--Asif müəllim, sizin zənginizdən sonra axşamı gözləyə bilmədim. Deyin
görək məni nədən ötrü çağırmısız? – soruşan Mayor Hikmət Paşazadə iki həftə
olardı ki, ezamiyyətdə idi. Odur ki, bura çağırılmasının səbəbini heç də adi
hesab etmirdi.
--Hikmət, səni bura ona görə çağırmışam ki, dünən baş vermiş bir cinayət
hadisəsi ilə bağlı məlumatın olsun. Bu gündən ezamiyyətin başa çatmış sayılır.
Sən burda çox lazım olacaqsan.
--Oldu! Siz necə deyirsiniz elə də olsun!
--Mayor Eyvazov gəlsin birlikdə mərhumun yaxınlarının ifadələrini
alacağıq.
--Asif müəllim, icazənizlə Qədir gələnə kimi mən bu işlə yaxından tanış
olum.
--Əlbəttə. Al işi incələ. Bu da ekspertlərin rəyi. Oxu sualların olsa
verərsən.
--Oldu. Yoldaş Məmmədzadə.
Məmmədzadə Hikməti ezamiyyətdən vaxtından əvvəl çağırmaqla axtarış
qrupunu genişləndirmək istəyirdi. Onun təcrübəsinə hər zaman arxayın idi. Hələ
keçənlərdə baş vermiş bir cinayət işini elə məhz Paşazadə özü açmışdı. Qatili də
iki günə tapmışdı. Bunun üçün heç rəisindən kömək filan da istəməmişdi.
Hikmətin qeyri -adi bacarığı var idi. O sanki qarşısındakı insanın içini oxumağı
bacarırdı. Hikmətin dediyinə görə hər bir insanın gözləri və ən əsası əllərinin
qurluşu sahibinin daxilindən xəbər verir. Elmdə bunun adı “Xiromantiya”
adlanır. Bir qabiliyyəti da güclü yaddaşa malik olması idi. Hikmət bir dəfə
gördüyü istənilən əşyanı, istənilən insanı qəti unutmazdı. Harda görsə
xatırlayardı. Bunun üçün də Məmmədzadə ezamiyyətdə olan bir neçə işçi
arasından yalnız Hikməti çağırtdırmışdı. Ona özü qədər inanırdı.
Bir neçə dəqiqədən sonra kabinetə Mayor Eyvazov daxil oldu. Öz
həmkarı və yaxın dostu olan Hikməti gördükdə sevincini və təəccübünü gizlədə
bilmədi.
-- Salam.–Məmmədzadəyə salam verib, üzünü dostuna tutdu-Hikmət? Sən
nə zaman gəldin?
--Demək olar ki, yarım saat olar. Bir başa bura gəlmişəm. Necəsən?
--Yaxşıyam. Çox sağ ol! De görək nə əcəb səndən? Axı bildiyimə görə
ezamiyyətin hələ iki həftəyə ancaq bitəcəkdi?!
--Düzdür. Lakin...
--Onu mən çağırmışam. - Məmmədzadə Hikmətin sözünü yarım qoyub
dedi.
Kabinetə bir neçə dəqiqəlik sükut çökdü. Hikmət cinayət işi ilə tanış olub
qovluğu qarşısına qoydu. Sanki nə isə düşünürdü. Bu zaman Məmmədzadə:
--Paşazadə, fikrin nədir çinayət barədə?
--Bilirsiniz, Asif müəllim əvvəlcə şəkillərə baxdım. Görünüş tamamilə
intihara bənzəyir. Lakin dəqiq desəm mən əminəm ki, bu qətldir.
--Nəyə əsaslanaraq dedin? –Hikmətin fikirləri ilə daha yaxından tanış
olmaq istəyən polkovnik-leytenant soruşdu.
--Qələm!
--Qələm? - Sualında daha çox təəccüb hiss olunan Məmmədzadə soruşdu.
--Bəli! Bu qələm niyə sağdadır? Silah isə solda? Yəni Vahid özünü
öldürdüyü ərəfədə sağ əli ilə qələm tutub? Sol əli ilə silah?! Bəs onda niyə yazılı
vərəq mərhumun qarşısında deyil? Demək ki, qatil o vərəqi Vahid bəyə
imzaladaraq götürüb.
--Maraqlı fərziyyələrin var. Mənim də diqqətimi ağ vərəq cəlb etmişdi.
Axı çoxdan bəri istifadə olunmayan masada boş ağ vərəq və qələm nəyə lazım
idi? Beləliklə ekspertlərin vərəq üzərində apardıqları araşdırmalara görə məlum
oldu ki, vərəq üç ədəd imiş. Yəni üst hissədə olan vərəqdə yazı yazılıb və
kiminsə tərəfindən götürülüb. Bunun əsasında ikinci və alt hissədəki vərəq
üzərinə qələmlə yazılmış bəzi hərflərin izi keçib.
--Maraqlıdır. Mən hələ ekspertlərin rəyi ilə tanış olmamışdım.
--Elə isə oxuyun. Bu barədə hər ikinizin fikirləri mənim üçün maraqlıdır.
Onu da qeyd edim ki, ekspertlər qələmin də üzərində mərhumun əl izlərinə rast
gəliblər. Yəni Vahid bəy o qələmlə dəqiq nəsə yazıb imza atıb. Lakin mərhumun
silah olan əlində cüzi də olsa barıt izinə rast gəlinməyib. Heç tətiyin üzərində də
Vahid bəyin barmaq izi olmayıb. Silahdan atəş açarkən tətiyi barmaqla da olsa
bərk basmaq lazımdır. Yalnız bu zaman barmaq izi tətik üzərinə düşəcək. Belə
nəticəyə gəlmək olar ki, Vahid Zaman həqiqətən qətlə yetirilib. Çünki heç kəs
tətiyi çəkmədən atəş aça bilməz. Üstəlik də “46” ölçülü ayaqqabı izi.
--Düzdür. Sizinlə tamamilə razıyam. Mən inanıram ki, bu ayaqqabı ölçüsü
hər kəsdə rast gəlinmir. Odur ki, qatil bununla aşkarlana bilər –başını aşağı salıb
bir an düşündükdən sonra - Əgər istəsəniz ifadə almaq üçün dəhlizdəki
şəxslərdən dəvət edə bilərsiniz. Mən də arada sualım olarsa verərəm.
--Yaxşı fikirdir – əlini masanın üzərindəki xüsusi düyməyə basaraq -
Dəhlizdəkiləri
ardıcıl
olaraq
ifadə
verməyə
çağırın.
Leytenant
Nəsirovu ifadələri yazmaq üçün kabinetimə göndərin!
İki saniyəlik sükutu qapının döyüntüsü pozdu.
--Gəlmək olar? - Üzünə tökülmüş saçını əli ilə qulağının arxasına çəkən
Qönçə soruşdu.
--Buyurun keçin. Əyləşin! –mayor Eyvazov əli ilə masanın kənarında
qoyulmuş stulu göstərdi. Qönçəni başdan ayağa süzərək – Xahiş edirəm
özünüzü təqdim edin.
--Qönçə Vahid qızı Ömərova. 1981-ci il təvəllüdlüyəm. Musiqi
məktəbində müəllimə işləyirəm. Piano dərsi verirəm.
--İşinizi çox sevirsiz? - gözlənilmədən polkovnik-leytenant sual verdi.
--Əlbəttə. Musiqini də çox sevirəm. Onu öyrətməyi də.
--Biz də işimizi sevirik. Lakin siçan pişik oynamağı qəti xoşlamırıq. Odur
ki, verilən suallarımızı dəqiq və doğru cavablandırın. Sizin də ürəyiniz artıq
düşüncələrdən, fikirlərdən rahat olar, bizim də işimiz öz yolunda gedər –
Məmmədzadə dedi.
--Mən sizi başa düşürəm. Lakin hələ də anlaya bilmirəm ki, atam nədən
ölüb?
--Qönçə xanım, - Qədir stulda öz yerini rahatlayaraq səsləndi - ağır da
olsa bunu bilməyə haqqınız vardır. İş burasındadır ki, atanızı öldürüblər.
--Necə? Atamı öldürüblər? - titrəyə-titrəyə ayağa qalxan Qönçə bərəlmiş
gözlərini ətrafındakılara zillədərək tutqun səslə soruşdu.
--Bəli! Allah rəhmət eləsin! Özünüzü ələ alın ki, bizə istintaqın
gedişində köməklik edəsiniz. Qatili tezliklə tapmaq lazımdır. – Məmmədzadə
dilləndi.
--Axı niyə öldürüblər atamı? Kim edə bilərdi bunu? - hələ də təəccüb və
narahatlıq içində olan Qönçə ağlaya-ağlaya soruşdu.
Dostları ilə paylaş: |