Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   25   26   27   28   29   30   31   32   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

“ Qardaşım Asif, Necəsən? İşlər necə gedir? Son aldığım məktubuna gec 
cavab yazdığım üçün üzr istəyirəm. İnan ki, burda keçən həftədən törədilmiş 
cinayətə başım qarışdığından fürsət olmurdu yazmağa. 
Yazdığın son məktubda da mənim araşdırdığım cinayətlə maraqlanırdın. 
Mən sənə keçmiş yox, dünən açdığım cinayət hadisəsindən yazacam. Demək bağ 
evlərin birində səhər 9-da bir qadın cəsədi aşkar olunur. Cəsəd deyəndə ki, 
öldürülmüş yaşlı qadın skeleti tapılıb. Cəsədi evin yeni sahibi Valentin tikəcəyi 
evin təməlini qoyarkən tapıb. İlk baxışdan heç də qətlə bənzəmirdi. Lakin 
ekspertizanın nəticəsi məlum olduqdan sonra işi mənə tapşırdılar. Demək 
mərhum düz 20 il əvvəl boğularaq öldürülüb. Elə həmin evin qarajında torpağa 
tapşırılıb. Cinayəti iki həftəlik araşdırmadan sonra nəhayət ki, aça bildim. 
Həmin qadın yəni Olqa Sergeyevna 37- il əvvəl övladlığa götürdüyü erməni 
mənşəli Edik tərəfindən qətlə yetirilib. Səbəbi isə heç qatilin özü də bilmir...
Səni bu cür cinayətlərlə yormaq istəmirəm. Amma nədənsə hər 
məktubunda yeni-yeni qətllər haqqında maraqlanırsan. Bu dəfə isə mənə 


maraqlıdır. Yaz görək sənin axırıncı araşdırdığın cinayət hadisəsi nə 
üstündədir? Kim törədib? Necə baş verib?
Suallarıma tezliklə cavab gözləyirəm. Nəyə ehtiyacın olsa mən qulluğunda 
hazır! Özünü qoru. Hələlik! ”
Məktubu oxuduqdan sonra Məmmədzadə cavab yazmaq üçün yeni sənəd 
açdı. Beləliklə dostunun məktubuna cavab yazmağa başladı: 
“Əziz dostum Murad! Necəsən? Son məktubunda yeni bağladığın cinayət 
işindən yazmısan. Çox maraqlı və qaranlıq məsələyə oxşadı. Ən sonda biləndə 
ki, qətli məhz erməni mənşəli oğulluğu törədib tamamilə təəccüblənmədim. Bu 
ermənilərin xislətinə uyğundur. Bunların təbiətində qəddarlıq, rəzillik, 
nankorluq həmişə özünü göstərəcək.
Yaxşı indi isə sənin suallarına cavab yazım. Xahiş edirsən ki, son 
araşdırdığım cinayət işi ilə bağlı nə isə yazım. Baş üstə! Əvvəla ondan başlayıb 
ki, hadisə hələ bu səhər məlum olub. İlk görünüşdə intihar səhnəsinə bənzəyir. 
Lakin mən intihar olduğuna inanmıram. İş ondadır ki, ölən şəxs 48 yaşlı məşhur 
iş adamı Vahid Zamandır. Bağ evində iş masası arxasında üz üstə stol üstündə 
ölmüşdür. Dodağının sağ tərəfində kiçik yara, sol əlində Revolver markalı odlu 
silah vardı. Sol gicgahdan aldığı güllə yarasından ölmüşdür. Masanın üzərində 
boş ağ vərəq və mərhumun sağ tərəfində vərəq üzərində qələm vardı. İş 
otağında ayaq altına salınmış xalçanın üzərində, dəqiq qeyd etsəm tam 
mərhumun sol tərəfində yerdən qum tapılıb. Hal-hazırda isə ekspertizanın 
cavabını gözləyirəm.”
Bu an qapı döyüldü: 
--Gəlin!- deyən Məmmədzadə narazılıqla cavab verdi. 
--Hər vaxtınız xeyir! Sizə nahar gətirmişəm. 
--Keç 
əyləş 
Qədir. 
Nə 
zəhmət 
çəkdin? 
–deyib 
natamam 
məktubunu yaddaşa verdi. 
--Nə zəhməti Asif müəllim?! Sizə canım qurbandır. 
--Yaxşı görək... 
--Siz necə deyirdiniz? Aha yadıma düşdü: “Qocanın biliyi, cavanın 
biləyi!” 
--Pay atonan! Qədir, məni nə tez qocaltdın? 


--Yox-yox polkovnik-leytenant, mən sadəcə sizin vaxtı ikən dediyiniz 
atalar sözünü xatırladım. 
--Onda al cavabını “Qocaya gülən özünə gülər!” 
--Hm.... Bu saat, bu saat. Aha.. Xatırladım: “Qocadan demək cavandan 
kömək!” 
--Bəh-bəh! Adamın ürəyinə yağ kimi yayılır. Nə yaxşı ki, sənin kimi 
cavanlar atalar sözlərimizi unutmurlar. Əhsən! İndi zarafat qalsın bir yana. 
Naharı bir qədər sonra edərəm. De görək hörmətli ekspertlərimizin rəyi necədir? 
--Çox sağ olun! Əslində bütün atalar sözlərini məktəb illərində 
keçmişdim. Lakin sizinlə işlədiyim bu illər ərzində yenidən öyrənmiş oldum. Siz 
mənim üçün canlı örnəksiniz. O ki, qaldı ekspertlərin rəyinə o da ki bu 
qovluqda. 
Əlindəki 
qovluğu 
açıb 
masanın 
üzərinə 
qoyur. 
Məmmədzadə 
ekspertlərinin rəyini göz ucu nəzərdən keçirtməyə başlayır. Bu zaman Qədir: 
--Ekspertizanın nəticəsinə əsasən Vahid Zaman gecə 22:30 radələrində 
qətlə yetirilib. Xalça üzərində tapılmış həmin torpaq parçası heç də mərhumun 
ayaqqabısından deyil. Biz hadisə yerindən uzaqlaşdıqdan sonra evin bağ 
hissəsində hasara iki metrlik aralıdakı palçıq ərazidə yeni düşmüş kişi 
ayaqqabısının izi aşkar olunub. Ayaqqabı ölçüsü 46-dır. Vahid Zamanın 
ayaqqabı ölçüsü isə 42-dir. Sonra bizim hər ikimizi cavabsız suallarla baş-başa 
qoyan o ağ vərəqlər də ekspertlərin tam sübutu ilə bizlərə təhvil verilmişdir. 
Həmin vərəqlər iki ədəd olmaqla A4 formatındadır. Onun üzərindən mərhumun 
əl izləri aşkarlanıb. Hətta bir ədəd saç teli də varmış ki, o da məhz mərhumun 
saçındandır. Qeyd olunur ki, iki vərəqdən yalnız birinin üzərində azacıq qələm 
ucu izləri aşkarlanıb. Ekspertlərin düşündüyünə görə ola bilər ki, iki vərəq 
üzərində daha bir, yəni üçüncü vərəq də olmuşdur. Məhz həmin vərəqin 
üzərində yazılmış yazıların bir qismi daha doğrusu bəzi hərflərinin izi ikinci 
yəni altdan qoyulmuş vərəqə düşmüşdür. Həmin hərflərin sıra və yerləşmə 
məsafələri də qeyd olunmuşdur. Ən dəqiq bilinən iz isə imzadır. O daha dərin və 
səliqəsiz yazılmışdır. Bunun əsasında hər iki vərəqə də keçmişdir. Məlum 
olunmuş hərflər elə aşkar olunduğu yerdə sürəti çıxarılmışdır. 
Məmmədzadənin əlindəki qovluğu yenidən açıb iki sənəd çıxardıb uzatdı. 
Polkovnik-leytenant əlinə aldığı iki vərəqi də incəliklə yoxlamağa başladı: 
--Demək belə çıxır ki, Vahid Zaman gecə idman geyimində olarkən öz 
şəxsi, lakin istifadə etmədiyi kabinetində öldürülüb. Qatil hər kimdirsə bizim 
əlimizdə indi yalnız bir sübut var. O da qatilin 46 ölçülü ayaqqabı izi. Mümkün 


olduğu qədər mərhumun yaxınlarından bu barədə bildiklərinizi gizli saxlayın. 
Mənə nədənsə elə gəlir ki, Vahid Zamanı yaxın adamlarından biri öldürüb. O 
hər kimdirsə mütləq tapılacaq. 
--Baş üstə! 
--Bu mərhumun qarşısındakı ağ vərəq, bu isə həmin vərəqdə aşkar edilmiş 
cizgilərin sürəti. 
--Bəli Polkovnik-leytenant! Hərifləri sıra ilə oxuyun bəlkə siz hansısa 
sözləri aşkar etdiniz. Mən yol boyu təxmini göz gəzdirdim. Göründüyü kimi heç 
də uzun olmayan mətn izi var: 

M,s,a,m,l,n,F,o”
 
--Əldə etdiyimiz məlumatlara görə deyəcəyim tək bir söz vardır ki, o da Vahid 
Zamanı öldürüblər. Biz tezliklə qatili tapmalıyıq. De görək mərhumun ailə 
üzvləri nə zaman burda olarlar? 
--Dəqiq desəm sabah saat 9 dan etibarən ifadə verməyə gələcəklər. Vahid 
Zamanın qardaşı Nəbi Zaman hələ ki, Gürcüstandadır. Telefon zəngi ilə 
xəbərdar edilib. O da bacısı Kübra xanım da sabah burda olmalıdırlar. 
--Lap yaxşı. İndi isə bir az nahar edim. Sonra işlə məşğul olarıq. 
--Əlbəttə. Mən icazənizlə gedim. 
--Buyur. Bir də mümkün olduqca dəqiq məlumat lazımdır. 
--Bilmək olar, nə barədə?- Qədir soruşdu. 
--Hadisə yerindən tapılmış torpağın haraya aid olduğunu dəqiqləşdirmək 
lazımdır. 
--Əlbəttə. Bu gün ekspertlərin diqqətini torpağa yönəldərəm. Səhər hazır cavabla 
qarşınızda olaram... 
--İndi isə gedə bilərsən! 
--Sağ olun, Asif müəllim! 
Beləcə Məmmədzadə kabinetində tək qaldı. Mayor Eyvazovun aldığı 
naharı yeməyə başladı. Azacıq bibərli olsa da iştahla yedi. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə