası ilə maşından çıxdığını görür. 
Bu an onun gözəl mütənasib yaraşıqlı bədən quruluşunu, incə belini daha rahat 
görür. Vəfa da ona baxan gözəl gözlərin təsirindən ayaqları yerdən üzülür. 
Kiminsə tərəfindən sevildiyini, arzulandığını hiss etmək ona ləzzət verir. 
Maşının təmiri bitərkən atası təmirçi dükanının telefon nömrəsini götürür. Əyər 


bir daha maşının təmirə ehtiyacı olarsa mütləq həmin ustaya müraciət 
edəcəyini deyir. Beləliklə, Vahid də Vəfa da beləcə üz-üzə gəlmiş olurlar. Bir 
dəfə də olsa bu görüş Vahidin yaddaşından silinmir. Hər gecə gözlərini 
yumduğunda Vəfanın maşından necə düşdüyünü, gözəl bədən quruluşunu 
xatırlayır. Tanrıdan o gözəl qızı bir daha qarşısına çıxarmağı diləyir. Bir neçə ay 
keçdikdən sonra Vəfa anası ilə bazarda həmin maşın təmir edən oğlanı yəni 
Vahidi görür. Lakin onu harada gördüyünü xatırlaya bilmir. Oğlanın üzü ona 
çox tanış gəlir. Yaxınlaşıb soruşmağa da utanır. Bu zaman Vahid təsadüfən onun 
dayandığı satış rəfinə mal almağa yaxınlaşır. Vəfa da bundan istifadə edib üzünü 
qəsdən ona tərəf çevirir. Bu an gözlər bir daha bir-birinə sataşır. Vahid ona 
baxan bu gözləri bu gözəlliyi xatırlayır. Qəlbi yerindən çıxmağa can atır. Vəfa: 
--Bağışlayın, təsadüfən oldu. 
--Salam, xanım! 
--Salam! 
--Maşının təmirə ehtiyacı varmı? Məni bəlkə də xatırlamırsınız, lakin mən 
sizi heç bir an belə unutmamışam. 
--Kömək edin xatırlayım. 
Yanaqları qızarmış, isti təbəssümlü qızı bir daha başdan ayağa süzüb dedi: 
--Mən iki ay əvvəl yol qırağında sizin atanızın maşınını təmir etmişəm. 
Onda ananızla maşından düşmüşdünüz yadımda qalıb. 
--A-a-a... xatırladım. Anam da buradadır bazada. Lap yaxşı. Bir daha 
rastlaşmış olduq. 
--Adım Vahiddir! - deyərək əlini uzadır. 
--Mənimsə Vəfa! 
--“V”, “V” çox gözəldir. 
--“V”? Gözəl olan nədir? 
--Bir- birinə yaraşmağı. 
--Məni özünə yaraşdırırsan? -Vəfa təəccüblə soruşur. 
--Əlbəttə sizə kimsəni yaraşdıra bilmərəm. Siz ay kimi gözəlsiniz. İllərlə 
üzünüzə baxsam yorulmaram. 


--Nə demək istəyirsiniz? - bu zaman anasının səsi eşidildi: 
--Vəfa, haradasan? Gəl bu dona bax! 
--Gəlirəm ana!- deyən Vəfa həyəcanlanır. 
--Vəfa, siz harda olursuz? 
--Nədir ki, elçi gələcəksən? – Vəfa utanaraq qarşısında ciddi dayanmış, 
səliqəli geyimli sadə oğlana baxdı. 
--Hə! Qardaşımla, atamı göndərəcəm. Razı olarsan? 
--Məndən niyə soruşursan? Atam ürəyi kimə istəsə verəcək. Ondan soruş. 
--Ondan da soruşarıq. Sən necə mənə ərə gələrsən? 
--Mən axı səni tanımıram. Bir dəfə rastlaşmışıq. Bu da ikinci. 
--Doğru deyirsən. Gəl sabah mərkəzi kitabxananın qarşısında görüşək. 
Bir-birimizi tanıyaq. Razı olsan elçi göndərərəm. 
--Yaxşı sabah 3-də görüşək – Vəfa sözünü tez bitirib anasının səslədiyi 
tərəfə getdi. 
Bu təsadüfi rastlaşma Vahidi çox sevindirir. Vəfa da həvəslənir. Sabah 
gedəcəyi görüşə həyəcanla hazırlaşır. İndidən nə geyinəcəyini, saçını hansı 
formada yığacağını düşünməyə başlayır. Lakin Vahidin ürəyindəki saf 
məhəbbətdən xəbərsizdir. Anlamır ki, o cavan oğlan onu bütün qəlbi ilə sevir. 
Görüşə ən səliqəsiz formada getsə də Vahidin gözündə dünya gözəli kimi 
görünəcəkdi... 
Beləcə səhər də açılır. Görüş vaxtı da yaxınlaşır. Vəfa əyninə dünən anası 
ilə aldığı yay donunu geyinir. Saçını da artıq düşündüyü kimi, yuxarıdan çox 
səliqə ilə yığır. Anasına da heç nə demədən evdən çıxır. Görüş yerinə çatar 
çatmaz əlində hələ açılmamış qızılgül dəsti tutmuş yaraşıqlı oğlanı görür. Vahid 
artıq burda idi. Vəfanı görəndə sevincinin həddi hüdudu olmur. Çox 
sevinir. Beləcə görüşürlər. Əvvəl bir, sonra iki, sonra üç, və beləcə tam on 
görüşə çıxmış olurlar. Bununla da Vəfa Vahidə “Hə” deyir. Tezliklə elçilər qız 
qapısını döyür. Razılıq alıb qısa zamanda toy edirlər. İlk günlər maşın 
təmirindən aldığı pulla dolanan təzə ailə tezliklə daha da inkişaf etməyə başlayır. 
Vahid qardaşı Nəbinin köməkliyi ilə Gürcüstana gedib maşın avadanlıqları 
gətirib vətəndə satmağa başlayır. Əvvəlcə icarəyə obyekt götürür, sonra 
obyektlər alır. Beləcə ticarətlə məşğul olur. Ailə böyüyür. Qızları Qönçə də 
doğulur. 


--Ana! 
Qönçənin qəfil səsindən xəyallardan ayılan Vəfa xanım pəncərə önündən 
çəkilir. Divanın bir küncündə hələ də gözü yaşlı qızına baxıb: 
--Qönçə, özünü ələ al. 
--Ana, mənim başım hərlənir. Özümü çox pis hiss edirəm. 
--Niyə qızım? Sənə nə oldu? Görürsən bayaqdan ağlayırsan söz eşitmirsən 
ki-Stol üzərindəki su ilə dolu stəkanı qızına uzadıb - Heç olmasa bir 
qurtum su iç. Sərinlənərsən.
Sudan iki –üç qurtum içən Qönçə anasını daha da narahat etmək 
istəmədiyindən qayğılı səslə dedi: 
--Artıq yaxşı oldum. Keç əyləş. –yenidən qapıya tərəf boylanıb soruşur: - 
Səyavuş harada qaldı görəsən? 
--İndi harada olsa gələr. Sən onu özünə dərd etmə.
Bu zaman qapı döyüldü. Qönçə anasına möhkəm görünmək üçün qapını 
açır. Gələn Səyavuş idi. Qızarmış və bir qədər şişmiş gözündən ağladığı və çox 
dilxor olduğu bilinirdi. Fikirli halda Qönçənin çiynindən tutub qonaq otağına 
keçdilər. Vəfa xanım artıq divanda əyləşmişdi. Qönçə də Səyavuşun qolundan 
çıxıb divanın digər küncündə oturub narahat halda soruşdu: 
--Səyavuş, hara getmişdin? 
--Getdim morqa dedilər ekspertlər baxmalıdırlar. Sonra getdim polis 
idarəsinə dedilər nahardan sonra gəl. İndi də ayağım getmək istəmir. 
Bayaqdan blokun qarşısında oturmuşam. Bilmirəm bu necə ola bilərdi? 
Sağlam bir insan birdən birə necə ölə bilərdi? 
--Necə öldüyünü dedilər? 
--Yox, Qönçə! Orda bir zabit dedi ki, rəis bizi sabah 9-da kabinetində 
görmək istəyir. Mən də düşündüm ki, onsuz da indi bizə bir kəlmə 
deməyəcəklər məcbur səhəri gözləməliyik. 
--Düz etmisən oğul! Səhər açılsın mən də sizinlə gedəcəm. Axı Vahid 
nədən ölə bilərdi? Onun təkcə qan təzyiqi var idi. Mən bilən bu elə də 
ölümcül deyildi. 
--Orasını dəqiq deyə bilmərəm. Amma... 


Səyavuş qəflətən susmağa üstünlük verdi. Cəld ayağa qalxıb Qönçədən 
yeməyə nə isə bişirib bişirmədiyini soruşdu. Qönçə yoldaşının üzündəki 
dəyişikliyi və bir qədər fikirli olduğunu hələ gələndən hiss etmişdi. Lakin 
soruşmamışdı. İndi isə Səyavuşun ağzından çıxan “Amma...” onu düşündürürdü. 
Nədənsə ona elə gəldi ki, Səyavuş ondan söz gizlədir. Odur ki, divandan qalxıb 
mətbəxə keçib, gözünün yaşını axıda axıda yemək isidirdi. Əli heç nəyə 
yatmırdı. Lakin Səyavuşu da itirmək istəmirdi. Onu çox sevirdi. Atasının 
yoxluğuna yalnız Səyavuşun varlığı ilə tab gətirə bilərdi. Dözməli idi. Bunu 
bacaracaqdı. Əlindəki işini bitirib Səyavuşu süfrəyə çağırdı. Artıq Qönçə 
ağlamırdı. Dərin-dərin düşünürdü. Səyavuşun bəyaq demədiyi o “amma..”nı,
ondan nə gizlədə biləcəyini düşünürdü. Soruşmağa isə ürəyi gəlmirdi. Daha bir 
bəd xəbərə dözə bilməyəcəyini anlayırdı. Yemək sadəcə bəhanə idi. Yetər ki 
sözünün arxasını deməsin. Yeməkdən bir qaşıq içən Səyavuş: 
--Nə duzludur!? 
--Nə? 
--Xörək! 
--Yadımdan çıxıb ki, 2 dəfə düz atmışam. Başqa nəsə bişirməmişəm.
--Heç lazım da deyil. Düşünmürəm ki, yeməyə iştahımız ola. 
--Yox sən heç olmasa bir tikə çörək ye. Yoxsa sənə də bir şey olsa mən nə 
edərəm? - kədərli halda Qönçə dedi. 
--Allahın köməkliyi ilə son nəfəsimə kimi yanında olacam. Bunu özünə 
dərd etmə. Xörəkdir də bir gün duzlu olar, bir gün də şit. Əsas odur ki, 
onu sən bişirmisən. Əllərinlə hazırladığın zəhəri belə ləzzətlə yeyərəm. 
Allah səni mənə çox görməsin. 
--Atam səncə nədən ölə bilərdi? 
Qönçə bunu Səyavuşun gözlərinin içinə baxaraq soruşdu. Bu qəmli və 
eyni zamanda fikirli Qönçəyə yalan demək isə Səyavuşa yaraşmazdı. Odur ki, 
başını aşağı salıb əlindəki cib telefonunu qurdalamağa başladı. 
--Qönçə, hər şey səhər məlum olacaq. Mənim nə düşünməyimin bir 
əhəmiyyəti yoxdur. Səbr elə. 
--Bircə gecə tez keçsəydi. Lap ürəyim sıxılır. 
--Zaman bütün yaraların məlhəmidir. - deyən Səyavuş yaşlı insanlar kimi 
təskinlik verdi.


Qönçənin səsindəki kədər hələ də hiss olunurdu. Asan deyildi axı. O 
boyda insanı itirmişdilər. Səyavuş yeməyinə daha toxunmadı elə hər ikisi də zala 
Vəfa xanımın yanına gəldilər. Vəfa xanım isə gözlərini bir nöqtəyə zilləyib 
kənardan heç kəsin hiss etmədiyi və hətta hər kəsdən gizlətdiyi incə göz yaşları 
axıdırdı. Qızı və kürəkəni onun ağladığını anlamasınlar deyə cəld ayağa qalxıb 
pəncərə önündə dayandı. Artıq hava qaralmışdı. Otağın işığı pəncərə önündə 
dayanmış Vəfa xanımı bir ayna kimi özündə əks etdirirdi. Dənizi isə görmək 
qeyri-mümkün idi. O, dərdini unutmağa çalışırdı. Lakin özü də bilirdi ki, insan 
həqiqətdən qaça bilməz. Olan olub və artıq nə isə tədbir görmək lazım idi. 
Səhərin açılmağını ayaq üstündə gözləmək olmazdı. Mütləq yatmaq dincəlmək 
lazım idi. Odur ki, Qönçəyə: 
--Qızım, mümkünsə mən bu gecə sizdə qalım. Səhər elə birlikdə 
məntəqəyə gedərik. 
--Əlbəttə, anacan! Sənə bu saat yer açaram.
Qönçə bunu deyib qonaq otağına döşək gətirib üzərinə ağ çəkdi. Səliqəyə 
saldı. Az sonra anasını səsləyib yatmağa dəvət etdi. Özü də Səyavuşla yataq 
otağına keçdi. Yuxuya gedəcəyinə inanmasa da uzandı. Və beləcə səhərin 
açılacağını gözlədi. Çünki, atasının müəmmalı ölümü ilə bağlı hər şey səhər 
məlum olacaqdı.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə