--Qönçə xanım, insan çiy süd əmib. Bu həyatdır. Hər şey olur. Amma biz
demirik ki, Səyavuş atanızı öldürüb. Bu sadəcə bir fərziyədir. –Məmmədzadə
mülayim səslə dedi.
--Bəs sizcə atamı kim öldürə bilər?
--Biz də bu sualı sizə veririk. Mümkünsə dərindən düşünün və bu qətldə
kimdən şübhələndiyinizi deyin - Məmmədzadə stulunu daha da yaxınlaşdıraraq
soruşdu.
--Əslinə qalsa şübhələndiyim kimsə yoxdur. Çünki atamın iş həyatı ilə
bağlı çox şeydən xəbərsizəm. Lakin...- bir qədər susub gözləri qarşısında baş
vermiş hadisəni yadına saldı. – Lakin son görüşlərdən birində fikirli olduğunu
hiss etmişdim. Soruşdum ki, nə olub? Dedi ki, işlə bağlı bəzi problemlər var
onlarla məşğuldur.
--Sizcə bu nə problem ola bilərdi? – Paşazadə soruşdu.
--Düzünü desəm maraqlanmadım. O da bir söz demədi.
--Atanızın heç düşməni var idi?
--Nə deyim vallah. Ola bilərdi. Axı iş adamı idi. Kimsə də ayağını dartan
tapılardı. Lakin elə birini dəqiq deyə bilmərəm. Olsa-olsa Faiq bəyi misal
göstərərdim. O zamanlar ailə qurmamışdım. Hər fürsət düşdükcə bizə gələrdi.
Öz oğlunu tərifləyərdi. Mən isə onun kimilərindən xoşlanmıram. Acığım tuturdu
Faiq bəyin danışığına. Hər dəfə danışanda daha çox acığım tuturdu. İyrənc bir
insandır. Atam da ondan xoşlanmırdı. Lakin atam məndən fərqli olaraq
xoşlamadığı birinə qarşı kobud hərəkət etməzdi. Əksinə dostundan tanışından
fərq qoymazdı.
--Faiq bəy atanızın işlə bağlı tanışıdır?
--Hə. Deyilənə görə atam ondan tikinti materialları istehsal edən fabrikini
alıb. O da o vaxtdan atamın tanışı olub. İş bağlılıqları mən bilən qalmamışdı.
Atam fabrikin tək sahibdi. Amma yenə də gəlib gedərdi bizə. Məni də bezdirərdi
ki, oğlum Fuad belədir elədir. Nəhayət atamın icazəsi ilə tezliklə Səyavuşla
evləndik. O da toydan sonra bir dəfə də olsun nə atamın evinə, nə də bizə
gəlmədi. Atamdan onu görüb görmədiyini soruşanda atam hər zaman gülərək
deyərdi ki, heç gözümə görünmür.
--Sizincə o atanızın düşməni ola bilərdi?
--Məncə hə. Əvvəla fabriki ürəksiz satmışdı. Borcu var imiş banklardan
birinə. Bir neçə ay sonra geri almaq istəyəndə də atam satmamışdı.
Sonra məni oğlu üçün bəyənmişdi atam verməmişdi. Ona görə. Əslinə
qalsa mənim tanıdığım və bildiyim atamdan narazı tək insan yalnız
Faiq bəydir. Başqa kimsə gəlmir ağlıma. Bircə onu bilirəm ki, o hər
kimdirsə öyrənsəm bu iki əllərimlə boğub öldürəcəm –deyən Qönçə,
hər iki əllərini irəliyə uzadıb yumruqlarını birləşdirərək ağladı.
--Qönçə xanım özünüzü ələ alın. İndi qanun var, ədalət var. Qatil mütləq
tapılacaq. Buna arxayın olun. – yarı əsəbi halda qarşısında əyləşmiş
gözü yaşlı Qönçəyə baxan mayor Eyvazov dilləndi.
--Ananızla atanız necə dolanırdılar?
--Normal. Hər kəs kimi. Necə məyər?
--Biz hər şeyi bilməliyik.
--Atamla anam sevib evləniblər. Hər zaman onları mehriban görmüşəm.
Atam anamın bütün arzularını çin edib. Nə arzulayıbsa mütləq yerinə
yetirib. Məsələn moda evini atam anam üçün tikdirib. Bu onun anama
son Qadınlar bayramı hədiyyəsi idi.
--Qönçə xanım, siz ifadənizi imzalayıb gedin. Hələ ki, lazım olan sualları
verdik. Ehtiyac olsa bir daha ifadə verməli olacaqsız. Hələ ki, yaxın
vaxt ərzində şəhərdən kənara çıxmayın. İndi isə gedə bilərsiz. -
Məmmədzadə əli ilə kabinetin qapısını göstərdi.
Qönçə Eyvazovun ona doğru uzatdığı ifadəsinə yüngülcə göz gəzdirib
imzaladı. Kabinetdən çıxmazdan əvvəl yenidən geri dönüb polkovnik-
leytenanta:
--Sizdən çox xahiş edirəm. Tapın atamın qatilini. Ona azadlıq haramdır.
--Arxayın olun! Əlimizdən gələni əsirgəməyəcəyik. Qatil mütləq həbs
olunacaq.
Yeddinci fəsil
Qönçə çıxar-çıxmaz Qədir əlindəki ifadəni yeni qovluğa qoydu.
Polkovnik-leytenant gözucu Hikmətə baxıb nə isə demək istəyirdi ki, qapı
döyülərək açıldı:
--Salam! Gəlmək olar?
--Salam, Vəfa xanım! Keçin əyləşin! – Məmmədzadə əli ilə Qönçənin bir
dəqiqə əvvəl əyləşmiş olduğu stulu göstərdi.
--Bilmək olar yoldaşım nədən ölüb?
--Qızınız sizə heç nə demədi? - təəccüblənən Qədir soruşdu?
--Qızım elə vəziyyətdə çıxdı ki, bir kəlmə soruşa bilmədim.
--Neçə övladınız var?
--Bir.
--Yoldaşınız Vahid Zaman necə insan idi? – Məmmədzadə Qədirin
suallarını ağzında qoyub öz suallarını verməyə başladı.
--İnsan kimi insan idi. Ən gözəl insani keyfiyyətlər vardı onda.
--Yoldaşınızla sizin münasibətiniz necə idi?
--Nə mənada?
--Yəni bir -birinizlə necə dolanırdız?
--Hamı əri ilə necə dolanırsa elə. Mehriban idik. Günümüz xoş keçərdi.
Birlikdə əylənərdik. Nəvə arzulayırdıq. Vahid mənim bütün istək və
arzularımı həmişə yerinə yetirib. Bircə nəvə arzum qalıb. Onu isə
görmədən köçdü həyatdan. – gözləri dolsa da ağlamayan Vəfa xanım
stulda belə şux oturmuşdu. Sanki düşmən qarşısında əyilmək
istəməyən əsgər idi.
--Sizcə yoldaşınız nədən ölə bilərdi? - Məmmədzadə qarşısında əyləşmiş
Vəfa xanıma sınayıcı sual verdi.
--Düşünürdüm ki, bu sualıma cavabı siz verəcəksiniz.
--Bizə sizin düşüncələrinizi bilmək maraqlıdır.
--Vahidin qan təzyiqi vardı. Əsəbiləşəndə təzyiqi ya qalxar ya da
enərdi. Ona görə özü ilə dərman da gəzdirərdi. Adı səhv etmirəmsə
“E” hərfi ilə başlayırdı. Lakin bu elə də ciddi xəstəlik deyildi ki, ondan
ölə. Başqa da səbəb tapa bilmirəm.
--İş bundadır ki, Vəfa xanım, yoldaşınızı öldürüblər. – Bunu deyən
Məmmədzadə düşündü ki, Vəfa xanım qəfil aldığı xəbərdən az da olsa
Dostları ilə paylaş: |