--Bəs sonra?
--Sonra da özünün ona nə hədiyyə edəcəyini düşünməyə başladıq. Mən də
dedim ki, heç əziyyət çəkməsin. Maşını sizin aldığınızı deyərəm. O da narazı
oldu. Dedi bircə qızım var. Ona da elə hədiyyə etməliyəm ki, nə şiş yansın nə
kabab.
--Bunu nə mənada deyirdi?
--Deyirdi ki, Qönçəyə böyük hədiyyə verəcəyəm. Elə bir hədiyyə ki, ondan qəti
etiraz edə bilməyəcək.
--Hədiyyəsi nə ola bilərdi?
--Vallah yalan niyə deyim. Dedi ki, fabriki onun adına keçirəcək.
--Hansı fabriki? – Məmmədzadə stulunu daha da irəliyə çəkib maraqla soruşdu.
--Hansı olacaq?! Tikinti materialları istehsal edən fabriki deyirəm.
--Bunu birdən birə niyə edəcəkdi axı? – Eyvazov təəccüb dolu baxışlarla
soruşdu.
--Bilmirəm... Bəzən insan öləcəyini hiss edir. Deyirəm bəlkə onun da ürəyinə nə
isə damıb?
--Ürəyinə nə dama bilərdi? Yağış, qar, yoxsa dolu? – kinayəli halda əllərini
havada yellədərək danışan Polkovnik-leytenant ayağa qalxdı. – İndi məlum
oldu.
--Nə?- Səyavuş təəccüblə soruşdu.
--Nə olacaq? Əlbəttə ki, sənin qayınatanı nəyin üstündə öldürdüyün məlum oldu.
Ə-ə-ə ..Sən bizi ələ salırsan? Səni elə hala qoyaram ki, dəymişin dura-dura kalın
tökülər.
--Mən nə dedim axı? – bir daha təəccüblənmiş Səyavuş soruşdu.
--Kişisənsə düzünü de də. Kişi kimi de ki, mən öldürmüşəm. Biz də bilək də
işimizi.
--Mən niyə yalandan boynuma götürməliyəm ki?
--Bizi ələ salmısan hə? Sən öl səni - əsəbi halda iki əli ilə Səyavuşun yaxasından
yapışıb yuxarı dartaraq - Öz çörək verəninə etdiklərin az deyil, hələ üstəlik bizi
də axmaq yerinə qoymusan?!
--Özünüzü ələ alın. – bir əli ilə Məmmədzadənin qolundan tutub, digər əli ilə
Səyavuşun yaxasını boşaltmağa çalışan Eyvazov dilləndi.
--Mən heç vaxt yalan danışmaram. Kişi kimi sözümü dedim. Onu mən
öldürməmişəm. Mənə böhtan atmayın.
--Onda de görək həmin gecə harada olmusan?
--Dedim də fabrikdə.
--Gördün? Sənin gecə saat 10-11 arası orda olduğuna subutun yoxdur. Şahidin
yoxdur. Qətl yerində ayaqqabının izi tapılıb bundan artıq nə istəyirsən? Üstəlik
də yoldaşının fabrik sahibi olmağı. - Mayor Eyvazov yenidən stulda əyləşdi.
--Vallah da, billah da mənim günahım yoxdur. Öldürməmişəm onu. Necə
qıyardım axı? – Səyavuş boğuq səslə dilləndi.
--Bunu dəqiqləşdirmək üçün ayaqqabınızı bizə verməlisiniz - Mayor Paşazadə
təmkinlə dedi.
--Necə yəni?
--Yəni ki, ayaqqabınızı verəcəyik ekspertizaya. Onlar da tapılmış ayaq izləri ilə
sizin ayaqqabınızın alt hissəsinin bir-birinə uyğun olub olmadığını müəyyən
edəcəklər. Əyər uyğun gələrsə bu o demək olur ki, siz Vahid Zamanı qətlə
yetirmisiz.
--Onda alın bu da ayaqqabılarım. –Səyavuş tələsik ayaqqabılarını çıxarıb
Hikmətə ötürdü. – Göndərin ekspertizaya. Mən müqəssir deyiləm.
--Bu gecəni burda qalmalı olacaqsan. Zəng et evə nigaran qalmasınlar. –
Paşazadə ayaqqabıları iri torbaya salıb, barmağı ilə masanın üzərindəki şəhər
telefonunu göstərdi.
--Yaxşı...- Səyavuş telefonun dəstəyini qaldırıb öz ev nömrəsini yığdı. –Alo?
Alo? Salam Qönçə. Mən bu gecə burda qalacam. Sən nigaran qalma. Səhər hər
şey aydınlaşsın gələcəm. Qapını kimsəyə açma. Vəfa xala da bizdə qalsa yaxşı
olar. Dedim axı, nigaran qalma. Hər şey yolundadır. Birlikdə qatili tapacıq. Sağ
ol. –Dəstəyi yerinə asıb üzünü Məmmədzadəyə tutdu - Sizi qınamıram.
Vəzifənizi yerinə yetirirsiniz. Bəlkə mən də sizin yerinizdə olsaydım eyni
hərəkət edərdim. Bircə onu bilin ki, mən Vahid əmini öldürməmişəm. Öldürə də
bilməzdim. Siz burada məni qatil hesab edirsiniz. Əsil qatil isə rahat yatağında
şirin yuxusunu görür.
--Aparın içəri. –Məmmədzadə arxaya çevrilmədən əmrini verdi.
Bir dəqiqə ərzində Leytenant Nəsirov Səyavuşu kameraya apardı. Artıq hava
qaralmışdı. Hikmət Qədirin əsnədiyini görüb, gülümsədi.
--Deyəsən çox yorulmusan?
--Hə! – üzünü Məmmədzadəyə tutub – Siz nə düşünürsünüz?
--Heç nə! Heç nə düşünə bilmirəm. Səyavuşa inansaq belə çıxır ki, bu qətli
başqası törədib. Özü də elə qətiyyətlə ayaqqabılarını verdi ki, az qalıram inanım.
Əyər səhər ekspertlər təyin etsələr ki, Səyavuşun ayaqqabısı qatilin ayaqqabısına
uyğun gəlmir, işimiz daha da uzanır.
--Səyavuş o qədər ağıllı birinə bənzəmir. – Paşazadə dilləndi. – Mən belə
düşünürəm ki, qatil hər kimdirsə çox bic adamdır. Biz ağ vərəqləri, yerdə
tapılmış torpaq parçasını unutmuşuq.
--Yox unutmamışıq. Onların ekspertiza cavablarını səhər təhvil verərəm. –
Eyvazov qarşısındakı qələmi barmaqları arasında fırladaraq dedi. – Tezdən
Səyavuşun işlədiyi fabrikə gedib müqaisə üçün torpaq parçası götürərəm ki,
ekspertlər hadisə yerində tapılmış torpaqla tutuşdursunlar.
--Yaxşı gedin dincəlin. Səhər burada görüşərik. –Məmmədzadə yorğun sələ
dedi.
--Oldu Asif bəy. Sabahadək! – Mayor Eyvazov və Mayor Paşazadə kabinetdən
çıxdılar.
Səkkizinci fəsil
Kabinetində tək qalan polkovnik-leytenant Məmmədzadə fikirli
halda divana yaxınlaşdı. Havanın qaralmağına baxmayaraq evə getmək
istəmirdi. Bilirdi ki, onu gözləyən yoxdur. İki həftədir ki, yoldaşı Qumru
xanım uşaqlarla birlikdə yay tətilini keçirmək üçün gözəl rayonlardan
birinə istirahətə gediblər. Bəzən Məmmədzadə özü də onların yanında
olmaq istəyir, lakin bilir ki, qarşısındakı cinayəti mütləq açmalıdır.
İstirahət etməyə isə hər zaman vaxt tapılar. Görəsən bu hadisəni belə
qəlizləşdirən məqam nədir? Yəni qatil doğurdanmı inanırdı ki, bunun
intihar olduğunu düşünəcəyik? Ya o ağ vərəqlər? Bunlar nə deməkdir axı?
Vahid bəy Faiq bəyin qurbanı ola bilərdimi? Bəlkə də... Qatilə lazım
olacaq nə vardı Vahid bəydə? Fabriki? Var dövləti? Yoxsa ölümü? Kim
qazandı onun ölümündən? Qönçə sevimli atasını itirdi. Vəfa xanım sadiq
yoldaşını-amma o Qönçəyə nisbətən soyuqqanlı görünürdü. Səyavuş ata
bildiyi insanı itirsə də qazandığı da oldu. Belə çıxır ki, fabrikin idarəsi
Səyavuşla Qönçəyə qalır. Bunu dəqiqləşdirmək lazım gələcək. Faiq bəy
də qazanır. O da Vahid bəyi öldürərkən fabriki öz adına keçirəcək sənəd
imzalatdıra bilərdi. Hansı ki, əlimizdə o vərəqdən yalnız həriflərinin izi
qalıb. Başqa hansı sənəd ola bilərdi ki, Vahid bəy son nəfəsində yazıb
imzalaya? Deyəsən iş getdikcə aydınlaşmağa başladı. Bəs onda tapılan
ayaqqabı izi? Əyər o doğurdan da qatilindirsə belə çıxır ki, qatil qapıdan
deyil hasardan aşaraq gəlmiş və getmişdir. Evə də kabinetin
pəncərəsindən daxil ola bilərdi. Kabinetin birinci mərtəbədə olmasına
baxmayaraq ev kürsülüdür. Elə buna görə də həmin otaqda eyvan da
vardı. Çox güman ki, qatil məhz eyvandan daxil olaraq girmiş və oradan
da çıxmışdır. Qatilə lazım olan təkcə Vahid bəyi öldürmək deyil, hətta
Dostları ilə paylaş: |