cür anlaya bilmirəm. – Bir anlıq susdu. Gözlərinin qaraldığını hiss
edib, əlləri ilə üzünü tutdu. – Gözüm qaralır.
- Soyuq ol biraz. Qönçə, sənə nə oldu ? – Ayağa qalxan Vəfa xanım
Qönçəyə yaxınlaşdı.
- Ana, özümü pis hiss edirəm. - Bu an ayağa qalxmaq istədi. Lakin
gözlənilmədən yerə yıxıldı.
- Qönçə? Qönçə? Nə oldu sənə qızım aç gözlərini.
Bir neçə dəqiqə sonra gözlərini açan Qönçə başı üstündə dayanmış ağ
xalatlı həkimi görüb təəccübləndi. Anladı ki, özündə olmadığı vaxt anası
yaxınlıqdakı tibb məntəqəsinə zəng vurub, həkim çağırıb.
- Ay, başım! – Ayğa qalxmaq istəyən Qönçə zarıdı. Bu zaman həkim
onun çiynindən tutub yenidən uzandırdı.
- Ayağa qalxmaq olmaz. Siz hələ zəifsiz. Bir az dincəlmək lazımdır.
- Ana?
- Özünü necə hiss edirsən qızım?
- Yaxşı deyiləm. Başım yaman hərlənir. Mədəm də yaxşı deyil.
Qaytarmaq istəyirəm.
- Siz bacardığınız qədər həyəcandan uzaq olun. – ayağa qalxan həkim
Vəfa xanıma baxaraq – siz də bacardığınız qədər xanımı yalnız
buraxmayın. Bol su və meyvə tərəvəz yesin. Gün ərzində ən az dörd
dəfə qidalanmaq lazımdır. Bir müddət yataqda uzansa daha rahat
olacaq. Qazlı, rəngli içkilərdən uzaq tutun.
- Axı mədəm göynədir. Qaytarıram. Necə yemək yeyim? – Qönçənin
zəif səsi eşidildi.
- Narahat olmayın. Əyər ilıq halda qida qəbul etsəniz qəti qaytarmazsız.
- Həkim, qızım mədəsində nə isə problem var? Məndən heç nə
gizlətməyin. – Vəfa xanım soruşdu.
- Yox. Heç bir problem yoxdur. – Ayaqqabısını geyinən həkim tam
arxayınlıqla dedi. - Bu orqanizmin verə bildiyi tamamilə təbii
reaksiyadır.
- Necə məyər?
- İş bundadır ki, sizin qızınız hamilədir.
- Necə? – səsində sevinc və fərəh hiss olunan Vəfa xanım təəccüblə
soruşdu.
- Bəli. Sizi və xanımı təbrik edirəm. Sağlıqla qalın. Dediklərimə əməl
etsəniz hər şey yoluna düşəcək.
- Çox sağ olun. – Vəfa xanım bunu deyərək həkimin arxasından qapını
bağladı.
Sevincinin həddi hüdudu yox idi. Yataq otağına keçəndə isə Qönçənin
yuxuya getdiyini görüb oyatmağa qıymadı. Əllərini açıb tanrıya dua etdi.
- Şükürlər olsun sənə İlahi! Heyf ki, Vahid bu günü görmədi. Allahım,
özün bilən məsləhətdir! Bircə balamı qoru başqa heç nə istəmirəm.
Qoy övladını sağ salamat həyata gətirsin! Ailəsinə və vətənə layiqli
övlad olsun! Amin!
Onuncu fəsil
Faiq bəy gözünü Bakı şəhərində açmışdı. Tamamilə sadə və orta
səviyyəli ailədə böyümüşdü. Atası müəllim, anası evdar qadın idi. 15 yaşında
yaşıdlarından fərqli olaraq Faiq sayılıb seçilən varlı iş adamlarından olmaq
arzusunda idi. Bunun üçün çox oxuyurdu. Atasından fizikanın incəliklərini,
məktəbdə isə referendlərdən kimyanın, biologiyanın dərin mahiyyətini
öyrənməyə çalışırdı. O qədər təhsilə marağı vardı ki, hər kəs İsabala müəllimə
“Deyəsən Faiq də atasının yolu ilə gedəcək, müəllim olacaq” deyirdilər. O da
oğlu ilə fəxr edərdi. Müəllim maaşı ilə kifayət qədər yaxşı dolana bilmirdilər,
lakin buna baxmayaraq Faiqin bitib tükənməyən oxumaq həvəsini məhv etmək
istəmirdi. İllər keçir. Faiq artıq İnistuta qəbul olur. Elə oradaca həyatı tamam
dəyişir. Bütün sevgisini oxumağa verən Faiqi də sevirlər. Yaraşığına söz ola
bilməzdi. Enli kürək, boynu qalın idmançı oğlan idi. Qruplarında belə ona
saatlarla tamaşa edən qızlar vardı. Əlbəttə bütün bu diqqət hər oğlanın xoşuna
gələrdi. Eləcə də Faiqin. Lakin ona sadəcə baxmaqla kifayətlənməyən bir qız
vardı-Erna. Milliyyətçə erməni olan o qız mühazirələrdən birində Faiqə sevgi
məktubu yazıb göndərir. Digər pərəstişkarları onun bu addımını cəsarət kimi
qiymətləndirirlər, amma Faiq bundan xoşlanmır. Məktubu açar açmaz nə
olduğunu anlayıb kənara qoyur. Saat yarım ərzində Erna özünə yer tapa bilmir.
Faiqin ona qarşı olan soyuqluğu əsəblərinə toxunurdu. Növbəti planlarını
qurmağa başlayır. Diqqətini çəkə biləcək geyimlər, saç düzümləri edir.
Qarşısında ürəkdən gülməklə ən azından Faiqin fikrini yayındırmaq istəyir.
Lakin alınmır ki, alınmır. Təcrübələr aparmağı çox sevən professorlardan biri
növbəti dəfə meşəyə getməyi təklif edəndə Erna çirkin planlarını cızmağa
başlayır. Ona bu işdə iki rəfiqəsi də kömək edəcəyini deyir. Faiq bu cür
təcrübələrdən imtina etməzdi. Əksinə çox sevərdi. Meşənin yamşaşıl talasında
çadır qururlar. Faiqi uzaqdan izləyən Erna çadırını qurması üçün kömək istəyir.
Faiq də yarım saatlıq iş prosesindən sonra çadırı hazır edir. Professor Ernaya
göbələk yığmaq üçün meşəyə getməsini istəyir. Ona yoldaş olaraq elə Faiqi
seçir. Bu təsadüfən alınsa da Ernanın tam ürəyincə olur. Onunla ikilikdə ola
biləcəyi yerlərə tərəf addımlayır:
--Sən göbələkləri seçə bilirsən?
--Əlbəttə. Onları hər kəs seçə bilir.
--Oy, nə yaxşı ki, professor səni mənimlə göndərdi. Mən ki, göbələkləri
tanımıram. Birdən zəhərlilərini seçərdim. Onda işimiz lap əngəl olardı.- deyən
Erna ürəkdən güldü.
-- Onda həqiqətən işimiz əngəl olardı. Ehtiyyatlı ol orda tikanlı kol var.- Faiq
Ernanın ayağını cızaraq qanadan kolu işarə etdi.
-Ay... Çox incidir.-Erna azacıq qanayan ayağını tutub ufuldamağa başladı.
--Səbr et. Üstümdə sarğı üçün bint var.
--Sən necə də ehtiyyatlısan.
--Biz ki, təbiət qoynundayıq. Burda hər şey ola bilər. Ona görə ehtiyyatlı olmaq
lazımdır.
--Onda sənin üstündə ehtiyyatdan bıçaq da olar. Hə? Yəni ayı ya canavarla
rastlaşsaq qorunmaq üçün.
--Əlbəttə! Həm də ayağımda. –Faiq bir az gülümsündü.
--Sən çox qoçaq oğlansan- Ayağını sarıyan Faiqin əlindən tutaraq dedi.
--Sən də cəsarətli qızsan. Meşənin dərinliyinə qorxmadan gəlmisən. Həm də
göbələkləri tanımayaraq.- Bu zaman Faiq ürəkdən güldü.
-- Hə sənə gülünc gəlir. Amma bax yaralanmışam.
Bu kiçik yara sanki Faiqin qazılmış quyusu olur. Söhbətləri uzandıqca uzanır.
Faiq get gedə Ernanın şirin dilinə aldanır. Erna gah yeriyə bilmədiyini bəhanə
edərək ona qısılır, gah da elə vəziyyətdə hərəkət edir ki, burun-buruna durmalı
olurlar. Bu kimsəsiz meşə içində sanki yalnız ikisi idi. Faiq Ernanın tələsinə
“düşür”. Gözləri və dodaqları ilə Faiqin ağlını başından alır. Bir necə saatlıq
yaxınlıq edirlər. Bu münasibət hər ikisinin ürəyincə olur. Faiq da necə olduğunu
anlamasa da Ernanın ehtiraslı qucağında hər şeyi unudur.
Bir müddət keçir. Faiq dərslərinə fikrini toplaya bilmədiyindən Erna ilə
ayrılmağı qərara alır. Bunu özünə qarşı haqsızlıq hesab edən Erna ondan intiqam
almağı qətiləşdirir. İsabala müəllimin qarşısına çıxıb “Oğlunuz namusumu
ləkələyib. Mənimlə evlənməkdən boyun qaçırdır” -deyir. Bu bir yara olur
İsabala müəllimin sinəsində. Çox çalışır, lakin Faiqi yola gətirə bilmir.
Dostları ilə paylaş: |