87
olduğundan əsər bir qədər cansız çıxmışdır. Yoxsa Mirzə
Fətəlinin bu əsərdə yazıçılıq qüdrəti daha artıq görünə bilərdi.”
(27, 311) Digər bir mənbədə də, 1850-ci ildə “Kafkaz” qəzetinin
39,41,42,43 saylarında həmin faktın dəqiq olması – Molla
Ibrahimxəlilin real şəxsiyyət olması haqqında məqalə dərc
olunmuşdur. Qəzetdə yazılmışdır: “Gəldək və Daşazılı kəndləri
keçmiş Şamaxı əyalətində, indiki Nuxa qəzasındadır. Bu qəzanın
Artyanit kəndinin sakini Ibrahimxəlil Abdulla Rəhim oğlu 1851-ci
ildə Gürcüstan Ali Baş Komandanlığına xəbər verir ki, o adları
çəkilən kəndlərin yaxınlığındakı dağlarda gümüş mədəni
tapmışdır. Bu barədə dağ ekspedisiyasına məlumat verilmiş, lakin
işdən görünür ki, həmin mədənin tədqiqi sahəsində ekspedisiya o
zaman heç bir tədbir görməmişdir, mədənin sonralar da bir kəs
tərəfindən tədqiq olunması barədə burada heç bir məlumat yox-
dur.” ( 23, 251)
“Ibrahimxəlil” iki komponentdən əmələ gəlmiş mürəkkəb
sözdür. Birinci komponent – “ibrahim” qədim yəhudi, “xəlil” isə
ərəb mənşəlidir. Bu şəxs adı “Allahın dostu” deməkdir.
Müsyö Jordan (“Hekayəti – Müsyö Jordan və Dərviş Məstəli
şah”) – Aleksis Jordan (1814-1879) görkəmli fransız nəbatat
alimi, real tarixi şəxsiyyət olmuşdur. Komediyada o, istedadlı bir
nəbatat aliminin müsbət obrazıdır. Belə ki, M.F.Axundov obraza
onom seçərkən XIX əsr fransız alimlərinin birinin soyadını seçib
ümumiləşdirilmiş bir nəbatət alimi obrazı yaratmışdır. Müsyö
Jordan Fransada inkişaf edən bir elmin rəmzləşdirilmiş
nümayəndəsidir.
Ə.Dəmirçizadə dramaturgiyada ən mühüm cəhət olan dil
fərdiləşməsindən bəhs edərək yazır: “M.F.Axundovun pyeslə-
rində hər tip öz dili ilə, öz spesifik ifadələri ilə danışdırılmışdır.
88
M.F.Axundov öz pyeslərində yaratdığı tiplərini elə sözlər və
ifadələrlə danışdırmışdır ki, əsəri oxuyan və ya dinləyən hər kəs,
hər şəbihin halətini (əhvali-ruhiyyəsini) onun mükaliməsindən
(dialoqundan) fərqləndirib, bu və ya digər replikanın kimə
mənsub olduğunu tanıya bilir... Müsyö Jordanın dilində bir çox
elmi, spesifik terminlər işlənmişdir ki, bunlar da Müsyö Jordanın
dərin bilik və geniş məlumata sahib olduğunu göstərir. (68, 189)
Əgər obrazın danışığı, nitqi onun хaraktеrinə uyğundursa, bu,
хəlqi dildir, əksinə, obrazın dili nə qədər gözəl və qanadlı
fikirlərlə bəzədilir-bəzədilsin, onun təfəkkürünə uyğun dеyilsə,
onu хəlqi dil hеsab еtmək olmaz. (19, 61) Bu baxımdan Müsyö
Jordanın dilinə nəzər salaq: “Amma indi mən buraya gəlmək
səbəbi ilə Parisin darülelminə isbat edəcəyəm ki, məzkur
hükəmalar bilkülliyə səhv ediblər. Bu nəbatat Qarabağın
dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini,
təhqiq və xəvassını təcrübə ilə müşəxxəs edib, o xüsusda ətibbanın
istehzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu
ot ki, görürsünüz, latınca bunun adı aqantusdur ki, mənim
təcrübəmə görə qarın ağrısına çox faydası var... ” (23, 48)
Göründüyü kimi, yazıçı həm obrazın antroponimi, həm də dili
vasitəsi ilə personajları fərdiləşdirir, tipikləşdirir. Dramatik əsərdə
iştirakçıların dialoqu surət və xarakter yaradılması üçün işlənən
əsas bədii vasitələrdən biridir. (75, 51) Obrazın dili onun
dünyagörünüşünə, yaşadığı mühitə, nəhayət, antroponiminə
uyğun olmalı, biri digərini tamamlamalıdır. “Bədii əsərdə obraz
insanların əhatəsində yaşayır, ictimai mühitdə fəaliyyət göstərir.
Bu səbəbdən də obrazın dili onun təfəkkürünü, fərdi aləmini
tamamlayır, onun ətraf mühitə, cəmiyyətə münasibətlərini əks
89
etdirir. Obrazın dili fərdiləşir, hər bir obrazın danışıq ahəngi
aydın seçilir.” (147, 29)
Görkəmli yazıçılarımız Ə.Haqverdiyev və H.Mehdi bəzi
tədqiqatçıların rəyinə əsaslanaraq qeyd edirlər ki, Müsyö Jordan
və Hatəmxan ağa müəllif tərəfindən uydurulmuş obrazlar deyil,
onlar məhz həyatda yaşamış insanların bədii obrazlarıdır. (107,
83)
Müsyö Jordanın tarixi şəxsiyyət olması haqqında müxtəlif
mənbələrdə məlumatlar mövcud olsa da, Hatəmxan ağa haqqında
heç bir mənbədə belə fakta rast gəlmədiyimiz üçün Hatəmxan ağa
obrazını M.F.Axundovun yaratdığı bədii obrazlardan biri kimi
təhlil etdik.
Ə.Haqverdiyev “Hacı Qara” (“Sərgüzəşti-mərdi-xəsis”) və
“Müsyö Jordan” komediyalarının süjetini Qasım bəy Zakir
verdiyini qeyd etmişdir: “bu mühüm məsələ dramaturqun arxivi
açıldıqdan sonra məlum olacaq, hələlik bu arxivin açılması haqqında
danışıq gedir.” (107, 86) Təəssüf ki, M.F.Axundovun arxivi 1928-ci
ildə Gürcüstandan Azərbaycana gətirilsə də, heç bir mənbədə
həmin məsələyə toxunulmamışdır. Ə.Haqverdiyev Hacı Qaranın isə
yazıçı tərəfindən uydurulmuş tip olmadığı haqqında məlumat
verərək yazmışdır: “Komediyada verilən şəxslər həqiqətən
həyatda yaşamışlar. Hacı Qaranın nəvələri indi də Ağdam
qəzasının Ağcabədi kəndində yaşayırlar.” (107, 87) Real
həyatdan obraz yaradan yaradıcı sənətkar haqqında Cəfər Xəndan
qeyd edir: “Bədii ədəbiyyatda tip ictimai həyatdakı şəxsin surəti,
özü və ya şəkli deyildir. O, yazıçı tərəfindən seçilən, dərk edilən,
xəyaldan keçirilən və müəyyən uydurma ilə yaranan obrazdır.
Tipin fərdiləşməsinə əhəmiyyət verilməsəydi, rəngarənglik
olmazdı, bütün mollalar, kapitalistlər, hakimlər bir-birinə oxşar,
90
yadda qalmaz, ədəbiyyat cansıxıcı söz yığımına cevrilərdi.” (
118, 18)
Komеdiyanın süъеt хətti Hacı Qaranın ətrafında inkişaf еdir.
Hacı Qara pul, qızıl, var-dövlət düşkünüdür. Onun yaşamaq
məqsədi, həyat devizi puldur. Hacı Qara yaxşı yaşamaq, həyatdan
zövq almaq üçün pulu yığmamışdır. O, pulu pul, qızılı isə qızıl
olduğu üçün toplamışdır. Hacı Qara, demək olar ki, bütün
məclislərdə əhvalatın mərkəzində dayanır, tamaşaçı onun
müxtəlif sifətlərinin şahidi olur. Birinci məclisdə - Əsgər bəylə
Heydər bəyin dialoqunda Hacı Qara ilə qiyabi tanış oluruq, ikinci
məclisdə isə obrazın bütün xarakterik cəhətlərini görür və onunla
əyani tanış oluruq. Hacı Qaranın müxtəlif sifətləri var: malını sata
bilməyəndə, dükanda qonaqlarına tənbəki verməyəndə, böyük
müamilə ilə borc verəndə riyakar tacir, yolda aciz əkinçilərlə üz-
üzə gələrkən “qəhrəman”, murovun hüzurunda isə yaltaq, yazıq
olan Hacı Qara bir neçə xüsusiyyətləri özündə birləşdirir. Deməli,
o, tamahkar, xəsis, qorxaq, riyakar və gülüncdür. Azərbaycan
ədəbiyyatının görkəmli tənqidçilərindən olan Əziz Şərif Hacı
Qaranın cahan ədəbiyyatındakı xəsis obrazları ilə bir sırada
durmağa layiq olduğunu yazır: “Bu parlaq, bədii obrazda xarakter
ən son, ən yüksək dərəcəyə qaldırılmışdır. Dahi realist
M.F.Axundov xəsisliyin bütün elementlərini yığıb bu obrazda
verməyə və real insan siması yaratmağa müvəffəq olmuşdur.”
(212, 185)
Hacı Qaranın başına gələn bəlalar onun tamahından irəli
gəlir. Tamahının gücündən rahat dükanını, ailəsini atıb qorxulu
bir işə - qaçaqçılığa gedir və yolda müxtəlif bəlalarla qarşılaşır.
Qara - türk mənşəlli addır. Bu söz indi “tünd, tutqun rəng”;
məcazi mənalarda isə “ağır, qəmli, mürtəce” anlamlarında işlənsə
Dostları ilə paylaş: |