115
bərq vuran” (29, 96-157) deməkdir. Göründüyü kimi, yazıçı öz
fikirlərini, təəssüratlarını, arzularını ifadə etmək üçün
antroponimlər vasitəsi ilə təzad yaratmışdır. Yazıçı təzad vasitəsi
- müqayisə yolu ilə Irana məxsus olan bəzi cəhətləri oxucunun
gözləri qarşısında canlandırmış və təsvir obyektinin ziddiyyətli
tərəflərini açmışdır.
Müəllif əsərdə Iranın ağır vəziyyəti haqqında məlumat
verərkən müxtəlif dövrlərdə yaşamış hökmdarların antropo-
nimlərinə müraciət edir, nəzərdə tutduğu dövrü illərlə, əsrlərlə
deyil, məhz hökmdarların onomları ilə adlandırır və həmin dövrü
müəyyən dərəcədə ideallaşdırır, yaşadığı dövrün mənfi
cəhətlərini isə hökmdarların zəkası, ağlı ilə əlaqələndirir.
Sənətkar “Kəmalüddövlə məktubları” əsərində müqayisə yolu ilə
Iranın iqtisadi və mədəni geriliyini, ölkədə baş verən qa-
nunsuzluqları tənqid edir.
Daha sonra yazıçı klassik Şərq ədəbiyyatının görkəmli
nümayəndəsi Əbülqasım Firdovsiyə (Х-ХI əsr) müraciət edir:
“Rəhmətlik Firdovsi sənin bu gününü səkkiz yüz il bundan irəli
ilham vasitəsi ilə bilib, Hürmüz şahın oğlu Rüstəmin dilindən
xəbər vermişdir.” (26, 53) Rüstəm VII əsrdə ərəblərin Irana
hücum etdiyi zaman Iran qoşununun sərkərdəsi olmuşdur,
Firdovsi “Şahnamə” poemasında onun qəhrəmanlığını tərənnüm
etmişdir.
Kəmalüddövlənin birinci məktubunda tez-tez VII əsr ərəb
sərkərdəsi Səd ibn-Vəqqasın adı çəkilir. O, Qadisiyyə müharibəsinin
fatehi olmuşdur. Səd ibn-Vəqqas obrazına da “Şahnamə”də rast
gəlirik. M.F.Axundov isə Səd-Vəqqas antroponimini farsların
müsəlman dinini qəbul etməsi ilə əlaqələndirir: “Səd-Vəqqasın
təklifi ilə islam dinini qəbul etdik.” (26, 56) M.F.Axundovun
116
“Səd-Vəqqas” antroponimi ilə verdiyi şəxsiyyətin “Səd” adı,
“Vəqqas” isə atasının adıdır. Əslində, bu antroponim ərəb dilçilik
qanunlarına uyğun olaraq belədir: Səd ibn-Vəqqas.
Iran tarixindən bəhs edən yazıçı mütləq baş verən hadisələrin
vaxtlı-vədəsində bütün təfsilatı ilə qeydə alınmasının labüdlüyünü
qeyd edərkən bir sıra Şərq - Avropa tarixçilərinin və fatehlərinin
antroponimlərindən üslubi vasitə kimi istifadə etmişdir:
“Isfahanın mühasirəsində Şah Sultan Hüseynin əfqanlardan
çəkdiyi müsibətləri və nə hallar keçirdiyini Avropa tarixçiləri
təfsilatı ilə yazırlar, amma Iran əhli bunu bilmir. Evi yıxılmış
Kürkçi oğlu (Nadir) Əşrəf Qəlicayinin birinci vuruşunda elə bir
hərbi əməliyyat planı hazırlamış, Əşrəfi basmaqda elə bir hünər
və fərasət göstərmişdir ki, bütün yer üzündə Adəmdən хatəmədək
heç bir sərkərdədən bir hünər görünməyibdir. Napalyon
Bonapartdan başqa.” (26, 67) Əşrəf Qəlacayi 1725-ci ildə
Mahmud Əfğanı öldürüb hakimiyyəti zəbt etmiş, 1729-cu ildə isə
Nadir Şah tərəfindən öldürülmüşdür. Napalyon Bonapart (1769-
1821) isə məşhur Fransa imperatoru olmuşdur.
“Adəmdən хatəmədək” ümumxalq danışıq dilində işlədilən
ifadədir. “Qurani-Kərim”in ayələrinə əsaslanaraq demək olar ki,
Adəm yer üzünə gələn ilk insan və ilk peyğəmbər olmuşdur,
Adəm və Həvvadan insan nəsli törəyib artmışdır. Xatəm isə ərəb
dilində “son, axır, sonuncu, axırıncı” anlamlarını (dilimizdəki
“хətm еtmək, yəni bitirmək, sona çatdırmaq” ifadəsi buna
sübutdur) bildirir. Deməli, “Adəmdən хatəmədək” ifadəsi
antroponimlər vasitəsi ilə yaranıb “Əvvəldən axıradək”
mənasında işlədilir. F.Хalıqov folklorda işlənən onomastik
vahidləri araşdırarkən “Adəmdən хatəmədək” ifadəsini ərəb
tayfalarından olan səхavətli, müdrik, əfsanəvi bir şəхsiyyət olan
117
Hatəm Tai ilə əlaqələndirərək yazır: “Şərq aləmində “Adəmdən
Hatəmə”, “Hatəm səхavətdə” ifadələri buradan qalmışdır.” (115,
65) Tədqiqatçının bu fikri inandırıcı dеyil, çünki bəşəriyyətin ilk
insanı hеsab olunan Adəmlə klassik ədəbiyyatda səхavət rəmzi
sayılan Hatəmin arasında məcazi anlamda da olsa hеç bir əlaqə,
yaхınlıq yoхdur, lakin Adəmi məcazi mənada “ilk, birinci”,
хatəmi isə “sonuncu, aхırıncı” qəbul еtsək, ifadənin nə məqsədlə
işlənməsi məlum olur.
“Kəmalüddövlə məktubları” əsərinin digər hissəsində yenə
həmin ifadəyə başqa tərzdə rast gəlirik: “Imam Həsən Əsgəri
Əhməd ibn-Əshaqa demişdir ki, aləmi yaradan yaşadan Allah
Adəmi xəlq etdiyi gündən bu vaxta qədər dünyanı heç zaman
höccətsiz qoymamışdır, qiyamətə qədər də qoymayacaqdır.” (26,
86) Avam, nadan kəndlilər Ağakişi və Qurbanəli dəmiryolunu,
tеlеqramı insan şüuru, əqidəsi ilə əlaqələndirmir, tərəqqiyə,
inkişafa inanmırlar: “Dəmiryol, tеlеqram Adəm Pеyğəmbərin
vaхtından qabaq şеylərdir, Allah-təalanın qüdrətidir, bunlara
ağılmı çatar?” (192, 30)
Iran hakimiyyət sistemində mövcud olan eybəcərliklərə,
despotizmə, ədalətsizliyə, əsarətə, özbaşınalığa, cəhalət və na-
danlığa gələcəkdə son qoyulmasına inanan yazıçı yenə də
antroponimə müraciət edir: “Nə qədər ki, insanların şüurunda puç
əqidələr yer salmışdır, görəcəksən ki, ya bir zirək Bab və ya bir
nəfər başqa şüurlu məzhəb ixtiraçısı tapıldı və cinə, şeytana,
firiştəyə, möcüzəyə, kəramətə və hər cür xariqüladə əfsanələrə
inanan bu elmsiz, savadsız xalqı bircə saatın ərzində özünə tərəf
çəkdi və onların köməyi ilə despotu aradan qaldırdı.” (26, 74)
M.F.Axundov “Bab” dedikdə Seyid Əliməhəmməd Babı (1820-
1850) nəzərdə tutmuşdur. Babın təsis etdiyi məktəb XIX əsrin
118
ortalarında şiə ruhaniləri tərəfindən Iranın bəzi vilayətlərində
yayılmışdır. Həmin məzhəbin tərəfdarları Seyid Əliməhəmməd
Babın “Bəyan” kitabını özlərinin “Quran”ı hesab edirdilər. Bab
Məhəmməd Şah Qacarın əmri ilə Təbrizdə öldürülmüşdür. Həmin
məzhəbin tərəfdarları isə babilər adlandırılmışdır. Şəхs adlarının
ümumi söz kimi işlənməsi şəхsin хasiyyəti, pеşəsi, хaraktеri,
işinin nəticəsi (79, 196) ilə bağlıdır. Müəllif əsərdə “Bab”
antroponimindən bədii üslub vasitəsi kimi istifadə etmişdir.
Dilimizdəki sözlərin xüsusi və ümumi adlara bölünməsi dilin
leksik tərkibinin ən qədim bölünmə üsuludur. Ümumi isimlərin
xüsusi isimlərə, xüsusi isimlərin isə ümumi isimlərə çevrilməsi
dilimizin inkişafının bütün mərhələlərində baş vеrmişdir. Xüsusi
isimlərin ümumi isimlərə keçməsi nisbətən az təsadüf olunur ki,
bu da məhz həmin ümumi isimin yaranma tarixi ilə əlaqədardır.
Yuxarıda qeyd etdiyimiz kimi, xüsusi isimdən ümumi isim –
“babi” sözü əmələ gəlmişdir. M.F.Axundov “Kəmalüddövlə
məktubları” əsərində “Bab” onomu ilə yanaşı “babi” sözündən də
eyni məqsədlə istifadə etmişdir: “Aya, padşaha güllə atan
babilərin yenidən bu kimi bir əmələ iqdam etməyəcəklərini
haradan bilmək olar?” (26, 74)
M.F.Axundov özünün mütərəqqi ideyalarını, görüşlərini əks
etdirmək məqsədi ilə dünya mədəniyyətinin müxtəlif nüma-
yəndələrinin onomlarından müхtəlif üslubi məqamlarda istifadə
еdərək onların fikirlərinə istinad edir. Avropanın Homer, Şekspir,
Sokrat, Hippokrat, Ksenofan, Petrark, Volter, Spinoza, Reno,
Kolumb, Bokl kimi mütəfəkkirləri ilə bərabər, Şərqin Firdovsi,
Əbdürrəhman Cami, Şəbüstəri, Cəlaləddin Rumi, Hafiz, Şəms
Təbrizi, Təsuci kimi mütəfəkkir və filosofların əsərlərini mütaliə
edən, öyrənən ədib əsərdə tez-tez onları yad etmişdir. Buna görə
Dostları ilə paylaş: |