ağlamasın deyə, anasına bir dərd daha verməsin deyə özünü televizora baxan
kimi göstərirdi.
Vəfa Vahidi çox sevirdi. Lakin Vəfanın xasiyyətindəki soyuqluq onların
aralarındakı səmimiyyətə də az təsir etməmişdi. Bir dəfə belə olsun Vahid onun
ürəkdən sevindiyini və ya ürəkdən ağladığını görməmişdi. Nə evliliyə razı
olduğu gün, nə Qönçə doğulan gün, nə illərlə qəbul etdiyi hədiyyələri aldığında.
Bir dəfə belə olsun. Vəfa əslində bu soyuqluğundan bezmişdi. Amma əksini də
bacarmırdı. Onun da xəmiri belə “yoğrulmuşdu”. Ana olduğu gün, balasını ilk
qucağına aldığı an nəyə desə dəyərdi. Lakin həkiminin dediyi o xəbərdən sonra
get gedə “daşlaşdı”. “Siz bir daha ana ola bilməyəcəksiz.”. Vəfa o günlərdə o
qədər ağlamışdı ki, daha bir dəfə belə olsun sevincini ya kədərini göz yaşları ilə
biruzə verə bilmirdi. Balasının gözlərinə baxıb ürəyinin dərinliyində onu nə
dərəcədə çox sevdiyini hiss edirdi. Bu sevgi onun qəlbini isidirdi. Otaq qonşuları
da onun belə soyuq olmasını anlamaya bilməmişdilər. Halbuki ana olmaq
arzusu ilə yaşayan o qədər qadın vardı ki. Vəfanın isə yeqanə balası olacaqdı bu
körpə. Buna da şükr edərək yaşamaq lazım idi. Vahid Vəfaya arzulaya bildiyi
nə vardısa almışdı. Lakin nə fayda xoşbəxtlikdən uçacaq insana bənzəmirdi.
Onun sevinci içində kədəri içində idi. Çox “soyuq” xarakterə malik idi. Vahid
ona “Moda evini” hədiyyə edəndə də sevinmişdi. Əlbəttə ki özünə məxsus
şəkildə...
- Ana, bir şey soruşmaq istəyirəm. Lakin düzünü deyəcəyinə söz ver.
- Əlbəttə. O nə sözdür. Soruş görək nə soruşacaqsan?!
- Ana mənə de görüm atam niyə sahildəki bağa getmişdi? Küsülü idiz?
- Bizim küsülü qaldığımızı nə zaman görmüsən? Özü iki-üç gün
şəhərdən uzaq olmaq istədi. Mən də həmin günü gedəcəkdim. Lakin
işim çıxdı. Bilsəydim ki, o gecə onu kimsə öldürəcək qəti işə
getməzdim. Yanında olardım.
- Ana. Sən orda olsaydın qatil bəlkə də səni də....- Qönçə sözünün ardını
deyə bilməmiş ağlamağa başladı.
- Yaxşı, Qönçə! Ağlayıb özünü yorma. Bil ki, hər insanın alın yazısı var.
Qisməti var. Taleyi var. Yaşamaq lazım olduğu qədər yaşayır. Atanı nə
qədər sevdiyimi bilirsən. Mən sənin kimi ağlayıb sızlayıb rahatlaşa
bilmirəm. Amma ən azından bilirəm ki, bu bir qismətdir. Ölüm hələ
son deyil ki. Ölüm əbədi həyatın qapısıdı. Hər kəs öləcək. Kim
dünyanın ətəyindən tutub yaşayıb ki? Sən də gəl ürəyini sıxma. Bəzən
soyuqqanlı olmaq da lazımdı.
Anasının sözlərini dinləsə də ondan fərqli olaraq göz yaşını silmədən
ağlayırdı. Elə bu zaman Qönçənin mədəsində ağrılar baş qaldırdı. Özünü saxlaya
bilməyib cəld vanna otağına keçdi. Yediyi yeməkləri qaytardıqdan sonra
rahatlaşdığını hiss etdi.
- Qönçə, özünü necə hiss edirsən?
- İndi yaxşıyam. Narahat olma.
- Yəqin soyuqlamısan. Soyuq su içmisən?
- Yox. Nədənsə iki gündür beləyəm. Səhər Səyavuşla həkimə getmək
istəyirdim. Alınmadı.
- Mən səni sabah apararam.
- Yaxşı. – Bir anlıq susan Qönçə yenidən yemək süfrəsinin arxasına
keçib əyləşdi.
Bu zaman ev telefonu zəng çaldı. Qönçə dəstəyi götürdü:
--Alo?
--Salam, qızım. Necəsən? Allah rəhmət etsin.-danışan Səyavuşun anası
idi.
--Ölənlərinizə rəhmət Süsən xala. –kədərli halda.
--Özünü üzmə qızım, ölümlü dünyadı. Kimləri aparmadı ki...
--Düzdü. Amma onun yoxluğuna inanmağım gəlmir. Sanki qorxulu
yuxudayam ayıla bilmirəm.
-- Bu da keçəcək qızım. Zamanla bir közərən şam tək qalacaq ürəyinin
küncündə. Xatırladıqca o şam səni yandıracaq içindən. Mən bilmirəmi bu
dərdi. Az insan itirmədim bu yaşımacan.
-- Çingiz necədi?- Qönçə Səyavuşun qardaşını nəzərdə tutdu.
--Yaxşıdı qızım. Onun şad xəbərini deyəcəkdim Səyavuşa ki, qəfldən
Çingiz gəldi ki, bəs ana, Vahid əmi ölüb.
-- Bəs o hardan bilib?
-- Ona da əmin deyib qızım. Zəng ediblər bura əminə. O da eşidəndən
yazıq hala düşüb. Axşam Çingizlə getdik onlara. Nina yaxşı qarşıladı
bizi. Gürcü qızıdı da adətimizi hardan bilsin. Hə nəsə ... Sözün qısası
əmin xəbəri alandan əriyib şam kimi. Elə yazığım gəldi ona ki. Dünən nə
qədər etdim sizə düşə bilmədim. Xətt qırılırdı.
-- Ola bilər. Siz axı Tbilisidən zəng vurursuz. Bəs Əmi gəlməyəcək?
--Bu gecə çıxasıdı. Dedi Vəfa xanımla danışıblar. Sabah yas olacaq.
Dedim mən də gəlim. Çingiz qoymadı ki, ayaqlarının müalicəsini yarım
qoyma. Çingiz də əminlə gələcək.
-- Gəlsinlər. Sənə kim baxacaq ay Süsən xala?
--Nina baxar. Onsuz da bir ehtiyacım yoxdu. Amma yenə də təklikdənsə
elə yaxşıdı. Səyavuş hardadı?
--O polis məntəqəsindədi. İstintaq gedir.
--Nə istintaq ay bala?
--Bəs atamı kimsə öldürüb deyə cinayət işi açıblar.
--Boyy... başıma xeyir bu nə danışır? Ay bala əmin bilsə dəliyə dönər.
-- Siz deməyin. Onsuz da gələndə biləcək.
--Hə düzdü. Bəs Səyavuşun orda nə işi?
--O da kömək edir bəzi məsələlərdə.
--Can,yetimim can.. Yaman çox sevərdi Vahid qardaşı. Yaman. Allah
köməyi olsun balalarıma gün ağladı. Öz balası kimi ikisini də oxutdu. Bu
deyy Çingizi də qardaşına tapşırdı. Birlikdə necə yola gedirlər bir görsən.
Sanki ata bala kimi ticarət edirlər. Maşallah olsun. Ruhu şad olsun Vahid
qardaşımın. Nə deyim. Ona qıyan əllər qurusun inşallah.
--.....- Qönçə ağlayırdı.
--Yaxşı qızım ağlama. Ağlamaqla öləni geri qaytarmaq olsaydı kimlər
kimlər qayıdardı. Özünə fikir ver. Dərd etmə.
-- Yaxşı Süsən xala.
-- Di get bala, sağol. Müalicəm bitsən gələcəm özüm də. Gecəniz xeyirə
qalsın.
--Sizin də. Sağolun.
Qönçə dəstəyi asıb yerinə keçdi. Bəyaqdan kənarda oturub onun
danışqıdlarına qulaq asan Vəfa xanım dilləndi.
--Süsən yaxşı qadındı.
--....-Başı ilə razılaşdı.
-- Nə deyirdi? Əmin gəlir?
--Hə deyir gecə çıxacqlar. Çingiz də gəlir onunla.
--Qoy gəlsin ən azından burda lazımdılar.
- Ana, səncə atamı kim öldürüb?
- Bilmirəm. Şübhələndiyim tək insan varsa o da Faiq bəydir.
- Mən də ondan şübhələndiyimi ifadə verəndə qeyd elədim. Dedim ki,
vaxtı ilə atamdan əl çəkmirdi.
- Qönçə, - Vəfa xanım tərəddüd etsə də, demək məcburiyyətində qaldı.
Anladı ki, qızının bunu bilməyə haqqı var. Odur ki, danışmağa başladı.
– Bilirsən, atanın ölümündən üç gün əvvəl axşam Faiq bəy oğlu ilə
bizə gəlmişdilər. Atandan fabriki geri satmağını tələb etdilər. O da qəti
etiraz elədi. Dedilər ki, əyər iki günə geri satmasan özündən küs.
- Səncə atamı o öldürüb?
- Başqa kim ola bilərdi ki?
- Bilmirəm. Heç kim ağlıma gəlmir. - əllərini alnında birləşdirən Qönçə
dərindən ah çəkib - Bəs atam niyə satmadı fabriki? Nəyinə lazım idi
axı? Onsuz da tikinti işindən uzaq dururdu. Nə edəcəkdi o xarabanı?
İndi də ölümünə səbəb oldu...
- Sənin doğum günü hədiyyən idi. Ona görə satmadı.
- Nə-ə-ə? – təəccüblənmiş Qönçənin rəngi qaçdı. – Onlar atamı mənim
hədiyyəm üstündə öldürüblər? Bunu necə qəbul edə bilərəm axı? Heç
Dostları ilə paylaş: |