Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   16   17   18   19   20   21   22   23   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

III FƏSİL 
Zaman bütün yaraları sağaldır deyirlər. Bəs Səmanın yanağındakı 
bədənindəki yaraların məlhəmi nə olacaqdı? O toy günündən indiyə kimi hər 
gecə gündüz əri və ərinin uşaqları tərəfindən amansızcasına döyülür, işgəncələr 
görürdü. Sanki erməni qanı içmişdi zalımlar. O qədər amansızlıq, murdar 
işgəncə, nadanlıq yalnız erməni millətinin qanında var. Səma sanki əsirlikdə idi. 
Nə yeməyi yemək, nə halı hal idi. Ayaq üstə güclə dayanırdı. Nə ailəsindən 
kimsə onu görməyə gələrdi, nə də ona hasardan kənara çıxmağa icazə 
verərdilər. Bəs nə edərdi Səma? Hansı dağa arxalanardı. Hansı çiyinlərdə ağlayıb 
dərdini bölüşərdi. Daha belə yaşaya bilməzdi. Dərin quyuya düşün biri çıxmağın 
tək yolunu kəndirlə dırmanmaqda görürsə, Səma da bu vəzittəydən çıxış yolunu 
yalnız qaçmaqda gördü. Nəhayət bir gecə hər kəsin yatdığından əmin olub, 
evdən qaçdı. Hər tərəfin qaranlıq olduğuna baxmayaraq içindəki qorxu hissini 
boğub qaçmağa başladı. 
O gecə Cəmilə yuxuya gedə bilmirdi. Gözlərini yuman kimi qorxunc sifət 
görüb diksinirdi. Bunun nə ilə bağlı olduğunu anlamırdı. Yatmamağa qərar 
verdi. Dörd saat əvvəl dəmlədiyi kəklik otu çaydan bir fincan süzüb içməyə 
başladı. Səmanı düşünürdü. Ən son onu gəlinlikdə atası evindən zor gücünə 
aparılanda görmüşdü. O gündən bir xəbər belə almamışdı ondan. Cəmilə 
Səmanı çox sevirdi. Evin tək övladı olduğundan kimsəyə bacı qardaş deməmişdi. 
Bunun nə olduğunu da anlamırdı. Lakin ailə qurub baldızı Səmanı tanıdıqdan 
sonra bacının nə olduğunu gözəl anlamışdı. Bilirdi ki, Səma ona baldızdan əlavə, 
həm də doğma bacı kimi əzizdir.


Fikirli halda çayından bir qurtum içmişdi ki, qapı bərk-bərk döyüldü. 
Amma gecənin bu vaxtında evə kim gəldiyini anlamadı. Şirin yuxuda olan 
yoldaşı Rəşidi tələsik oyatmağa başladı: 
-
Rəşid, oyan! Kimsə qapını döyür.
-
Gecənin bu vaxtında nə qapı? – gözlərini ovxalayan Rəşid ayağa 
qalxmağa çalışdı. Qapı yenidən döyüldü. – hər kimdirsə Allah xeyrə 
calasın.
-
Amin. 
Rəşid əyninə yüngül paltar geyinib qapını açdı. Qapı önündə titrəyən 
halsız bacısı Səmanı görüb mat qaldı. Nə düşünəcəyini bilmədi. Amma onu 
yenidən gördüyünə çox sevindi. Kiçik bacısını qucaqlayıb bağrına basdı.
-
Xoş gəldin, Səma! Gecə vaxtı nə olub niyə belə titrəyirsən? 
-
Mən o evə bir də qayıtmaq istəmirəm. – Səma dili topuq vuraraq dedi.
Çox qorxduğu ilk baxışdan aydın idi. Gözlərinin altı göyərmiş, dodağının 
kənarı partlamışdı. Cəmilə Səmanın halsız olduğunu görüb özü ilə yatağa apardı. 
Bir qədər yatmağını xahiş etdi. Səmanı təpiklə o qədər döymüşdülər ki, ayağı 
belə axsayırdı. Bütün bədəni gömgöy göyərmişdi. Rəşid bacısını əsgər getdiyi 
gündən sonra ilk dəfə idi ki, görürdü. Kaş görməz olaydı. Cəmilənin and amanı 
olmasaydı Rəşid elə gecə ikən bacısını bu vəziyyətə salan alçaq ərindən qisas 
almağa gedəcəkdi. Ən azından onları Səmanın halına salacaqdı. Axı hansı qardaş 
bacısını bu vəziyyətdə görmək istəyərdi? Heç kəs...
Səhərə kimi otaqda sağa-sola əsəbi halda gəzişən Rəşid, nəhayət bir 
küncdə əyləşdi. Cəmilə isə həm Səmanın qayğısına qalmış, həm də yoldaşına 
səbirli olmağı məsləhət görmüşdü. Dan yeri söküləndə Rəşid atasını oyatmağa 
getdi. Bu ərəfədə Səma da artıq oyanmışdı. Ər evindən qaçarkən dəfələrlə 
yıxıldığından hər tərəfi sızıldayırdı. Tərpənməyə halı yox idi. Cəmilənin 
yatağının kənarında görüb çox sevindi. Onu yenidən qucaqlayıb ağlamağa 
başladı. Ərindən və onun amansız uşaqlarından çəkdiklərini danışmağa 
başlamışdı ki, qapı taybatay açıldı. Atası ilə anası təlaş içində evə girdi. Əvvəl biri 
sonra digəri Səmanı danlamağa tənbeh etməyə başladılar. Rəşid isə kənarda 
dayanıb bu vəziyyətə çıxış yol axtarmağa başladı. Bir də gördü ki, atası Səmanın 
işgəncələrdən yanmış göyərmiş qolundan dartaraq ər evinə aparmağa çalışır: 
-
Sənə icazə vermərəm ki, məni camaat içində rüsvay edəsən. Get ərivin 
yanına, canın çıxsın mehriban ol. 


-
Ata yalvarıram sənə məni ora göndərmə. Orda yaşamaqdansa qapında 
zəncirli it olum bəsimdi.
-
Hələ danışmağa dilin də var? –anası da danlamağa başladı - Kişindir də 
bir gün döyər, bir gün sevər. Get otur xarabanda sözə qulaq as. Yoxsa 
südümü sənə halal etmərəm.
-
Sənə qurban olub ay ana. Nə olar kömək elə. Mənim halıma acıyın. 
-
Dayanın! –Rəşid yerindən sıçradı - Bacım heç yerə getməyəcək!

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə