Qönçə öz mənzillərindəki divanda əyləşib hönkür-hönkür ağlayırdı.
--Axı, atam niyə öldü? Yəni məni də düşünmədi?
--Qönçə özünü ələ al. Bu qədər ağlamaqla heç nə əldə etməyəcəksən.
--Sən nə danışırsan ana? Məgər sənin qəlbin daşdandır? Atam ölüb e...
ölüb!
--Danışığına fikir ver qızım. Mən demirəm ki, yaxşı ki, ölüb! Deyirəm
yəni heç olmasa sənə bir şey olmasın. Elə bilirsən iyirmi beş illik ömür
yoldaşımın ölümünə sevinirəm?
--Bağışla anacan! Heç özüm də nə danışdığımı bilmirəm. Bircə onu
bilirəm ki, ürəyim parçalanır. Nəfəsim ağırlaşır.
--Yaxşı qızım ağla. Ağla yüngülləşərsən. Səyavuş haradadır?
--Eşidənnən dəli kimi bir yerdə dayana bilmir. İki saatda 2 qutu siqaret
çəkib. Üzünə baxsan qorxarsan. Yarım saat olar çıxdı. Dedi havam
çatmır. Kim qıydı axı ana, kim? - yenidən göz yaşlarını axıdan Qönçə
divandakı yastığı qucaqladı.
Vəfa xanım qızının gözündən yayınmış alma yanaqlarından süzülən iki
damla yaşı silib ayağa qalxdı. Pəncərə önünə yaxınlaşıb dənizə tamaşa etdi. Bu
an Vahid bəylə necə evləndiyini xatırladı:
O zamanlar Vəfa 18 yaşına yeni qədəm qoymuşdu. Vahid də 21 yaşında
idi. Əsgərlikdən yeni gəlmişdi. Əvvəlcə fəhləlik etdi. Sonra maşın təmiri ilə
məşğul olur. Vəfa da atası və anası ilə kəndə yay tətilini keçirməyə gedirdilər.
Şəhərdən çıxar çıxmaz Musa kişi anlayır ki, maşının nəyisə nasazdır. Bu
vəziyyətdə uzun səfərə çıxmaq ağılsızlıq olardı. Buna görə də elə yol qırağında
təmirçi dükanı görüb saxlayır. Usta ilə bir qədər maşının sağına soluna
keçdikdən sonra kapotu açır. Bu zaman usta uca səslə - “Vahid, oğul bura gəl” -
deyir. Maşının yarı açıq pəncərəsindən gələn hava ilə sərinlənən Vəfa bu an
Vahidi görür. Elə həmin anda da gözləri bir-birinə sataşır. Vahid o an Vəfanı
görüb, maraqla baxır. Lakin utanır. Özü də anlamırdı tanımadığı ilk dəfə
gördüyü, həm də belə ötəri nəzər yetirməklə, adını da bilmədiyi yaşıl gözlü bu
qəşəng qız necə oldu ki, diqqətini çəkdi. Təmirlə bir qədər məşğul olduqdan
sonra başını qaldırıb qızın arxa qapını açıb anası ilə maşından çıxdığını görür.
Bu an onun gözəl mütənasib yaraşıqlı bədən quruluşunu, incə belini daha rahat
görür. Vəfa da ona baxan gözəl gözlərin təsirindən ayaqları yerdən üzülür.
Kiminsə tərəfindən sevildiyini, arzulandığını hiss etmək ona ləzzət verir.
Maşının təmiri bitərkən atası təmirçi dükanının telefon nömrəsini götürür. Əyər
bir daha maşının təmirə ehtiyacı olarsa mütləq həmin ustaya müraciət
edəcəyini deyir. Beləliklə, Vahid də Vəfa da beləcə üz-üzə gəlmiş olurlar. Bir
dəfə də olsa bu görüş Vahidin yaddaşından silinmir. Hər gecə gözlərini
yumduğunda Vəfanın maşından necə düşdüyünü, gözəl bədən quruluşunu
xatırlayır. Tanrıdan o gözəl qızı bir daha qarşısına çıxarmağı diləyir. Bir neçə ay
keçdikdən sonra Vəfa anası ilə bazarda həmin maşın təmir edən oğlanı yəni
Vahidi görür. Lakin onu harada gördüyünü xatırlaya bilmir. Oğlanın üzü ona
çox tanış gəlir. Yaxınlaşıb soruşmağa da utanır. Bu zaman Vahid təsadüfən onun
dayandığı satış rəfinə mal almağa yaxınlaşır. Vəfa da bundan istifadə edib üzünü
qəsdən ona tərəf çevirir. Bu an gözlər bir daha bir-birinə sataşır. Vahid ona
baxan bu gözləri bu gözəlliyi xatırlayır. Qəlbi yerindən çıxmağa can atır. Vəfa:
--Bağışlayın, təsadüfən oldu.
--Salam, xanım!
--Salam!
--Maşının təmirə ehtiyacı varmı? Məni bəlkə də xatırlamırsınız, lakin mən
sizi heç bir an belə unutmamışam.
--Kömək edin xatırlayım.
Yanaqları qızarmış, isti təbəssümlü qızı bir daha başdan ayağa süzüb dedi:
--Mən iki ay əvvəl yol qırağında sizin atanızın maşınını təmir etmişəm.
Onda ananızla maşından düşmüşdünüz yadımda qalıb.
--A-a-a... xatırladım. Anam da buradadır bazada. Lap yaxşı. Bir daha
rastlaşmış olduq.
--Adım Vahiddir! - deyərək əlini uzadır.
--Mənimsə Vəfa!
--“V”, “V” çox gözəldir.
--“V”? Gözəl olan nədir?
--Bir- birinə yaraşmağı.
--Məni özünə yaraşdırırsan? -Vəfa təəccüblə soruşur.
--Əlbəttə sizə kimsəni yaraşdıra bilmərəm. Siz ay kimi gözəlsiniz. İllərlə
üzünüzə baxsam yorulmaram.
--Nə demək istəyirsiniz? - bu zaman anasının səsi eşidildi:
--Vəfa, haradasan? Gəl bu dona bax!
--Gəlirəm ana!- deyən Vəfa həyəcanlanır.
--Vəfa, siz harda olursuz?
--Nədir ki, elçi gələcəksən? – Vəfa utanaraq qarşısında ciddi dayanmış,
səliqəli geyimli sadə oğlana baxdı.
--Hə! Qardaşımla, atamı göndərəcəm. Razı olarsan?
--Məndən niyə soruşursan? Atam ürəyi kimə istəsə verəcək. Ondan soruş.
--Ondan da soruşarıq. Sən necə mənə ərə gələrsən?
--Mən axı səni tanımıram. Bir dəfə rastlaşmışıq. Bu da ikinci.
--Doğru deyirsən. Gəl sabah mərkəzi kitabxananın qarşısında görüşək.
Bir-birimizi tanıyaq. Razı olsan elçi göndərərəm.
--Yaxşı sabah 3-də görüşək – Vəfa sözünü tez bitirib anasının səslədiyi
tərəfə getdi.
Bu təsadüfi rastlaşma Vahidi çox sevindirir. Vəfa da həvəslənir. Sabah
gedəcəyi görüşə həyəcanla hazırlaşır. İndidən nə geyinəcəyini, saçını hansı
formada yığacağını düşünməyə başlayır. Lakin Vahidin ürəyindəki saf
məhəbbətdən xəbərsizdir. Anlamır ki, o cavan oğlan onu bütün qəlbi ilə sevir.
Görüşə ən səliqəsiz formada getsə də Vahidin gözündə dünya gözəli kimi
görünəcəkdi...
Beləcə səhər də açılır. Görüş vaxtı da yaxınlaşır. Vəfa əyninə dünən anası
ilə aldığı yay donunu geyinir. Saçını da artıq düşündüyü kimi, yuxarıdan çox
səliqə ilə yığır. Anasına da heç nə demədən evdən çıxır. Görüş yerinə çatar
çatmaz əlində hələ açılmamış qızılgül dəsti tutmuş yaraşıqlı oğlanı görür. Vahid
artıq burda idi. Vəfanı görəndə sevincinin həddi hüdudu olmur. Çox
sevinir. Beləcə görüşürlər. Əvvəl bir, sonra iki, sonra üç, və beləcə tam on
görüşə çıxmış olurlar. Bununla da Vəfa Vahidə “Hə” deyir. Tezliklə elçilər qız
qapısını döyür. Razılıq alıb qısa zamanda toy edirlər. İlk günlər maşın
təmirindən aldığı pulla dolanan təzə ailə tezliklə daha da inkişaf etməyə başlayır.
Vahid qardaşı Nəbinin köməkliyi ilə Gürcüstana gedib maşın avadanlıqları
gətirib vətəndə satmağa başlayır. Əvvəlcə icarəyə obyekt götürür, sonra
obyektlər alır. Beləcə ticarətlə məşğul olur. Ailə böyüyür. Qızları Qönçə də
doğulur.
Dostları ilə paylaş: |