119
də həmin şəxsiyyətlərin bəziləri haqqında məlumat vermək
məqsədəuyğundur: Homer – qədim yunan şairi, Sokrat e.ə.V-IV
əsr qədim yunan filosofu, Hippokrat e.ə.V-IV əsr qədim yunan
həkimi, Ksenofan e.ə.V-IV əsr qədim yunan şairi, Xristofor
Kolumb XV-XVI əsrin məşhur səyyahı, V.Şekspir XVI-XVII əsr
Ingiltərənin böyük dramaturqu, Spinoza XVII əsr Amsterdam
filosofu, Volter XVIII əsr fransız mütəfəkkiri və yazıçısı, Petrark
XIX əsr Italiya şairi, Henri Tomas Bokl XIX əsr ingilis sosioloqu
və tarixçisi, Tussen Jozef Reno XIX əsr fransız şərqşünas alimi,
Cəlaləddin Rumi XIII əsr məşhur fars şairi, Şeyx Mahmud
Şəbüstəri XIII-XIV əsr görkəmli Azərbaycan şairi və filosofu,
Əbdürrəhman Cami XV əsr məşhur fars-tacik şairi, Mirzə
Əbdüllətif Təsuci XIX əsr Azərbaycan ədibi və tərcüməçisi,
Ə.Firdovsi Х-ХI əsr, Hafiz isə ХIV əsr fars şairi olmuşdur.
M.F.Axundov əsərdə “Hippokrat” antroponiminin dilimizdə
işlənən “Bokrat” variantından istifadə etmişdir: “Lakin siz həmin
Sokrat və Bokrat dövrünün qaydalarını əlinizdə vasitə edib,
xəstəlikləri təyin etmək haqqında öz axmaq fikrinizi hər yerdə
belə yazırsınız.” (26, 83)
2. M.F.Axundov müxtəlif dinlərə, təriqətlərə münasibət
bildirərkən də antroponimlərdən üslubi vasitə kimi istifadə
etmişdir. Həmin antroponimlərin böyük bir qismi islam dini ilə
birbaşa əlaqədar olduğu üçün “Quran” ayələrindən götürülmüş,
tarixi rəvayətlərlə əsaslandırılmışdır. Dinin mənşəyini, tarixi
inkişafını, islam dininin müxtəlif mənsəblərə bölünməsini,
müхtəlif dinlərin xarakterik xüsusiyyətlərini xarakterizə edərkən
M.F.Axundov tez-tez “Quran” ayələrinə müraciət etmiş, həm də
digər təriqət nümayəndələrinin fikir və görüşlərinin şərh etmiş,
aydınlaşdırmışdır. “Kəmalüddövlə məktubları” fəlsəfi əsərində din
120
və təriqətlərlə bağlı antroponimlər aşağıdakılardır: Əli ibn-
Əbutalib, Şeyx Səid ibn-Mənsur Əhməd Təbresi (Iranın məşhur
sufi və təriqət başçısı), Imam Qəzali (XII əsr Iran ruhani alimi),
Həsən Səbbah (XI əsrdə Iranda Ismaili sülaləsinin başçısı),
Səlaləddin Əyyubi (Misirdə Əyyubilər sülaləsinin əsasını qoyub),
Əli ibn-Müsərriza Məmun (Harun ər-Rəşidin oğlu), Əbubəkr
(dörd ən mötəbər xəlifələrdən biri), Mənsur (Hüseyn ibn-Mənsur
Həllac - panteist sufi, 922-ci ildə fanatik şəriətçilər tərəfindən
öldürülmüşdür), Molla Sadıq, Axund Molla Məmmədbağır
Məclisi (Iranda bir çox dini əsərlərin müəllifi), Hacı Əsgəri,
Mötəzid Хəlifə (Abbasilər sülaləsinin 16-cı xəlifəsi), Müaviyə
(Bəni-Üməyyə xəlifələri sülaləsinin başçısı), Fəxrüddövleyi
Deyləmi (X əsrdə Iranda hökmranlıq etmiş Deyləmi sülaləsinin VI
hökmdarı), Şəhristani (Əbüləth Məhəmməd ibn-Əbülqasim – XI
əsr din xadimi), Firon, Əhməd ibn-Ishaq, Yəqub Mənqus, Həzrət
Sahib, Məhəmməd ibn-Əyyub, Məhəmməd ibn-Osman, Şeyx
Məhəmməd ibn-Babveyh, Şeyx Tusi, Əbu Əyyub Ənsari, Bəşir
ibn-Süleyman, Imam Əliyyənnəq, Ömər ibn-Yəzid, Nərgiz xatun,
Əhməd ibn-Ishaq, Səd ibn-Əbdüllahi, Rəşiq, Ishaq inb-Yəqub,
Imam Cəfər Sadıq, Həzrəti Qaim, Həzrəti Xəzr, Həzrəti Nuh,
Həzrəti Loğman, Osman ibn-Səid Əsədi, Əbu Cəfər Məhəmməd
ibn-Osman, Əbül Qasım Hüseyn ibn-Ruh, Şeyx Cəlil Əli ibn-
Məhəmməd Samiri, Əli Bağdadi, ibn-Cəvşir, Həsən ibn-Əhməd
Nasirüddövlə, Həsən ibn-Məhəmməd Bozorg Ümmid Ismaili,
Nəcməddin Rudbari, Zeyd ibn-Harisə ibn-Şərahilil-Kəlbi,
Dürrətüttac, Zeynəb, Ayişə, Mariyeyi-Qibtiyyə, Səfran, Təlhə,
Nöman qızı Əsma, Davud, Urya, Ali-Buheyvi, Həsən Namivər,
Cəlaləddin Həsən ibn-Xəldun, Əlfəiz Billah, Axund Molla Rəhim,
Şeyx Əhməd Bəhreyni, Kərim xan, Zərdüşt, Əbdürrəhman ibn-
121
Xəldun, Əbu-Süfiyan, Bəni-Haşım, Əmmarətü-Yəməni, Babür şah
Kürəkəni, Humayun şah Teymuri və s. Bu antroponimlərin
bəziləri haqqında məlumat vermək məqsədəuyğundur:
“Məhəmməd” şəxs adı müsəlman dininə ibadət edən xalqlar
arasında çox yayılmışdır. Islam əqidəsinə görə, Məhəmməd
Peyğəmbər Tanrının insanlara göndərdiyi elçidir. Əsərdə
“Məhəmməd” şəxs adı ilə bağlı antroponimlər aşağıdakılardır:
Məhəmməd ibn-Əyyub (26, 86), Məhəmməd ibn-Osman (26, 86),
Şeyx Məhəmməd ibn-Babveyh (26, 87), Məhəmməd Hənəfiyyə
(26, 94), Məhəmməd Bozorg Ümmid (26, 98), Imam Əbu-Həmid
Məhəmməd Qəzali (26,124), Həsən ibn-Məhəmməd (26, 104),
Şeyx Cəlil Əli ibn-Məhəmməd Samiri (26, 91) V.A.Nikonov
antroponim barəsində yazmışdır: “Məhəmməd və Fatimə
(Məhəmmədin qızı, kumık və noqay dillərində Patimət)
müsəlman хalqlarında tеz-tеz rast gələn adlar idi, lakin хеyli
müddətdir ki, tatarlarda, başkirlərdə, azərbaycanlılarda,
özbəklərdə az təsadüf olurdu.” (278, 212)
Əli ibn-Əbutalib (26, 46) Rasiqi xəlifələrin dördüncüsü və
axırıncısı, şiələrin isə birinci imamı, Məhəmməd Peyğəmbərin
əmisi oğlu və kürəkəni – qızı Fatimənin əridir. 651-ci ildə xilafətə
çatmış, 661-ci ildə ibn-Mülcəm tərəfindən öldürülmüşdür. (127,
53)
“Mehdi Məhəmməd Peyğəmbərin sonuncu varisidir,
peyğəmbərlər işinin davamçısıdır. Allahın hökmü ilə hərəkət
etdiyinə görə tam ixtiyar sahibidir. O, Yer üzündə ədaləti bərpa
edəcəkdir. Beləliklə, gözlənilən Mehdiyə inam şiə islamının
ehkamlarından biridir.” (127, 80) Mehdi ərəb dilində “məhdi”
sözündən olub “Allahı rəhbərliyi altında həqiqi yol ilə gedən
şəxs” anlamını bildirir. M.F.Axundov həmin şəxs haqqında bu
122
sətirləri yazmışdır: “Doğru hədislərə əsasən, Mehdinin, yəni on
ikinci imamın zühur edəcəyini dönə-dönə rəvayət etmişlər. Mehdi
o zaman zühur edəcəkdir ki, dünya zülm və zorakılıqla dolmuş
olsun.” (26, 85)
Musa Peyğəmbərin adının etimologiyası haqqında iki fikir
mövcuddur: Bəzilərinə görə, qədim Misir dilindəki “mesu”
sözündəndir, “uzaq, bala” deməkdir. Rəvayətə görə, Misir
şahzadə qadınının oğulluğa götürdüyü Musa Peyğəmbər Nil
çayında üzdüyü üçün ona bu ad verilmişdir. Musanın bir anlamı
da “sudan çıxarılmış, sudan gələn, su ilə gələn”dir. Digər fikrə
görə isə ibranicə “mose” sözündən olub “yəhudi hakimi, qanun
verən, qanunverici” deməkdir. (29, 51)
Nuh (26, 90) üçüncü peyğəmbərdir. “Nuh” qədim yəhudi
dilində “Nooh” sözündəndir, “təsəlli, təskinlik, rahatlıq, fərəh”
anlamını bildirir. (26, 262). “Quran” ayələrinə görə Nuhun
zamanında bərk yağmur olur, dənizlər daşıb dünyanı basır. Nuh
Allaha inananları və digər canlıların nəslinin törəyib ya-şamasını
təmin etmək üçün hərəsindən bir cüt götürüb böyük gəmiyə
mindirərək, onlara nicat vermişdir.
Ibrahim (26, 125) ən böyük peyğəmbərlərdən dördüncüdür.
“Ibrahim” sözünün əsli qədim yəhudi dilində “abram” sözüdür,
mənası “yüksək ata, böyük ata, həqiqətlərin atası” deməkdir. (29,
197).
Brəhma (26, 96) hindlilərin qədim dininin banisi olmuşdur.
“Bu dinə etiqad edənlər üç yaradıcıya və ya rəbbünnövə -
Brəhma, Vişnu, Şivaya inanırlar. Brəhmana böyük allah, Vişnunu
qoruyan, Şivanı isə daşıdan sayırlar.” (26, 69) Budda (26, 93) isə
miladdan təxminən beş yüz il əvvəl doğulub, Budda dininin
yaradıcısıdır.
Dostları ilə paylaş: |