ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə28/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

 
 
104
kartoflu azarını axtarıb tapdıqları  cəhət ilə  vətənlərinə 
göstərdikləri xidmətdən əla və əfzəl olacaqdır.” (23, 48) 
Karl Linney (1707-1778) məşhur isveç təbiətşünası natu-
ralisti; Jozef Pitton de Turnefor (1656-1708) görkəmli fransız 
nəbatat alimi və  səyyahı, Paris Elmlər Akademiyasının üzvü; 
Bartram Con XVIII əsrdə yaşamış Amerika nəbatat alimi; Georq 
Qlliford Ingiltərənin Hollandiyadakı 
səfiri olmuşdur. 
M.F.Aхundov “Təmsilat”ı  tərcümə  еdən Tеhran sakini Mirzə 
Məhəmməd Cəfərə göndərdiyi məktubda (25.03.1871) yazmışdır: 
“Georq Qlliford sözlərinin mənasını soruşmuşsunuz. Dеməliyəm 
ki, bunlar hər ikisi bir nəfər  əmirin adıdır, bir şəхsin adıdır… 
Yəni Qlliford oğlu Gеorq. Nеcə ki, ərəblərdə  Səd ibn-Vəqqas, 
Ömər ibn-Səd,  Əmir ibn-As əvəzinə  Səd Vəqqas, Ömər Səd, 
Əmir As yazmaq məmuldur. Cümlənin mənası bundan ibarətdir: 
“Mənim adım və  şöhrətim, bu cəhətdən cənab Linneyin hamisi 
olan Gеorq ibn-Qlliforddan yüksək və  əzəmətli olacaqdır.” (25, 
245)  
Müsyö Jordanın dilində Fransanın kralı, 1848-ci il inqilabı 
zamanı hakimiyyətdən salınmış Lui Filippin antroponiminə  də 
rast gəlirik: “Əgər təxir etsəm, çapar gedər, sonra mən özümü 
tezliklə yalqız krala çatdıra bilmənəm, Lui Filipp ingilisə 
qaçıbdır.” (23, 64) Həmin inqilab haqqında danışmaq və yazmaq 
qadağan olduğuna görə, dramaturq onu Məstəli şahın cadusu ilə 
bağlayır. (34, 216) 1852-ci ildə alman mətbuatında rus 
ədəbiyyatşünası A.Kandelin məlumatına görə pyes məşhur alman 
şərqşünası Vilhem Şutt tərəfindən alman dilinə  tərcümə 
edilmişdir. Tədqiqatçı  əsərə müqəddimə verərək yazmışdır: 
“Mirzə  Fət  Əli Axundov məşhur Azərbaycan alimi və Rus 
Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin fəal üzvüdür. 


 
 
105
Axundovun hər iki komediyası  Şərq xalqlarının mədəniyyət 
tarixinə çox qiymətli bir hədiyyədir...  Əgər bu balaca komediya 
həqiqi Aristofan yumoru ilə yoğrulmuşsa, hadisələri 
Zaqafqaziyada cərəyan edən “Müsyö Jordan və  Dərviş  Məstəli 
şah” əsəri birincidən daha maraqlıdır, çünki müəllif burada Paris 
Fevral inqilabından cəsarətlə  və orijinal surətdə pyesin 
razvyazkası üçün istifadə etmişdir.” (27, 284)  
Müsyö Jordanın ifadələrində rast gəldiyimiz antroponimlərin 
hər biri Avropa ad sisteminə uyğundur. 
Komediyada tarixi şəxsiyyət olmayan, lakin əsərin süjet 
xəttinin inkişafına xidmət edən  şəxs adlarından, ləqəblərdən və 
titullardan müxtəlif üslubi məqamlarda istifadə olunmuşdur.  
Şərəfnisə xanımla  Şahbaz bəyin toyları haqqında plan 
hazırlayan  Şəhrəbanı xanım deyir: “Isragagün aşnası  Zərdablı 
Qurban bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın, 
toya göndərsin.” (23, 41); Şahbaz bəy fransız dilini öyrənməyin 
əhəmiyyətindən danışır: “Bildir ki, Tiflisə  məni arx çıxarmaq 
üçün izn almağa göndərmişdiniz, Allahverdi bəyin oğlu Tarıverdi 
bəy Varşavada firəng dili öyrəndiyi üçün hər məclisdə  məndən 
hörmərli idi.” (23, 46); Nadan Xanpəri Müsyö Jordanın 
cadugərlik məharətindən danışır: “Muğanlı  Sərfəli kişinin qızını 
sevgilisinə qovuşdurmadımı? Cavadlı  Kərbəlayı  Qənbər qızı 
Şahsənəmin  ərini, bir illik yoldan arvad almasın deyə qaytarıb 
gətirmədimi? ” (23, 48)  
Sənətkarın bədii dildə  işlətdiyi antroponimlərin müxtəlif 
üslubi vəzifələri vardır: 
“Zərdablı Qurban bəy“ antroponiminin köməyi ilə Hatəmxan 
ağanın ictimai mövqeyi haqqında oхucuya əlavə məlumat verilir. 


 
 
106
XVIII-XIX  əsrlərdə Azərbaycanın yüksək ictimai təbəqələri 
arasında fransız dilinin mövqeyi “Allahverdi bəyin oğlu Tarıverdi 
bəy ” antroponiminin vasitəsi ilə bir daha oxucunun nəzərinə 
çatdırılır. Çox maraqlı  cəhətdir ki, həmin antroponimdə - atanın 
və oğulun adında həm forma, həm də məna cəhətdən eynilik var. 
Bu da həm bədii dil, həm də xalq danışıq dili üçün xarakterikdir. 
N.Nərimanovun “Nadanlıq” pyеsində  tərəkəmə  Məhəmməd 
ağaya məktub yazdırır: “Yazarsan Tarıvеrdi Pirvеrdi oğlu 
tərəfindən naçalnikə ərizədi.” (192, 34) 
“Muğanlı Sərfəli kişinin qızı” və “Cavadlı Kərbəlayı Qənbər 
qızı  Şahsənəm” antroponimlərinə Xanpərinin dilində (“Hеkayəti-
Müsyö  Ъordan və  Dərviş  Məstəli  şah”); “Nənəхanım oğlu” 
antroponiminə (“Nadanlıq”) isə Gülpərinin dilində rast gəlirik. 
Bu antroponimlərin üslubi imkanlarından istifadə  еdərək 
M.F.Axundov və N.Nərimanov dərviş obrazlarını bir daha ifşa 
etməklə bərabər, həm də kəndli qadınların avamlığını, cahilliyini, 
nadanlığını nümayiş etdirmişdir. 
Məstəli  şah  Şəhrəbanu xanıma öz “hünərli işlərindən - 
cadusunun qüdrətindən” danışır: “Məgər mən Hacı Mirzə  Ağası 
idim ki, onlara heç zad verməyəm, ancaq söyəm, qorxudam?” 
(23, 54) Yazıçı  Məstəli  şahın ifadəsindəki “Hacı Mirzə  Ağası” 
antroponimi vasitəsi ilə sərbazların maaşının vaxtında verilməməsi, 
qoşunun isə qorxaq, cəsarətsiz olduğu və s. haqqında məlumat 
verərək XIX əsrdə  Cənubi Azərbaycanda dövlət ordusunun ağır 
vəziyyətini ifşa еtmişdir. 
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasında obrazlar 
M.F.Axundovun digər komediyalarındakı obrazlardan sayca çox 
olsa da, passiv antroponimlər azlıq təşkil edir. 


 
 
107
Mirzə  Həbib deyir: “Mən istəyirəm ki, bir qəribə nimtənə 
Şölə xanıma bağışlayam. Bağışlayanda mən deyəcəyəm ki, bacım 
Hidayət xanın arvadı bu nimtənəni  Şölə xanıma sovqat 
göndəribdi.” (23, 103) “Hidayət”  ərəb dilində “doğru yol gös-
tərmə, rəhbərlik etmə, istiqamət vermə, yönləndirmə” deməkdir. 
Oxucu və ya tamaşaçı Hidayət xan haqqında heç bir məlumata 
malik deyildir. Mirzə  Həbibin tacirlə olan dialoqundan məlum 
olur ki, o, Mirzə Həbibin bacısının əridir, bir ərazinin xanıdır və 
böyük var-dövlətə sahibdir. Dramaturq həmin antroponimdən 
Şölə xanımla Ziba xanımın münaqişələrini bir daha əks etdirmək 
məqsədi ilə üslubi vasitə kimi istifadə etmişdir. 
Rəmzləşdirilmiş obrazlardan istifadə etmək bədii üslubda 
obrazı  хaraktеrizə  еtmək üçün vacib olan priyomlardan biridir. 
Klassik  ədəbiyyatımızda məşhur yunan filosofu Platonun 
ərəbcələşdirilmiş adı olan Əflatun bacarıqlı  həkim, loğman, 
filosof, alim kimi, “Qurani-Kərim”dən tanıdığımız Yusif gözəllik 
rəmzi, Leylac isə Yaxın Şərqdə əfsanəvi nərd, şahmat oyunçusu 
olub mahir qumarbaz simvoludur. “Mürafiə  vəkillərinin 
hekayəti”ndə  hər iki şəxs adı  təşbeh kimi işlədilmişdir. Ağa 
Kərim öz ifadəsində  fırıldaqçı  Ağa Mərdanı bacarıqda  Əflatuna 
bənzədir: “Hətta şahzadə hüzuruna da həmişə bir para işlər üçün 
gediş-gəlişi var, iş bilməkdə  Əflatuni-əsrdir.” (23, 179) Həpo 
Qumarbaz isə  Ağa Mərdandan aldığı on beş tüməni qumarda 
uduzur: “Bir yaman hərifə rast gəlmişdim ki, Leylac onun əlinə su 
tökməyə yaramaz idi.” (23, 196) Ə.Haqverdiyev (“Dağılan tifaq”) də 
bədii pеrsonajlarını yaradarkən Səlim bəyin ifadəsində Yaxın 
Şərqdə mahir qumarbaz kimi şöhrətlənmiş  əfsanəvi obrazı yada 
salır: “Budur, bir neçə gündür əlim çox yaxşı  gətirir, bu saat 
Leylacla qumar oynamağa hazıram.” (108, 112) 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə