Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

İkinci fəsil
Doqquz mərtəbəli binanın yeddinci mərtəbəsində yaşayan Qönçə bu gün 
narahat yatdığından işə getməmişdi. Saat 1 olmağına baxmayaraq hələ də 
yerində sağa-sola çönüb rahatlaşmaq istəyirdi. Lakin bunu bacara bilmirdi. 
Gecəni qarışıq yuxular gördüyündən bərk qorxmuşdu. Elə gecə saat 4-dən 
indiyə kimi bu vəziyyətdə yatmağa çalışırdı. Əsəbi halda yerindən durub 
dənizdən iki kilometr uzaqda yerləşən evinin pəncərəsini açdı. Bayırda sərin yay 
havası vardı. Səyavuş dünən gecə növbəsində olduğundan Qönçəni tək 
qoymuşdu. İki ildən artıq evli olsalar da övladları hələ yox idi. Lakin bu onların 
ailə münasibətlərinə qəti təsir etmirdi. Bəlkə, illər sonra təsir edərdi. Amma indi 
bundan əsər əlamət yox idi. Qönçə beş il idi ki, Musiqi məktəbində piano 
müəlliməsi işləyirdi. Şagirdlərini həvəslə və böyük səbirlə öyrədir, onlarla 
mehriban davranırdı. Şagirdləri də Qönçə müəllimələrini ana qədər hörmət edir, 
hər bir dərsə həvəslə gəlib, onun tapşırıqlarını səylə yerinə yeritirdilər. 
Qönçə Səyavuşla atasının sayəsində tanış olmuşdu. Bir gün atası yanında 
on üç yaşlı oğlanla işdən evə gəlir. O zaman Qönçənin on yaşı vardı. Qarşısında 
sadə geyimli, arıq, buğdayı, qara saçlı oğlana maraqla baxır. Atası Qönçənin 
saçına sığal çəkərək: 
-- Qönçə! Bu oğlanın adı Səyavuşdur. O bu gündən etibarən bağda və 
evdə lazım olan bəzi işlərdə köməkçimiz olacaq. 
Qönçə ilk baxışdan Səyavuşu bəyənməsə də onunla mehribancasına 
salamlaşır. Vaxt keçdikcə evlərində hər gün rastlaşdığı bu oğlana gizlin göz 
qoyur. Nə edir, necə edir, niyə edir? Bu növ suallarına öz-özlüyündə cavab 
tapmağa çalışır. Anlayır ki, Səyavuş doğrudan da səmimi, mehriban, istiqanlıdır. 
Aylar keçdikcə Səyavuşla daha yaxın olur. Onunla oyunlar oynayır. Beləliklə, 
aralarında bir bağlılıq yaranır. Bir -birlərinə çox öyrəşirlər.
Vaxt gəlir Səyavuş Vətənə olan borcunu ödəmək üçün əsgər getməli olur. 
Qönçə bu xəbərdən çox təsirlənsə də Səyavuşun yanında qəti ağlamır. Onunla 
vidalaşıb otağına gedir. O gün Səyavuşu əsgər gedərkən sonuncu dəfə 
pəncərədən baxıb görür. Səyavuş həyətin qapısına yaxınlaşanda nə 
düşünmüşdüsə geriyə dönüb Qönçənin pəncərədən baxdığını görür. Bu an 
Qönçə, Səyavuşu çox sevdiyini və on səkkiz ay müddət ərzində onsuz çox 
darıxacağını anladı. Lakin artıq gec idi. Hisslərini heç cürə dilə gətirə bilməzdi. 
O gün indi də yadına düşəndə az qalır uşaq tək ağlasın. Nədənsə Səyavuş geri 
dönür. Qönçə özünü lap itirir. Düşünür bəlkə o da anlamışdı ki, mənsiz yaşaya 
bilməz! Bəlkə, o da sevdiyini etiraf edəcəkdi. Daha bir an otaqda dura bilmir. 
Pillələri sürətlə enir. Giriş qapısı ağzına çatanda Səyavuşun ona tərəf gəldiyini 
anlayır. Həyəcandan az qalır ürəyi partlaya. İkisi də üz-üzə göz-gözə dururlar. 
Hər ikisi bir-birinə sanki son dəfə görüşürlərmiş kimi baxır. Qönçənin dili 


tutulur. Bir kəlmə də hisslərindən deyə bilmir. Bu an Səyavuş “Məni 
gözləyərsən?” soruşur. Qönçə hisslərini idarə edə bilmir. Bu nə məna verirdi 
deyə düşünməyə başlayır. Lakin Səyavuş eyni sualı yenidən təkrarlayır: 
-- Qönçə, məni gözləyərsən? 
-- Hə-ə- ə. 
Bu kəlmə dili tutulmuş insanın zorla dilə gətirdiyi ilk söz kimi səslənir. 
Səyavuş aldığı cavabdan çox sevinir. Heç gözlənilmədən Qönçənin yanağından 
öpüb gedir. Qönçə özünü lap itirir. Yalnız bir neçə saat sonra anlayır ki, yanağı 
daha ona məxsus deyil. Sanki istilik vardı zərif yanağında. Bu istiliyin 
soymağını heç istəmirdi. Bir həftə sonra Səyavuşdan məktub alır. Lakin orda 
ailəsinə ümumi yazılmış sözlər olur. Qönçə isə özünə aid nə isə bir sətir oxumaq 
istəyirdi. Sonra düşündü ki, bəlkə Səyavuş “Məni gözləyərsən?” sualını başqa 
mənada verirmiş. Yəni bir bacı kimi, ya dost kimi gözləyəcəyini soruşurmuş?! 
Odur ki, pərt olur. Lakin ona olan sevgisi qəti azalmadı. Günbəgün, anbaan daha 
da artdı. Özü də qorxurdu ki, bir gün hisslərini cilovlaya bilməz və anası onun 
məktuba olan marağından nə isə anlaya bilər. Odur ki, ehtiyat edirdi. Məktubu 
isə bacardıqca hər kəsdən sonra oxuyurdu. On səkkiz ay beləcə həsrət dolu ötüb 
keçir. 
Bir gün Qönçə bağdakı qızılgülləri dəst halında toplayanda həyət 
darvazası açılır. Qapıdan hündür, arıq, buğdayı gənc oğlan daxil olur. Bu gələn 
Səyavuş idi. Qönçə onu görəndə özünü necə itirirsə on dəqiqə əvvəl topladığı 
gülləri əlindən yerə düşür. Səyavuş iri addımlarla Qönçəyə yaxınlaşır. 
Həyəcandan az qalır qızın ürəyi yerindən qopa. Budur artıq onlar on səkkiz 
aydan sonra yenidən üz-üzə göz-gözə durmuşdular. Yenə Qönçənin dili tutuldu. 
Bu an Səyavuş titrək səslə - Məni gözlədiyin üçün çox sağ ol... - bunun mənasını 
hələ də anlamayan Qönçə bir az cəsarət toplayıb titrək səslə də olsa – Xoş 
gəlmisən! –dedi. 
Zaman keçdi. Keçdikcə də Səyavuş ürəyindəkiləri açmaq istədi. Lakin 
qorxdu. Qönçəni itirməkdən çox qorxdu. Nəhayət uzun müddət düşündükdən 
sonra qəlbini açdı, amma Qönçəyə deyil, atası Vahid Zamana. Hansı ki, 
uşaqlıqdan ona hər bir şeydə dəstək olmuş, bu yaşına kimi əlindən tutmuş, öz 
övladı kimi böyütmüş, tərbiyə vermiş, hər zaman arzuladığı, lakin qismətində 
olmayan oğlu kimi sevmişdir. Vahid bəy Səyavuşun cəsarətlə qarşısına çıxıb 
ürəyini açdığına çox sevinmişdi. Onu oğlu kimi sevirdi. Lakin düşünməmişdi ki, 
bir gün gələcək qarşısında dayanıb ondan tək övladı olan Qönçəni istəyəcək. 
Vahid bəy Səyavuşa cavab verməzdən əvvəl gərək Qönçə ilə də məsləhətləşə. 
Onun da ürəyindən keçənləri bilə. Odur ki, Qönçəni axşam yatmazdan əvvəl 
birinci mərtəbədəki iş otağına çağırdı. Onun bu məsələ ilə bağlı fikirlərini 
öyrəndi. Məlum oldu ki, Qönçə atasından çox utansa da başını aşağı salıb-Ata, 


sən necə istəyirsənsə Səyavuşa elə də cavab ver – dedi. Bu cümlə dilindən çıxar 
-çıxmaz üzü qızardı. Vahid bəy o an hər şeyi anladı. Anladı ki, Qönçə də 
Səyavuşa biganə deyil. Bununla da bir həftənin içində nişanlarını etdi. 
Səyavuşun atası olmadığından Vahid bəy toy tədarükünü də öz boynuna 
götürüb, bir ay sonra toylarını etdi. Onların toy hədiyyəsi isə indi yaşadıqları 
həmin bu iki otaqlı mənzil oldu.
Bu an Qönçəni xəyallardan ev telefonunun səsi ayırdı. Dəstəyi götürüb: 
-- Alo? 
-- Salam. Qönçə mənəm - danışan Səyavuş idi – necəsən? 
-- Yaxşıyam. 
-- İşə zəng vurmuşdum. Dedilər icazəlisən. Nə isə olub? 
-- Bir az narahat yatmışam. Düşündüm ki, yuxuya gedərəm. Amma yata 
bilmədim. Ürəyim yaman darıxır. 
-- Niyə? 
-- Bilmirəm. 
-- Darıxma. Bir saat sonra gəlirəm. Gedərik .....–Bir az susub - İstəsən 
gedərik bağa. Hə? 
-- Nə deyirəm. Gedək. Sən gəlincə hazır olaram. 
-- Oldu. 
Dəstəyi yerinə asıb. Bir az dərindən nəfəs aldı. Sanki, kimsə ürəyini iki 
əlli tutub sıxırdı. Heç rahat ola bilmirdi. Özünə gəlmək üçün vanna otağına 
keçdi. Sərin suyun altında bir qədər dayandıqdan sonra sanki, yüngülləşdi. Bu 
narahatlığının bir səbəbini tapa bilmirdi. Heç nə anlaya bilmirdi. Odur ki, 
yuyunduqdan sonra qurulanıb bir həftə əvvəl aldığı çit donunu əyninə geyindi. 
Bu geyim Səyavuşun da, atasının da xoşuna gəlirdi. İlk dəfə geyinəndə atası onu 
təbəssümlə süzmüş-Sən həqiqətən şirinsən. Körpə vaxtı necə idinsə, indi də 
eləsən. Bircə balan da olsaydı. Dünya gözü ilə nəvəmi görərdim. Səhərdən 
axşamadək onunla vaxt keçirərdim. Heç sizə də verməzdim! - demişdi. 
Heç Qönçə də bilmirdi ki, atasını niyə bu gün bu qədər çox xatırlayır?! 
Düşündü ki, bəlkə bir həftədir onu görmür deyə darıxıb? Adətən həftədə iki dəfə 
görüşərdilər. Qönçənin işlədiyi musiqi məktəbi atasının tikinti şirkətinə yaxın 


yerdə idi. Odur ki, Vahid bəy hər fürsət tapanda qızını görməyə bura da gələrdi. 
İstəsəydi evə də gedərdi. 
Bu an nədənsə Səyavuşu xatırladı. Axı o düz yarım saat sonra gəlməli idi. 
Odur ki, tələsik üz-gözünə əl gəzdirib, saçını yuxarıdan sadə formada yığdı. On 
dəqiqə sonra Səyavuş Qönçənin mobil telefonuna zəng vurdu: 
-- Qönçə, mən həyətdəyəm. Düşürsən? 
-- Evə çıxmayacaqsan? 
-- Yox... Nə isə istidir. Sən düş. 
-- Yaxşı. 
Telefonu bağlayıb. Əl çantasını götürüb evdən çıxdı.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə