sənədi onun öz əli ilə yazdırmaq, imzalatdırmaq idi. Səyavuş yalan
danışana bənzəmir. Lakin fabrikdən rahat çıxıb Vahid bəyi öldürməyə də,
geri qayıtmağa da kifayət qədər zamanı vardı. Onu görə biləcək kimsə
yox idi.
Məmmədzadə cəld ayağa qalxıb masanın üzərindəki şəhər telefonuna əl
atdı. Bir neçə rəqəmi daxil etdikdən sonra dinləməyə başladı.
- Alo?
- Salam, Xatirə xanım!
- Salam, Asif məllim. Nə təərisiniz? Qumru xanım nə təəridir?
- Çox sağ olun yaxşıdılar. Sizlərə salam duası var.
- Sizlər sağ olun. Nə əcəb sizdən?
- Qədirə deyiləsi sözüm vardı. Gəldisə dəstəyi ona verin.
- Elə indi gəlib. Bir dəyqə....- ani olaraq eşidilən xışıltını Qədirin səsi
pozdu. – Alo?
- Eyvazov sənə sözüm var. Diqqətlə qulaq as.
- Buyurun!
- Səhər tezdən iki nəfər polis işçisi ilə Faiq bəyin evinə gedirsən. Oğlunu
və özünü təcili bura gətirirsən. Torpaq işini isə uzatma. Onları məni
təhvil verər verməz gedib fabrikin torpaq ərazisindən analiz üçün
nümunə alarsan. Mənə elə gəlir ki, ekspertlər qətl yerindən tapılmış
torpaqla fabrikin ərazisindəki torpaqda uyğunluq tapacaq.
- Sizcə qatil Səyavuşdur?
- Mən buna əmin deyiləm. Hələ ki, qarşıda Faiq bəyin ifadəsini almaq
durur. Deyəcəyim bu qədər. Sağ ol.
- Gecəniz xeyrə qalsın!
Dəstəyi yerinə asıb, stulunu altına çəkdi. Bu an xatırladı ki, dostu Murad
Muradlıya yazacağı məktubu yarımçıq halda qoyub.Onu davam etməli və
tezliklə göndərməli idi. Masadakı noutbukunu yandırdı. Az bir zamanda açdığı
pəncərədə nəhayət ki, yarımçıq məktubun tapdı. Əvvəldən oxumağa başladı:
“Əziz dostum Murad! Necəsən? Son məktubunda yeni bağladığın cinayət
işindən yazmısan. Çox maraqlı və qaranlıq məsələyə oxşadı. Ən sonda biləndə
ki, qətli məhz erməni mənşəli oğulluğu törədib tamamilə təəccüblənmədim. Bu
ermənilərin xislətinə uyğundur. Bunların təbiətində qəddarlıq, rəzillik,
nankorluq həmişə özünü göstərəcək.
Yaxşı indi isə sənin suallarına cavab yazım. Dedin ki, son araşdırdığım
cinayət işi ilə bağlı nə isə yazım. Baş üstə! Əvvəla ondan başlayıb ki, hadisə
hələ bu səhər məlum olub. İlk görünüşdə intihar səhnəsinə bənzəyir. Lakin mən
intihar olduğuna inanmıram. İş ondadır ki, ölən şəxs 50 yaşlı məşhur iş adamı
Vahid Zamandır. Bağ evində iş masası arxasında üz üstə stol üstündə ölmüşdür.
Sol əlində Revolver markalı odlu silah vardı. Sol gicgahdan aldığı güllə
yarasından ölmüşdür. Masanın üzərində boş ağ vərəq və mərhumun sağ
tərəfində vərəq üzərində qələm vardı. İş otağında ayaq altına salınmış xalçanın
üzərində, dəqiq qeyd etsəm tam mərhumun sol tərəfində yerdən qum tapılmışdı.
Hal hazırda isə ekspertizanın cavabını gözləyirəm.” –məktubu oxuyan kimi son
cümləsini ləğv etdi. Beləliklə, ardını yazmağa başladı. – Əziz dostum Murad!
Ekspertizanın nəticəsinə əsasən məlum olmuşdur ki, Vahid bəyin sol əlində barıt
izi aşkarlanmayıb. Qarşısındakı vərəq sayı əslində üç ya da artıq olubmuş. Bunu
bizim aşkarladığımız üst vərəqdəki qələm izinin dərinliyi sübut edir. Orada məhz
bu həriflərin izinə rast gəlinir: “ M,s,a,m,l,n,F,o. Bir də ən dəqiq bilinən iz
Vahid bəyin şəxsi imzasıdır. O ölümdən əvvəl nə isə vacib sənədə qol çəkib.
Vahid bəy bağ evinə üç gün əvvəl gedibmiş. İki ay əvvəl Faiq adlı biznesmendən
fabrik almışdı. Lakin Həmin sahibkar Fabriki geri istəmişdi. Vahid bəy də
yeganə qızı olan Qönçəyə doğum günü hədiyyəsi olaraq fabriki verəcəkmiş.
Faiq bəy oğlu Fuad ilə Vahid bəyin ölümündən üç gün əvvəl evinə gələrək hədə
qorxu gəlmiş, fabriki iki günə geri satmağını tələb etmişdir. Bu mübahisə
nəticəsində Vahid bəy dodağından zərbə də almışdır. Hadisə yerində həmin
yaranın izinə rast gəlinmişdir. Vahid bəyin dodağı sağ tərəfdən azacıq
partlamışdı. Hasar kənarından da 46 ölçülü ayaqqabı izi aşkar etdik.
Fərziyyəmizə görə iz yenidir. Və yalnız qatilə məxsus ola bilərdi. Vahid bəyin
kürəkəninin də ayaqqabı ölçüsü 46-dır. Hadisə baş verən gecə Səyavuş fabrikdə
növbədə olduğunu bildirir. Lakin onun gecə saat 10-11 arası fabrikdə olub
olmadığını təsdiqləyəcək şahid yoxdur. Ekspertiza ayaqqabı altının cizgilərini
hadisə yerindən tapılmış ayaqqabı izinin cizgiləri ilə müqayisə edəcək. Fabrik
ərazisindən alınan torpaq nümunəsi ilə də qətl baş vermiş kabinetdən aşkar
olunmuş torpaq parçası ilə müqayisə olunacaq. Səhər Faiq bəy də istintaqa cəlb
olunacaq.
Hələlik ki, bu qədər. Hadisə ilə bağlı fikirlərini bilmək maraqlı olardı.
Özünə yaxşı bax.
Xoş istirahətlər arzusu ilə dostun Asif Məmmədzadə!
Bununla da Polkovnik-leytenant məktubunu yekunlaşdırdı. İki dəqiqə
ərzində şəxsi elektron poçtunu açıb məktub göndər yazısını basdı. Açılmış yeni
pəncərədə yazmış olduğu və sənədləşdirdiyi məktubunu həmin pəncərə üzərinə
yapışdırdı. Ünvan sahibi yerinə isə Polkovnik-leytenant Murad Muradlının
elektron ünvanını qeyd etdi. Beləliklə, internetin bacardığı tam sürətlə
məktubunu sahibinə yolladı. Bu an yanağına təbəssüm qondu. Düşündü ki, nə
yaxşı ki, kompüteri vaxtında öyrənib və hal -hazırda da internetin bacarığından
işində belə istifadə edə bilir.
Doqquzuncu fəsil
“Ey Ulu Tanrı, mənə bir yol göstər! Məni ümidsiz qoyma! Atamın qatilini
ifşa etməyə kömək ol. Sevimli quluna qarşı törətdiyi cinayəti cəzasız qalmasın.
Səyavuşun bir günahı varsa bağışla. Qəlbimdəki şübhələrdən məni azad elə.
Amin!”
Qönçə anasından gizli öz otağına çəkilib, dua edirdi. Bununla özünü bir
qədər yüngülləşmiş hiss etməyə başladı. Səyavuşdan aldığı zəngdən sonra hələ
də özünə gələ bilmirdi. Niyə axı onu saxlatdılar. Axı günahı olmayan birinin
orada nə işi ola bilərdi. Amma yox, Səyavuş atama qıymazdı. Əli gəlməzdi. Heç
bu barədə düşünməyə belə cəsarət etməzdi. İlahi, bu nədir? Sanki içimdə şeytan
gəzir. Fikirlərimə əngəl olur. Normal düşünə bilmirəm. Bunlar sadəcə istintaqa
görədir. Səyavuşun polis idarəsində gecələyəcəyinə başqa açıqlaması ola
bilməzdi. Niyə də olsun ki? Məgər Səyavuş qatildir? Yox inanmaram. İnana
bilmərəm. Nə olur olsun Səyavuşa olan güvənimdən, inamımdan dönmərəm.
Dönə də bilmərəm.
- Qızım, gəlirsən? – Mətbəxdən Vəfa xanımın səsi eşidildi.
- Bu saat gəlirəm.
Ayağa qalxıb gözlərinin yaşını əllərinin içi ilə sildi. Güzgünün qarşısında
durdu. Bir anlıq özünə nəzər yetirib daxili bir səslə dedi: “Sən hər şeyə
dözəcəksən! Həqiqətin tezliklə aşkar olması naminə dözməlisən! ” Bir daha
gözlərinin altına diqqətlə baxıb otaqdan çıxdı.
- Hardasan ana?
- Mətbəxdə. Badımcan, qızartmışam. Qatıq da var. Əllərini yu süfrəyə
əyləş.
- Bu saat gəlirəm. – deyərək əlini mətbəxdəki televizorun pultuna uzatdı.
– Görəsən bizdən nəsə göstərirlər?
- Gəl əyləş yemək soyumadan yeyək. – Vəfa xanım öz yerində əyləşib
yeməyini boşqabına çəkdi. Sanki dünən sevimli həyat yoldaşının ölüm
xəbərini alan insan o deyildi.
Bir neçə kanal dolaşdıqdan sonra dalğanı bir milli kanal üzərində saxladı.
Orada idman xəbərləri gedirdi. Qönçə anasının yanında əyləşib televizora
baxaraq çörəyini yeməyə başladı. Atasının yoxluğuna inana bilmirdi. Lakin
Dostları ilə paylaş: |