Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

IV FƏSİL 
Rəşidin qərarından sonra ata-anası ondan üz döndərdi. Sizin kimi övlad 
olmaz olsun dedilər. Hər iki valideyn yalnız özlərinin cəmiyyətdəki 
mövqeyini düşünərək hərəkət etdilər. Rəşid işdə olduğu zaman Səmanı 
güclə yoldşının evinə apardılar. Səma çox qorxurdu. Atasına çox 
yalvavırdı. Lakin onu dinləyən yox idi. Yoldaşı pillələri düşüb qaynatasına 
(əslində yaşıd idilər) sağol deyib xanımı Səmanın qolundan tutdu. Ağlayan 
qızını o evdə də qoyub getdilər.
Valideynləri şam yeməyinə əyləşmişdilər ki, qapı zərbə ilə açıldı. Rəşid 
Səmanın məcburən ər evinə aparıldığını öyrənib dəliyə dönmüşdü. 
Atasının yaxasından tutub divara dirədi.
-
Sən necə insansan? Sənin ata ürəyin harda qaldı? Bəs vicdanın buna 
necə razı oldu?
-
Burax məni. Unutma ki, atanla danışırsan. 
-
Sənin kimi...
Rəşid artıq özünü idarə edə bilmirdi. Atasının sinəsini buraxıb iti 
addımlarla evdən çıxdı. Bir başa Səmanın evinə getdi. Gördüyü mənzərə 
isə o qədər dəhşətli idi ki, Səmanı bura geri gətirən atasına min dəfə 
söydü. Çünki Səma ölümcül vəziyyətdə idi. Onu gətirildiyi andan o qədər 
vəhşiliklə döymüşdülər ki, nəfəs belə ala bilmirdi. İnək damında bir 
otluğun üstünə atmışdılar. Orda da qalmışdı. Rəşid göz yaşları içində 
bacısının taxma saçına sığal çəkdi. Onun ayılmadığını görüb daha da 
qəzəbləndi. Ayağa qalxıb Səmanı bu hala salanlardan hesab almağa 
getdi. İçəri girib qarşısına keçən hamıya bir sillə ilişdirdi. Səmanın 
yoldaşına isə o qədər vurdu ki, kişi ayaq üstdəgüclə dayanırdı. Əvvəl 
bacısını xəstəxanaya apardı. Sonra Cəmiləyə xəbər göndərdi ki, bacısının 
yanında olsun. Yol üstü rayon polis idarəsinə girib ərizə yazdı. Şikayətçi 


olduğunu bildirdi. Beləliklə, bacısı Səmanın da dilindən ifadə alındı. Onu 
bu hala salanları ifadə üçün idarəyə apardılar. Lakin heç bir fayda 
vermədi. “Ər arvadına əl qaldırar da” deyib buraxdılar. Ədalət öz yerini 
tutmasa da Rəşid and içdi ki, onları boşadacaq. Beləliklə, bacısının 
kəbinini pozdurdu. Səma bir həftə xəstəxanada yatdı. İki qabırğası 
əzilmişdi. Ağzıdan qan gəlirdi. Çox pis günlər yaşadı. Cəmilə hər gün ona 
qulluq etdi. Atası da anası da qızlarının bu halını görüb etdikləri əməldən 
peşman oldular. Lakin Səma onları görmək istəmirdi.
Bir neçə ay keçdi. Səma tamamilə sağalmışdı və artıq bibi olmuşdu. 
Cəmilə ilə Rəşidin bir oğlu doğulmuşdu. Adını Əhməd qoydular. Səma 
Cəmiləyə hər işdə gömək edirdi. Onlarla birgə yaşayırdı. Rəşid bir otaqlı 
daxma evi 3 otaqlı kürsülü ev ilə əvəz etmişdi. Hər daşı daş üstünə 
dostlarının köməkliyi ilə qoymuşdu. İllər aylar ötdükcə Səma darıxırdı. 
Nə isə etmək istəyirdi. Düzdü evdən çölə addım atdığını görən hər kəs 
onu təhqir edirdi. Saçı yox, qulağının biri yox. Digəri yarımçıq halda idi. 
Taxma saç isə bu illər ərzində yetərincə köhnəlmişdi. Ona nə qədər səliqə 
ilə baxsa da daha istifadəlik halda deyildi. Daha Cəmilədən saç istəməyə 
üzü gəlməzdi. Haqqı da yox idi. Səma özünə saç axtarmağa başladı. 
Əvvəlcə qonşu kəndə yollandı. Hər kəsə elan etdi ki, kim saçının 
uzunluğundan bezibsə kəsdirib mənə versin. Əvəzində toyuq verirəm. 
Beləliklə, bir neçə rəngdə iki torba saç yığdı. Toyuqları isə atasnın 
həyətindən aparmışdı. “Buna haqqım var” deyə düşünmüşdü. Artıq 
valideynləri ona bir söz demirdi. Çünki yaşadıqlarının ilk təqsirkarı elə 
onlar idi. Səma evə gəlib iki gecə oyaq qaldı. Gecə gündüz özünə yeni 
taxma saç düzəltdi. Bu dəfə ilk işindən də gözəl alındı. Sözün əsl 
mənasında bəyənərək istifadə etdi. Hər bir saç rənginə uyğun taxma saç 
düzəltdi.
Səmanın artıq 20 yaşı var idi. Rəşid onun evdə ilk olaraq özü üçün 
tikdiyi taxma saçları çox bəyənirdi. Bacısının tikişə olan həvəsini görüb 
onu dərzi yanına tələbə kimi yazdırdı. Beləliklə, Səma dərziliyi öyrəndi. 
Hər gün həvəslə ustasının yanına getdi. Ondan hər bir tikişin incəliyini 
öyrəndi. Parçaların növündən tutmuş sapların növünə kimi nə lazımsa 
mənimsədi. Beləliklə, ustası onun kimi bacarıqlı tələbəni itirmək 
istəmədiyindən yanında işləməyini məsləhət gördü. Rəşid heç 


düşünmədən qərar verdi. Lakin heç də peşman olmadı. Çünki bacısı bu 
işdən çox xoşbəxt olurdu. Bacısının yanağında təbəssümü görmək isə
hər qardaşın arzusudur. 
Səma artıq özünə daimi müştəri də tapmışdı. İşdə yorulmağına 
baxmayaraq evdə də tikirdi. O qədər sevirdi ki bu sənəti. Özünə də, 
Cəmiləyə də cürbəcür geyimlər hazırlayırdı. Rəşidə ad günündə bir 
pencək də tikmişdi. O pencəyi çox sevərək xeyir şər məclislərinə geyinirdi. 
Lakin bir gün işlədiyi tikiş fabrikini bağladılar. Səbəbi hər nə idisə bu 
fabrikin işçilərinə də Səmaya da çox təsir etmişdi. Günlərlə işsiz qaldı. 
Rəşidin bir zaman onun üçün aldığı tikiş maşınını belə açmırdı. Həvəsi yox 
idi artıq heç nəyə. Bu vəziyyəti dəyişmək kimsənin əlində deyildi. Səma 
yenidən qəmgin olub içinə qapandı. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə